Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-634/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, Hakimlər X2 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1620/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarına olan TSEK-in xxxxxxx0001 nömrəli müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən “Bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı qəlpə yaralanması diaqnozu” ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşun müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-17-4/2-H-33190/2023 nömrəli bildiriş məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixinə Agentliyə dəvət edilmişdir.
3. İş materiallarında olan AR ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair məlumatdan görünür ki, əlilliyi xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş, imtina səbəbi iddiaçının tam reabilitasiya olunması barədə qərar qəbul edilməsi olmuşdur.
4. İş materillarında olan xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-433/2024 nömrəli qərardan görünür ki, iddiaçı barəsində tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
5. İş materialında olan AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarında göstərilmişdir ki, Xızı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma, yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi, bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin xx.xx.2024-cü il farixli 3-43-29/2-148 nömrəli göndərişi, xx.xx.2024-cü il tarixli 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: “Malyariya (Vivax), birincili hücum, hemolitik anemiya ilə fəsadlaşma” (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1997-ci il tarixli çıxarış eplirizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edili)” xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. MN MHHK-nın xx.xx.1999-cu il tarixli 531 nömrəli qərarı ləğv edilir.
6. İş materialında olan AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1999-cu il tarixli 531 nömrəli qərarında göstərilmişdir ki, Xızı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.1994-cü ildə döyüş zonasında xidmət edərkən döyüş zamanı aldığı yaralanması səbəbilə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozu ilə N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunmuşdur. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin xx.xx.2024-cü il tarixli 3-43-29/2-148 nömrəli göndərişi, xx.xx.2024cü il tarixli 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik- diaqnoz: “Malyariya (Vivax), birincili hücum, hemolitik anemiya ilə fəsadlaşma” (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epkrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir)” xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-17-4/2- 18247/2024 nömrəli məktubda qeyd edilir ki, “Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə olunan məlumatlara əsasən bildiririk ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-H-33190/2023 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2024-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Həmin tarixdə vətəndaş müayinədə iştirak etmiş və təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir”.
8. Sumqayıt Tibb Mərkəzi PHŞ 4 nömrəli şəhər Xəstəxanasının nevrologiya şöbəsinin ******* nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən məlum olur ki, İddiaçı nevrologiya şöbəsinə daxil olmuş, “keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, qabarıq astena nevrotik sindrom. Vegetativ damar pariksizmləri” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuşdur.
9. Sumqayıt şəhər 2 nömrəli Xəstəxanasının xəstəlik tarixindən çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Kəllə-beyin travmasının qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət” diaqnozu təyin edilmişdir.
10. İş materialında olan Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 29/184 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində göstərilmişdir ki, İddiaçı Həkim Psixiatr Komissiyasının müayinəsində olmuş və ona “üzvi mənşəli emosional labil (astenik) pozuntu” (F06.6) diaqnozu təyin edilmişdir.
11. İş materialına əlavə edilmiş Sumqayıt Tibb Mərkəzi PHŞ-nin 1 nömrəli Şəhər Xəstəxanasının nevrologiya şöbəsinin 027 nömrəli çıxarış epikrizlərindən məlum olur ki, İddiaçı nevrologiya şöbəsinə daxil olmuş, “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Posttravmatik kranialgiya. Nevrasteniya” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuş və sahə nevroloqunun nəzarətinə evə yazılmışdır.
12. İş materialında olan Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞnin xəstəlik tarixindən çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müalicədə olmuş və ona “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu təyin edilmişdir.
13. İş materialında Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 52 nömrəli Həkim Psixiatr Komissiyasının 5386 saylı rəyində göstərilmişdir ki, İddiaçı Sahədrin qızı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, funksional tutmalar, depressiv epizodlarla” (F07.0) diaqnozu təyin edilmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 629/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, 26.08-xx.xx.2024-cü il tarixlərdə “Sumqayıt Tibb Mərkəzi“ PHŞ-in 1 nömrəli şəhər xəstəxanasında “T90.5-keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Ağırlaşma: G44.3-posttravmatik kranialgiya; F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlarla. Yanaşı: M51.1-L4-L5- intervertebral diskin radikulopatiya ilə zədələnməsi, M48.0-spinal stenoz, E04.8-qeyritoksik urun digər dəqiqləşdirilmiş forması” diaqnozu ilə nevrologiya şöbəsində və 24.07-xx.xx.2024-cü il tarixlərdə “F07.0-üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə və müalicədə olmuşdur. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından və o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozu tam reabilitasiya olunmuş, belə ki, sağalaraq yerində çapıq toxumalar əmələ gəlmişdir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. 3,4. Vətəndaş İddiaçı 2009-2024-cü illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərlə, 2016-2021-ci illər aralığında ikinci əlillik təyin edilərkən əlillik təyinatına əsas verən ağırlaşmalar və funksional pozuntular ilə hazırkı vəziyyəti arasında fərq müşahidə olunmadı. Yuxarıda qeyd edilən diaqnoz 2009-2021-ci illər aralığında ona İİ qrup əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir.
15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-9193/2024 nömrəli qərardan görünür ki, iddiaçı barəsində Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli 635 saylı rəyində qeyd edilmişdir ki, 1-ci və 3-cü suallara cavab: İddiaçı hal-hazırda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 fevral 2024-cü ii tarixdən - Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmət dövründə hərbi travma, xəstəlik nəticəsində alınmış ll qrup əlillik ləyin olunmasına dair qərar qəbul olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarabağ müharibəsi başlayandan könüllü şəkildə Azərbaycana gələrək müharibədə erməni işğalçılarına qarşı vuruşmuşdur. 29 aprel 1994-cü ildə Ağdam rayonunda mərmi partlayışı nəticəsində yaralanaraq ağır dərəcəli kəllə-beyin travması və kor qəlpə yaraları almışdır. 1998-ci ildə hərbidən tərxis olunmuşdur. N saylı və N saylı və digər hərbi hissələrdə xidmət etmişdir. Həmin dövrdən 2024-cü il yanvarın 15-ə kimi İİ qrup müharibə əlili kimi pensiya almışdır. Cavabdeh təşkilat əlilliyini müəyyən etməkdən imtina edərək bildirmişdir ki, “Tam reabilitasiya olması. Ətraflı: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması”. Həmin qeyd olunan qərar dedikdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1999-cu il tarixli, 531 nömrəli qərarını nəzərdə tutmuşdur. Qərarda qeyd edilmişdir ki, “Xızı rayonu hərbi komissarlığından 1993-cü ildə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə xidmət etmiş, vətəndaş İddiaçı xx.xx.1994-cü ildə döyüş zonasında xidmət edərkən döyüş zamanı aldığı yaralanması, nə səbəbə ki, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi “Bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması" diaqnozu ilə N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunmuşdur. Xızı RHK-nın 99 saylı xx.xx.1999-cu il tarixli arayışı, N saylı hərbi hissənin tibb bölüyünün verdivi çıxarış epikrizi, xidmət vərəqəsi 3 vərəq” hərbi travmadır. Əsas: MN MHHK-nın 300 saylı xx.xx.1999-cu il tarixli protokolu. Lakin həmin qərarda texniki səhv olaraq N saylı hərbi hissənin tibb bölüyünün verdiyi çıxarış epikrizində göstərilmiş “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş bexin silkələnməsi, ağır kəllə-beyin travması”nın göstərilməməsi problem yaratmışdır. Buna görə də təkrarən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MHHK-na müraciət edərək həmin texniki səhvin düzəklilməsini xahiş etmişdir. AR Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2024-cü il tarixli, 32 saylı qərarı ilə həmin texniki səhv aradan qaldırılmışdır. Qərarda göstərilmişdir ki, “Xızı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə yə müalicə olunduğu travma, yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi, bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin xx.xx.2024-cü il tarixli 3-43-29/2-148 nömrəli göndərişi, xx.xx.2024-cü il tarixli 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: “Malyariya (Vivax), birincili hücum, hemolitik anemiya ilə fəsadlaşma” (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. MN MHHK-nın xx.xx.1999-cu il tarixli 531 nömrəli qərarı ləğv edilir. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2, bəndinin a) və ç) yarım bəndləri. MN MHHK-nın 24 saylı xx.xx.2024-cü il tarixli protokolu.” Bundan başqa, iddiaçı Türkiyə Respublikasında bu illər ərzində çoxsaylı müalicələr almışdır və müharibə dövründə aldığı həmin xəsarətlərin fəsadlarını hal-hazırda da yaşayır. Müalicə və müayinələri hal-hazırda da davam edir və bunlar çox bahalı dərman və preparatlar tələb edir. Lakin əlil olduğu üçün işləyə bilmir və bu müalicələrin pulunu heç cür çatdıra bilmir. Yeganə ümidi aldığı İİ qrup əlillik təqaüdünə qalmışdır. Lakin cavabdeh onu bu hüquqdan da məhrum etmişdir. Bütün müalicələrə baxmayaraq, xəstəliyi daha da ağırlaşmışdır. Yuxarıda göstərilənləri təqdim etdiyi sənədlər bir daha sübut edir. İİ qrup müharibə əlilliyin müəyyən edilməsi və pensiya təyini barədə cavabdehlərə dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh təşkilatlar tərəfindən əlillik təyin edilməsindən imtina edilmişdir. Hal-hazırda AR Nazirlər Kabinetinin xx.xx.2008ci i! tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2, bəndinin a) və ç) yarımbəndlərinə və AR Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən, zəruri sənədlər cavabdeh təşkilata göndərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq səhiyyə müəssisəsinin xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında İİ qrup müharibə əlillik təyin olunmasına dair qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir.
20. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, , Sumqayıt şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 716953). Vətəndaş 3-17-4/2-H-33190/2023 nömrəli bildiriş əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 531 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başından travma aldığını bildirmiş, əsəbilik, başağrıları, qulağında səs, qəlpə yaraları olmasından, bütün bədənində olan ağrı və şişkinlikdən şikayətlənmiş, səs tellərinin iflic olduğunu söyləmiş, bronxial astma xəstəsi olduğunu bildirmişdir. Medikamentoz preparatlardan Amitriptilin qəbul etdiyini, yumurtalıqların kistası və göbək yırtığından cərrahi əməliyyat keçirdiyini qeyd etmişdir. Baxış zamanı göbəyin altında, sol tərəfli çəp kəsiyin və boylama istiqamətdə əməliyyat çapığı, sol sağrının orta 1/3-nin tış səthində 1 ədəd çapıq (inyeksiya çapığına bənzəyir) müşahidə edilmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək defisit aşkar edilməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
21. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4953/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdehin nümayəndəsinin iştirakı olmadan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir.
22. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4953/2024 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2024-cü il tarixli, 32 saylı qərarı əsasında (travma, yaralanma-diaqnoz: “Qapalı kəlləbeyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi”) əyani (instrumental) müayinəsinin aparılması üçün cavabdehə 30 gün müddət təyin edilmişdir.
23. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1620/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdehin nümayəndəsinin iştirakı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin ekspertlərinə həvalə edilmişdir.
24. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1620/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı əlilliyi xx.xx.2024-cü il tarixdən bərpa edilməklə üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) diaqnozuna uyğun əlillik təyinatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Aynur Axundova).
25. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri:
26. Cavabdeh apellyasiya şikayətində iddia ərizəsinə etirazdan əlavə olaraq qeyd etmişdir ki, şəxsin əyani müayinəsi ilə sübut edilir ki: Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiqdən, başgicəllənmədən, qulağında küy olmasından, eşitmə və görmə zəifliyindən, əsəbilikdən, tənəffüs çatışmazlığından şikayətlənmişdir. Anamnestik məlumatlarında təxminən iki ildir özünü xəstə hesab etdiyini, bronxial astma xəstəliyindən əziyyət çəkdiyini, səs tellərinin iflici yarandığını vurğulamışdır. Medikamentoz preparatlardan “Amitriptyline” qutusunu təqdim etmişdir. Baxış zamanı sol saidin yuxarı 1/3-də, sol sağrıda, hər iki baldırın orta 1/3-də çapıqlar izlənilmiş, həmçinin aşağı orta laparotomiyanın və Fonenşteyn kəsiyinin izləri müşahidə edilmişdir. Diz oynaqlarında hərəkətlər sərbəst olmuş, aşağı ətraflarda indurasiya, piqmentasiya qeyd olunmamışdır. Nevroloji status: reflekslər D=S canlı və bərabər çağrılmış, əzələ gücü 5/5 bal dəyərləndirilmiş, əzələ tonusu normal olmuş, ətraflarda parez əlamətləri, hipotrofiya aşkarlanmamışdır. Antiepileptik dərman qəbul etmədiyi məlum olmuş, tutma haqqında məlumat verə bilməmişdir. Təqdim edilmiş sənədlər arasında nevrolji patologiyaları aşkarlayacaq EEQ, EMQ kimi instrumental müayinələrin nəticələri olmamış, baş-beyinin KT müayinəsinin nəticəsi norma daxilində olmuşdur. Psixi status: Psixiatrik müraciətləri əlillik təyinatı dayandırıldıqdan sonra başlamış, öncəki 30 il ərzində hər hansı psixi şikayət, müalicələrə dair resept, epikriz olmadığı halda, hazırkı psixi müraciətlərin 1994-cü ildə alınan travma nəticəsində yaranması ilə əlaqələndirmək patofizioloji olaraq qeyri-mümkün olmuşdur. Bayılmalar və digər somatik problemlərdən şikayətlənmişdir. Hər gün qəbul etdiyi dərmanların adlarını bilməmişdir. Təqdim etdiyi somatik, subyektiv şikayətlərə, mühakimə qabiliyyətinin maraqlarına, məqsədliliyinə adaptivliyi, motivasiyası, təfəkkürün ardıcıl və məntiqiliyinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş “yüksək intihar riski, ətrafdakılarla tez-tez problem yaranması” kimi hallar aşkarlanmamışdır. Şəxslə ünsiyyət və müayinə zamanı məhz psixi, əqli fəaliyyətlərinə görə tam sərbəst olması və kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşma olmadığı aşkar olmuşdur. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2024xx.xx.2024-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Bronxial astma. Kəskin gedişli. Nəzərət olunmayan kəskinləşmə mərhələsi” kimi qeyd edilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Dəyişiklik meydana gətirmədi” kimi qeyd olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Beyin parenximasında ocaqlı və həcmli dəyişiklik izlənmədi” kimi qeyd edilmişdir. Sumqayıt Hospitalın xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Sinir keçiricilik testi və iynə EMG-də əldə olunan elektrofizioloj göstəricilər sağ tərəfdə daha çox olmaqla L4-L5 sinir köklərinin aksonal zədələnməsi ilə və ya sağ və sol siyatik sinirin şaxəsi olan peronea, sinirin neyropatiya ilə uyğundur”kimi qeyd edilmiş, sensor sinir zədələnməsi olduğundan əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12818720 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5386 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zaman alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, funksional tutmalar, depressiv epizodlarla. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1436 nömrəli Spirometriy müayinəsinin nəticəsi “Qarışıq tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur. FVC 76%, FEV1 81%”dmi qeyd edilmişdir. Hazırda anamnestik məlumatlarda, instrumental və əyani müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi defisit və digər orqanlar tərəfindən patofunksional dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmas meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyin etməməsi iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspertlə tərəfindən müəyyən edilmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Sənədlərlə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçının müddətsiz əlilliyi olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş, iştirak etmədiyinə görə mövcud sənədlər əsasında vətəndaşın tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi zamanı aralıq qərardad qəbul edilmişdir. Buna müvafiq olaraq vətəndaşın əlilliyi xx.xx.2024-cü il tarixdə agentlikdə qiymətləndirilmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə əlillik təyinatının aparılmasından imtina edilmişdir. Hesab edirlər ki, inzibati orqanın qərarı əsaslıdır.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
31. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin;
32. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
37. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
40. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi iddiaçının tam reabilitasiya olunması olmuşdur.
41. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı qəlpə yaralanması diaqnozunun tam reabilitasiya olunması müəyyən edilsə də onda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozu tam reabilitasiya olunmuş, sağalaraq yerində çapıq toxumalar əmələ gəlmişdir. İddiaçı üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Beləliklə, məhkəmə xx.xx.2024-cü il tarixli qərarla iddiaçının bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxaylı kor qəlpə yaralanması diaqnozunun tam reabilitasiya olunması əsası ilə razılaşsa da, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-9193/2024 saylı qərarın əsassız olduğu qənaətindədir. Belə ki, ekspert rəyləri ilə iddiaçıda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, qeyd edilən diaqnoz iddiaçıda ilkin əlilliyinin dayandırıldığı vaxtda mövcud olduğundan (AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarına əsasən) xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 9193/2024 saylı qərarla əlilliyin dayandırıldığı tarixdən bərpa edilməklə üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) diaqnozuna uyğun əlillik təyinatı aparılmalıdır.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
43. Cavabdeh inzibati orqan ilk öncə iddiaçının tam reabilitasiya olunması əsası ilə əlillik təyin edilməsindən imtina etsə də, daha sonra birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçını əyani müayinə etmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir.
44. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4953/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdehin nümayəndəsinin iştirakı olmadan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir.
45. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 629/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, 26.08-xx.xx.2024- cü il tarixlərdə “Sumqayıt Tibb Mərkəzi“ PHŞ-in 1 nömrəli şəhər xəstəxanasında “T90.5-keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Ağırlaşma: G44.3-posttravmatik kranialgiya; F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlarla. Yanaşı: M51.1-L4-L5- intervertebral diskin radikulopatiya ilə zədələnməsi, M48.0-spinal stenoz, E04.8-qeyritoksik urun digər dəqiqləşdirilmiş forması” diaqnozu ilə nevrologiya şöbəsində və 24.07-xx.xx.2024-cü il tarixlərdə “F07.0-üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” Phş-də müayinə və müalicədə olmuşdur. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından və o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozu tam reabilitasiya olunmuş, belə ki, sağalaraq yerində çapıq toxumalar əmələ gəlmişdir. 3,4. Vətəndaş İddiaçı 2009-2024cü illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərlə, 2016-2021-ci illər aralığında ikinci əlillik təyin edilərkən əlillik təyinatına əsas verən ağırlaşmalar və funksional pozuntular ilə hazırkı vəziyyəti arasında fərq müşahidə olunmadı. Yuxarıda qeyd edilən diaqnoz 2009-2021-ci illər aralığında ona İİ qrup əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir.
46. Birinci instansiya məhkəməsi qeyd edilən ekspert rəyinə uyğun olaraq iddiaçının “bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxaylı kor qəlpə yaralanması” diaqnozunun tam reabilitasiya olunması əsası ilə razılaşmış, iş materiallarında olan tibbi sənədlərə uyğun olaraq xx.xx.2024-cü il tarixli, 2-1(118)-4953/2024 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət edilərək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2024-cü il tarixli, 32 saylı qərarı əsasında (travma, yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi”) əyani (instrumental) müayinəsinin aparılması üçün cavabdehə 30 gün müddət təyin etmişdir.
47. Müvafiq olaraq cavabdeh orqan tərəfindən iddiaçının əyani müayinəsi keçirildikdən sonra onun barəsində xx.xx.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir.
48. Məhkəmə daha sonra xx.xx.2025-ci il tarixli, 2-1(118)-1620/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini cavabdehin nümayəndəsinin iştirakı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin ekspertlərinə həvalə etmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla:
1. İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (ümumilikdə) (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur?
2. İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? (mövcud olduğu halda iddiaçının orqanizminin funksiyalarının pozulmasının faiz göstəriciləri və müddəti qeyd edilsin)
3. İddiaçı aşağıdakı xəstəliklər aşkar olunurmu? - Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, funksional tutmalar, depressiv epizodlarla F 07.0
49. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli 635 saylı rəyində qeyd edilmişdir ki, 1-ci və 3- cü suallara cavab: İddiaçı hal-hazırda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəlləbeyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir.
50. Göründüyü kimi, iş materiallarında olan sənədlər və ekspert rəyləri əsasında “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozunun reabilitasiya olunması öz təsdiqini tapsa da, döyüş zonasında xidmət edərkən aldığı “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi” nəticəsində davam edən xəstəliyi, yəni F06.6 diaqnozunun iddiaçıda olması ekspert rəyi ilə təsdiq edilmişdir.
51. Beləliklə, müəyyən edilir ki, F06.6 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir.
52. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
53. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
54. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
56. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
57. Xəstəliklərin səbəbli əlaqəsinə münasibətdə qeyd edilməlidir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarda iddiaçının hazırda onda aşkar edilən xx.xx.1994-cü il tarixdə aldığı “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi, bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaraları” diaqnozunun səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir.
58. Əlilliyin hansı tarixdən təyin edilməli olmasına münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2024-ci il tarixli qərarla əlilliyin təyin edilməsindən imtina edilsə də, birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının əyani müayinəsi keçirilmiş, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-ci il tarixli qərarın iddiaçıya nə zaman çatdırılması barədə sübut olmasa da, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilərək buraxılmış müddətin bərpa edilməsini xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçının ərizəsi protokol qaydasında icraata qəbul edilərək, buraxılmış müddət üzrlü hesab edilmişdir. Bununla belə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdən bərpa edilməklə üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) diaqnozuna uyğun əlillik təyinatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoymaqda haqlı olmuşdur.
59. Belə ki, hazırkı halda iddiaçının hüquqi marağı əlilliyinin bərpa edilməsidir.
60. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
61. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur.
62. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-1620/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.