Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-625/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0121 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-189/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı mülkiyyətində olan 0.0121 ha torpaq sahəsi üzərində inşa etdiyi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh yaşayış evinin 11 kv.metr hissəsinin qonşu X6 mülkiyyətində olan torpaq sahəsinə düşdüyü əsası ilə imtina etmiş, iddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi X7 üçüncü şəxs kimi məhkəmə icraatına cəlb etmişdir. **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0121 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0121 ha torpaq sahəsinin koordinatlarına dair A № 673359 saylı, xx.xx.2021-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0121 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair eskiz layihə tərtib edilmişdir. İddiaçı tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə ünvanlanmış 18 iyul 2022-ci il tarixli ərizədən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ona məxsus və mülkiyyətində olan **********94 reyestr nömrəli torpaqda fərdi yaşayış evi tikmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X18 küçəsi, ev 7B ünvanında yerləşən 0.0125 ha torpaq sahəsi və 107.2 kv.metr yaşayış sahəsi üzərində X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə tam olaraq üst-üstə düşmür; elektron bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla İddiaçı məxsus torpaq sahəsinin koordinatları digər şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür; iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintialtı sahəsinin 11.0 kv.metr hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla X8 məxsus 0.0125 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. 8İ-16178 reyestr nömrəli, 18 noyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, X2 rayonu, Xırdalan şəhəri, X19 küçəsi, ev 7B ünvanında yerləşən, **********30-10301 reyestr nömrəli ümumi sahəsi 0.0125 ha torpaq sahəsindən 11 kv.m hissənin qonşu mülkiyyətçi İddiaçı tərəfindən istifadə edilməsindən xəbərdardır və bununla bağlı heç bir etirazı və iddia tələbi yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, həmçinin fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0121 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.0121 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsassız dəlillər gətirməklə dövlət qeydiyyatının aparılmasından xx.xx.2022-ci il tarixli bildirişlə imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, “Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, həmçinin fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşdiyi aşkar edilmişdir . Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” İddia ərizəsinə əlavə olunmuş daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X11 ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X9 verilmiş **********94 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan 0.0121 ha torpaq sahəsini xx.xx.2021-ci il tarixində iddiaçıya bağışlamışdır. Həmin torpaq sahəsini X1 Sevil Baladay qızından ona məxsus olan 0.0347 ha torpaq sahəsindən 0.0121 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Göründüyü kimi həmin çıxarışlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilməsinə baxmayaraq Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətindən imtina olunarkən gətirilən səbəb kimi fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu həmçinin fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşdiyi qeyd edilmişdir. Belə ki, hazırda ona məxsus olan torpaq sahəsinin çıxarışının, plan və ölçülərinin cavabdeh tərəfindən verilməsinə baxmayaraq cavabdeh öz verdiyi çıxarışı şübhə altına alır. Hesab edir ki, cavabdehin imtinası tam əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu. Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının xx.xx.2022-ci il tarixli. ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, 2. Fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair" 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyqun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-875/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 zəruri qaydada üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-189/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0121 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə tam olaraq üst-üstə düşmür; elektron bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla İddiaçı məxsus torpaq sahəsinin koordinatları digər şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür; iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintialtı sahəsinin 11.0 kv.metr hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla X8 məxsus 0.0125 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Göründüyü kimi cavabdeh orqan öz mütəxəssisləri tərəfindən tərtib eidlmiş rəydə mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı uyğunsuzluğun və mübahisənin mövcud olmadığını göstərərək, öz imtinasına göstərdiyi ilkin dəlili təkzib etmişdir. Cavabdeh orqanın digər dəlilinə gəldikdə isə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də mübahidə predmeti olan yaşayış evinin evinin tikintialtı sahəsinin 11.0 kv.metr hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla X8 məxsus 0.0125 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Lakin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X10 8İ-16178 reyestr nömrəli, 18 noyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Abşeron rayonu, Xırdalan şəhəri, X19 küçəsi, ev 7B ünvanında yerləşən, **********30-10301 reyestr nömrəli ümumi sahəsi 0.0125 ha torpaq sahəsindən 11 kv.m hissənin qonşu mülkiyyətçi İddiaçı tərəfindən istifadə edilməsindən xəbərdar olduğunu və bununla bağlı heç bir etirazı və iddia tələbi olmadığını bildirmişdir. Göründüyü kimi torpaq sahəsinin zəbt hissəsinin mülkiyyətçisi qeyd olunan hala dair hər hansı etirazının olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli yaşayış evində uzun illər ərzində yaşamış, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəməyə hər hansı mübahisə halı məlum deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-189/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında üçüncü şəxs X10 lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2 Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3 Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləki, hazırkı mübahisənin predmetini cavabdehin İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0121 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin qeydiyyata alınmasından imtinası təşkil edir. Cavadehin imtinasının, habelə etirazının əsas dəlilləri mübahisəli fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olmasını və fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında haqlı olaraq onunla əsaslandırmışdır ki, məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə tam olaraq üst-üstə düşmür; elektron bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla İddiaçı məxsus torpaq sahəsinin koordinatları digər şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üstüstə düşmür; iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintialtı sahəsinin 11.0 kv.metr hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla X8 məxsus 0.0125 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Cavabdeh orqanın digər dəlilinə gəldikdə isə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də mübahidə predmeti olan yaşayış evinin evinin tikintialtı sahəsinin 11.0 kv.metr hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla X8 məxsus 0.0125 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Lakin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X10 8İ-16178 reyestr nömrəli, 18 noyabr 2023cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Abşeron rayonu, Xırdalan şəhəri, X19 küçəsi, ev 7B ünvanında yerləşən, **********30-10301 reyestr nömrəli ümumi sahəsi 0.0125 ha torpaq sahəsindən 11 kv.m hissənin qonşu mülkiyyətçi İddiaçı tərəfindən istifadə edilməsindən xəbərdar olduğunu və bununla bağlı heç bir etirazı və iddia tələbi olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli yaşayış evində uzun illər ərzində yaşamış, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəməyə hər hansı mübahisə halı məlum deyildir. Eləcə də işdən görünür ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın öz imtinasında göstərdiyi halları araşdırmaq məqsədilə aidiyyatı üzrə sorğu göndərmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə tam olaraq üst-üstə düşmür; elektron bazasına əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla İddiaçı məxsus torpaq sahəsinin koordinatları digər şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür; iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintialtı sahəsinin 11.0 kv.metr hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla X8 məxsus 0.0125 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Göründüyü kimi cavabdeh orqan öz mütəxəssisləri tərəfindən tərtib eidlmiş rəydə mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı uyğunsuzluğun və mübahisənin mövcud olmadığını göstərərək, öz imtinasına göstərdiyi ilkin dəlili təkzib etmişdir. Cavabdeh orqanın digər dəlilinə gəldikdə isə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də mübahidə predmeti olan yaşayış evinin evinin tikintialtı sahəsinin 11.0 kv.metr hissəsi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla X8 məxsus 0.0125 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. Lakin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X10 8İ-16178 reyestr nömrəli, 18 noyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Abşeron rayonu, Xırdalan şəhəri, X19 küçəsi, ev 7B ünvanında yerləşən, **********30-10301 reyestr nömrəli ümumi sahəsi 0.0125 ha torpaq sahəsindən 11 kv.m hissənin qonşu mülkiyyətçi İddiaçı tərəfindən istifadə edilməsindən xəbərdar olduğunu və bununla bağlı heç bir etirazı və iddia tələbi olmadığını bildirmişdir. Göründüyü kimi torpaq sahəsinin zəbt hissəsinin mülkiyyətçisi qeyd olunan hala dair hər hansı etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli yaşayış evində uzun illər ərzində yaşamış, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı hər hansı bir mübahisənin olması müəyyən edilmir. Eyni zamanda məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsi təsdiq etmişdir ki, inzibati orqanın formalaşmış praktikasında fərdi yaşayış evlərinin yerləşməsində 10 kv.metrə qədər kənarlaşma olduqda həmin uyğunsuzluq imtina üçün əsas hesab olunmur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin elektron bazadakı məlumatlarının faktiki vəziyyətə uyğunlaşdırmaq cavabdeh inzibati orqanın vəzifəsidir və bununla bağlı müvafiq tənzimləmələr mövcuddur. Beləliklə, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və onun hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-189/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-625/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-625/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver