Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-626/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin xx.xx.2023-cü il tarixdən təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2-1(118)-4694/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı barəsində Sumqayıt Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, İ00114219RGM nömrəli göndəriş rəsmiləşdirilərək, həmin göndəriş əsasında cavabdeh tərəfindən onun əlilliyi TSEK-də xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
2. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar xx.xx.2023-cü il tarixdə cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən “diaqnoz əlillik əlaməti təyin etmir barədə” xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19328/2023 nömrəli qərar qəbul edilmişdir.
3. Bundan sonra iddiaçı cavabdehə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin əlilliyi ilə bağlı imtina cavabının qanunsuz hesab edilməsi, ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar orqanizmin fuksiyasının 85 faiz itirilməsinə görə üçüncü dərəcəli əlilliyin xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmət müddətində zədə və ağır travma almış, baş beyin zədələnməsi, ayaq zədələnməsi baş vermiş və beli qırılmışdır. İddiaçını əməliyyat ediərək belinə implant qoyulmuşdur. Hərbi xidmətə yararsız hesab edilərək ordu sıralarından təxris edilmiş və bundan sonra müxtəlif xəstəxanalarda müalicə alsa da, nəticəsi olmamışdır. Bir müddət sonra bütün xəstəlik çıxarışlarını poliklinikaya təqdim etmiş və poliklinika tərəfindən F088 mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sisteminə yerləşdirilmişdir. İddiaçı dəfələrlə TSEK-dən əlilliyi ilə bağlı ona cavab verilməsini xahiş etsə də, ona gözləməyi bildirilmişdir. Bir müddət keçdikdən sonra iddiaçı yenidən əlilliyi ilə bağlı cavab almağa çalışsa da, ona cavabın hazır olmadığı deyilmişdir. Çoxsaylı şikayətlərdən sonra iddiaçını poliklinikaya çağırıb xx.xx.2025-ci il tarixdə ona elektron cavab təqdim edilmişdir. Həmin cavabdan (məktubdan) müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixdən iddiaçıya əlilliyin təyinindən rədd cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddaçının inzibati orqan tərəfindən verilmiş imtandan məlumatı xx.xx.2023-cü il tarixində olmuş, iddiaçı bundan 1 il 3 ay sonra məhkəməyə müraciət etdiyindən iddia mümkün sayılmamalıdır.
6. Bundan sonra isə iddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək ərizəni iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən əgər hər hansı bir nömrəyə sms göndərilmişdirsə, həmin nömrə işlək vəziyyətdə olmamış, bu sms-i əldə edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2-1(118)-4694/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu- Abbaszadə).
8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli xəsətəxananın xx.xx.2023-cü il tarixli, İ00114219RGM nömrəli göndərişi əsasında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və 08.09.23 tarixli göndəriş əsasında diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Daha sonra, əlavə əyani müayinənin araşdırılması aparılaraq Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 19323/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı qəbul edilmişdir. Lakin, iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində nə inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını, nə də əyani müayinəsi barədə Komissiyanın qərarını mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı 1 il 2 ay 12 gün müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması üçün onun birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, 2023-cü ilin dekabr ayında onun mobil telefon nömrəsinə zəng edərək oğlu komissiyadan keçmək üçün çağırılmışdır. Lakin komissiyanın nəticəsi barədə onlara məlumat verilməmişdir. Şikayətin təmin edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia tələbinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
15. İddiaçının hazırkı tələbi cavabdeh inzibati orqan tərəfindən ona əlilliyin təyin edilməsi barədə qərarın (iddiaçıya münasibətdə əlverişli inzibati aktın) qəbul edilməsi ilə bağlı olmaqla, növünə görə məcburetmə haqqında iddiadır.
16. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) iddialara baxılır.
17. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
19. Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
20. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
21. Göründüyü kimi inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün ərzində iddianın verilməsi ilə bağlı müddətə əməl olunması məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərtidir.
22. Birinci instansiya məhkəməsi əlilliyin təyinindən imtina cavabının iddiaçıya xx.xx.2023-cü il tarixdə verildiyini, eləcə də, bu qərardan sonra onun yenidən əyani müayinəsinin aparılaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina barədə qərarın qəbul edildiyini, iddia tələbinin isə 1 il 02 aydan artıq müddət keçdikdən sonra qaldırıldığını, bununla da, məcburetmə haqqında iddia üzrə İPMnin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
24. İşdən görünür ki, iddiaçının əlilliyi xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə TSEK-də qiymətləndirilmiş və xxxxxxx001 nömrəli müayinə aktı üzrə “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında onun əyani müayinəsi aparılaraq cavabdeh tərəfindən onun barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Bundan sonra isə xx.xx.2023-cü il tarixli imtina qərarı xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir.
25. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya alt sistemindən çıxarışlardan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli imtina cavabı barədə xx.xx.2023-cü il tarixdə iddiaçının mobil telefon nömrəsinə (**********) SMS bildiriş göndərilmişdir.
26. “Elektron məhkəmə” informasiya sisteminin iddiaçıya dair “əlaqə məlumatları” bölməsindən müəyyən edilir ki, SMS bildiriş göndərildiyi ********** mobil nömrə həqiqətən də iddiaçının adına qeydiyyata alınmış nömrədir.
27. İddiaçı müddətin bərpa edilməsi barədə ərizəsinin dəlillərində həmin nömrənin işlək vəziyyətdə olmadığını bildirsə də, bununla bağlı məhkəməyə sübut əhəmiyyətli sənəd təqdim etməmişdir.
28. Həmçinin, imtina cavabı verildiyi xx.xx.2023-cü il tarixdən iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixədək keçən kifayət qədər (1 il 5 ay) müddət ərzində iddiaçı tərəfindən inzibati orqandan onun müayinəsinin nəticəsi barədə məlumat əldə edə bilməməsi ağlabatan deyildir.
29. Kollegiya hesab edir ki, iddiaçı imtina barədə xx.xx.2023-cü il tarixli inzibati aktdan xx.xx.2023-cü il tarixdən məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə təxminən, 1 il 02 aydan artıq müddət keçdikdən sonra - xx.xx.2025-ci il tarixdə müraciət etmiş, bununla da İPM-in 38.2-ci maddəsində göstərilmiş 30 günlük iddia müddətini ötürmüşdür.
30. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.
31. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
32. Həmçinin, müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, məhkəmə düzgün olaraq müddətin bərpasına dair ərizəni rədd etmişdir.
33. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
34. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürüldüyü əsası ilə iddianı mümkünsüz sayarkən düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2-1(118)-4694/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3