Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-634/2021 11.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2- 1(118)-1350/2021 saylı qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun texniki pasporta uyğun olaraq mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı əsasında iddia tələbi təmin edilmişdir. Həmin qərardan apelllyasiya şikayətinin verilməsinə baxmayaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2-1(105)-155/2016 saylı qərarı ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və məhkəmənin qərarı cavabdeh təşkilat tərəfindən icra olunaraq Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyesterində 72 nömrəsi ilə qeydə alınmışdır. Sonradan hazır ki, iddia tələbi üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş "xxxx" MTK-nın müraciəti araşdırıldıqdan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2016-cı il tarixli 21(85)-261/2016 saylı qərarı ləğv edilərək 3-cü şəxsin iştrakı ilə hazırki inzibati işə yenidən baxılması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2-1(118)-1350/2021 saylı qərarı ilə yenidən iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 01 sentyabr 1990-cı il tarixli, 231 saylı qərarına əsasən İddiaçı ayrılmış 0,90 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Ceyhun Məmmədov ). Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, Sumqayıt İnzibati Məhkəməsinin 28.07.2021-ci tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin göstərilən qərarı 29.07.2021-ci il tarixdə rəsmi qaydada 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinə təqdim olunmuş, lakin texniki yanlışlıq olaraq 4 saylı Abşeron Ərazi İdarəsində sözügedən qərar 03.08.2021-ci il tarixdə poçt vasitəsi ilə idarəyə daxil olmuş sənəd kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası İPM-nin 85-ci maddəsinə əsasən şikayət vermək hüququnun 03.08.2021-ci il tarixdə yarandığını zənn edərək 02.09.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin 28.07.2021-cı il tarixli 2-1(118)-1350/2021 saylı qərarından **********42 saylı apellyasiya şikayəti verilmişdir. Ərizədə müddətin buraxılmasının texniki yanlışılıq səbəbindən olduğu göstərilərək Sumqayıt İnzibati Məhkəməsinin 28.07.2021-cı il tarixli 2-1 (118)-1350/2021-ci il tarixli qərarından apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 ərizənin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı qəbzə imza edilməklə ona təqdim olunmuş, o isə həmin qərarı nümayəndəsi olduğu İdarəyə təqdim etmiş, lakin qərarın alınması texniki səhv olaraq İdarədə gec qeydiyyata alınmışdır. Buna görə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizənin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surətini 28.07.2021-cı il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə2 və iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə qəbzinə rəsmi imza etməklə almışlar. İş materiallarınından görünür ki, bununla əlaqədar birinci instansiya məhkəməsinin 28.07.2021-ci il tarixli qərarı yalnız 3-cü şəxs olan "xxxx" MTK-ya xəbərnaməli məktubla göndərilmişdir. Yuxarıda sadalanan inzibati prosessual normaların tələbinə əsasən, cavabdehə münasibətdə mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 27.08.2021-ci il tarixdə bitmişdir. İş materiallarına əsasən həmçinin müəyyən olunur cavabdeh apelyasiya şikayəti ilə məhkəməyə 08.09.2021-ci il tarixində müraciət etmişdir( i/v 283). Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin mübahisələndirdiyi qərarın nəticə hissəsində şikayət vermənin qaydası (veriləcək şikayətin Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ilə verilməsi), müddəti (şikayətin 30 gün müddətində verilməsi), şikayətin verilə biləcəyi məhkəmə (yurisdiksiya qaydalarına uyğun olaraq şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmalı olmasını) dəqiq və konkret qeyd olunmuşdur. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki, eyni iddia tələbi hələ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı əsasında iddia tələbi təmin edilmişdir. Həmin qərardan apelllyasiya şikayətinin verilməsinə baxmayaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 04 iyul 2016-cı il tarixli 2-1(105)-155/2016 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2016cı il tarixli 2-1(85)-261/2016 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və məhkəmənin qərarı cavabdeh təşkilat tərəfindən icra olunaraq Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16 ünvanında yerləşən 0,90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət reyesterində 72 nömrəsi ilə qeydə alınmışdır. Avropa İnsan Hüquqlar Konvensiyasının “Ədalət məhkəmə araşdırması hüququ” adlanan 6-cı maddəsinə əsasən hər kəs, onun mülkü hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi üzrə cavabdehə qarşı birinci instansiya məhkəməsinə 27.11.2015-ci il tarixində müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin məhz bu səbəbdən ərizənin dəlillərini əsassiz hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2-1(118)-1350/2021 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2-1(118)-1350/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-634/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-634/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver