Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-625/2025 30.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3435/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi, X7 və Abşeron rayonu Hökməli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 47 nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarının və həmin qərar əsasında X2 adına verilmiş **********752 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X7 və Abşeron rayonu Hökməli bələdiyyəsinin cavabdehlər sırasından çıxarılması və cavabdeh qismində yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin saxlanılmasının məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 58 saylı qərarı ilə X8 fərdi yaşayış evinin tikintisi, həyatyanı sahə və sair təyinat üçün 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa JN806A saylı kod 308000036, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpağın planı, ölçüsü və kordinatları göstərilmişdir. xx.xx.2012-ci il tarixdə X11 vəfat etmişdir. Bundan sonra, vərəsəlik qaydasında sözügedən torpaq sahəsi mərhumun həyat yoldaşı Əmirov Vəkil Ziyəddin oğlunun adına rəsmiləşdirilmişdir. Əmirov Vəkil Ziyəddin oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, torpaq sahəsi bundan sonra vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilərək Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsində yerləşən paylar iddiaçının adına keçmiş və **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı həmin torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir, lakin buna dair iddiaçıya imtina verilmiş və cavabda onun mülkiyyətində olan torpaq sahəsinin yerləşməsi ilə çıxarışın koordinatları arasında fərq olmasını, sənəd üzrə torpaq sahələrinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, yeri dəyişdirildiyi, faktiki torpaq sahəsinin başqa şəxsin sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Yenidən iddiaçı cavabdeh orqana X4 adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi ilə müraciət etmişdir. Sözügedən idarənin xx.xx.2024-cü il tarixli cavab məktubunda daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X5 ayrılmış torpaq sahəsi bələdiyyə torpağı olmamışdır. Həmin torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 58 saylı qərarı ilə ayrılsa da, sonradan isə həmin torpaq sahəsi Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 47 nömrəli qərarı ilə bələdiyyə tərəfindən X5 verilmişdir. Həmin torpaq sahəsinin bələdiyyəyə aid olmadığı halda X5 ayrılması tam qanunsuzdur. X2 aldığı çıxarış da qanunsuzdur. Ona görə də, çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2008-ci il tarixli **********52 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli müraciəti olmuşdur. İddia ərizəsinə əsasən qeydiyyat orqanı tərəfindən verilmiş çıxarışın ləğvi tələb olunmasına baxmayaraq, inzibati orqan tərəfindən verilmiş çıxarışın qanunsuz və əsassız verilməsi iddia ərizəsində əsaslandırılmamış, buna dair hər hansı mötəbər sübut işə əlavə edilməmişdir. Nəzərinizə çatdırırıq ki, ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X3 adına Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinə dair verilmiş **********52 reyestr nömrəli çıxarış xx.xx.2007-ci il tarixli Hökməli bələdiyyəsinin 47 nömrəli qərarına əsasən verilmişdir. Sözügedən daşınmaz əmlak hal-hazırda X3 istifadəsindədir və daşınmaz əmlak üzərində X1 istifadə hüququnun dövlət qeydiyyatı qanuni əsaslarla aparılmış və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3435/2025 nömrəli qərardadı ilə X9 adi cəlbetmə qaydasında, Abşeron rayonu Hökməli bələdiyyəsi isə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) xx.xx.2025-ci il tarixli 2-1(118)-3435/2025 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qaldırdığı iddia tələbi iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə ki, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. Məhkəmə iddiaçıya izah etmişdir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ilkin olaraq Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 47 nömrəli qərarının ləğvi ilə bağlı Abşeron rayonu Hökməli bələdiyyəsinə müraciət edə bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı Abşeron rayonu Hökməli bələdiyyəsinə bələdiyyə qərarının ləğvi tələbi ilə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmiş, lakin belə bir sübutun olmadığını bildirmişdir. Bununla bağlı da iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəyişdirilməsinə ehtiyac olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün hesab olunması və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 58 saylı qərarı ilə X8 fərdi yaşayış evinin tikintisi, həyatyanı sahə və sair təyinat üçün 0.10 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa JN806A saylı kod 308000036, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpağın planı, ölçüsü və kordinatları göstərilmişdir. xx.xx.2012-ci il tarixdə X11 vəfat etmişdir. Bundan sonra vərəsəlik qaydasında Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsində yerləşən paylar İddiaçı keçmiş və İddiaçı **********12 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. Həmin “torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin buna dair ona imtina verilmiş və cavabda onun mülkiyyətində olan torpaq sahəsinin yerləşməsi ilə çıxarışın kordinatları arasında fərq olmasını, sənəd üzrə torpaq sahələrinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, yeri dəyişdirildiyi, faktiki torpaq sahəsinin başqa şəxsin sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, onun mülkiyyətində olan torpaq sahəsinə dair X5 qanunsuz olaraq çıxarış verilmişdir. X5 ayrılmış torpaq sahəsi bələdiyyə torpağı olmamışdır. Həmin torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 58 saylı qərarı ilə onlara ayrılsa da sonradan isə həmin torpaq sahəsi 2008-ci ildə bələdiyyə tərəfindən X6 verilmişdir. Məhkəmə bu faktları araşdırmamış, Abşeron rayon Hökməli bələdiyəsinin xx.xx.2007-ci il tarixli 47 nömrəli qərarının hansı əsasla verilməsi barədə müvafiq sorğular verməklə aydınlaşdırmaq istəməmişdir. Belə ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 58 saylı qərarı ilə X8 fərdi yaşayış evinin tikintisi, bəyatyanı sahə və sair təyinat üçün 0.10 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa JN806A saylı kod 308000036, xx.xx.2006-cı ıl tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sonradan həmin sahənin X2 torpaq sahəsinə aid olması ekspert təyin etməkə müəyyən edilə bilərdi və iddia tələbinin mümkünsüzlüyü barədə qərardad çıxarılmasına heç bir əsas yoxdur. Məhkəmə öz qərardadında ilkin olaraq Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 47 saylı qərarının ləğvi ilə bağlı Abşeron rayonu Hökməli bələdiyyəsinə müraciət edilməsini qeyd etsə də, həmin torpaq sahəsinə dair X5 çıxarış verilmişdir. Ona görə də, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair X2 adına verilmiş **********752 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarışın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmin çıxarışın əsaslı və əsassız olması məhkəmə tərəfindən araşdırılmalı idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlilinə uyğun izahat verib, iddia tələbinin mümkün sayılmaması barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3435/2025 nömrəli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün hesab olunması və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi, üçüncü şəxslər X7 və Abşeron rayonu Hökməli bələdiyyəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdeh nümayəndəsi və ya üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddiaçının ilk tələbi cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi, X7 və Abşeron rayonu Hökməli bələdiyyəsinə qarşı qaldırılmaqla Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 47 nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarının və həmin qərar əsasında X2 adına verilmiş **********752 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi həmin tələbə münasibət bildirərkən göstərmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X3 adına işlənmiş çıxarışın verilməsinə əsas olmuş Hökməli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 47 nömrəli qərarını mübahisələndirilməli olması əsası ilə iddianı mümkün saymayarkən, iddiaçının hüquqi marağına çatmaq üçün ilkin olaraq Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 47 nömrəli qərarının ləğvi ilə bağlı Abşeron rayonu Hökməli bələdiyyəsinə müraciət etməli olması barədə nəticəyə gələrkən səhvə yol vermişdir. Çünki, Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aiddir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 47 nömrəli qərarının ləğvini tələb etməkdədir. Mübahisələndirmə haqqında iddialar üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət etməkdən əvvəl mübahisələndirilən inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) əsas olan aktın iddiaçının maraqlarına uyğun ləğv edilməsi və ya dəyişdirilməsi barədə həmin inzibati orqana müraciət etməsi zərurəti prosessual qanunvercilikdə nəzərdə tutulmamışdır. Bununla yanaşı iddiaçının hüquqi marağı mülkiyyət hüququnun müdafiəsini həyata keçirmək üçün cavabdeh inzibati orqanın faktiki hərəkətləri ilə bağlı olmaqla, üçüncü şəxsin torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatların, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi ilə bağlı yaranmışdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 58 saylı qərarı ilə X8 fərdi yaşayış evinin tikintisi, həyatyanı sahə və sair təyinat üçün 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa JN806A saylı kod 308000036, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə torpağın planı, ölçüsü və kordinatları göstərilmişdir. X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bundan sonra, vərəsəlik qaydasında sözügedən torpaq sahəsi mərhumun əri Əmirov Vəkil Ziyəddin oğlunun adına rəsmiləşdirilmişdir. Əmirov Vəkil Ziyəddin oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Torpaq sahəsi bundan sonra vərəsəılik qaydasında İddiaçı adına rəsmiləşdirilərək Abşeron rayonu Hökməli qəsəbəsi ünvanda yerləşən 0,10 ha torpaq sahəsində yerləşən paylar İddiaçı adına keçmiş və **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir, lakin buna dair iddiaçıya imtina verilmiş və cavabda onun mülkiyyətində olan torpaq sahəsinin yerləşməsi ilə çıxarışın koordinatları arasında fərq olmasını, sənəd üzrə torpaq sahələrinin yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, yeri dəyişdirildiyi, faktiki torpaq sahəsinin başqa şəxsin sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. İddiaçı Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.2008-ci il tarixli **********52 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və cavab olaraq ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X3 adına Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinə dair verilmiş **********52 reyestr nömrəli çıxarış xx.xx.2007-ci il tarixli Hökməli bələdiyyəsinin 47 nömrəli qərarına əsasən verildiyi bildirilmişdir. İddiaçının hüquqi marağı özünə məxsus olan torpaq sahəsinin koordinatlarının düzgün müəyyən edilməsi və üçüncü şəxs X3 adına verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatların ləğv və ya ona düzəliş edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım göstərməklə, tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsini təklif etsə də, verilmiş ərizə onun hüquqi marağını əks etdirmir və məhkəmənin iş üzrə səhv qənaətə gəlməsinə səbəb olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsinin, üçüncü şəxsin sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi ilə eyni torpaq sahəsi olub-olmaması müəyyən edilməli, iddiaçının sənəd üzrə torpaq sahəsinin koordinatları və yeri müəyyən edilməli, bundan asılı olaraq üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Hökməli bələdiyyəsinin xx.xx.2007ci il tarixli 47 nömrəli qərarının ləğvinə zərurət olub-olmaması müəyyən edilməli və iddiaçıya düzgün hüququ yardım göstərilməklə, onun hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilməlidir. Bu baxımdan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3435/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-625/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-625/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver