Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-624/2025 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “02 mart 2023-cü il tarixindən orqanizm funksiyalarının 40% pozulması ilə əlaqədar 1( bir) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-213/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıya 2014-cü il və 2015-ci illədə 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-H12433/2023 nömrəli məktubuna əsasən, iddiaçının əlillik vəziyyəti X10nin B0079023İFQ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması ilə bağlı imtina barədə qərar qəbul edilmişir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin T920/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir; ““İddiaçı adına Quba rayon Mərkəzi Xəstəxanasının tərtib etdiyi 0244003AAPGY nömrəli Forma 088 göndərişindən görünür ki, o, “G55.1-Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və L.5 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası (2023) L5- S1 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı hal (M51.1) xroniki diskogen (L5- S1) radikulopatiya; ağırlaşma : G83.1-aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi4 G54.1- bel-oma kələfinin zədələnməsi, dayanıqlı güclü ağrı sindromu və bel nahiyyəsinə kəskin hərəkət məhdudluğu, G95.8-onurğa beyinin digər dəqiqləşdirilmiş xəstəlikləri, çanaq orqanları funksiyasının sidik saxlaya bilməməzlik (neyrogen sidik kisəsi) N31.0 tip pozulması, N39.8 – sidik ifrazat sisteminin digər dəqiqləşdirilməmiş xəstəlikləri” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyinatı səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrini tətbiq etmək mümkün olmamışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin T670/2025 nömrəli, 14 avqust 2025-ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir; “İddiaçı adına Quba Rayon Mərkəzi Xəstəxanasının tərtib etdiyi 0244003AAPGY nömrəli Forma 088 göndərişindən görünür ki, o, “G55.1- Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və L5 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası (2023), L5-S1 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı hal (M51.1) xroniki diskogen (L5-S1) radikulopatiya. Ağırlaşma: G83.1-Aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi. G54.1-Bel- oma kələfinin zədələnməsi, dayanıqlı güclü ağrı sindromu və bel nahiyəsində kəskin hərəkət məhdudluğu. G95.8-Onurğa beyinin digər dəqiqləşdirilmiş xəstəlikləri, çanaq orqanları funksiyasının sidik saxlaya bilməməzlik (neyrogen sidik kisəsi) N31.0-tip pozulması. N39.8-Sidik-ifrazat sisteminin digər dəqiqləşdirilmiş xəstəlikləri” xəstəliklərdən əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyinatı səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı”. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona 2004-cü ildə təyin olunmuş İİ dərəcəli əliliyin dayandırıldığı tarixdən bərpa edilməsi, aprel 2021-ci ildən aprel 2023-cü ilədək ödənilməyən hər ayı 260 AZN-dən olmaqla 6240 AZN, hər ay 100 AZN-dən reseptlər üzrə alınmış dərmanlara görə ödənilən 2400 AZN, cəmi 8640 AZN, mənəvi ziyana görə 1500 AZN ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Neyrocərrahiyyə xəstəxanasında "L 5-ci fəqərəsinin soldan hissəvi "hemilaminektomiyası", L 5 - S 1 florası disk yırtığının çıxarılması" ilə bağlı əməliyyat olunmuşdur. 2004-cü ildə ona ilk dəfə İİ qrup əlillik təyin olunmuşdur. Hər il 1 il müddətinə, 2016-cı ildə isə 5 il müddətinə əlilliyin müddəti uzadılmışdır. xx.xx.2017-ci ildə "uşaqlıq boruları ilə birlikdə supravaginal amputasiyası, sağ yumurtalığın pazvari rezeksiyası"dan əməliyyat olunmuşdur. Bu müddət ərzində Quba rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olmuşdur. Son müalicə zamanı rayon xəstəxanası "Covid 19" virusu ilə əlaqədar xəstələr qəbul edilmədiyi üçün xx.xx.2021-ci ildə Xaçmaz rayon Mərkəzi xəstəxanasının nevrologiya şöbəsində 10 günlük stasionar müalicə olunmuşdur. xx.xx.2016-cı ildə TSEK-dən keçirilərək "yaşlılarda onurğanın osteoxondrozu sol tərəfli kökcük ağır sindromu" ilə keçirilmiş, növbəti təyinat xx.xx.2021- ci ildə edilmiş, lakin heç bir xəbərdarlıq edilmədən, müayinədən keçirilmədən əlilliyi ləğv edilmişdir. xx.xx.2021-ci ildə "ürək ağrıları ilə yoxlanışda olduğu zaman ürəkdə "Mitraİ qapaqda" İİ dərəcəli çatışmazlıq və yanaşı olaraq qalxanabənzər vəzin düyünlü zobu da aşkar edilmişdir. Bununla əlaqədar müalicələri davam etdirilir. Quba rayon Tibb Ekizpertiza Komissiyasının qəbulunda olmuşdur. Əlilliyinin qiymətləndirilməsi üçün müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə "əlavə müalicəyə ehtiyac olması" yazılaraq imtina edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək növbəti dəfə Xaçmaz rayon Mərkəzi xəstəxanasının Nevrologiya şöbəsində müalicə olunmuşdur. Bundan sonra bel ağrıları, ayağına, pəncənə vuran ağrılar və ayağında keyitmə olduğu üçün MRT olunmuş və müalicə almışdır. Əlilliyi ilə əlaqədar yenidən müraciət etmiş və xx.xx.2022-ci ildə müraciətinə ətraflı deyil, yalnız bir cümlə ilə "imtina" sözü ilə cavab verilmişdir. Ağrıları kəsilmədiyi və həddən artıq kəskinləşdiyi və dözülməz olduğu üçün yenidən MRT olunmuş və həkimin göstərişi ilə təcili əməliyyat olunmağını, əks təqdirdə şikəst qalacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixdə "Prime Hospital"da "L 4 dekompressiv laminektomiyası, L 4, L 5 disk yırtığının çıxarılması, L 3, L 4, LS-S1 fəqərələrinin transpedikulyar metallofiksiyası" əməliyyatı olmuşdur. İki ay həkimin nəzarəti ilə yataq rejimində müalicə olmuşdur. xx.xx.2022-ci il tarixdə "Onlayn növbə" alaraq Tibbi-Sosial Ekspert Komissiyasında əyani şəkildə olmuş və ərizə ilə müraciət etmişdir. İdarə heyətinin sədr müavini M.Məmmədova "X10 tərəfindən müayinə-müalicə olunacağı və yenidən göndəriş rəsmiləşdirəcəyi təqdirdə əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi" barədə məlumat verməklə kifayətlənmişdir. Ağrıları kəsmədiyi üçün yenidən Quba rayon Mərkəzi xəstəxanasının Nevrologiya şöbəsinə müraciət etmişdir. Müayinə olunduqdan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar müalicə olmuşdur. Həmin müddətdə MRT və xx.xx.2022-ci il tarixdə hər iki ayağın EMQ müayinəsi olunub. Yenidən Quba rayon Ekspertiza Komissiyasına müraciət etmiş və göndərişinə "yalnış və natamam doldurulmuşdur" cavabı ilə tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2023- cü il tarixdə yenə də Təcili yardım maşını ilə əyani şəkildə Dövlət Tibb-Sosial Ekspertiza və Reablitasiya Agentliyində olmuşdur. Müayinə edən həkim "8 implanta əlillik düşmür, əgər 10 implant olsaydı əlillik düşərdi; ürəkdə İİ dərəcəli çatışmazlıqdır, İİİ dərəcə olsaydı düşərdi" demişdir. Təkrarən Quba rayon Ekspertiza Komissiyasına müraciət etmişdir. Məktub vasitəsi ilə iddiaçını regional TSEK-ə yönləndirmişlər. TSEK-də iddiaçını müayinə etmişlər, videogörüntü çəkmişlər və Dövlət-Tibb Ekspertiza və Reablitasiya agentliyinə göndərəcəklərini bildirmişlər. Lakin heçş bir müsbət cavab verilməmişdir. Bu ağır xəstəlikiəri ilə əlaqədar zəruri tibbi sənədləri, 17 mart 2023-cü İl tarixli ərizə ilə nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin sədri cənab Anar Bayramova təqdim etsə də, bu günə qədər müxtəlif bəhanələrlə süründürülür, rəsmi cavab verilmədiyindən 28 mart 2023-cü il tarixli rəsmi ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Sahil Babayevə müraciət etmiş, lakin cavab almamışdır. Qanunla ona İ dərəcəli əlillik qrupu təyin edilməli olduğu halda, qanunun bütün tələbləri kobud şəkildə pozularaq, hazıkı dövrdə xəstəliyi davam etməsinə baxmayaraq əvvəlcədən təyin edilmiş İİ dərəcə əlilliyim altsistemində etibarsız hesab edilməsi ötəri məruzə məktubu ilə həll olunmuşdur. Yəni, əlilliyinin ləğv edilməsinə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Bel ostexondrozu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 -Dorsopatiyalar => M40- M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: YAŞLİLARDA ONURQANİN OSTEOXONDROZU.SOL TƏRƏFLİ KÖKCÜK AĞİR SİNDROMU; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: YAŞLİLARDA ONURQANİN OSTEOXONDROZU.SOL TƏRƏFLİ KÖKCÜK AĞİR SİNDROMU; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2,11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Quba rayon Mərkəzi Xəstəxanasının 01,03.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-fəqərəsinin soldan hissəvi ləminoektomiyası (xx.xx.2003) L5-S1 fəqərəarası disk yırtığının xaric olunması,L4 fəqərəsinin dekompressiv ləminoektomiyası (xx.xx.2022) L4-L5 f.a.d yırtığının çıxarılması L3-L4-L5-S1 fəqərələrinin transpedikulyar metallofiksasiyasmdan sonrakı hal; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə potensialı tükənməyib.Müayinə və müalicəni davam etdirməli” səbəbi ilə imtina verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-213/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq meyarlarına uyğun gəlmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və məhkəmədə ifadə verən nümayəndəsi onun xəstəlikləri barədə ətraflı məlumat və xəstəliyi ilə əlaqədar hüquqi sənədləri təqdim etsə də ona əsassız olaraq əlilliyin təyin edilməsinə imtina edilmişdir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, onun əlilliyinin təyin edilməsi üçün kompleks ekspertiza təyin edərək onun əlilliyin müəyyən edilməsinə köməklik göstərilməli idi. Ona görə də hesab edir ki,qeyd edilən iş üzrə apellyasiya instantiyası məhkəməsində işə baxılarkən kompleks ekspertiza təyin edərək onun xəstəlik dərəcəsinin obyektiv diaqnoz alınmasını təmin edəcəkdir. 2004-cü ildə ona əlillik dərəcəsi təyin edilmiş və həmin vaxtdan hal-hazıra kimi xətəliyi daha da kəskinləşmiş və belə bir vəziyyətdə xəstəliklərinə əlillik təyin edilməsi üçün əsas kimi sayılmaması heç bir qanuna və inkişafa uyğun gəlmir. Məhkəmə onun iddiasının pul tələbinə dair hissəsini ümumiyyətlə müzakirə edib qiymət verməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən "XBT10 kodu ilə: Əsas diaqnoz: M51.1-Bel digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5fəqərəsinin soldan hissəvi laminoektomiyası (xx.xx.2003), L5-S1 fəqərəarası disk yırtığının xaric olunması, L4L4-fəqərəsinin dekompressin heminoekomiyası (xx.xx.2022), L4-L5 fad yırtığının çıxarılması, L3-L4-L5-S1 fəqərələrinin transpedikulyar metollofiksasiyasından sonrakı hal, Ağırlaşma: G95.8-Onurğa beyinin digər dəqiqləşdirilmiş xəstəlikləri, çanaq orqanları funksiyasının qeyri iradi sidik köklərinin buraxma tip pozulması, G55.1-fəqərəarası disklərin zədələnməsi zamanı sinir və xroniki bel radikulopatiyasıdavamlı bilateral kökcük ağrı sindromu, G82.0-Süst paraplegiya, Süst aşağı paraparez, Yanaşı xəstəliklər: İ50.9- Dəqiqləşdirilməmiş (ikinci) dərəcə. ürək çatmamazlığı, QDÇ İİ (ikinci), mitral çatmamazlıq İİ İ25.1-Ürəyin aterosklerotik xəstəliyi. ÜİX, aterosklerotik kardioskleroz. İ49.9-Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, taxisistolik səyrici aritmiya" diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı aşağı ətraflarda parez, hipotrofiya, "pəncə sallanması" qeyd edilməmiş, verən yeriş sərbəst, reflekslər canlı, D=S, tonus normal olmuş, əlillik təyinatına əsas nevroloji defisit aşkarlanmamış, həkimtravmatoloq müayinəsinin nəticəsi “L3-S1 fəqərələrinin transpendikulyar fiksasiyası. Əyilmə funksiyası 60 (altmış) təyinatına dərəcə, açma funksiyası 180 (yüz səksən) dərəcə” kimi qiymətləndirilmiş və əlillik həmin tarixdə əsas verən heç bir patofunksional pozuntu müəyyən edilməmiş, eləcə də DTSERAda vətəndaşa aparılmış EXO-KQ müayinəsi nəticəsinə əsasən əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu müşahidə edilməmişdir. Şəxsin xx.xx.2025-ci il tarixdə məhkəmətibbi müayinəsi zamanı hər aşağı iki aşağı ətraflarda ətraflara iynə batırılarkən cüzi ağrını hiss etdiyini qeyd etmiş, hər iki atrofiya, parez, pəncə sallanması müşahidə edilməmiş, yerişi sərbəst izlənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Akademik C.M.Abdullayev adına X1” X11 İddiaçı barəsində tibbi müayinəsinə əsasən vətəndaşın xəstəliyinin əlillik vəziyyətində olması müəyyən edilmir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 02 mart 2023-cü il tarixindən orqanizm funksiyalarının 40% pozulması ilə əlaqədar 1 (bir) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə rəy vermiş eksperti dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırki iş üzrə, iddiaçının hüquqi marağı 02 mart 2023-cü il tarixindən orqanizm funksiyalarının 40% pozulması ilə əlaqədar 1 (bir) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən 02 mart 2023-cü il tarixdə “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-584/2024 saylı qərardadına əsasən vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana 20 günlük müddət təyin edilmiş, nəticədə cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubuna əsasən təkrarən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3172/2025 saylı qərardadı əsasında inizbati iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin T920/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: ““İddiaçı adına Quba rayon Mərkəzi Xəstəxanasının tərtib etdiyi 0244003AAPGY nömrəli Forma 088 göndərişindən görünür ki, o, “G55.1-Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və L.5 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası (2023) L5- S1 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı hal (M51.1) xroniki diskogen (L5- S1) radikulopatiya; ağırlaşma : G83.1-aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi4 G54.1- bel-oma kələfinin zədələnməsi, dayanıqlı güclü ağrı sindromu və bel nahiyyəsinə kəskin hərəkət məhdudluğu, G95.8-onurğa beyinin digər dəqiqləşdirilmiş xəstəlikləri, çanaq orqanları funksiyasının sidik saxlaya bilməməzlik (neyrogen sidik kisəsi) N31.0 tip pozulması, N39.8 – sidik ifrazat sisteminin digər dəqiqləşdirilməmiş xəstəlikləri” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyinatı səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrini tətbiq etmək mümkün olmamışdır”. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(105)-624/2025 saylı qərardadı əsasında inizbati iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9-Təcrübi və Tədris Birliyi publik hüquqi şəxsin T670/2025 nömrəli, 14 avqust 2025-ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: “İddiaçı adına Quba Rayon Mərkəzi Xəstəxanasının tərtib etdiyi 0244003AAPGY nömrəli Forma 088 göndərişindən görünür ki, o, “G55.1- Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və L5 fəqərəsinin soldan hissəvi hemilaminektomiyası (2023), L5-S1 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı hal (M51.1) xroniki diskogen (L5-S1) radikulopatiya. Ağırlaşma: G83.1-Aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi. G54.1- Bel- oma kələfinin zədələnməsi, dayanıqlı güclü ağrı sindromu və bel nahiyəsində kəskin hərəkət məhdudluğu. G95.8-Onurğa beyinin digər dəqiqləşdirilmiş xəstəlikləri, çanaq orqanları funksiyasının sidik saxlaya bilməməzlik (neyrogen sidik kisəsi) N31.0-tip pozulması. N39.8-Sidik-ifrazat sisteminin digər dəqiqləşdirilmiş xəstəlikləri” xəstəliklərdən əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik təyinatı səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı”. Apellyasiya baxışı zamanı T670/2025 nömrəli, 14 avqust 2025-ci il tarixli ekspert rəyini vermiş məhkəmə-tibb eksperti F.C.Abbasov izah etdi ki, müayinə zamanı İddiaçı Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. Belə ki, instrumental müayinə aparılmamış, yalnız sənədlər əsasında rəy verilmişdir. İddiaçıda parez, ətraflarında atrofiya aşkar edilməmiş, bunun daha dəqiq müəyyən edilməsi üçün miqorafiya tələb olunur. Aşağı ətraflarında cüzi ağrı (iynəbatırma) vardır, amma parez səviyyəsində deyildir, yerişi sərbəstdir, hərəkətdə ciddi məhdudlaşma mövcud deyildir, bunun müəyyən edilməsi üçün travmatoloq-ortopedin müayinəsi lazımdır. Məhkəmə kollegiyası iş materiallarının hərtərəfli və obyektiv araşdırılması üçün İddiaçı əyani müayinəsini “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə həvalə etmiş, müayinə nəticəsində iddiaçının diaqnozu Bel-oma kələfinin zədələnməsi (G54.1), L4-L5 S1 fəqərələrarası disklərinin yırtıqları, fəqərələrini laminoektomiyası və trasnpendikulyar sistem ilə fiksasiyası cərrahi əməliyyatdan sonrakı vəziyyət, bel fəqərələrinin osteoxondrozu, spondilyozu, kokcük ağrıları ilə aörıların sol aşağı ətrafda irradiasiyası, yerişin çətinləşməsi kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”da Bel-oma kələfinin zədələnməsi (G54.1) diaqnozu üzrə bud sinirinın funksiyalarının 40% pozulması nəticəsində bir il müddətinə əlillik təyin edilməsinə əsas verir. Göründüyü kimi iddiaçının əyani müayinəsi nəticəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli ********** nömrəli arayışda diaqnoz öz təsdiqini tapır.Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun öz təsdiqini tapmaması qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnozun təsdiqini tapmaması” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun təsdiqini tapmaması) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş arayış əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun təsdiqini tapmaması halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Bununla bağlı apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2-1(118)-213/2025 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 02 mart 2023-cü il tarixdən orqanizm funksiyalarının 40% pozulması ilə əlaqədar 1 (bir) il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X11 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.