Məhkəmə qərarları › İş №2-1(105)-629/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-629/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-629/2022 16.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(118)- 748/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21 dekabr 2021-ci il tarixli **********499700, **********500800 və **********501500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ilə müvafiq olaraq 2021-ci ilin iyun ayı üzrə iddiaçı "xxxx" MMC barəsində 6255,54 manat, iyul ayı üzrə 19040,75 manat, sentyabr ayı üzrə isə 51823,25 manat əlavə dəyər vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas, iddiaçı tərəfindən ƏDV bəyannamələrində əvəzləşməyə təqdim edilmiş elektron qaimə faktura üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməməsi olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********930500800 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. İddiaçı vergi orqanının gəldiyi qənaəti əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə müxtəlif vaxtlarda mal alqı-satqı əməliyyatları aparılmışdır. Həmin mallar iddiaçıya təqdim edilmiş və o, öz növbəsində malların dəyərini həmin şirkətlərə ödəmişdir. Eyni zamanda, aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri tərəfindən yerinə yetirilmişdir. Lakin bir müddət sonra vergi orqanı aparılan əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələrini nəzərə almamışdır. Bunu isə digər tərəflərin riskli vergi ödəyiciləri olması ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, aparılmış əməliyyatlar adıçəkilən şirkətlərin riskli vergi ödəyiciləri siyahısına salınmasından əvvəl olmuşdur. Bu barədə məlumat əldə etdikdən sonra dərhal həmin şirkətlərlə əməliyyatlar dayandırılmışdır. Bununla bağlı vergi orqanına ətraflı şəkildə məlumat verilsə də, vergi orqanı buna əhəmiyyət verməmiş və əsasız olaraq iddiaçıya kameral qaydada vergi hesablamışdır. Qanunvericiliyin tələblərinə zidd olaraq vergi orqanı kameral yoxlama üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlillər yoxlanılmamış, yalnız vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının fəaliyyətinin araşdırılması zamanı 2021-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 4 elektron qaimə faktura, iyul ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 15 elektron qaimə faktura, sentyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 46 elektron qaimə faktura, oktyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş 113 elektron qaimə faktura, noyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN:**********) əldə edilmiş 35 elektron faktura, dekabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən (VÖEN:**********) əldə edilmiş 5 elektron faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi aşkar edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 2021-ci ilin iyun, iyul və noyabr ayları üzrə ƏDV bəyannamələrinə görə xx.xx.2021-ci il tarixli **********941200 nömrəli, 2021-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsinə görə xx.xx.2021-ci il tarixli **********527400 nömrəli, oktyabr ayı üzrə ƏDV bəyannaməsinə görə xx.xx.2022-ci il tarixli **********213900 nömrəli və dekabr ayı üzrə ƏDV bəyannaməsinə görə xx.xx.2022-ci il tarixli **********757400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir. Lakin vergi ödəyicisi qeyd edilən məktublara əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün 2021-ci ilin iyun ayına 6765,86 manat, iyul ayına 19040,75 manat, sentyabr ayına 51837,44 manat, oktyabr ayına 153838,73 manat, noyabr ayına 47051,47 manat, dekabr ayına 6761,98 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə bu barədə qəbul edilmiş qərarlar göndərilmişdir. Məhkəmə baxışının gedişində cavabdeh tərəfindən iddiaçı barəsində kameral qaydada əlavə hesablama aparılaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********646700 nömrəli qərarı ilə 2021-ci ilin iyul ayı üzrə 19040,75 manat, həmin tarixli **********647400 nömrəli qərarı ilə sentyabr ayı üzrə 51837,44 manat, xx.xx.2022-ci il tarixli **********70000 nömrəli qərarı ilə noyabr ayı üzrə 47051,47 manat, xx.xx.2022-ci tarixli **********821800 nömrəli qərarı ilə dekabr ayı üzrə 6761,98 manat, xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarı ilə oktyabr ayı üzrə 153838,73 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Milan-A" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********499700, **********501500, **********500800 nömrəli, xx.xx.2022-ci il tarixli **********646700 nömrəli və həmin tarixli **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, dəqiqləşdirilmiş ərizədə qeyd edilən qərarların ləğvinə dair buraxılmış iddia müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-748/2022 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, buraxılmış iddia müddəti bərpa edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(118)-748/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, “Milan-A" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********499700, **********501500 və **********500800 nömrəli, xx.xx.2022-ci il tarixli **********646700 və **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır (hakim: V.Əzizova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə prosesində dəqiqləşdirilmiş iddia ərizəsində iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 21 dekabr 2021-ci il tarixli **********499700 nömrəli, **********5001500 nömrəli və **********500800 nömrəli, 04 fevral 2022-ci il tarixli **********646700 nömrəli və həmin tarixli **********6467400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli və 11 mart 2022-ci il tarixli **********222000 nömrəli qərarların ləğv edilməsini xahiş etsə də, məhkəmə qərarında əlavə olaraq digər qərarları da ləğv etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verdi. Həmçinin, məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Milan-A" MMC barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********646700 nömrəli və həmin tarixli **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. (-). Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. -175.1.1-ci maddəsinə görə hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı kimi müəyyənləşdirilir. -175.11-ci maddəsinə əsasən, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, 2021-ci ilin iyun və iyul ayları üzrə iddiaçının təqdim etdiyi ƏDV bəyannaməsində əvəzləşdirilməyə daxil edilmiş "xxxx" MMC-dən, sentyabr ayı üzrə "xxxx" MMC-dən, oktyabr ayı üzrə "xxxx" MMC-dən, noyabr ayı üzrə "xxxx" MMC-dən, dekabr ayı üzrə "xxxx" MMC-dən əldə edilmiş elektron fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:

1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarından görünür ki, iddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən riskli əməliyyat hesab edilmişdir. Qanunverciliyin tələbinə əsasən, hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilərdi: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi. Cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi yuxarıda sadalanan əməliyyatların riskli hesab edildiyini bildirsə də, məhz hansı səbəbdən əməliyyatların riskli olduğunu açıqlmamış, buna dair vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə dəlil və sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Halbuki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda sadalanan alqı-satqı əməliyyatları üzrə satıcı qismində çıxış edən hüquqi şəxslərin heç biri həmin əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmamışlar. Belə ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” na əsasən "xxxx" MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, İNŞAAT-1” MMC xx.xx.2021-ci il tarixli qərarı ilə, "xxxx" MMC xx.xx.2021-ci il tarixli qərarı ilə, "xxxx" MMC xx.xx.2021-ci il, "xxxx" MMC xx.xx.2021-ci il qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişlər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir. Bundan başqa cavabdeh apellyasiya şikayətinə əlavədə məhkəmənin iddia tələbindən kənara çıxdığını, ləğvi tələb edilməyən qərarları da ləğv etdiyini qeyd etmişdir. Kollegiya cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********499700, **********501500, **********500800 nömrəli, xx.xx.2022-ci il tarixli **********646700 nömrəli və **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmiş, işə baxan məhkəmə də qeyd edilən tələbə mahiyyəti üzrə baxaraq həmin qərarların ləğv edilməsini qərara almışdır. Hazırda isə iddiaçı iddia tələbinin həcmini azaldaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********646700 nömrəli və **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********646700 nömrəli və **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022-ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarları ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2-1(118)-748/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı “Milan-A" MMC barəsində tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********646700 nömrəli, xx.xx.2022-ci il tarixli **********647400 nömrəli, xx.xx.2022-ci il tarixli **********570000 nömrəli, xx.xx.2022ci tarixli **********821800 nömrəli və xx.xx.2022-ci il tarixli **********222000 nömrəli qərarlar ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar