Məhkəmə qərarları › İş №2-1(105)-620/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-620/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-620/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ona aid hissəsində ləğv edilməsi və AR Müdafiə Nazirliyindən hüquqi yardıma görə ödədiyi N00 manat pulun tutularaq ona ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-N(NN8)-993/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vəzifəli şəxslərinin, iddiaçının xx.xx.202N-ci il və xx.xx.202N-ci il tarixli müraciətlərinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, AR Müdafiə Nazirliyinin müavini-X4 Komandanının (N №-li hərbi hissə) xx.xx.202N-ci il tarixli, 070 №-li əmrinin ona aid hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunması və cavabdeh orqandan hüquqi yardıma görə ödədiyi N00 manat pulun tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N №-li hərbi hissədə “hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi” vəzifəsində xidmət edərkən hərbi hissədə xx.xx.202N-ci il tarixdən xx.xx.202N-ci il tarixədək N №-li hərbi hissənin inspeksiyası tərəfindən yoxlama keçirilmişdir. Keçirilmiş yoxlamanın nəticələrinə görə N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.202N-ci il tarixli müvafiq əmri ilə dövlətə vurduğu maddi ziyana görə ondan 2500 manat pul tutulmuşdur. Lakin onun vurduğu ziyanın nədə ifadə olunması ona aydın deyildir. İddiaçı əmrlə razı olmadığına görə xx.xx.202N-ci il tarixdə komanda üzrə raportla N №-li hərbi hissə komandirinə müraciət edərək ondan 2500 manat pul vəsaitinin tutulması haqqında N00 №- li hərbi hissə komandirinin N №-li, xx.xx.202N-ci il tarixli əmrinin ona aid hissəsində ləğv olunmasını xahiş etmişdir. Lakin raportu bu günədək cavablandırılmamış və şikayət etdiyi əmr ona aid hissədə ləğv olunmamışdır. Baxmayaraq ki, poçt xəbərnaməsinə əsasən xx.xx.202N-ci il tarixli raportu xx.xx.202N-ci il tarixdə ünvanına çatdırılmışdır. Bundan sonra o, bu raportunun cavablandırılmadığını görərək xx.xx.202N-ci il tarixdə yuxarı instansiyaya, AR Müdafiə nazirinə və N №-li hərbi hissə komandirinə şikayət ərizəsi ilə müraciət edərək N №-li, xx.xx.202N-ci il tarixli əmrin ona aid hissəsində ləğv olunmasını xahiş etmişdir. Lakin bu müraciəti də indiyədək cavablandırılmamışdır. İddiaçı hesab edir ki, N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.202N-ci il tarixli müvafiq əmri Azərbaycan Respublikasının xx.xx.N995-ci il tarixli 947 saylı Qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin və AR Müdafiə nazirinin 96 №-li, xx.xx.2000-ci il tarixli əmrinin tələbləri ilə ziddiyyət təşkil edir və onun tərəfindən dövlətə heç bir formada ziyan vurulmamışdır. Qeyd edir ki, iddiaçı barəsində heç bir inzibati araşdırma aparılmamış və ondan izahat alınmamışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı N5 avqust N998-ci il tarixdən hərbi xidmətə başlamış və N0 avqust 202N-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “j" bəndinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin birinci müavini- qərargah rəisi vəzifəsində xidmət edərkən N3 aprel - 04 may 202N-ci il tarixlərdə X2 Hərbi inspeksiyası tərəfindən həmin hərbi hissədə və onun tabe olduğu N99 nömrəli briqadada (digər hərbi hissələri ilə birlikdə) inspeksiya yoxlaması aparılmış, ümumilikdə döyüş hazırlığının vəziyyəti “qeyrı-kafi” qiymətləndirildiyinə görə, ümumi bal hesablanmamış və hərbi hissə “kateqoriyadan xaric” qiymətləndirilmişdir. İnspeksiya yoxlaması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hərbi hissənin bölmələrinin idarə olunmasının təşkili və döyüşə və səfərbərliyə hazırlığı, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının saz və daim döyüşə hazır vəziyyətdə saxlanması istiqamətində iş görməmiş, öz funksional vəzifə borclarını yerinə yetirməmiş, nəticədə hərbi hissənin şəxsi heyətinin və döyüş texnikasının döyüş hazırlığı aşağı səviyyədə olmuşdur. İddiaçı nizamnamə ilə üzərinə qoyulan vəzifələri tam həcmdə yerinə yetirməmiş, buna görə də inspeksiya yoxlaması zamanı onun cavadehlik daşıdığı sahə üzrə nöqsanlar aşkar edilmiş, hərbi hissənin silah və texnikaları döyüşə hazır vəziyyətdə saxlanılmadığından hərbi hissə “qeyri-kafi” qiymətləndirilmişdir. Buna görə də Müdafiə nazirinin müavini-X4 Komandanının N5 may 202N-ci il tarixli, 070 nömrəli əmri ilə ona və digər bir neçə rəhbər vəzifəli şəxslərə tabor döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmadığına, şəxsi heyətin döyüş hazırlığı, intizam və mənəvi-psixoloji vəziyyəti qeyriqənaətbəxş olduğuna, silah və döyüş texnikaları döyüş tətbiqinə daima hazır vəziyyətdə saxlanılmadığına və inspeksiya yoxlamasında “qeyri-kafi” qiymətləndirildiyinə görə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” edilmişdir. İddiaçı qanunsuz olaraq maddi məsuliyyətə cəlb olunduğunu bldirmişdir. Cavabdeh qeyd edir ki, N99 nömrəli hərbi hissənin (eləcə də onun tərkibində olan N nömrəli hərbi hissənin) inspeksiya yoxlaması zamanı yoxlamaya cəlb olunan şəxsi heyəti və texnikası döyüşə hazır olmamış, yoxlama atış çalışması zamanı şəxsi heyət təyin olunmuş hədəfləri vura bilməmişdir. Nəticədə, (N nömrəli hərbi hissə də daxil olmaqla) N ədəd 484.NN manat dəyərində 7.62 mm patron, N68 ədəd N958.46 manat dəyərində 2.7 mm patron və N2 ədəd 39372 manat dəyərində N25 mm tank mərmisi israfçılıqla istifadə olunmuş və nəticədə dövlətə 4N8N4 (qırx bir min səkkiz yüz on dörd) manat 57 qəpik məbləğində maddi zərər vurulmuşdur. Şəxsi heyətin hədəfləri vura bilməməsi inspeksiya tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, atəş hazırlığı üzrə məqbulların qəbulu zamanı tanklar döyüş tətbiqinə hazır olmamış, vəzifəli şəxslər tərəfindən tanklar normal döyüş vəziyyətinə gətirilməmiş (sıfırlama aparılmamış), ümumiyyətlə, döyüşə hazır vəziyyətdə saxlanılmamış və buna nəzarət olunmamışdır. Hərbi hissənin vəzifəli şəxsləri hərbi hissənin döyüş hazırlığı səviyyəsini yüksəltmək üçün hər hansı bir iş görməmiş, bunun üçün nizamnamə ilə onların üzərinə qoyulan vəzifələri layiqincə icra etməmişlər. İnspeksiya heyəti tərəfindən müdaxilə olunduqdan sonra tanklarda və digər silahlarda sıfırlama aparılaraq onlar normal döyüş vəziyyətinə gətirilmiş, məqbullara cəlb edilən hərbi qulluqçulardan 33 %-i ikinci və üçüncü dəfə keçirilən təkrar atışların nəticəsində “kafi” qiymətləndirilmişdir. İnspeksiya yoxlaması zamanı təqsirkar şəxslər müəyyən edildiyindən həmin fakt üzrə araşdırma aparılmamış, inspeksiya rəisinin Müdafiə nazirinin müavini-X4 Komandanına təqdim etdiyi Arayış- Məruzədə N99 nömrəli hərbi hissədə (eləcə də onun tərkibində olan N nömrəli hərbi hissədə) döyüş sursatlarının israfçılıqla istifadə olunmasına dövlətə dəymiş maddi ziyanın yoxlama zamanı müəyyən edilmiş təqsirkar şəxslər arasında bölüşdürülməsi təklif olunmuşdur. Bölmələrin döyüşə və döyüş hazılığının, şəxs heyətin intizamı və mənəvipsixoloji vəziyyətinin aşağı səviyyədə olması, silah və texnikanın daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılmaması, silahların normal döyüş vəziyyətinə gətirilməməsi nəticəsində döyüş sursatlarının israf edilməsinə səbəb olduqlarına və hərbi hissə inspeksiya yoxlamasında “qeyri-kafi” qiymətləndirildiyinə görə bunda məsuliyyət daşıyan vəzifəli şəxslər müəyyənləşdirilmiş və onların maddi məsuliyyətə cəlb olunması xahiş edilmişdir. İddiaçı da buna birbaşa cavabdehlik daşıdığından maddi məsuliyyətə cəlb edilmişdir. Dövlətə vurulmuş maddi ziyan “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq hesablanmış və vəzifəli şəxslər tərəfindən qanuni əsaslarla ödənilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-N(NN8)-993/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halı (30 günlük iddia müddətinin ötürülməsini) iddiaçının diqqətinə çatdırmaqla kifayətlənmiş, iddiaçıya prosessual müddətin bərpa olunması üçün İPM-nin 24-cü maddəsində müəyyən olunmuş hüquqi müdafiə vasitələrindən istifadə etməyi təklif etməmiş, müddətin bərpası barədə ərizə vermək üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmişdir. Həmçinin, məhkəmə mübahisələndirilən inzibati aktın əslini və yaxud təsdiq edilmiş surətini cavabdehdən tələb edərək iş materiallarına əlavə etməmişdir. Məhkəmə, həmçinin, onu da nəzərə almamışdır ki, o, xx.xx.202N-ci il tarixdə mübahisələndirilən inzibati aktın imzalandığı vaxtdan 6 gün sonra xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə mübahisələndirilən inzibati aktın ləğv olunması ilə bağlı müraciət etmişdir. Raportlarının cavablandırılmadığını görərək yenidən eyni məzmunlu xahişlə xx.xx.202N-ci il tarixdə yuxarı instansiyalara, N №-li hərbi hissə komandirinə (XN Ordu komandanına) və AR Müdafiə Nazirliyinə müraciət etmişdir. Yalnız cavabdehə etdiyi xx.xx.202N-ci il tarixli müraciətlərinə cavab almadıqdan sonra xx.xx.2022-ci il tarixdə (38 gün sonra) məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, N №-li hərbi hissə komandirinin müvafiq əmrin ləğv olunması tələbi ilə birbaşa məhkəməyə müraciət edə bilməzdi. İş materiallarından göründüyü kimi nə xidmət etdiyi N nömrəli hərbi hissə komandiri, nə də yuxarı komandanlıq (N00 nömrəli hərbi hissə), nə də cavabdeh orqan nəinki müraciətlərinə mahiyyəti üzrə baxmamış, heç müraciətlərini cavablandırmamışlar. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.202N-ci ildə N nömrəli hərbi hissə komandirinə, xx.xx.202N ci ildə isə AR Müdafiə nazirinə müraciət etdiyini, lakin müraciətlərinin cavablandırılmadığını, bı müraciətləri etdiyinə görə iddia müddətini ötürməmiş hesab olunmalı olduğunu iddia edir. AR Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsində hərbi qulluqçunu xidməti məsələlərinə dair müraciətin forması göstərilib. Bu maddədə şikayətlə bağlı yalnız İntizam Nizamnaməsinin müddəalarının rəhbər tutulmalı olduğu qeyd olunub. Həmin maddədə qeyd olunur ki, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazə ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Hərbi qulluqçunun şikayət etmə forması AR Silahlı Qüvvələrinin İntizam Nizamnaməsin V fəslində qeyd olunmuşdur. İddiaçının istinad etdiyi N07-ci maddədə qeyd olunur: hərbi qulluqçu hərbi əmlakın oğurlanmasını, yaxud korlanmasını, pul vəsaitinin qanunsuz xərclənməsini, qoşunların təchizatında sui-istifadə hallarını, texnikanın saxlanması işindəki nöqsanları və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə ziyan vura bilən digər faktları aşkar etdikdə bu barədə komanda üzrə məlumat verməyə borcludur və ya hərbi qulluqçu həmin nöqsanların aradan qaldırılması yolları haqqındakı təkliflərini yazılı surətdə Azərbayc Respublikası müdafiə naziri də daxil olmaqla, böyük rəislərinə göndərə bilər. Göründüyü kimi burada hər hansı şikayət etmə qaydasından söhbət getmir. Pozuntu haqqında məlumat vermək hüququ izah olunur. Hazırki işdə isə iddiaçı mübahisələndirdiyi əmrlərin Müdafiə nazirinin müavini-X4 Komandanının əmrləri olduğunu bilmiş, lakin bu barədə xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə xx.xx.202N-ci ildə şikayət etmişdir. N nömrəli hərbi hissə komandiri isə X4 Komandanının tabeliyindədir. Beləliklə də iddiaçı müraciətini İntizam Nizamnaməsinin N09-cu maddəsinin tələblərinə uyğun etməmişdir. Yalnız 6 ay N8 gün sonra, yəni xx.xx.202N-ci ildə Müdafiə nazirinə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş N5 may 202N-ci il tarixli, 070 nömrəli əmrin N nömrəli hərbi hissəyə göndərilmiş çıxarışından görünür ki, iddiaçı həmin əmrlə N6 may 202N-ci ildə tanış olmuş və bu barədə əmrin arxasına imza etmiş və iddia müddia müddəti həmin gündən başlamışdır. Qeyd edir ki, İPM-nin 38.N-ci maddəsinin ikinci hissəsində qeyd olunan “şikayət instansiyasına şikayət hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində” hissəsi iddiaçıya şamil oluna bilməz. Çünki o, qəbul olunmuş inzibat aktdan verdiyi şikayəti inzibati aktı qəbul etmiş orqanın tabeliyində olan şəxsə - N nömrəli hərbi hissə komandirinə vermiş, həmin şəxs isə qeyd olunan inzibati aktı, yəni Müdafiə nazirinin müavini- X4 Komandanının əmrini mübahisələndirə bilməz, ona dəyişiklik və ya həmin əmri müzakirə edə bilməzlər. Deməli, N nömrəli hərbi hissə komandiri Qanunda göstərilən “şikayət instansiyası” hesab oluna bilməz. AR Müdafiə nazirinə isə 6 ay N8 gün sonra müraciət etdiyindən o, qanunda göstərilən müddətləri buraxmışdır. Bundan başqa iddiaçı apellyasiya şikayətində məhkəmənin mübahisələndirilən inzibati aktı tələb edərək iş materiallarına əlavə etmədiyini qeyd etmişdir, lakin sözügedən inzibati akt iş materiallarına əlavə edilmişdir. Ona iddia müddətinin bərpası üçün hüquqi yardım göstərilməməsini qeyd etsə də, birinci instansiya məhkəməsi ona iddia müddətinin bərpası ilə bağlı ərizə verməsini təklif etmiş iddiaçı bundan imtina edərək müddəti ötürmədiyini qeyd etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının əldə etmək istədiyi hüquqi nəticə AR Müdafiə Nazirliyinin müavini-X4 Komandanının (N №-li hərbi hissə) xx.xx.202N-ci il tarixli, 070 №-li əmrinin ona aid hissəsində ləğv edilməsinə yönəlmişdir. İddiaçı inzibati aktın ləğv edilməsi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etsə də, xx.xx.202N-ci il tarixli qərar mübahisələndirildiyi üçün məhkəmə hesab edir ki, iddia mübahisələndirmə haqqında iddia kimi qəbul edilməlidir. İPM-nin 38-ci maddəsindən göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Lakin iddiaçı qeyd edilən 6 aylıq müddəti də üzürlü səbəb olmadan buraxaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan AR Müdafiə Nazirliyinin müavini-X4 Komandanının N5 may 202N-ci il tarixli, 070 №-li əmrinin 5 və 5.2-ci bəndlərinə əsasən, tabor döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmadığına, şəxsi heyətin döyüş hazırlığı, intizam və mənəvipsixoloji vəziyyəti qeyri-qənaətbəxş olduğuna, silah və döyüş texnikaları döyüş tətbiqinə daima hazır vəziyyətdə saxlanılmadığına və inspeksiya yoxlamasında “qeyri-kafi” qiymətləndirildiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi mayor İddiaçı “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” edilməsi, 6.2 və 6.2.7ci bəndlərinə görə N və N nömrəli hərbi hissələrdə raket-artilleriya silahları xidməti üzrə dövlətə vurulmuş 4N8N4 (qırx bir min səkkiz yüz on dörd) manat 57 qəpik maddi ziyanın Müdafiə nazirinin 25 mart 2000-ci il tarixli 96 nömrəli əmrinin tələblərinə müvafiq olaraq bir misli həddində hesablanması və bölmələrin döyüşə və döyüş hazılığının, şəxs heyətin intizamı və mənəvi-psixoloji vəziyyətinin aşağı səviyyədə olması, silah və texnikanın daima döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılmaması, silahların normal döyüş vəziyyətinə gətirilməməsi nəticəsində döyüş sursatlarının israf edilməsinə səbəb olduqlarına və hərbi hissə inspeksiya yoxlamasında “qeyri-kafi” qiymətləndirildiyinə görə mayor İddiaçı 2500 (iki min beş yüz) manat tutulmasının təmin edilməsi əmr edilmişdir. İşdə olan mübahisələndirilən N5 may 202N-ci il tarixli, 070 nömrəli əmrin N nömrəli hərbi hissəyə daxil olmuş nüsxəsinin sonuncu vərəqindən görünür ki, iddiaçı həmin əmrlə N6 may 202N-ci il tarixində tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. Beləliklə, işin birinci intansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməyən halından görünür ki, iddiaçı mübahisələndirilən əmrdən ən azı xx.xx.202N-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı xx.xx.202N-ci il tarixində raportla N nömrəli hərbi hissənin komandirinə müraciət edərək AR Müdafiə Nazirliyinin müavini-X4 Komandanının yuxarıda qeyd olunan əmrinin müvafiq bəndlərində dəyişiklik edilməsini xahiş etmişdir. Daha sonra isə iddiaçı xx.xx.202N-ci il tarixində şikayət ərizəsi ilə Azərbaycan Respublikası Müdafiə nazirinə müraciət edərək N00 nömrəli hərbi hissə komandirinin əmrinin ona aid hissəsində ləğv edilməsini xahiş etmişdir. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 20N4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 20N5-ci il tarixli qərarı)”. İPM-in 38.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İPM-nin 38.3-cü maddəsində qeyd edilir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.N-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.N-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Qanununun 73.N-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər (Maddə 73.2). Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici maraqlı şəxsin inzibati aktdan şikayət verməli olduğu müddəti ən çoxu inzibati aktın qüvvəyə mindiyi gündən 6 ay müddətində müəyyən etmişdir. İddiaçı isə mübahisələndirilən əmrdən onu icra etdiyi vaxtdan 7 ay 6 gün sonra inzibati şikayət vermişdir. Kollegiya hesab edir ki, belə olan halda, İPM-nin 38.3-cü maddəsinin müddəaları iddiaçıya münasibətdə şamil edilə bilməz. Beləliklə, iddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək cavabdehin xx.xx.202N-ci il tarixli əmrini xx.xx.2022-ci il tarixində mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüş, həmçinin, məhkəməyə müddətin bərpasına dair ərizə təqdim etməmişdir. İnzibаti Prosessuаl Məcəllənin 35.N-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İddiaçının apellyasiya şikayətinin dəlilləri iki hissədən ibarətdir: N) Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halı (30 günlük iddia müddətinin ötürülməsini) iddiaçının diqqətinə çatdırmaqla kifayətlənmiş, iddiaçıya prosessual müddətin bərpa olunması üçün İPM-nin 24-cü maddəsində müəyyən olunmuş hüquqi müdafiə vasitələrindən istifadə etməyi təklif etməmiş, müddətin bərpası barədə ərizə vermək üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmişdir; 2) İddiaçı xx.xx.202N-ci il tarixdə - mübahisələndirilən inzibati aktın imzalandığı vaxtdan 6 gün sonra xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə mübahisələndirilən inzibati aktın ləğv olunması ilə bağlı müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının N-ci dəlilini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin 08 iyul 2022-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının protokolundan görünür ki, sədrlik edən iddiaçıya İPM-nin N3-cü maddəsinə əsasən, iddia müdətinin ötürülməsi ilə bağlı yardım edərək, müddətin bərpasına dair ərizə vermək hüququnu izah etsə də, iddiaçı ərizə təqdim etməmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İnzibati aktın imzalandığı vaxtdan 6 gün sonra xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə mübahisələndirilən inzibati aktın ləğv olunması ilə bağlı müraciət etməsinə dair apelyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, AR Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. AR Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən, hər bir hərbi qulluqçu komandirlərin (rəislərin) onun haqqında qeyri-qanuni sərəncamları və hərəkətləri, xidməti hüquqlarının və üstünlüklərinin pozulması və ya ona çatası təminatın verilməməsi haqqında şikayət edə bilər. Şikayətçi, kimdən şikayət edirsə, şikayəti onun bilavasitə rəisinə verir. Əgər şikayətçi öz hüquqlarının kim tərəfindən pozulduğunu bilmirsə, şikayəti komanda üzrə verir. (bənd N08, N09). Hazırkı halda isə iddiaçı AR Müdafiə Nazirliyinin müavini-X4 Komandanının əmrindən şikayəti aidiyyəti üzrə yuxarı inzibati orqana deyil, X4 Komandanının tabeliyində olan N nömrəli hərbi hissə komandirinə etmişdir. Halbuki, Nizamnamənin tələblərinə əsasən hazırkı iş üzrə əmrin ləğv edilməsi ilə bağlı şikayət instansiyası N nömrəli hərbi hissə komandiri deyil, AR Müdafiə naziri hesab edilir. İddiaçı müraciətini İntizam Nizamnaməsinin N09-cu maddəsinin tələblərinə uyğun etməmişdir Odur ki, kollegiya apelyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-N(NN8)-993/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən N0 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar