Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-628/2025 30.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(118)- 2470/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin 4 aprel 2024-cü il tarixli, **********422800 saylı “Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 23 aprel 2024-cü il tarixli, **********583500 nömrəli qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9126/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, **********422800 saylı, 04 aprel 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə Qərar əsasında 2023-cü il Mənfəət vergisi üzrə 589.681,17 manat məbləğində əsassız əlavə vergi hesablanmışdır. Belə ki, Vergi orqanı tərəfindən İddiaçı MMC-də hər hansı bir səyyar yoxlama həyata keçirilməmişdir. Qəbul edilmiş qərardan da aydın olur ki, vergi orqanı kameral yoxlama həyata keçirmişdir. Vergi orqanında olan sənədlər dedikdə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş sənədlər və eyni zamanda vergi orqanının digər dövlət qurumlarından əldə etdiyi sənədlər başa düşülür. Vergi orqanının istinad etdiyi izahatların alınması kameral yoxlamaya deyil, səyyar yoxlamaya aiddir. Məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı MMC qeyd edilən malları Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə bu malları aldığını qəbul edibdir. Müdafiə Nazirliyi malların alınmasını inkar etmir. Yəni faktiki olaraq bütün mallar təhvil verilmişdir. Əsassız qəbul edilmiş Qərardan sonra isə həmin Qərarla əlaqədar olaraq əsassız olaraq riskli vergi ödəyicisi hesab edilərək MMC haqqında xx.xx.2024-cü il tarixli **********583500 nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Qərar qəbul edilmişdir. Hesab edilir ki, əsassız qərarla əlaqədar qəbul edildiyi üçün bu qərar da ləğv edilməlidir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarında riskli vergi ödəyicisi hesab edilmənin meyarları göstərilmişdir. Zenof FM MMC bu meyarların heç birinə uyğun gəlmir. Hesab edilir ki, səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş “qara mühasibatlıq” sənədlərindəki məlumatların mənbəyinin məlum olub-olmaması, bu məlumatların vergi ödəyicisinin sahibkarlıq və maliyyə faəliyyətlərini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilinməsi, eləcə də əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün bu məlumatların əsas təşkil edilibedilməməsi müəyyən edilmədiyindən, həmin məlumatlar əsasında cavabdeh vergi orqanı tərəfindən əsassız olaraq iddiaçı barəsində əlavə vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati orqan daha sonra vəsatət ünvanlayaraq iddianın geri götürülmüş hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı (VÖEN: **********) cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən 17 iyul 2024-cü il və 24 iyul 2024-cü il tarixlərə təyin olunmuş hazırlıq iclaslarında iddiaçının səlahiyyətli nümayəndəsi və ya vəkili məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı iştirak etməsə də, işə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmadığından məhkəmə iclası keçirilmiş və qərardad qəbul edilərək inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 28 yanvar 2025-ci il, 25 fevral 2025-ci il tarixlərə təyin olunmuş hazırlıq iclaslarında iddiaçının səlahiyyətli nümayəndəsi (və ya vəkili) iştirak etməmişdir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 15.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunun da aydın olur ki, iddiaçının 30 gündən artıq müddətdə məhkəmə icraatından yayınması halında qanunvericilik imperativ qaydada iddianın geri götürülməsi barədə qərardad qəbul edilməsini müəyyən edir. Hazırki inzibati işdə iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə məhkəmə 30 yanvar 2025-ci il tarixdə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iş ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarına dəvət olunmağına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat vermədiyi, İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması, belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməsi qeyd olunmuş və növbəti məhkəmə iclasına gəlməyəcəyi təqdirdə İPM-in 55.3- cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə tərəfindən daha sonra 27 fevral 2025-ci il tarixdə yenidən bildiriş göndərilmiş, iddiaçı təkrarən İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul olunacağı barədə xəbərdar edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il və 27 fevral 2025-ci il tarixli bildirişlərinə baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi 29 aprel 2025-ci il tarixli şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, hazırkı iş üzrə 29 aprel 2025-ci il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsi (və ya vəkili) iştirak etməyəcəyi təqdirdə onun tərəfindən verilmiş iddia ərizəsi geri qaytarılmış hesab edilməli və bu barədə qərardad çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(118)-2470/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə məhkəmə 30 yanvar 2025-ci il tarixdə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iş ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarına dəvət olunmağına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat vermədiyi, İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması, belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməsi qeyd olunmuş və növbəti məhkəmə iclasına gəlməyəcəyi təqdirdə İPM-in 55.3- cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə tərəfindən daha sonra 27 fevral 2025-ci il tarixdə yenidən bildiriş göndərilmiş, iddiaçı təkrarən İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul olunacağı barədə xəbərdar edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il və 27 fevral 2025-ci il tarixli bildirişlərinə baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi 29 aprel 2025-ci il tarixli şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına uyğun olaraq iddiaçıya Sumqayıt İnzibati Məhkəməsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də məhkəmə baxışı iclaslarında iştirak etməmiş və iddiaçı ardıcıl olaraq Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı 3 aya yaxın müddətdə ardıcıl olaraq məhkəmə icraatından yayınmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin yenidən məhkəmənin icraatına götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edilməməsi ilə bağlı hər dəfə ərizə və məlumat verilməyinə baxmayaraq, məhkəmə nədənsə cavabdeh inzibati orqanın verdiyi vəsatəti əsas götürərək iddiaya mahiyyəti üzrə baxmamaq üçün belə icraata xitam vermişdir. Halbuki iddiaçı olaraq məhkəmə prosesindən yayınmaq məqsədləri olmamış, sadəcə olaraq digər məhkəmə iclasları ilə hazırki iş üzrə məhkəmə iclasları üst-üstə və yaxın saatlara düşdüyü üçün, eləcə də səhhətində olan problemlərlə bağlı məhkəmə iclasında iştirakları qeyri-mümkün olmuşdur. Bundan sui-istifadə edən cavabdeh inzibati orqan vəsatətlə məhkəməyə müraciət edərək məhkəməni əsas iddiaya mahiyyəti üzrə baxılmasından çəkindirmişdir. Məhkəmə yalnış olaraq belə bir qərara gəlmişdir ki, iddiaçıya Sumqayıt İnzibati Məhkəməsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də məhkəmə baxışı iclaslarında iştirak etməmiş və iddiaçı ardıcıl olaraq Sumqayıt İnzibati Məhkəməsində icraat zamanı 3 aya yaxın müddətdə ardıcıl olaraq məhkəmə icraatından yayınmışdır. Halbuki məhkəmə tərəfindən edilən xəbərdarlıq yalnız 30 yanvar tarixli məhkəmə bildirişində öz əksini tapmış, həmin bildirişdə isə qeyd edilmişdir ki, “həmin iş ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarına dəvət olunmağınıza baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmisiniz”. Lakin bütün bunlar tamamilə əsassızdır. Belə ki, məhkəmə iclaslarında üzrsüz səbəblərdən iştirakları alınmamış və hər iclas zamanı da məhkəməyə ərizə ilə məlumat verilmişdir. Məhkəmə özü də qərardadda bildirir ki, tərəflərindən məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə ərizə ünvanlanmışdır. Ümumiyyətlə, tərəfin məhkəməyə üzrlü səbəbdən gəlməməyi iddiaya mahiyyəti üzrə baxılmasına maneə deyil. Eyni zamanda, diqqətə çatdırılır ki, iki halda məhkəmə ilə əlaqə saxlanılaraq növbəti məhkəmə vaxtları təyin edilən zaman onların mövqeyinin öyrənilməsi xahiş edilmişdir. Belə ki, məhkəmə iclasları onlarla razılaşdırılmadan digər məhkəmə iclasları ilə eyni vaxta təyin edilməsi və Bakı şəhərindən Sumqayıt şəhərinə gəlməklərini və iştiraklarını mümkünsüz etmişdir. Əlavə olaraq da bildirilir ki, iddiaçıya məhkəmə prosesləri barəsində ümumiyyətlə məhkəmə bildirişi göndərilməmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2470/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iddiaya mahiyyəti üzrə baxılmasına davam edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin vəkili və nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Maddə 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi cavabdeh inzibati orqanın 04 aprel 2024-cü il tarixli, **********422800 saylı “Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 23 aprel 2024-cü il tarixli, **********583500 nömrəli qərarların ləğv edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddiaçının xəbərdarlıq olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlməməsini məhkəmə icraatından yayınma kimi qiymətləndirmiş və iddianın geri götürüldüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Hazırda iddiaçı həmin qərardadla razılaşmayaraq apellyasiya şikayətinin dəlillərində təyin edilmiş məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edilməməsi ilə bağlı hər dəfə ərizə və məlumat verilməyinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən icraata xitam verildiyini qeyd etmişdir. İşdən də görünür ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, iş üzrə ilk məhkəmə iclası 28 yanvar 2025-ci il tarixə, saat 15:30-a təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi elektron kabinet vasitəsilə 28 yanvar 2025-ci il tarixdə, saat 15:13-də ərizə ünvanlayaraq qeyd etmişdir ki, iş üzrə məhkəmə hazırlıq iclası saat 15:30-a təyin edilib. Lakin üzrlü və obyektiv səbəblərdən məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcək. Belə ki, hazırda Bakı İstintaq Təcridxanasında istintaq prosesində olduğu üçün məhkəmə iclasında iştirakı qeyri-mümkün olacaq. Göstərilənlərə əsasən 28 yanvar tarixli məhkəmə hazırlıq iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Daha sonra növbəti məhkəmə iclası 25 fevral 2025-ci il tarixə, saat 10:45-ə təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi yenidən elektron kabinet vasitəsilə 25 fevral 2025-ci il tarixdə, saat 08:40-da ərizə ünvanlayaraq qeyd etmişdir ki, iş üzrə məhkəmə hazırlıq iclası saat 10:45-ə təyin edilmişdir. Lakin üzrlü və obyektiv səbəblərdən məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcək. Belə ki, hazırda səhhəti ilə əlaqədar məhkəmə hazırlıq iclasında iştirakı qeyri-mümkün olacaq. Həmçinin nəzərə çatdırılır ki, həm səhhəti ilə bağlı, həm də hava şəraiti, yolların buz bağlaması səbəbindən nəqliyyat vasitəsini idarə etməkdə problem yarandığı üçün hazırlıq iclasında iştirakı qeyri-mümkün olacaq. Göstərilənlərə əsasən 25 fevral tarixli məhkəmə hazırlıq iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən növbəti məhkəmə iclası 29 aprel 2025-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi yenidən elektron kabinet vasitəsilə 28 aprel 2025-ci il tarixdə ərizə ünvanlayaraq qeyd etmişdir ki, üzrlü və obyektiv səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcək. Belə ki, saat 15:25-də Bakı İnzibati Məhkəməsində X3 icraatında olan işlər üzrə məhkəmə iclaslarında iştirak edəcəyi üçün həmin iclasda iştirakı qeyri-mümkün olacaq. Göstərilənlərə əsasən 29 aprel tarixli məhkəmə hazırlıq iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının vəkili və nümayəndəsi müxtəlif tarixlərə təyin edilmiş məhkəmə iclasları keçirilənədək elektron kabinet vasitəsilə müvafiq ərizələr ünvanlayaraq iddia tələbinə mahiyyəti üzrə baxılmasında maraqlı olduğunu ifadə etmiş, o cümlədən həmin ərizələr məhkəmə iclası keçirilənədək birinci instansiya məhkəməsi üçün əlçatan olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin ərizələr nəzərə alınmamışdır. Həmçinin birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə məhkəmə 30 yanvar 2025-ci il tarixdə məhkəmə bildirişi göndərilmiş və növbəti məhkəmə iclasına gəlməyəcəyi təqdirdə İPM-in 55.3- cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə tərəfindən daha sonra 27 fevral 2025-ci il tarixdə yenidən bildiriş göndərilmiş, iddiaçı təkrarən İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş hesab edilməsi barədə qərardad qəbul olunacağı barədə xəbərdar edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il və 27 fevral 2025-ci il tarixli bildirişlərinə baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi 29 aprel 2025-ci il tarixli şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi 30 yanvar 2025-ci il tarixdə məhkəmə bildirişində qeyd olunmuşdur ki, “həmin iş ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarına dəvət olunmağınıza baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmisiniz”. Burdan da görünür ki, birinci instansiya məhkəməsi iddiaçının vəkili və nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə ünvanlanmış ərizələrə iddiaçının hüquqi marağı baxımından düzgün qiymət verməmiş, həmin ərizələri nəzərə almadan iddiaçının məhkəmə iclasında iştirakını üzrsüz hesab etmiş və məhkəməyə məlumat verilmədiyi qənaətinə gəlmişdir. Göründüyü kimi iddiaçı məhkəmə icraatından yayınmamış, növbəti məhkəmə iclaslarında iştirak edəcəyi ilə bağlı mövqeyini ifadə etmişdir. Bundan əlavə məhkəmə kollegiyası geyd edir ki, proses iştirakçısının məhkəmə iclaslarında üzrsüz səbəbdən iştirak etməməsi, iddiaya onun iştirakı olmadan baxılmasına maneə deyil. Proses iştirakçısının məhkəmə prosesini hər hansı bir səbəbdən yubatmaq niyyəti olduğu halda, bu iddiaya mahiyyəti üzrə baxılmasını istisna etmir. Bu hal zəruri sübutların təqdim edilməsi və çəkişmə prinsipinin yaratdığı üstünlüklərdən istifadə imkanının qarşısını alır ki, bu da sübutların nəzərə alınması və qiymətləndirilməsi baxımından prosesin digər iştirakçıları üçün üstünlük yaradır. Ona görə də birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxmalı olduğu halda əsassız nəticəyə gəlmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə hazırki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi iddiaçının konstitusion məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə yanaşı iddia ərizəsinin yenidən məhkəmənin icraatına götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 45.4cü maddəsinin tələbinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu isə o deməkdir ki, bununla bağlı ayrıca qərardad qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara görə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin iddia ərizəsinin yenidən məhkəmənin icraatına götürülməsinə dair qərardad qəbul edilməsi hissəsi əsaslı hesab edilə bilməz və həmin hissədə şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(118)-2470/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı ZENOF FM” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.