Məhkəmə qərarları › İş №2-1(105)-625/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-625/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-625/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ona Azərbaycan Respublikası Penitensiar Xidmətinin islah əmək müəsissəsində cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi və xüsusi rütbəsi ədliyyə mayoru olan əməkdaşın xidməti vəziyyətinə bərabərləşdirilərək, həmin əməkdaşa ödənilən pul təminatına uyğun olaraq təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişinin, xüsusi iş rejiminə görə vəzifə maaşının 20 faizi ölçüdə əlavənin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqqın nəzərə almaqla 01 dekabr 2012-ci il tarixdən pensiyanı yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: iddiadan imtina ilə bağlı icraata xitam verilməsi Sədrlik edən və məruzəçi-hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ona Azərbaycan Respublikası Penitensiar Xidmətinin islah əmək müəsissəsində cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi və xüsusi rütbəsi ədliyyə mayoru olan əməkdaşın xidməti vəziyyətinə bərabərləşdirilərək, həmin əməkdaşa ödənilən pul təminatına uyğun olaraq təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişinin, xüsusi iş rejiminə görə vəzifə maaşının 20 faizi ölçüdə əlavənin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqqın nəzərə almaqla 01 dekabr 2012ci il tarixdən pensiyanı yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-721/2021 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ona Azərbaycan Respublikası Penitensiar Xidmətinin islah əmək müəsissəsində cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi və xüsusi rütbəsi ədliyyə mayoru olan əməkdaşın xidməti vəziyyətinə bərabərləşdirilərək, həmin əməkdaşa ödənilən pul təminatına uyğun olaraq təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişinin, xüsusi iş rejiminə görə vəzifə maaşının 20 faizi ölçüdə əlavənin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqqın nəzərə almaqla 01 dekabr 2012ci il tarixdən pensiyanı yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-721/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim C.B.Məmmədov). Qərarla razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməklə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti icraata qəbul edilmiş və inzibati iş baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 21.10.2021-ci il tarixdə özünə məxsus elektron poçt vasitəsilə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı ilə tanış olduqdan sonra və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlər üzrə formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq iddia tələbindən imtina etmək qərarına gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlər üzrə formalaşdırdığı hüquqi mövqeyinə əsasən şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər nəzərə alınır ki, həmin şəxs “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl və ya xidmətdən buraxıldığı günə almış olsun və şəxs “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Lakin o, Azərbaycan Respublikasında xidmət keçmədiyi üçün və həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmədiyi üçün iddia ərizəsindəki tələbləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlər üzrə formalaşdırdığı hüquqi mövqeyinə ziddir. Belə olan halda nə məhkəmənin, nə də cavabdehin vaxtını almaq istəməyərək iddia ərizəsindən imtina edir və iddia ərizəsinin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiadan imtina qəbul edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddiadan imtina etməsi barədə ərizə verməklə nə özünün nə də ki, məhkəmənin vaxtını almaq istəmədiyini və bunun hüquqi nəticələrinin ona aydın olmasını qeyd etməsi səbəbindən iddia tələbindən imtina qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məhkəmənin aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilməz: (-)... 99.2.6. bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 90 və 99-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ona Azərbaycan Respublikası Penitensiar Xidmətinin islah əmək müəsissəsində cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi və xüsusi rütbəsi ədliyyə mayoru olan əməkdaşın xidməti vəziyyətinə bərabərləşdirilərək, həmin əməkdaşa ödənilən pul təminatına uyğun olaraq təminat xərcliyinin bütün növləri nəzərə alınmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli, 119-İİİQ saylı Qanununun 23.2, 23.3-cü və 25.6-cı maddələrində nəzərdə tutulan ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin, hər il məzuniyyətə çıxarkən iki aylıq əməkhaqqı həcmində müavinətin və hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun 3 misli həcmində maddi yardımın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamə ilə böyük rəis heyətindən olan əməkdaşlara aid olan İ-ci məharət dərəcəsi və vəzifə maaşının 25% həcmində pul ödənişinin, xüsusi iş rejiminə görə vəzifə maaşının 20 faizi ölçüdə əlavənin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 166-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının tələblərinə əsasən çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqqın nəzərə almaqla 01 dekabr 2012ci il tarixdən pensiyanı yenidən hesablanıb ödənilməsi üçün təminat xərcliyi barədə məlumat vərəqəsini yenidən düzgün tərtib edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiadan imtinası qəbul edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-721/2021 saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar