Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-620/2021 16.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə açar sözlər: bələdiyyə qərarının ləğv edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi İddiaçı və vəkili Vəkil2, 3-cü şəxs X2 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2- 1(118)-94/2021 saylı qərarından cavabdeh Sumqayıt Bələdiyyəsi və 3-cü şəxs X6 tərəfindən verilən apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti daha sonra iddiaya dəqiqləşmə barədə ərizə təqdim edərək iddia tələbilə birbaşa əlaqəli olduğundan və MMC-nin mənafelərinə toxunduğundan cavabdeh Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarının ləğv edilməsini, həmçinin həmin qərarın nəticəsi olaraq hərrac keçirildiyi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi və hərracda qalib olmuş X2 iş üzrə icraata üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddiaçı MMC-nin tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 18.09.2001-ci il tarixli 293 N-li sərəncamı ilə torpaq sahəsinin ayrılması barədə "xxxx" İstehsalat kommersiya firmasına maye-qaz doldurma məntəqəsi tikintisi məqsədi ilə Dəmir yolu vağzalı rayonunda, Ü.Hacıbəyov küçəsinin qarşısında 1000 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. "xxxx" MMC 04.12.1996-cı il tarixdə, 31753 saylı şəhadətnamə ilə AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və 19.12.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən Sumqayıt şəhəri, Dəmiryolu vağzalı rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən yanacaq doldurma məntəqəsi torpaq sahəsi ilə birlikdə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq sahəsinə dair bələdiyyə ilə müqavilələr mövcud olsa da, təqribən 2013- 2014-cü illərdən yanacaq doldurma məntəqəsinin mühafizə zolağını X6 adlı bir şəxs zəbt etmiş, həmin torpaq sahəsində daş hasar çəkmişdir. Elə həmin tarixdən də müvafiq icra hakimiyyəti orqanlarına, o cümlədən AR Prezidentinə, AR FHN-ə, Sumqayıt şəhər icra Hakimiyyətinə və s. orqanlara həmin şəxs barəsində tədbir görülməsi barədə ərizələr yazmışdır. Nəticədə AR FHN tərəfindən həmin şəxsin burada tikinti aparmasına qadağa qoyulmuş və müəyyən edilmişdir ki, həmin ərazi mühafizə zolağına düşür. Hətta həmin şəxs barəsində inzibati tədbir görülməsi ilə bağlı materiallar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında inzibati komissiyaya göndərilmişdir. Elə həmin vaxtdan da müəyyən edilmişdir ki, həmin şəxs, torpaq sahəsini özbaşına zəbt etmiş, onun torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Hal-hazırda həmin şəxs qanunsuz əməllərini yenidən davam etdirir. İndi isə onlara məlum olmuşdur ki, cavabdeh həmin şəxslə 544 qeydiyyat nömrəli 09.03.2017-ci tarixli hərrac şəhadətnaməsi ilə, 40 nömrəli, 27.03.2017-ci il tarixli torpaq icarə müqaviləsi bağlamışdır. X5 bitmə müddəti isə 09.03.2066-cı il tarixi müəyyən olunmuşdur. Yüklü edilən əmlakın ünvanı Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən 0.07 ha torpaq sahəsidir. Bu barədə cavabdehə müraciət etsə də, həmin müqaviləni ləğv etməmiş və verdiyi cavab işin həlli deyil. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5.7.1-ci bəndinə əsasən QDS-ın ərazisi hasara alınmalıdır. Hasar yanmayan materialdan hazırlanmalıdır və ərazidə havanın dəyişməsinə imkan verməlidir. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5.11-ci bəndinə əsasən, QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalan"nm 7.1-ci bəndinə əsasən şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin qaz təchizatı sistemləri, qaz kəmərləri, QPM, qaz yanacağından istifadə edən sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin, yaşayış binalarının və başqa obyektlərin qaz avadanlıqları, QDS, AQDS, QDM, onların quraşdırılması və ya əsaslı təmiri qurtardıqdan sonra komissiya tərəfindən qəbul edilməlidirlər. Quraşdırma işləri qurtarmadan, yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin hüquqi və fiziki şəxslər tərəfindən xüsusi icazə alınmadan istismara buraxılması qadağan edilir. Bələdiyyə qərarı tam qanunsuz şəkildə verilmişdir. Belə ki, həmin ərazi mühafizə zolağına düşür və artıq 5 ildən çoxdur ki, tərəflərindən mübahisələndirilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Qanunun 11.7-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir.
Cavabdehin etirazları:
4. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbləri məhkəmə aidiyyəti qaydaları pozulmaqla irəli sürülmüşdür. Belə ki, iddia tələblərinin bir qismi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin keçirilmiş müsabiqəsinin qalibi kimi X2 adına verdiyi Şəhadətnamənin ləğv olunmasmdan, bir qismi isə X6 ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanılmış X5 ləğv edilməsindən ibarətdir. Hesab edirlir ki, məhkəmə tərəfindən bu şəkildə verilmiş iddia tələblərinə baxıla bilməz ona görə ki, iddia tələblərinin hər iki hissəsinə mülki icraatı qaydasında Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Bu şəkildə iddia ərizəsi ilə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinə müraciət etməklə iddiaçı həm prosessual və inzibati-prosessual qanunvericiliklərin müvafiq müddəalarını, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-cı ıl tarixli, 4 saylı Qərarının tələbləri pozulmuşdur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərannm 2-ci bəndində birbaşa qeyd olunur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi(publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə(mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.2-ci bəndində bildirilmişdir ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərarın 16.3-cü bəndinə əsasən ümumi və ya inzibatiiqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, iddiaçı torpaq sahəsinə dair Şəhadətnaməni və tərəflər aarasında bağlanılmış torpaq icarə müqaviləsini mübahisələndirsə də, həmin sənədlərin verilməsinə əsas olmuş torpaq müsabiqəsinin nəticələrini mübahisəndirməmişdir ki, belə bir iddia tələbləri olacağı halda da, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı idi. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Belə ki, mübahisələndirilən torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 07 may 2016-cı il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə Seriya RX ******* saylı "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Adı çəkilən mülkiyyət sənədi alınmamışdan əvvəl Sumqayıt Bələdiyyəsinin adına Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 21 fevral 2014-cü il tarixli, 39 saylı və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 13 mart 2014-cü il tarixli, 02/200 saylı müvafiq rəylər, torpaq sahəsinin planı (sxemi) və torpağın normativ qiyməti barədə arayış hazırlanaraq verilmişdir ki, həmin sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ölçüsünün 700 kvadrat metr olmaqla Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə İİ qiymət zonasında yerləşdiyi, torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmçinin, mübahisələndirilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Dövlət Torpaq Kadastrı kitabında 24 iyun 2014-cü il tarixdə 7205 sıra sayı ilə qeydiyyatdan keçmiş “Torpaq sahəsinin planı və ölçüsü” də hazırlanmışdır. Qeyd edilən sənədlər əsasında Sumqayıt bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarı ilə Sumqayıt Dəmiryol vağzalının yaxınlığında, Çerkassı küçəsində yerləşən sahəsi 700 kvadrat metr olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 09 mart 2017-ci il tarixdə keçirdiyi torpaq müsabiqəsində X6 qalib gəlmiş və onun adına yuxarıda qeyd olunan Şəhadətnamə verilmişdir. Torpaq müsabiqəsinin qalibi olması səbəbindən Sumqayıt bələdiyyəsi də öz növbəsində X6 ilə mübahisələndirilən torpaq sahəsinə dair 27 mart 2017-ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsi bağlamışdır. Bütün bu sadalananlar iddiaçının mübahisələndirilən torpaq sahəsinin guya mühafizə zolağında olması və qanunsuz şəkildə sənədləşdirilməsi barədə bildirdiklərini təkzib edir. Bura iddianın tələb hüququ olmayan şəxs tərəfindən, yəni hüquqi şəxs kimi "xxxx" MMC deyil, İddiaçı tərəfindən qaldırılmasını, müqavilənin ləğvinin yalnız müqavilə tərəfinin tələb edə biləcəyini əlavə etsək, aydın olur ki, iddia tələbləri bu cür iddia ilə çıxış etmək hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, "subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş yerli özünüidarə orqanının qərarına əsasən qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ, o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının, icarə müqaviləsinin, şəhadətnamənin və çıxarışın ləğv edilməsinə dair’ iddia ərizəsi əsassız olmaqla yanaşı, həmin tələb hüququ olmayan şəxs tərəfindən və məhkəmə aidiyyəti qaydalarını pozmaqla qaldırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş edirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1388/2019 saylı 02 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakim V.E.Əzizova) iddiaçı "xxxx" MMC-nin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı şəhadətnamənin və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
6. Qərardaddan narazı qalan iddiaçı "xxxx" MMC-nin təsisçisi İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1388/2019 saylı 02 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməklə iddianın mahiyyəti üzrə baxılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 679/2019 saylı 12 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər N.M.Nəsibov-sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və H.Ç.Babayeva) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qərardadı ləğv olunmaqla işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-660/2020 saylı 24 fevral 2020-ci il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi və vətəndaş X6 İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-94/2020 saylı 22 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılması qərara alınmışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2-1(118)-94/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia tələbinin təmin edilərək Sumqayıt şəhəri, Dəmiryol vağzalının yaxınlığı, Çerkassi küçəsində sahibkarlıq məqsədi ilə 700 m2 torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması haqqında Sumqayıt bələdiyyəsinin 27.05.2016-ci il tarixli 09 saylı iclasın 35 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.
11. Qərardan narazı qalan cavabdeh Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2-1(118)-94/2021 saylı qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Eyni zamanda qərardan narazı qalan 3-cü şəxs X6 apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2-1(118)-94/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətlərinin dəlilləri
13. Cavabdeh Sumqayıt Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsini tamamilə əsassız sayırlar. Belə ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə Sumqayıt Bələdiyyəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə bağlı verdiyi inzibati aktı mübahisələndirmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmuş və bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdur. Məhkəməyə tərəflərindən təqdim olunmuş sənədlərdən də görünür ki, üçüncü şəxs Sumqayıt şəhərinin Dəmiryol vağzalının yaxınlığında Çerkassi küçəsində yerləşən faktiki istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə qanunvericiliyə uyğun şəkildə sənədləşdirilməsi məqsədilə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etmiş və həmin müraciət əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə və Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət olunaraq sözügedən torpaq sahəsinin ayrılmasının mümkünlüyünə dair müvafiq rəylərin verilməsi xahiş olunmuş, Sumqayıt Bələdiyyəsinin müraciətlərinə cavab olaraq Sumqayıt Bələdiyyəsinin adına Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 21 fevral 2014-cü il tarixli, 39 saylı və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 13 mart 2014-cü il tarixli, 02/200 saylı müvafiq rəylər, torpaq sahəsinin planı (sxemi) və torpağın normativ qiyməti barədə arayış hazırlanaraq verilmişdir ki, həmin sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ölçüsünün 700 kvadrat metr olmaqla Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə İİ qiymət zonasında yerləşdiyi, torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Qeyd edilən torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilməməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alındıqdan sonra Sumqayıt Bələdiyyəsinin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə Sumqayıt Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli, 03 saylı qərarı qəbul edilmişdir. Sözügedən qərar əsasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Dövlət Torpaq Kadastrı kitabında 24 iyun 2014-cü il tarixdə 7205 sıra sayı ilə qeydiyyatdan keçmiş “Torpaq sahəsinin planı və ölçüsü” də hazırlanaraq bələdiyyəyə təqdim olunmuşdur. Bundan sonra mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 07 may 2016-cı il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə Qeydiyyat nömrəsi ********** olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Qeyd edilən hüquq müəyyənedici və torpaqayırma sənədləri əsasında Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarı ilə Sumqayıt şəhərinin Dəmiryol vağzalının yaxınlığında, Çerkassı küçəsində yerləşən sahəsi 700 kvadrat metr olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 09 mart 2017-ci il tarixdə keçirdiyi torpaq müsabiqəsində X6 qalib gəlmiş və onun adına yuxarıda qeyd olunan Şəhadətnamə verilmişdir. Torpaq müsabiqəsinin qalibi olması səbəbindən Sumqayıt Bələdiyyəsi də öz növbəsində X6 ilə mübahisələndirilən torpaq sahəsinə dair 27 mart 2017-ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsi bağlamışdır. Bu səbəbdən iddiaçının bələdiyyənin öz mülkiyyətində olan və hər hansı şəxsin hüququ ilə yüklü edilməmiş torpaq sahəsini torpaq hərracı yolu ilə özgəninkiləşdirrməsini və bununla da bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu mübahisələndirməsini tamamilə əsassız və hüquqazidd hesab edirik. İddiaçının belə bir iddia tələbi ilə şıxış etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu, həm də inzibati orqan olaraq diskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Həmçinin, sözügedən torpaq sahəsinə dair mübahisələndirilən bələdiyyə qərarı qəbul edilməmişdən əvvəl qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin rəyləri alınmışdır ki, həmin rəylərdə də torpaq sahəsinin bələdiyyə tərəfindən sənədləşdirilməsinin mümkünlüyü öz əksini tapmışdır. Eyni zamanda mübahisələndirilən torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ da daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir ki, bu hal da torpağın qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilməsinin mümkünlüyünü bir daha sübuta yetirmişdir. Bütün bu sadalananlar iddiaçının mübahisələndirilən torpaq sahəsinin guya mühafizə zolağında olması və qanunsuz şəkildə sənədləşdirilməsi barədə bildirdiklərini təkzib edir. Təəssüf ki, məhkəmə bütün bu halları nəzərə almadan əsassız bir nəticəyə gəlməklə Sumqayıt Bələdiyyəsinin öz mülkiyyətində olan torpaq sahəsinin torpaq müsabiqəsinə (hərracına) çıxarılması barədə qanuni şəkildə qəbul edilmiş qərarını ləğv etmişdir. Bununla da məhkəmə Sumqayıt Bələdiyyəsinin öz mülkiyyəti üzərində sərəncam vermək hüququna qəsd etməklə bu hüququ pozmuşdur. Hesab edirlər ki, məhkəmənin gəldiyi bu nəticənin hər hansı hüquqi əsasları mövcud deyildir. Məhkəmə qazdoldurma stansiyasının yaxınlığında tikinti aparılmasını əsas gətirərək sözügedən bələdiyyə qərarını ləğv etmişdir. Halbuki, iddiaçı bu əsasla bələdiyyə qərarını deyil, qanunsuz aparıldığını iddia etdiyi tikililərin sökülməsini tələb edə bilərdi, çünki bələdiyyənin mübahisələndirilən qərarı hər hansı tikinti işlərinin aparılması üçün əsas sayıla bilməz. Əgər iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsində müvafiq tikinti işlərini qanunvericiliyə uyğun şəkildə aparmamışdırsa, bu torpağın hüquq müəyyənedici sənədinin ləğv edilməsi üçün deyil, onun tərəfindən qanunsuz aparılmış tikililərin mübahisələndirilməsi üçün əsas sayıla bilər. Bu səbəbdən hesab edirik ki, iddiaçının irəli sürdüyü iddia tələbi əsassız və hüquqa zidd olmaqla yanaşı, bu tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Eyni zamanda qeyd edirlər ki, məhkəmə iddiaçı "xxxx" MMC-nin təsisçisi və direktoru İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinə baxarkən iddiaçının inzibati-prosessual qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etməməsinə və həmin tələb üzrə iddia müddətini ötürməsinə düzgün münasibət göstərməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İddiaçı 2019-cu ilin iyul ayında iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət edərək ilkin olaraq X6 ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanmış 544 qeydiyyat nömrəli, 09 mart 2017-ci il tarixli hərrac şəhadətnaməsinin və 40 nömrəli, 27 mart 2017-ci il tarixli icarə müqaviləsinin ləğvini tələb etmişdir. Daha sonra isə iddiaçı 21 fevral 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarının ləğv olunması tələbinin iddia tələblərinə əlavə edilməsini xahiş etmişdir. Halbuki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə qərarının ləğv olunması barədə əvvəlcə Sumqayıt Bələdiyyəsinə müraciət etməli olduğu halda, birbaşa olaraq belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul, edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, bələdiyyənin mübahisələndirilən qərarı 2016-cl ilin may ayında qəbul olduğu və iddiaçının bu barədə ən azından, 2019-cu ilin iyul ayından məlumatı olduğu halda, iddiaçı Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarını məhkəmə qaydasında yalnız 2020-ci ilin fevral ayında mübahisləndirmişdir. Bununla da iddiaçı inzibati-prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətini ötürmüşdür. Təəssüf ki, məhkəmə işə baxarkən tərəflər arasında olmuş münasibətlərə hüquqi qiymət verilməsində aşkar səhvlərə yol verərək qanun normasını səhv təfsir və tətbiq etmişdir. Hesab edirlər ki, məhkəmənin gəldiyi səhv nəticə qanunsuz olmaqla yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının, habelə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına da ziddir. Məhkəmənin qərarı qanunsuz və hüquqazidd olmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının tələbləri ilə də ziddiyyət təşkil edir.
14. 3-cü şəxs X2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə Sumqayıt Bələdiyyəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə bağlı verdiyi inzibati aktı mübahisələndirmişdir. İddiaçının mübahisələndiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmuş və bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdur. Məhkəməyə tərəflərindən təqdim olunmuş sənədlərdən də görünür ki, üçüncü şəxs Sumqayıt şəhərinin Dəmiryol vağzalının yaxınlığında Çerkassı küçəsində yerləşən faktiki istifadəsində olan torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə qanunvericiliyə uyğun şəkildə sənədləşdirilməsi məqsədi ilə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Həmin müraciət əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə və Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 13 mart 2014-cü il tarixli, 02/200 saylı müvafiq rəylər, torpaq sahəsinin planı (sxemi) və torpağın normativ qiyməti barədə arayış hazırlanaraq verilmişdir ki, həmin sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ölçüsünün 700 kvadrat metr olmaqla Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə İİ qiymət zonasında yerləşdiyi, torpaq sahəsindən hər hansı kommunikasiya xətlərinin keçmədiyi və hər hansı sanitariya-mühafizə zonasında yerləşmədiyi göstərilərək torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Qeyd edilən torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilməməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alındıqdan sonra Sumqayıt Bələdiyyəsinin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə Sumqayıt Bələdiyyəsinin 31 mart 2014-cü il tarixli, 03 saylı qərarı qəbul edilmişdir. Sözügedən qərar əsasında mübahisələndirilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Dövlət Torpaq Kadastrı kitabında 24 iyun 2014-cü il tarixdə 7205 sıra sayı ilə qeydiyyatdan keçmiş “Torpaq sahəsinin planı və ölçüsü” də hazırlanaraq bələdiyyəyə təqdim olunmuşdur. Bundan sonra mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 07 may 2016-cı il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə Qeydiyyat nömrəsi ********** olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Qeyd edilən hüquq müəyyənedici və torpaqayırma sənədləri əsasında Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarı ilə Sumqayıt şəhərinin Dəmiryol vağzalının yaxınlığında, Çerkassı küçəsində yerləşən sahəsi 700 kvadrat metr olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi qərara alınmış və o həmin müsabiqədə iştirak edərək qalib gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Torpaq müsabiqə və hərrac komissiyasının 09 mart 2017-ci il tarixdə keçirdiyi torpaq müsabiqəsinin qalibi kimi onun adına müvafiq Şəhadətnamə verilmişdir. Torpaq müsabiqəsinin qalibi olduqdan sonra Sumqayıt Bələdiyyəsi ilə onun arasında mübahisələndirilən torpaq sahəsinə dair 27 mart 2017-ci il tarixli, 40 saylı torpaq icarə müqaviləsi bağlanmış və həmin torpaq sahəsi üzərində onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Bu səbəbdən iddiaçının bələdiyyənin mülkiyyətində olan və hər hansı şəxsin hüququ ilə yüklü edilməmiş torpaq sahəsini icarəyə vermək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq müsabiqəsinə çıxarması və bununla da Sumqayıt Bələdiyyəisnin mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu mübahisələndirməsini tamamilə əsassız və qanunsuz sayır. Məhkəmənin iddiaçının belə bir iddia tələbini təmin etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu, həm də inzibati orqan olaraq diskresion səlahiyyətlərini aşkar şəkildə pozmuşdur. Həmçinin qeyd edir ki, sözügedən torpaq sahəsinə dair mübahisələndirilən bələdiyyə qərarı qəbul edilməmişdən əvvəl qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin rəyləri alınmışdır ki, həmin rəylərdə də torpaq sahəsinin bələdiyyə tərəfindən sənədləşdirilməsinin mümkünlüyü öz əksini tapmışdır. Eyni zamanda mübahisələndirilən torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir ki, bu hal da torpağın qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilməsinin mümkünlüyünü bir daha sübuta yetirmişdir. Bütün bu sadalananlar iddiaçının mübahisələndirilən torpaq sahəsinin guya mühafizə zolağında olması və qanunsuz şəkildə sənədləşdirilməsi barədə bildirdiklərini təkzib edir. Təəssüf ki, məhkəmə bütün bu halları nəzərə almadan əsassız bir nəticəyə gəlməklə Sumqayıt Bələdiyyəsinin öz mülkiyyətində olan torpaq sahəsinin torpaq müsabiqəsinə (hərracına) çıxarılması barədə qanuni şəkildə qəbul edilmiş qərarını ləğv etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticənin hər hansı hüquqi əsasları mövcud deyildir. Məhkəmə qazdoldurma stansiyasının yaxınlığında tikinti aparılmasını əsas gətirərək sözügedən bələdiyyə qərarını ləğv etmişdir. Halbuki, əgər bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsində müvafiq tikinti işləri qanunvericiliyə uyğun şəkildə aparmamışdırsa belə, bu hal onun qanuni icarəsində olan torpaq sahəsinin bələdiyyə tərəfindən verilmiş hüquq müəyyənedici sənədinin ləğv edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə isə tamamilə əsassız olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin onun icarəsinə verilməsinə əsas olmuş bələdiyyə qərarını ləğv edərək iddiaçının tərəfini tutmuşdur. Məhkəmənin hər hansı qanun normasına istinad etmədən, yalnız şəxsi mülahizəsi əsasında qəbul etdiyi qərar öz qanunsuzluğuna görə fərqlənir ki, bu səbəbdən həmin qərarın ləğvi və onun pozulmuş hüququnun bərpası üçün bu qərardan apellyasiya şikayəti verməyi lazım bilmişdir. Eyni zamanda qeyd edir ki, məhkəmə iddiaçı "xxxx" MMCnin təsisçisi və direktoru İddiaçı “icarə müqaviləsinin və şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsinə baxarkən iddiaçının inzibati-prosessual qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etməməsinə və həmin tələb üzrə iddia müddətini ötürməsinə əhəmiyyət verməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İddiaçı 2019-cu ilin iyul ayında iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onunla Sumqayıt Bələdiyyəsi arasında bağlanmış 544 qeydiyyat nömrəli, 09 mart 2017-ci il tarixli hərrac şəhadətnaməsinin və 40 nömrəli, 27 mart 2017-ci il tarixli icarə müqaviləsinin ləğvini tələb etmiş, daha sonra isə 21 fevral 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarının ləğv olunması tələbinin iddia tələblərinə əlavə edilməsini xahiş etmişdir. Halbuki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə qərarının ləğv olunması barədə əvvəlcə Sumqayıt Bələdiyyəsinə müraciət etməli olduğu halda, bunu etməmiş, bələdiyyənin imtinasını almamış və birbaşa olaraq inzibati aktın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, bələdiyyənin mübahisələndirilən qərarı 2016-cı ilin may ayında qəbul olduğu və iddiaçının bu barədə ən azından, 2019-cu ilin iyul ayından məlumatı olduğu halda, iddiaçı Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarını məhkəmə qaydasında yalnız 2020-ci ilin fevral ayında mübahisləndirmişdir. Hesab edir ki, bununla da iddiaçı inzibati-prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətini ötürmüşdür. Təəssüf ki, məhkəmə işə baxarkən tərəflər arasında olmuş münasibətlərə hüquqi qiymət verilməsində aşkar səhvlərə yol verərək qanun normasını səhv təfsir və tətbiq etmişdir. Məhkəmənin gəldiyi səhv nəticə qanunsuz olmaqla yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının, habelə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına da ziddir. Məhkəmənin qərarı qanunsuz və hüquqazidd olmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının tələbləri ilə də ziddiyyət təşkil edir. Eyni zamanda məhkəmə iddia tələbini təmin edərkən Sumqayıt Bələdiyyəsinin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarını ləğv etdiyini qeyd etdiyi halda, sözügedən bələdiyyə qərarı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması ilə bağlı deyil, Sumqayıt şəhərinin Dəmiryol vağzalının yaxınlığında, Çerkassi küçəsində yerləşən sahəsi 700 kvadrat metr olan torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə qəbul edilmişdir. Belə ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması ilə bağlı Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli, 09 saylı iclasının 35 saylı qərarı deyil, 31 mart 2014-cü il tarixli, 03 saylı qərarı qəbul edilmişdir ki, həmin qərar da məhkəmə qaydasında mübahisələndirilməmişdir. Göründüyü kimi, məhkəmə bir qərarı nəzərdə tutaraq tamamilə başqa bir bələdiyyə qərarını ləğv etməklə daha bir aşkar səhvə yol vermişdir. Həmçinin, hesab edir ki, məhkəmənin hər hansı qanun normasına istinad etmədən bələdiyyənin torpaq sahəsi üzərinə öz mükiyyət hüququnu dövlət qeydiyyatına aldırarkən qanunvericiliklə müəyyən edilməmiş guya hansısa öhdəliklərini yerinə yetirməməsi barədə gəldiyi nəticənin hər hansı hüquqi əsası yoxdur. Çünki sözügedən torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələbləri gölənilməklə, ayrılması nəzərdə tutulmuş torpaq sahəsini mövcud texniki normalara, yerquruluşu sənədlərinə uyğunluğunu, o cümlədən həmin ərazinin sanitariya-mühafizə zonasına aid olub-olmamasını müəyyən edən müvafiq icra hakimiyytəti orqanlarının rəyləri alınmala sənədləşdirilmişdir ki, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan bütün sənədlər alınmış və torpaq sahəsinin mühafizə zonasına aid olması səbəbindən sənədləşdirilməsinin mümkünsüzlüyü barədə hər hansı bir irad bildirilməmişdir. Məhkəmə aidiyyəti icra hakimiyyəti orqanlarının mütəxəssilərini, prosesə cəlb etmədən, müvafiq torpaqayırma sənədlərini tərtib edib vermiş təşkilatlara sorğular vermədən yalnız ekspertin verdiyi qərəzli rəy əsasında tamamilə qanunazidd bir nəticəyə gələrək bələdiyyənin qərarını ləğv etmişdir.
b) apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin təsisçisi İddiaçı apelyasiya şikayətlərinə etirazında bildirmişdir ki, təsisçisi və mülkiyyətçisi olduğu "xxxx" MMC-i 04.12.1996-cı il tarixdə, 31753 saylı şəhadətnamə ilə AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və 19.12.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən Sumqayıt şəhəri, Dəmiryolu vağzalı rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən yanacaq doldurma məntəqəsi torpaq sahəsi ilə birlikdə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Sumqayıt Bələdiyyəsi apellyasiya şikayətində əsasən "xxxx" MMC-nin iddia ərizəsi verərkən subyektiv hüququnun olubolmaması, iddia müddətinin ötürülməsi, həmçinin Sumqayıt Bələdiyyəsi torpaq sahəsini ayırarkən, heç bir qanun pozuntusuna yol verməməsi, bir də torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılmamasını göstərmişdir. Apellyasiya şikayətində göstərilənlər tam əsassızdır. İlk növbədə qeyd etməyi zəruri hesab edir ki, subyektiv hüquqla bağlı birinci instansiya məhkəməsi həmin məsələyə kifayyət qədər şərh vermiş, iş materialları və ekspert rəyi ilə də sübuta yetirilmişdir ki, ayrılmış torpaq sahəsi bilavasitə maye-qaz yanacaqdoldurma stansiyasının mühafizə zolağında yerləşir. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5.7.1-ci bəndinə əsasən QDS-ın ərazisi hasara alınmalıdır. Hasar yanmayan materialdan hazırlanmalıdır və ərazidə havanın dəyişməsinə imkan verməlidir. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5.11-ci bəndinə əsasən QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar. AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 7.1-ci bəndinə əsasən şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin qaz təchizatı sistemləri, qaz kəmərləri, QPM, qaz yanacağından istifadə edən sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin, yaşayış binalarının və başqa obyektlərin qaz avadanlıqları, QDS, AQDS, QDM, onların quraşdırılması və ya əsaslı təmiri qurtardıqdan sonra komissiya tərəfindən qəbul edilməlidirlər. Quraşdırma işləri qurtarmadan, yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin hüquqi və fiziki şəxslər tərəfindən xüsusi icazə alınmadan istismara buraxılması qadağan edilir. Bələdiyyə qərarı tam qanunsuz şəkildə verilmişdir. Belə ki, həmin ərazi mühafizə zolağına düşür və artıq 5 ildən çoxdur ki, onun tərəfindən mübahisələndirilir. Hətta həmin ərazi əvvəlcə qanunsuz olaraq zəbt edilmiş və onun şikayətləri əsasında Fövqəlada Hallar Nazirliyi tikinitini dayandırmış, bütün bu mübahisələr gedə-gedə bələdiyyə həmin torpaq sahəsini 3-cü şəxsə satmışdır. Bələdiyyənin vəzifəsi təkcə torpaq satmaq deyil, şəhərin salınmasına və abadlaşdırılmasına xidmət edən yerli özünü idarə edən orqandır. Bələdiyyə qərarı fiziki və hüquqi şəxslər arasında mübahisə predmeti olmamalıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Bələdiyyə apellyasiya şikayətində torpaq sahəsinin ayrılmasını tikinti aparılması kimi qəbul etmir. Lakin, bir şeyi nəzərə almır ki, həmin torpaq sahəsi sahibkarlıq məqsədi ilə verilib. Sahibkarlıq məqsədi ilə verilmiş torpaq sahəsi yaşıllıq salınmasından ibarət deyil. 3-cü şəxs də sahibkarlıq fəaliyyəti ilə verilmiş torpaq sahəsində tikini işləri aparmış və mühafizə zolağını tamamilə hasara almışdır. AR Torpaq Məcəlləsinin 8-ci bəndinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli 10/3328 nömrəli ekspert rəyindən məlum olur ki, "xxxx" MMC-nin sahibliyində olan Sumqayıt şəhəri, Dəmiryolu vağzalı rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin arxa tərəfində aparılan tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06,1999-cu il tarixli 103 saylı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5,7 və 5.11-ci bəndlərin tələblərinə əsasən inşa edilməsinin mümkün olmadığı müəyyən edilir. Qeyd olunur ki, 5.11-ci bəndinin tələblərinə əsasən QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar. Bələdiyyə tərəfindən 700m2 torpaq sahəsinin öz adına rəsmiləşdirməsindən öncə bələdiyyənin memarlıq və tikinti şöbəsi tərəfindən tərtib etdiyi mövqe planını lazımi qayda da araşdırma aparmadan aidiyyatı qurumlara göndərmiş və qeyd olunan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi barədə müsbət rəy alınmasına nail olmuşdur. Halbuki, Sumqayıt Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilmədən öncə mövqe planı tərtib etmədən əvəzinə müvafiq təşkilatlara sorğu göndərməklə torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat əldə edə bilərdi. Bundan başqa o da nəzərə alınmalıdır ki, Sumqayıt Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinin X4 istifadəyə verilməsi məqsədi ilə bələdiyyə tərəfindən həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilmə aparılmadan torpaq sahəsinin qonşuluğunda yerləşən və "xxxx" İstehsalat Kommersiya firmasının mülkiyyətində olan maye-qaz məntəqəsinin 2001-ci ildən istismar edilməsini belə nəzərə almamışdır. Belə ki, AR Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş, "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalan"na edilmiş əlavələrə əsasən - Qazı saxlamaq üçün çən kimi istifadə olunan avtosisternlərdən balonları doldurduqda, avtosistern ilə QDM-ə aid olmayan bina və tikililər arasındakı məsafə 80 metrdən, doldurma rampalarına qədər olan məsafə isə 15 metrdən az olmamalıdır. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsi qeyd olunan torpaq sahəsini öz adına rəsmiləşdirilmə proseduruna başlamazdan öncə yaxınlığında yerləşən maye-qaz yanacaqdoldurma məntəqəsinin mühafizə zolağının müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmiş olsaydı, həmin torpaq sahəsinin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 18.09.2001-ci il tarixli, 293 saylı sərəncam əsasında "xxxx" İstehsalat Kommersiya firmasına ayrılması barədə məlumatı olardı. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətlərində göstərilən dəlillər tam əsassızdır. Belə ki, fakitiki olaraq ayrılmış torpaq sahəsi qanunvericiliyinm tələblərinə zidd verilmiş, sahibkarlıq məqsədi ilə ayrılmış, maye-qaz yanacaqdoldurma məntəqəsinin mühafizə zolağını tam şəkildə hasara alımışdır. Onu da qeyd edir ki, apellyasiya şikayətlərində ehtimal olunur ki, qərarın mövcudluğunu onlar iddia ərizəsi verəndə bilmişlər, lakin bələdiyyə qərarının onlara nə vaxt təqdim olunması barədə rəsmi sənəd yoxdur, ona görə də iddia vermə müddəti də ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən Sumqayıt Bələdiyyəsinin və 3-cü şəxsin Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2-1(118)-94/2021 saylı qərarından verdikləri apelyasiya şikayətləri əsassız olduğu üçün rədd edilməsini xahiş edir. b) məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X6 apellyasiya şikayətində qeyd edilənləri müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərində qeyd edilənləri müdafiə edərək əlavə olaraq göstərdi ki, qanunvericilikdə göstərilmişdir ki, torpaq mühafizə zonasına aid olsa belə, bu nə mülkiyyətçini, nə istifadəçinin, nə də icarəçinin hüquqlarının xitamına səbəb olmur. Bu Torpaq Məcəlləsinin 22.3-cü maddəsində də öz əksini tapmışdır. Eyni zamanda bu hal məhkəmənin istinad etdiyi “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri haqqında Qaydaları”nda da birbaşa göstərilmişdir. Əgər torpaq sahəsi mühafizə zonasına düşürsə, həmin torpaq sahəsindən məhdud istifadə edilməlidir. Yəni, həmin torpaq sahəsində tikinti və s. işlər aparmaq olmaz. İddianın mahiyyəti tikinti ilə bağlıdır. Göründüyü kimi, torpağın ayrılmasının tikintiyə aidiyyəti ola bilməz. Həmçinin məhkəmə qərarını əsaslandırarkən ekspert rəyinə də istinad etmiş və əsasən ekspertin tikinti ilə bağlı verdiyi rəyi əsas götürərək bələdiyyənin tam qanuni şəkildə vermiş qərarını ləğv edib və hesab edib ki, qərar qanunsuzdur. Əgər tikinti vardırsa, tikinti mübahisələndirilə bilər. Yenə qeyd edir tikintinin düzgün aparılıb-aparılmamasının torpağın ayrılmasının qanuniliyinə hər hansı bir şəkildə təsir edə bilməz. Əlavə olaraq bildirmək istiyir ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir və iddiaçı əvvəl başqa tələblə məhkəməyə müraciət etsə də, sonra tələbini dəyişərək Sumqayıt Bələdiyyəsinin 27 may 2016-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə qərarının ləğv edilməsi barədə Sumqayıt Bələdiyyəsinə müraciət etməli olduğu halda bunu etməmiş, bələdiyyənin imtinasını almamış və birbaşa olaraq inzibati aktın ləğv olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının bələdiyyənin qərarından ən azından 2019-cu ilin iyul ayından məlumatı olduğu halda, iddiaçı bələdiyyənin həmin qərarını yalnız 2020-ci ilin fevral ayında mübahisələndirmişdir. Bununla da inzibati prosessual qanunvericilikdə müəyyən edilmiş müvafiq iddia müddətini ötürmüşdür. Həmçinin qeyd edə bilər ki, bələdiyyə qərarı ilə 700 kv.metr torpaq sahəsi ayrılıb ki, onun da 2 ya 3 sotu mühafizə zolağına düşə bilər. Torpaq Məcəlləsinin 22.3-cü maddəsində qeyd edilir ki, torpaq mühafizə zonasına aid olsa belə, bu nə mülkiyyətçini, nə istifadəçinin, nə də icarəçinin hüquqlarının xitamına səbəb olmur. Heç bir Bələdiyyə və digər dövlət orqanları torpaq sahəsi ayrılarkən tikinti üçün məsuliyyət daşımır. Çünki birinci torpaq ayrılır. Bir sözlə, tikintinin düzgün aparılıb-aparılmamasının torpağın ayrılmasının qanuniliyinə hər hansı bir şəkildə təsir edə bilməz. Qərar tikinti üçün verilməyib, qərar torpaq sahəsinin ayrılması üçün verilmişdir. Tikinti düzgün aparılmayıbsa, bu ayrı mübahisə olmalıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi İddiaçı apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin vəkili Vəkil2 apellyasiya şikayətlərinin dəlillərinə nə üçün qəbul etməmələrini etirazlarında ətraflı qeyd etmişlər, eyni zamanda bir halı vurğulamaq istəyir ki, bələdiyyənin qərarı sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş ki, bu da mübahisələndirilən sahədə təhlükəsizlik baxımından problem yaradır. Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli və Çerkaski küçələrinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin arxa tərəfində aparılan tikililər Azərbaycan Respuplikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5.7. və 5.11. bəndlərin tələblərinə əsasən inşa edilməsi mümkün deyil. Bu barədə ekspert rəyi də vardır ki, həmin ərazidə hər hansı bir tikinti aparıla bilməz, ən azı 10 metr ara məsafəsi saxlanılmalıdır, bu baxımdan ora da hansısa sahibkarlıq fəaliyyəti həyata keçirilməsi olmaz. Bir sözlə 3-cü şəxsə bələdiyyənin verdiyi qərar əsasında qanunsuz olaraq mühafizə zolağı zəbt edilmiş, onlar da həmin qərarın ləğv edilməsini tələb edirlər. Göstərilənlərə əsasən apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi üzrlü səbəb göstərilmədən məhkəmə iclaslarına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
22. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
23. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
24. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
25. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
27. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
28. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
29. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
30. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
32. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
33. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
34. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
35. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
36. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
37. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
38. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
39. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
40. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. (-); Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; (-).
Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. (-);
41. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.9. bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-); 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (-); Maddə 11. Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi (-); 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. (-); 11.8. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz. (-).
42. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-).
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”. (-); 5.7. QDS-ın ərazisi hasara alınmalıdır. Hasar yanmayan materialdan hazırlanmalıdır və ərazidə havanın dəyişməsinə imkan verməlidir. QDS ərazisinin istehsalat və köməkçi zonalarını yanmayan materiallardan hazırlanmış yüngül tipli konstruksiyalarla, yaxud hündürlüyü 1 metrdən artıq olmayan bitki kolları ilə ayırmaq lazımdır. (-); 5.11. QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar. (-); 5.13. QDS-də çənlərin yerləşdirilməsi, onların tipi və əlaqələndirilməsi Azərbaycan Respublikası Dövləttikintikom tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) (əlavə 11-13-ə bax) tələblərinə uyğun olmalıdır. (-). 11 nömrəli Əlavə Mayeləşdirilmiş qazları saxlamaq üçün QDS-də yerləşdirilmiş çənlərdən QDS-ə aid olmayan binalara və tikintilərə qədər olan minimum məsafə, (m) Çənlərin ümumi həcmi, m3 Bir çənin maksimum həcmi, m3 Çənlərin yerləşməsi yerüstü yeraltı 50-dən 200-ə qədər 25 80 40 50 150 75 100 200 100 200-dən 500-ə qədər 50 150 75 100 200 100 100-dən artıq, 300 150 lakin 200-dən artıq olmayan 500-dən 2000-ə qədər 100 200 100 100-dən artıq, 300 150 lakin 600-dən artıq olmayan 2000-dən 8000-ə qədər həmçinin 300 150 Qeyd:
1. Müxtəlif həcmlərdə çənləri olan saxlama bazasına qədər məsafə ən böyük həcmli çən üzrə təyin edilməlidir.
2. QDS-ın yerüstü çənlərindən, eyni vaxtda 800-dən artıq adam ola bilən yerlərə (stadion, bazar, park və s.) qədər məsafə bu cədvəldə verilmiş göstəricilərdən iki dəfə artıq götürülməlidir.
(-).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hazırki qərarın 21-33-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - 19.12.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən Sumqayıt şəhəri, Dəmiryolu vağzalı rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən yanacaq doldurma məntəqəsi torpaq sahəsi ilə birlikdə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir(i.v.8). - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin təsisçisi və cəmiyyət əmlakının mülkiyyətçisi İddiaçıdur(i.v.27-32). - "xxxx" İstehsalat Kommersiya firmasına 1.000 kv.metr torpaq sahəsinin ayrılması haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 18.09.2001-ci il tarixli 293 saylı sərəncamının surətindən görünür ki, "xxxx" İstehsalat Kommersiya firmasına maye qaz doldurma tikintisi məqsədi ilə Dəmir yolu vağzalı yolunda, Ü.Hacıbəyov küçəsinin qarşısında 1000 (min) kv.metr torpaq sahəsi ayrılıb(i.v.4). - Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi 21.02.2014-cü il tarixli 39 saylı rəyindən görünür ki, qeyd olunan ərazinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq mövcud texniki normalara cavab veriləcəyi tədqirdə torpaq sahəsinin ayrılmasına etirazı yoxdur(i.v.71). - AR FHN X3 Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin İddiaçı ünvanladığı 25/24-01724 saylı 07.03.2014-cü il tarixli məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli və Çerkassi küçələrinin kəsişməsində yerləşən maye qazdoldudurma məntəqəsinin mühafizə zonasında qanunsuz daş hasarın tikilməsi ilə əlaqədar MMC-i dirketorunun X1 Mərkəzinə ünvanlanmış şikayəti AR FHN X3 Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentlinin mütəxəssisləri tərəfindən araşdırılaraq, maye qazdoldudurma məntəqəsinin mühafizə zonasında daş hasarın tikilməsi müəyyən edilmiş və müvafiq akt tərtib edilərək tədbir görülməsi məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilmişdir (i.v.57). - AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçı ünvanladığı 25/24-02920 saylı 18.03.2014-cü il tarixli məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli və Çerkassi küçələrinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin arxa tərəfində aparılan tikinti işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış müraciət mütəxəssislər fərəfindən araşdırılaraq müəyyən olunmuşdur ki, yanacaqdoldurma məntəqəsinin arxa tərəfində inşa edilmiş daş hasarla çənlərin arasındakı məsafə 1,55 metrdir ki, bu da Tikinti Norma və Qaydalarının tələblərinə cavab vermir(i.v.63). - AR FHN Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin İddiaçı ünvanladığı 25/24-0229 saylı 31.05.2014-cü il tarixli məktubun surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mkr, Üzeyir Hacıbəyov və Çerkassi küçələrinin kəsişməsində “Samsunq-M" MMC-yə maye qaz yanacaqdoldurma məntəqəsinin şərq hissəsində yerüstü yanacaq çəninin iki metr məsafəsində X6 tərəfindən torpaq sahəsi hasara alınmışdır və ərazidə tikinti mövcud deyil, hasara alınmış ərazidə tikinti işləri aparılmır. X6 tərəfindən idarəyə hər-hansı sənəd təqdim edilməmiş, eyni zamanda həmin torpaq sahəsi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti ilə razılaşdırılmamışdır(i.v.61). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli 10/3328 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMCnin sahibliyində olan Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli və Çerkaski küçələrinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin arxa tərəfində aparılan tikililərin Azərbaycan Respuplikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5.7. və 5.11. bəndlərin tələblərinə əsasən inşa edilməsinin mümkün olmadığı müəyyən edilir. Qeyd olunur ki, 5.11. bəndinin tələblərinə əsasən QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar (i.v.192-193). - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29.03.2017-ci il tarixli **********12 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt Bələdiyyəsi ilə X6 arasında bağlanmış 27 mart 2017-ci il tarixli 40 saylı torpaq icarəsi müqaviləsinə əsasən mübahisə predmeti olan 700 kv.metr torpaq sahəsi 49 il müddətinə, yəni 09 mart 2066-cı ilədək sahibkarlıq məqsədi ilə icarəyə vermişdir(i.v.5).
46. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli 10/3328 nömrəli ekspert rəyindən məlum olmuşdur ki, "xxxx" MMC-nin sahibliyində olan Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli və Çerkaski küçələrinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin arxa tərəfində aparılan tikililərin Azərbaycan Respuplikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 saylı “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nm 5.7. və 5.11. bəndlərin tələblərinə əsasən inşa edilməsinin mümkün olmadığı müəyyən edilir. Qeyd olunur ki, 5.11. bəndinin tələblərinə əsasən QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar. Bələdiyyə tərəfindən 700 kv.metr torpaq sahəsinin öz adına rəsmiləşdirlməsindən öncə bələdiyyənin memarlıq və tikinti şöbəsi tərəfindən tərtib etdiyi mövqe planını lazımi qaydada araşdırma aparmadan aidiyyatı qurumlara göndərmiş və qeyd olunan torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi barədə müsbət rəy alınmasına nail olmuşdur. Halbuki, Sumqayıt bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilmədən öncə mövqe planı tərtib etmək əvəzinə müvafiq təşkilatlara sorğu göndərməklə torpaq sahəsinin mülkiyyətçisi barədə məlumat əldə edə bilərdi. Bundan başqa o da nəzərə alınmalıdır ki, Sumqayıt Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinin X4 istifadəyə verilməsi məqsədi ilə bələdiyyə tərəfindən həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilmə aparılmadan öncə torpaq sahəsinin qonşuluğunda yerləşən və "xxxx" İstehsalat Kommersiya firmasının mülkiyyətində olan maye-qaz dolduma məntəqəsinin 2001-ci ildən istismar edilməsini belə nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” na edilmiş əlavələrə əsasən - Qazı saxlamaq üçün çən kimi istifadə olunan avtosisternlərdən balonları doldurduqda, avtosistern ilə QDM-ə aid olmayan bina və tikintilər arasındakı məsafə 80 metrdən, doldurma rampalarına qədər olan məsafə isə 15 metrdən az olmamalıdır. Sumqayıt bələdiyyəsi qeyd olunan topraq sahəsini öz adına rəsmiləşdirilmə proseduruna başlamazdan öncə yaxınlığında yerləşən maye-qaz yanacaqdoldurma məntəqəsinin mühafizə zolağının müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmiş olsaydı həmin torpaq sahəsinin Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 18.09.2001-ci il tarixli 293 saylı sərəncam əsasında "xxxx" İstehsalat Kommersiya firmasına ayrılması barədə məlumatlı olardı. Bundan başqa nəzərə alınmalıdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi 21.02.2014-cü il tarixli 39 saylı rəyinə əsasən qeyd olunan ərazinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq mövcud texniki normalara cavab veriləcəyi tədqirdə torpaq sahəsinin ayrılmasına etirazın olmaması bildirilmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 13-14-cü bəndlərində öz əksini tapan cavabdehin və 3-cü şəxsin əsasən eynilik təşkil edən apellyasiya şikayətlərində göstərilən hallar əsaslı hesab edilə bilməz ona görə ki, mübahisələndirilən bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi yüksək təhlükə mənbəyi hesab edilən Qazdoldurma stansiyasının düz sərhəddində yerləşir və mövcuq qanunvericiliyə əsasən də mayeləşdirilmiş qazları saxlamaq üçün QDS-də yerləşdirilmiş yeraltı çənlərdən QDS-yə aid olmayan bina və tikililər ən azı 40-75 metr aralıda (yəni bu məsafə bir çənin maksimum 25 və ya 50 kubmetr olması nəzərdə tutulduğu halda) olmalıdır. Hazırkı iş üzrə də iddiaçıya məxsus QDS-da 79.2 kubmetr həcmdə 2 ədəd yeraltı çən olduğundan və bələdiyyə QDS-nın sərhəddində yerləşən torpaq sahəsilə bağlı qərar qəbul edərkən bu halı xüsusilə nəzərə almalı idi. 48 Belə ki, hazırkı qərarın 39-cu bəndində istinad edilən Qanunun müddəalarına əsasən inzibati orqanın diskresion səlahiyyətləri əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmaqla bu səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş olmamalı, əks təqdirdə qəbul olunmuş qərarlar hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsilə qəbul edildikdə həmin inzibati akt qanunsuz sayılır və qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər.
49. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən bələdiyyə qərarı hazırkı qərarın 40-43-cü bəndlərində istinad edilən qanun normalarının tələbləri baxımından da əsaslı hesab edilə bilməz. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilməsi nəzərdə tutulsa da, mübahisələndirilən torpaq sahəsilə bağlı bəladiyyənin məlum qərarı müvafiq qanunvericiliyin tələblərinə zidd olaraq məhz yüksək təhlükə mənbəyi olan qazdoldurma stansiyasının mühafizə zonasına aid olmuşdur.
50. Apelyasiya şikayətlərində istnad edilən “bələdiyyə qərarı ilə ayrılan 700 kv.metr torpaq sahəsinin yalnız 2 ya 3 sotunun mühafizə zolağına düşə bilməsi” barədə dəlililə əlaqədar məhkəmə qeyd edir ki, bu dəlil də əsassızdır ona görə ki, işdəki sənədlərdən müəyyən olunduğu kimi bələdiyyə mülkiyyətində olan, mübahisələndirilən torpaq sahəsinin ölçüləri, QDS-nın ərazisindəki yeraltı çənlərin sərhəddindən 17,9 metr enində, 40,7 metr uzunluğundan ibarətdir, lakin hazırkı qərarın 43-cü bəndində istinad edilən normativ hüquqi sənədin müddəaları baxımından QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalı dedikdə, həmin zolaqda ümumiyyətlə heç bir işin görülməsinin mümkün olmaması və bu məsafədən sonra nəzərdə tutulan mühafizə zonasında isə, yalnız bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olmasının mümkünlüyü öz əksini tapmışdır. Mühafizə zonası dedikdə isə yuxarıda istinad edilən sənədin 11-ci əlavəsində nəzərdə tutulan ara məsafəsindən söhbət gedir ki, hazırkı qərarın 47-ci bəndində bu haqda ətraflı şərh verilmişdir.
51. Apelyasiya şikayətlərinin dəlili kimi hazırkı iddianın hüququ olmayan şəxs - İddiaçı tərəfindən qaldırılması, dəyişdirilmiş iddia tələbində qoyulan məsələ barədə cavabdehə müraciət edilmədən məhkəməyə müraciət etməsi və s. hallarla bağlı məhkəmə kollegiyası şikayətin həmin dəlillərini də əsassız hesab edir ona görə ki, hazırkı iddia ilk öncə "xxxx" MMC-nin təsisçisi və direktoru İddiaçı tərəfindən qaldırılmış olsa da, sonradan Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 02.09.2019-cu il tarixli protokol qərarı əsasında iddiaçı-əsl iddiaçı "xxxx" MMC-i ilə əvəz edilmişdir. Məhz "xxxx" MMC-nin təsisçisi və direktoru İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh Sumqayıt Bələdiyyəsinə 01.07.2019-cu ildə müraciət edərkən, bələdiyyə mübahisələndirilən 700 kv.metr torpaq sahəsinin 3-cü şəxsə icarəyə verilməsilə bağlı məsələnin məhkəmə qaydasında araşdırılmasını vurğulamaqla məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir.
52. Beləliklə, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edildiyindən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmuşdur. Ona görə də apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2-1(118)-94/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Sumqayıt Bələdiyyəsi və 3-cü şəxs X6 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2-1(118)-94/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.