Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-618/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil və cavabdeh Quba rayonu X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Quba rayonu X1rşı “Quba rayonu X2 15 iyul 2019-cu il tarixli, 09 nömrəli iclasının qərarı ilə İddiaçı MMC- yə münasibətdə qəbul etdiyi 103180 (yüz üç min yüz səksən) manat pul tələbinin ödənilməsi ilə bağlı İnzibati Aktın dəyişdirilməsi, həmin məbləğin 87480 (səksən yeddi min dörd yüz səksən) manat miqdarında azaldılaraq 15000 (on beş min) manat miqdarında müəyyən edilməsi tələbinə” dair Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(118)-424/2020 saylı qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, 15 iyul 2019-cu il tarixdə X2 09 №-li protokolu əsasında qəbul edilmiş qərara əsasən bələdiyyə orqanı tərəfindən İddiaçı MMC-nin adı çəkilən bələdiyyəyə 51.340 manat mədən vergisi üzrə borcu olduğu müəyyənləşdirilməsi barədə müvafiq inzibati akt qəbul edilmişdir. Daha sonra bələdiyyə orqanı tərəfindən 10 gün ərzində göstərilən vergi borcu ödənilmədiyi halda qeyd olunan borcun məcburi qaydada alınması məqsədi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi qərara alınmışdır. Nəticədə qəbul edilmiş inzibati akt Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən icraya yönəldilmiş, cəmiyyətin bank hesablarına inkasso sərəncamı qoyularaq, bankdan müştərinin hesabından 103108 manat tutularaq bələdiyyəyə ödənilməsi tapşırığı verilmişdir. İddiaçı Quba rayonu X2 qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edərək məhkəmədən onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə prosesi gedişində iddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək iddianı dəyişdirərək iddia tələbinin həcminin azaldılmasını, pul tələbi ilə bağlı inzibati aktın dəyişdirilməsi, borcun 87480 (səksən yeddi min dörd yüz səksən) manat miqdarında azaldılaraq 15000 (on beş min) manat miqdarında müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(118)-424/2020 saylı qərarı əsasında iddia tələbinin təmin edilməsi, Quba rayonu X2 15 iyul 2019-cu il tarixli, 09 nömrəli iclasının qərarı ilə İddiaçı MMC- yə münasibətdə qəbul etdiyi 103.180 (yüz üç min yüz səksən) manat pul tələbinin ödənilməsi ilə bağlı İnzibati Aktın dəyişdirilməsi, həmin məbləğin 87.480 (səksən yeddi min dörd yüz səksən) manat miqdarında azaldılaraq 15.000 (on beş min) manat miqdarında müəyyən edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov ). Cavabdeh Quba rayonu X4 həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(118)-424/2020 saylı qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(118)-424/2020 saylı qərarından ölkədə yayılmış COVİD 19 pandemiyası və bələdiyyənin iş yükünün çoxluğu ilə əlaqədar qanunla müyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qeyd olunanlara əsasən Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(118)-424/2020 saylı qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Quba rayonu X2 nümayəndəsi Nümayəndə ərizənin dəlillərini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surətini 08.04.2020-ci il tarixdə cavabdeh Quba rayonu X2 nümayəndəsi tərəfindən xəbərnaməyə rəsmi imza etməklə alınmışdır. Yuxarıda sadalanan inzibati prosessual normaların tələbinə əsasən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 08.05.2020-ci il tarixdə bitmişdir. İş materiallarına əsasən həmçinin müəyyən olunur cavabdeh apelyasiya şikayəti ilə məhkəməyə 31.08.2021-ci il tarixində müraciət etmişdir( i/v 99). Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin mübahisələndirdiyi qərarın nəticə hissəsində şikayət vermənin qaydası (veriləcək şikayətin Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ilə verilməsi), müddəti (şikayətin 30 gün müddətində verilməsi), şikayətin verilə biləcəyi məhkəmə (yurisdiksiya qaydalarına uyğun olaraq şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmalı olmasını) dəqiq və konkret qeyd olunmuşdur. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. İş materiallarından göründüyü kimi cavabdeh Quba rayonu X4 1 il 5 ay 21 gün üzürsüz səbəbdən müddəti ötürərək apelyasiya şikayəti ilə məhkəməyə 31.08.2021-ci il tarixində müraciət etmişdir. Məhkəmə kollegiyası bu səbəbdən ərizənin dəlillərini əsassiz hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(118)-424/2020 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Quba rayonu X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(118)-424/2020 saylı qərarından cavabdeh Quba rayonu X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 2 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-618/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-618/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver