Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-622/2022 11.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1610/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən 23 avqust 2021-ci il tarixli 0529003AAJS0 nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən iddiaçı son 6 ay ərzində - 11 avqust 2021-ci il, 29 mart 2021-ci il, 26 aprel 2021-ci il və 14 iyun 2021-ci il tarixlərində “onurğanın osteoxondrozu” xəstəliyi ilə ambulator müayinədə, 18 yanvar 2005-ci il tarixdən 05 fevral 2005-ci il tarixədək, 04 avqust 2014-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək, 29 iyul 2015-ci il tarixdən 11 avqust 2015-ci il tarixədək Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasında, 27 fevral 2010-cu il tarixdən 03 mart 2010-cu il tarixədək, 03 iyun 2010-cu il tarixdən 03 iyul 2010-cu il tarixədək, 15 avqust 2011-ci il tarixdən 03 sentyabr 2011-ci il tarixədək, 13 fevral 2012-ci il tarixdən 05 sentyabr 2012-ci il tarixədək, 01 avqust 2013-cü il tarixdən 29 avqust 2013-cü il tarixədək 3 nömrəli şəhər xəstəxanasında, 22 fevral 2015-ci il tarixdən 23 fevral 2015-ci il tarixədək, 22 yanvar 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək Sumqayıt Şəhər Təcili X4, 14 iyul 2018-ci il tarixdən 28 iyul 2018-ci il tarixədək, 15 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək Sumqayıt 2 nömrəli şəhər Xəstəxanasında, 09 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək Sumqayıt Şəhər Səhiyyə Şöbəsində, 03 avqust 2021-ci il tarixdə isə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “M.42 Onurğanın osteoxondrozu. Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu, boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə” qoyulmuş, ağırlaşmalar “R26 Hərəkətin və yerişin pozulmaları. Yeriş və hərəkətin məhdudlaşması”, “G45 Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və tranzitor işemik həmlə”, “G45.0 Vertebrobazilyar arterial sistem sindromu. Vertebro-bazilyar çatmamazlığı”, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə Diskogen bel-oma (L5-S1) radikulopatiya”, “M54.1 Radikulopatiya iki tərəfli lyumbişalgiya kəskin uzun sürən kökcük ağrı sindromu ilə”, “G57.6 Ayaqaltı sinirin zədələnməsi. Sağ ayaq pəncəsinin parezi”, yanaşı xəstəliklər isə “E66 Piylənmə. Piylənmə İİİ dər.”, “İ67.4 Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya” və “E88.2 Digər rubrikalarda təsnif olunmayan lipomatoz. Sol böyrəyin angiomiolipoması”, “M25.6 “Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. OFP İİ dər.”, “E11 İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip orta ağır gedişli”, “İ10 Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİ dərəcə, yüksək risk” “M05.3 Digər orqan və sistemlərin cəlb olunması ilə müşayiət edilən revmatoid artrit. Revmatoid poliartirit oynaq forması ləng proqesivləşən gedişli”, “D50 Dəmir defisitli anemiya. Xroniki dəmir defisitli anemiya”, “H52.4 Presbiopiya OU-Presbiopiya”, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə L4-L5 və L5-S1 fəqərəarası diskin protruziyaları” kimi müəyyən edilmişdir. Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilən 23 avqust 2021-ci il tarixli 0529003AAJS0 nömrəli göndəriş cavabdeh tərəfindən 24 avqust 2021-ci il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 10 yanvar 2022-ci il tarixli **********5 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” na uyğun olaraq iddiaçının əlillik vəziyyəti Sumqayıt 1 nömrəli şəhər poliklinikasının 0529003AAJS0 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirmək məsləhət görülür) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi iddiaçıya bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müracət edərək əlillik dərəcəsinin təyin edilməməsinin qanunsuz hesab edilməsi və əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. xx.xx.2011-ci ildə səhhəti ilə əlaqədar olaraq ona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ikinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həmin gündən etibarən iddiaçıya 2021-ci ilin yanvar ayınadak əlilliyə görə əmək pensiyası verilmişdir. 2021-ci ilin yanvar ayında iddiaçı DSMF-nin Sumqayıt Şöbəsinə ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, iddiaçıya əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina cavabı verilmişdir. 0529003AAJS0, 0531003AAJVM, 0531003AAKCF göndərişlərdən göründüyü kimi iddiaçı 18 yanvar 2005-ci il tarixdən 05 fevral 2005-ci il tarixədək, 04 avqust 2014-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək, 29 iyul 2015-ci il tarixdən 11 avqust 2015-ci il tarixədək Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasında, 27 fevral 2010-cu il tarixdən 03 mart 2010-cu il tarixədək, 03 iyun 2010-cu il tarixdən 03 iyul 2010-cu il tarixədək, 15 avqust 2011-ci il tarixdən 03 sentyabr 2011-ci il tarixədək, 13 fevral 2012-ci il tarixdən 05 sentyabr 2012-ci il tarixədək, 01 avqust 2013-cü il tarixdən 29 avqust 2013-cü il tarixədək 3 nömrəli şəhər xəstəxanasında, 22 fevral 2015-ci il tarixdən 23 fevral 2015-ci il tarixədək, 22 yanvar 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək Sumqayıt Şəhər Təcili X4, 14 iyul 2018-ci il tarixdən 28 iyul 2018-ci il tarixədək, 15 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək Sumqayıt 2 nömrəli şəhər Xəstəxanasında, 09 noyabr 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək Sumqayıt Şəhər Səhiyyə Şöbəsində, 03 avqust 2021-ci il tarixdə isə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” nda stasionar müalicə almışdır. O cümlədən, mütəmadi olaraq ambulator şəraitdə müalicəsini davam etdirmişdir. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş AXTV 35179 nömrəli məsləhət vərəqəsindən göründüyü kimi iddiaçıya “M51.1 Dikogen bel-oma radikulopasiya, sağ ətrafın paralici”, “G83.2, R26 Hərəkətin və yerişin pozulmaları. Yeriş və hərəkətin məhdudlaşması, Arterial hipertenziya İİ dərəcə” diaqnozu qoyulmuşdur. Sözügedən məlumatlar AR “X5” tərəfindən verilmiş elektroneyromioqrafiyanın nətivəsi hissəsində öz əksini tapmışdır. TSEK tərəfindən 13 aprel 2021-ci il tarixində verilmiş göndəriş məktubunda qeyd edilir ki, xəstə dəfələrlə stasionar və ambulator müalicə almasına baxmayaraq, səhhətində yaxşılaşma qeyd edilməmişdir. İddiaçı 27 dekabr 2021ci il tarixində TSERA-ya əlilliyinin bərpa edilməsi ilə bağlı müraciət etsə də, ona imtina cavabı verilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik: X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91- M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 -...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Xİİİ Sinif-Sümük-əzələsisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 -Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng gedişli oynaq forması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Xİİİ Sinif-Sümük-əzələsisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 -Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng gedişli oynaq forması. Vertebro-bazilyar çatmamazlıq. Sağ ayaq pəncənin parezi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Xİİİ Sinif-Sümük-əzələsisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 -Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartrit ləng gedişli oynaq forması. Vertebro-bazilyar çatmamazlıq. Sağ ayaq pəncənin parezi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: XXİ Sinif-Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel oma fəqərələrinin üstünlüyü ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacı olması – səbəb: uzun müddət də olsa xəstə olmasına baxmayaraq, stasionar müalicələri göndərişlərin tarixcəsində yoxdur. Müayinələri qənaətbəxş deyil. İxtisalaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: Xİİİ Sinif-Sümük-əzələsisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M0-M40-M43 – Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0- Onurğa...,; Diaqnozun mətni: Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel oma fəqərələrinin üstünlüyü ilə. Radikulopatiya iki tərəfli lyumbişalgiya kəskin uzun sürən kökcük ağrı sindromu ilə. Ayaqaltı sinirin zədələnməsi. Sağ ayaq pəncəsinin parezi. Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və tranzitor işemik həmlə. Vertebrobazilyar arterial sistem sindromu. Vertebro-bazilyar çatmamazlığı. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-L5 və L5-S1 fəqərəarası diskin protruziyaları. Piylənmə. Piylənmə İİİ dər; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2-1(112)-6379/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1610/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina qanunsuz hesab edilərək ona ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli 0529003AAJS0 nömrəli sonuncu göndərişə əsasən əsas diaqnoz kimi göstərilmiş “Onurğanın osteoxondrozu, Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə” əlillik əlaməti təyin etməyən xəstəlikdir. Həmçinin, həmin göndərişdə qeyd olunan xəstəliyin ağırlıq dərəcəsi, həmin xəstəliklə bağlı iddiaçının aldığı ambulator müalicələrə dair məlumatlar göstərilməmişdir. İddiaçı, ümumilikdə, 2016-2021-ci illər ərzində yalnız 2018, 2019 və 2020-ci illərdə müalicədə olmuşdur. Bununla yanaşı göndərişin status localis hissəsində xəstədə “sağ pəncənin parezi” olduğu qeyd olunsa da, bu EMQ müayinələrində öz əksini tapmamışdır. İddiaçıda, ümumilikdə, osteoxondroz diaqnozuna xas hər hansı funksional pozğunluğun olması qeyd olunmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (-). Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1-ci bənd.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bənd. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları” na əsasən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7-ci bənd. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə əlillik 2010-cu ildə təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə əlillik təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışına əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdə olan TSEK elektron informasiya sistemindən çıxarışlardan görünür ki, iddiaçı ilk dəfə xx.xx.2011-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartirit ləng gedişli oynaq forması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2014-cü il tarixədək uzadılmışdır. 2014-cü ildə iddiaçıya “Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartirit ləng gedişli oynaq forması. Vertebro-bazilyar çatmamazlıq. Sağ ayaq pəncəsinin parezi” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik 2015-ci il tarixində 5 il müddətinə uzadılmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçı barəsində Sumqayıt 3 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2020-ci il tarixli 0531003AAJVM nömrəli göndəriş rəsmiləşdirilmişdir (TSEK-ə göndəriş zamanı əsas diaqnoz - “M.42 Onurğanın osteoxondrozu. Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu, boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə”, ağırlaşmalar - “G45 Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və tranzitor işemik həmlə”, “G45.0 Vertebrobazilyar arterial sistem sindromu. Vertebro-bazilyar çatmamazlığı”, “M54.1 Radikulopatiya iki tərəfli lyumbişalgiya kəskin uzun sürən kökcük ağrı sindromu ilə”, “G57.6 Ayaqaltı sinirin zədələnməsi. Sağ ayaq pəncəsinin parezi”, yanaşı xəstəliklər - “E66 Piylənmə. Piylənmə İİİ dər.”, “İ67.4 Hipertenziv ensefalopatiya, Hipertenziv ensefalopatiya” “E88.2 Digər rubrikalarda təsnif olunmayan lipomatoz. Sol böyrəyin angiomiolipoması”, “E11 İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet İİ tip orta ağır gedişli”, “İ10 Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİ dərəcə, yüksək risk” “M05.3 Digər orqan və sistemlərin cəlb olunması ilə müşayiət edilən revmatoid artrit. Revmatoid poliartirit oynaq forması ləng proqesivləşən gedişli”, “D50 Dəmir defisitli anemiya. Xroniki dəmir defisitli anemiya”, “H52.4 Presbiopiya OU-Presbiopiya”, “M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə L4-L5 və L5-S1 fəqərəarası diskin protruziyaları” kimi müəyyən edilmişdir). Cavabdeh tərəfindən qeyd edilən göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: uzun müddət də olsa xəstə olmasına baxmayaraq, stasionar müalicələri göndərişlərin tarixcəsində yoxdur. Müayinələri qənaətbəxş deyil. İxtisalaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı barəsində 3 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli, 0531003AAKCF nömrəli və 1 nömrəli şəhər poliklinikası tərəfindən 23 avqust 2021-ci il tarixli 0529003AAJS0 nömrəli göndərişlər rəsmiləşdirilmiş, cavabdeh tərəfindən qeyd edilən göndərişlər qiymətləndirilmiş, hər dəfə “Əlavə müalicəyə ehtiyacı olması – səbəb: ixtisaslaşmış müalicə və müayinəni davam etdirməli” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtina məktubu və etirazının yeganə dəlili müalicə və müayinə müddətinin yetərli olmamasıdır. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”-nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə, cavabdehin müalicə müddətinin yetərli olmaması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Eyni zamanda kollegiya qqeyd edirki, cavabdeh imtina məktubunda və iddiaya etirazında müalicə müddətinin yetərli olmaması əsası ilə əlilliyin təyinindən imtina edildiyini bildirsə də, apellyasiya şikayətinin dəlillərində iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas vermədiyini də qeyd etmişdir. Əvvəla işin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya həmin məzmunda imtina cavabı verilməmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdeh apelyasiya şikayətində iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməməsini bildirsə də, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2011-cı il tarixdən etibarən İİ dərəcəli əlillik təyin etsə də, hazırda apellyasiya şikayətində həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2011-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh apellyasiya şikayətində əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçı barəsində tərtib olunmuş 23 avqust 2021-ci il tarixli 0529003AAJS0 saylı göndərişdə (Forma 88) qeyd edilən əsas xəstəliyin ağırlaşması və yanaşı xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); (-). Beləliklə, müəyyən edilir ki, 23 avqust 2021-ci il tarixli 0529003AAJS0 saylı Forma 88 göndərişdəki əsas xəstəliyin ağırlaşması G45, G45.0 kodlu xəstəliklər və H52.4 kodlu yanaşı xəstəlik Əsasnaməyə əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X1 da daxil edilmişdir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi TSEK-in elektron informasiya sistemindən çıxarışlardan görünür ki, 2014-cü ildə iddiaçıya “Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə. Revmatoid poliartirit ləng gedişli oynaq forması. Vertebro-bazilyar çatmamazlıq. Sağ ayaq pəncənin parezi” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik 2015-ci il tarixində 5 il müddətinə uzadılmışdır. Beləliklə, işin sadalanan xüsusatlarından məlum olur ki, 2014-cü ildən hazırkı vaxtadək iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olaraq, təkcə “Onurğa fəqərələrinin diffuz yayılmış osteoxondrozu. Boyun və bel-oma fəqərələrinin üstünlüyü” əsas diaqnoz deyil, həmçinin, ağırlaşma “Vertebro-bazilyar çatmamazlıq” xəstəlikləri də qeyd edilmişdir. Sözügedən xəstəlik isə yuxarıda qeyd olunan Əsasnaməyə əsasən G45.0 kodu ilə hazırda da ikinci dərəcəli əlilliyin təyininə əsas verir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(118)-1610/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.