Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-629/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X10 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, üçüncü şəxslər X17 və X15 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Novxanı Bələdiyyəsinə qarşı “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(118)-872/2023 nömrəli qərarından üçüncü şəxslər X17 və X23 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Abşeron rayonu Novxanı bələdiyyəsinə qarşı “Novxanı bələdiyəsinin xx.xx.2021-ci il tarixli iclasın 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin Mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 2/1 qərarı və “X20” X35in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli 94/1 saylı protokolu etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsi”nə dair qərar qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3391/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “X20” X35 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası və X24, 2- 1(118)-872/20223 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X17 və X23 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X24 iddiaçının övladıdır. Həyat yoldaşı olmuş və yuxarıda qeyd etdiyi övladının atası olmuş X32 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat etmiş X25 övladları və o, qanun üzrə vəfat etmiş şəxsin vərəsələridir. Onun istifadəsində Abşeron rayonu Novxanı kəndində 0,10 ha torpaq sahəsi olmuşdur. X11 ona bildirmişdir ki, həmin torpaq sahəsini ona versə, o vəfat etmiş və onun atası olmuş X25 digər əmlaklarında olan payından anasının xeyrinə imtina edəcək. İddiaçı ona inanaraq onun xahişi ilə 26 saylı notariat ofisinə gedərək ərizə yazmışdır. xx.xx.2021-ci il tarixli ərizəsində X16 göstərişi ilə bildirilmişdir ki, onun istifadəsində olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmir, razıdır. Sonradan bilmişdir ki, X8 bələdiyyəsi ilə razılaşaraq ona bu formada ərizəsini notariat ofisində yazdırmışdır. Bundan sonra 05 may 2022-ci il tarixdə Novxanı bələdiyyəsinin sifarişi ilə “X20” X35in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac təşkil edilmiş və sözü gedən torpaq sahəsi 4350 manata satılmışdır. Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi cəmi 4350 manata satılmışdır. Halbuki, həmin torpağın bazar qiyməti 80000-100000 manat civarındadır. Burdanda məlum olur ki, Novxanı bələdiyyəsi ilə Mirzəyeva Samirə əlbir olaraq onu aldatmışdırlar. Novxanı bələdiyyəsi 0,10 ha torpaq sahəsinə dair qərardan çıxarışın və hərrac protokolunun sürətlərinin alınmasına dair sorğu verilmişdir, xx.xx.2022-ci il tarixdə sorğuya cavab alınmışdır. ƏMDX-nin Abşeron Ərazi Şöbəsindən isə sorğuya xx.xx.2022-ci il tarixdə cavab alınmışdır. Bundan sonra X24 atasından və o cümlədən onun həyat yoldaşı olmuş X21 qalmış digər əmlakdakı payından imtina etməmişdir. Digər əmlakda payını notarial qaydada müəyyən edərək mülkiyyət hüququnu tanıtmışdır. Sonradan bilmişdir ki, bunları cavabdeh X29 Bələdiyyəsi ilə məsləhətləşmiş və onu aldatmışdır. Belə olan halda Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasın 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin Mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 2/1 qərarı və “X20” X35in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli 94/1 saylı protokolu etibarsız hesab edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia tələbi əsassız, qərəzli, formal mülahizələrə əsaslanmaqla tərtib edilmişdir. Aşağıda göstərilənlərə əsasən həmin iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin hərracmüsabiqə vasitəsilə satılmasına dair notarial qaydada Novxanı bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Novxanı bələdiyyəsi vətəndaşın ərizəsini nəzərə alaraq istifadəsində olan 0,10 hektar torpaq sahəsinin satılması barədə qərar qəbul edərək hərrac komissiyasına müraciət etmişdir. Hərrac komissiyasında hərrac təşkil olunmuş, vətəndaşın istifadəsində olan 0,10 hektar torpaq sahəsi qanunamüvafiq olaraq satılmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İ-ЖГ № 373948 saylı “Nikahın bağlanması haqqında şəhaddətnamə”nin surətindən görünür ki, X32 ilə İddiaçı Hifayət qızı arasındakı nikah 09 oktyabr 1976-cı il tarixdə qeydə alınmışdır. MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində Abşeron rayonu Novxanı bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarından çıxarışdan görünür ki, Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin yaşayış evi tikintisi məqsədilə X6 qərara alınmışdır. AZ-İİ № 050779 saylı, 25 noyabr 2019-cu il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X32 25 noyabr 2019-cu il tarixdə ölmüşdür. Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarından çıxarışdan görünür ki, Novxanı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 hektar torpaq sahəsini yaşayış evi tikmək məqsədilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş “X20” X35in HTM seriyalı, 000642 saylı şəhadətnaməsinin surətindən görünür ki, X9 rayonu ərazisində yerləşən Abşeron rayonu Novxanı bələdiyyəsinin mülkiyyətində olan 1000 kv.metr torpaq sahəsinə dair “X20” X35 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının keçirdiyi müsabiqənin qalibi olmuşdur. Məhkəməyə sorğu əsasında daxil olmuş 4Ə-1017 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X2. Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş 4Ə-428 reyestr nömrəli, 01 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi X23 tərəfindən X1. Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(118)-872/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı əsasında mərhuma satılmış torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Mərhuma torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hər hansı səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. X14 tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciətin edilməməsi onun mülkiyyət hüquqlarının pozulması və ya həmin hüquqlarından məhrum edilməsinin əsası ola bilməz. İddiaçı onun aldadıldığını, torpaq sahəsinin satılmayacağını zənn etdiyini bildirərək, torpaq sahəsinin satılmasına etirazının olmaması ilə bağlı 05 noyabr 2021-ci il tarixli ərizə imzalamışdır. Lakin daha sonra aldadıldığını anlayaraq, 05 noyabr 2021-ci il tarixdə həmin ərizəyə xitam verildiyini qeyd etmişdir. İnzibati iş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etməmiş, 05 noyabr 2021-ci il tarixdə isə həmin ərizənin icraatına xitam verilmişdir. MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı ilə X4 baxmayaraq, yenidən Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır. Həmin qərar əsasında “X20” X35 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasında qeyd olunan torpaq sahəsinin hərracı həyata keçirilmiş, X23 müsabiqənin qalibi olmuş, hərracın nəticəsi olaraq, 4Ə-1017 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X5 və sonuncunun mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla dövlət qeydiyyatına alınmışdır. Daha sonra torpaq sahəsi 4Ə-428 reyestr nömrəli, 01 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1 və sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış tərtib edilmişdir. Göründüyü kimi X18 torpaq sahəsinin satılması yuxarıda göstərilən qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, bələdiyyə tərəfindən bir vətəndaşa satılmış torpaq sahəsinin sonradan digər bir vətəndaşa satılması nəzərdə tutulmamışdır. Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsini digər şəxslərə sata bilər. Bələdiyyə tərəfindən yol verilmiş hüquq pozuntusu – yəni mərhum X7 torpaq sahəsinin sonradan X3 onun konstitusion hüququ olan mülkiyyət hüququnun pozuntusuna gətirib çıxarmışdır. Üçüncü şəxslər X17 və X23 həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı cavabdeh Abşeron rayonu Novxanı bələdiyyəsinə qarşı “Novxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixl iclasın 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin Mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 2/1 qərarı və “X20” X35in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli 94/1 saylı protokolu etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunanlara əsasən Novxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasın 2/1 saylı qərarı xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən rəsmi qaydada alınmışdır. Məhkəməyə yuxarıda qeyd olunan tələb üzrə müraciət xx.xx.2022-ci il tarixində olmuşdur. Lakin sonradan iddiaçı tərəfi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsi”nə dair qərar qərar qəbul edilməsini xahiş etmişdir. Bununla da iddianın növü dəyişdirilmiş, müəyyən etmə və ya tanınma haqqında iddiadan mübahisələndirmə haqqında iddiaya keçilmişdir. Mübahisələndirmə haqqında iddialar üzrə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətidir. İnzibati prosessual məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bu halda iddiaçı iddia müddətini ötürmüş, məhkəmə bu hala düzgün qiymət verməmişdir. İddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən mübahisələndirmə haqqında iddia ilə müraciət etməmişdir. Ona görə də 1 aylıq müddətin axımı məhkəməyə müraciət edildiyi tarixdə deyil, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi zaman dayanmalı idi. Bu halda isə iddia mümkün hesab edilməməlidir. 10 aprel 2015-ci il tarixli, № 5 İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməs Plenumunun Qərarına əsasən, “1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.” Digər tərəfdən cavabdeh tərəfindən qəbul edilən xx.xx.2010-cu il tarixli qərarda mübahisə predmeti olan torpaq sahəsinin birbaşa X26 ayrılmasının səbəbi kimi 2001-ci ildən əvvəl yaşayış evi tikməsi və kənar şəxsə satılmasının mümkün olmadığı göstərilmişdir. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 16.3-cü bəndinə əsasən, Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Bununla əlaqədar məhkəmə qeyd etmişdir: “Sorğu əsasında əldə edilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarından çıxarış ilə müəyyən edilmişdir ki, qeyd olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin - Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin yaşayış evi tikintisi məqsədilə X6 qərara alınmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 19 iyul 2010-cu ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur.” Halbuki bələdiyyənin xx.xx.2010-cu il tarixli qərarda mübahisə predmeti olan torpaq sahəsini birbaşa X26 ayırmasının qanuni olub-olmaması, orada 2001-ci ildən əvvəl yaşayış evi tikilib-tikilmədiyi araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Belə olan halda formal olaraq məhkəmənin torpaq sahələrinin şəxslərə bilavasitə satışının mümkünlüyünü qeyd etməsi düzgün deyildir. Həmçinin qeyd olunmalıdır ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.5-ci bəndinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9 avqust 2001-ci il tarixli, № 548 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, həmin dövrdə “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. X26 torpağın ayrılması barədə qərar qəbul edilərkən bu rəylər alınmamış, məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamış, münasibət bildirilməmişdir. Daha sonra məhkəmə belə əsaslandırma etmişdir ki, “Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı əsasında mərhuma satılmış torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Mərhuma torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hər hansı səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. X14 tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciətin edilməməsi onun mülkiyyət hüquqlarının pozulması və ya həmin hüquqlarından məhrum edilməsinin əsası ola bilməz.” Qeyd etmişdir ki, məhkəmə səhv edərək mərhumun mülkiyyət hüququnun yaranmasını 19 iyul 2010-cu il tarixli qərara bağlamışdır. Halbuki həmin dövrdə bələdiyyənin özünün həmin torpaq sahəsi ilə bağlı hüquqları olmamışdır. Həmin qərarda torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qeyd olunmuşdur. Daha sonra yəni, xx.xx.2010-cu il tarixli qərarla torpaq sahəsinin mərhum X6 göstərilmiş, xx.xx.2011-ci il tarixində isə tərəflər arasında alqı-satqı aktı bağlanmışdır. Qərarda iddiaçı tərəfindən verilən ərizə ilə bağlı qeyd edilmişdir ki: “İddiaçı onun aldadıldığını, torpaq sahəsinin satılmayacağını zənn etdiyini bildirərək, torpaq sahəsinin satılmasına etirazının olmaması ilə bağlı 05 noyabr 2021-ci il tarixli ərizə imzalamışdır. Lakin daha sonra aldadıldığını anlayaraq 05 noyabr 2021-ci il tarixdə həmin ərizəyə xitam verildiyini qeyd etmişdir. İnzibati iş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il 12 saylı iclasının 2/1 qərar ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etməmiş, 05 noyabr 2021-ci il tarixdə isə həmin ərizənin icraatına xitam verilmişdir.” Məhkəmə yenə də kobud səhvə yol verərək xitam tarixini ərizənin verildiyi günlə eyniləşdirmişdir. Halbuki xitam sənədi xx.xx.2022-ci il tarixində, yəni məhkəməyə müraciət edilməmişdən 1 ay qabaq olmuşdur. Həmin tarixdə isə artıq hərrac baş tutmuş və üçüncü şəxs Abuşov Elşənin mülkiyyət hüquqları dövlət qeydiyyata alınmışdır. İddiaçının həmin ərizəsi əsasında cavabdeh bələdiyyə torpaq sahəsini hərraca çıxarmış və qanunvericiliyə uyğun olaraq üçüncü şəxsə satılmışdır. İddiaçının aldadıldığını iddia etməsi, vərəsələr arasında müəyyən razılaşmanın olması və sonrada vərəsələrdən birinin bu razılaşmanı pozması ilə bağlı qeyd edilənlər heç bir halda inzibati aktın ləğvinə səbəb ola bilməz. Əgər həqiqətən bu kimi hallar baş vermişsə, iddiaçı mülki məhkəmə icraatı qaydasında digər vərəsələrə qarşı hüquqlarının qorunmasını təmin edə bilər. Vərəsələr arasında anlaşılmazlıq vicdanlı əldə edən üçüncü şəxslərin hüquqlarının pozulmasına, o cümlədən mülkiyyət hüququndan məhrum edilməyə səbəb ola bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh Abşeron rayonu Novxanı Bələdiyyəsinin nümayəndəsi, üçüncü şəxslər X24 və “X20” X35in Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Maddə 150. Bələdiyyə aktları İ. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16. Bələdiyyənin iclası (-)
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. (-). Maddə 16. Bələdiyyənin iclası ...
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 48. Bələdiyyə qərarlarının məcburiliyi
1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.
3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.
4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
5. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.
2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, maddi hüquq norması düzgün tətbiq edilməsə də, iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının etibarsız hesab olunması”na nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının etibarsız hesab olunması” barədə iddia qaldırılmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya yalnış hüquqi yardım edilmiş, iddia tələbi dəqiqləşdirilərək “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv olunması” xahiş edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddia tələbi təmin edilmiş, məhkəmə öz qərarını əsaslandıraraq qeyd etmişdir ki, MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı ilə X4 baxmayaraq, yenidən Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır. Həmin qərar əsasında “X20” X35 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasında qeyd olunan torpaq sahəsinin hərracı həyata keçirilmiş, X23 müsabiqənin qalibi olmuş, hərracın nəticəsi olaraq, 4Ə-1017 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X5 və sonuncunun mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla dövlət qeydiyyatına alınmışdır. Daha sonra torpaq sahəsi 4Ə-428 reyestr nömrəli, 01 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1 və sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış tərtib edilmişdir. Göründüyü kimi X18 torpaq sahəsinin satılması yuxarıda göstərilən qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, bələdiyyə tərəfindən bir vətəndaşa satılmış torpaq sahəsinin sonradan digər bir vətəndaşa satılması nəzərdə tutulmamışdır. Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsini digər şəxslərə sata bilər. Bələdiyyə tərəfindən yol verilmiş hüquq pozuntusu – yəni mərhum X7 torpaq sahəsinin sonradan X3 onun konstitusion hüququ olan mülkiyyət hüququnun pozuntusuna gətirib çıxarmışdır. İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarından çıxarışdan görünür ki, Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin yaşayış evi tikintisi məqsədilə X6 qərara alınmışdır. Həmçinin Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarından çıxarışdan görünür ki, Novxanı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 hektar torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi Novxanı bələdiyyəsinin alqısatqı predmeti olan 0.10 ha torpaq sahəsi yaşayış evi tikintisi məqsədilə X4 baxmayaraq, cavabdeh bələdiyyə torpaq sahəsi üzərində səlahiyyəti olmadığı halda sərəncam vermişdir. Bu hal iş materiallarına əlavə edilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarından çıxarış və Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarından çıxarış ilə müəyyən edilir. Beləliklə, qeyd edilmiş hallar onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan bələdiyyə torpaqlarının ayrılması ilə bağlı bələdiyyə qərarlarının qəbul edilməsi sahəsində qanunvericiliyin tələblərinə əməl etməyərək, iddiaçının həyat yoldaşına hüquqmüəyyənedici sənəd olan bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsi üzərində səlahiyyətli olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə əsasən bələdiyyələr yalnız başqa fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər. Lakin cavabdeh bələdiyyə iddiaçının mərhum həyat yoldaşına bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, “İnzibati icraat haqqında” Qanunu pozmaqla etibarsız inzibati akt qəbul etmişdir. Əlavə olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edərək aşağıdakıları qeyd edir. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətində istinad edilən dəlillərdən biri iddia müddətinin ötürülməsi ilə bağlıdır. Belə ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, mübahisələndirmə haqqında iddialar üzrə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətidir. İnzibati prosessual məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Bu halda iddiaçı iddia müddətini ötürmüş, məhkəmə bu hala düzgün qiymət verməmişdir. İddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən mübahisələndirmə haqqında iddia ilə müraciət etməmişdir. Ona görə də 1 aylıq müddətin axımı məhkəməyə müraciət edildiyi tarixdə deyil, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi zaman dayanmalı idi. Bu halda isə iddia mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin istinad olunan dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iddia inzibati aktın etibarsız sayılmasına dair iddia olduğundan növünə görə müəyyən etmə və ya tanınma haqqında iddiaya aiddir. Belə ki, İnzibati Prosessual Məcəllənin 36-cı maddəsinin tələbinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Eyni zamanda müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Hazırki iş üzrə də iddiaçının hüquqi marağı mübahisələndirilən bələdiyyə qərarının qanunsuz sayılmasına nail olmaqdan ibarətdir. İnzibati prosessual qanunvericilikdə isə bu növ iddialar üçün xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır. Odur ki, iddia müddətini tətbiq etməklə hazırki iddia tələbini mümkün sayılmaması ilə bağlı üçüncü şəxslərin mövqeyi qanuni və əsaslı sayıla bilməz. Eyni zamanda apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, X26 torpağın ayrılması barədə qərar qəbul edilərkən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumunun və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin rəyi alınmamış, məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamış, münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin istinad olunan dəlilinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Hazırki halda da Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı X14nun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiqləyən hüquqmüəyyənedici sənəddir. Qeyd olunan halları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, bələdiyyənin səlahiyyəti olmadığı halda qəbul etdiyi 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı etibarsız hesab olunmalıdır. İnzibati Prosessual Məcəllədə inzibati aktın etibarsız hesab olunması əsasları konkret olaraq qeyd olunmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 65-ci maddəsinin tələbinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız inzibati aktdır. Eyni zamanda etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Birinci instansiya məhkəməsi isə inzibati aktın etibarsız hesab olunması əsaslarının mövcudluğunu nəzərə almadan, bələdiyyə qərarının ləğv edilməli olduğu qənaətinə gəlmişdir. İşin qeyd edilən halları iddiaçı tərəflə müzakirə edilərkən, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının etibarsız hesab edilməsi”ni xahiş etmişdir. Məhkəmə kollegiyasının 29 avqust 2024-cü il tarixli protokol qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Beləliklə, işin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə praktikasına və inzibati orqanların praktikasına uyğun olaraq ölən şəxs X25 mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmalı, ondan sonra vərəsəlik qaydalarına uyğun olaraq torpaq sahəsinin yeni mülkiyyətçisi müəyyən edilməli idi. Bundan sonra isə həmin torpaq sahəsi özgəninkiləşdirilə bilərdi. Lakin cavabdeh etibarsız akt qəbul etmiş, nəticədə iddiaçının hüquqları pozulmuş, eyni zamanda torpaq sahəsinin alqı-satqısı ilə hüquqlar qazanmış üçüncü şəxslərin də hüquqlarının pozulması ehtimalı yaranmışdır. Üçüncü şəxslər X17 və X18 izah edilsin ki, hazırkı mübahisənin nəticəsindən asılı olaraq inzibati və mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş digər hüquq müdafiə vasitələrindən istifadə etmə imkanı istisna edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(118)-872/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı etibarsız hesab edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.