Məhkəmə qərarları › İş №2-1(105)-636/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-636/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-636/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı ilə X7 arasında, Cavabdehndə 18 aprel 1995-ci il tarixində aparılmış nikah haqqında qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2-1(118)-1997/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan 16 saylı, 18 aprel 1995-ci il tarixli “Nikah haqqında akt qeydi”ndən aydın olur ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah Cavabdeh tərəfindən qeydə alınmışdır. İş materiallarında olan Seriya İВЛ №231060 saylı “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə”dən aydın olur ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah 17 oktyabr 1995ci il tarixdə Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 X6 tərəfindən ləğv edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə nikahda göstərilən X7 1999-cu ilin iyul ayında Nurməmmədova (nikahdan sonra Əliyeva) Validə Mehrəli qızı (ŞV-AZE №15888921 FİN 2AZRRYZ) ilə nikah bağlamışdır. İddiaçı onunla X7 arasında Cavabdehndə 18 aprel 1995-ci il tarixində aparılmış nikah haqqında qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdeh orqana da müraciət etmiş, cavabdehin 29 iyun 2024-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Verilən imtina ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “İddiaçı ilə X7 arasında, Cavabdehndə 18 aprel 1995-ci il tarixində aparılmış nikah haqqında qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və reyestr baş idarəsinin əsl Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka krediti almaq üçün aidiyatı kredit təşkilatına müraciət etmişdir. Sənədləşmə aparılarkən iddiaçıya bildirilmişdir ki, bu əməliyyat üçün iddiaçı həyat yoldaşının razılıq ərizəsi lazımdır. İddiaçı onlara evli olmadığını bildirdikdə bununla bağlı arayış təqdim etməsi təklif olunmuşdur. Arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi X1 Reyestr Xidmətinin Cavabdehnə müraciət etmişdir. Cavabdehndən iddiaçının X7 ilə nikahda olmağı barədə arayış verilmişdir. Məlumat üçün əlavə edir ki, Əliyeva (Rəhimova) Lalə Əlsafa qızı ilə X7 arasında, Şabran qeydiyyat şöbəsində 18 aprel 1995-ci il tarixində qeydiyyatı aparılmış nikah, 17 oktyabr 1995-ci il tarixində Ukrayna Respublikasının Ədliyyə Nazirliyinin Kiyev X1 Dövlət Qeydiyyatı İdarəsi Şərq Regional İdarəsi Xarkov şəhər Administrasiyasının Qeydiyyat Xidmətində pozulmuşdur. Bunu təsdiq edən sənəd kimi onlara Seriya İВЛ №231060 saylı Şəhadətnamə verilmişdir. Nikaha xitam verildikdən sonra Rəhimova (nikahda olarkən Əliyeva) Lalə Əlsafa qızı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almış və orada soyadı “Rəhimova” kimi qeyd olunmuşdur. İddiaçı ilə nikahda göstərilən X7 1999-cu ilin iyul ayında Nurməmmədova (nikahdan sonra Əliyeva) Validə Mehrəli qızı (ŞV-AZE №15888921 FİN 2AZRRYZ) ilə nikah bağlamış və hal hazırda üç övladları ilə birlikdə bir ailə kimi yaşayırlar. X7 ilə Əliyeva (nikaha qədər Nurməmmədova) Validə Mehrəli qızının nikahları, əvvəlki nikaha xitam verilməsi barədə Şəhadətnamə təqdim edilməklə Cavabdehndə yeni nikah kimi qeydiyyata alınmışdır. Lakin eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixli arayışında X5 İddiaçı ilə nikahda olduğu göstərilmişdir. Bununla bağlı aidiyyatı üzrə vəkil sorğusu göndərilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi X1 Reyestr Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-16-5141/2024 saylı məktubu ilə sorğuya cavab verilmişdir. Xidmətin cavab məktubunda iddiaçının üzərinə icrası mümkün olmayan hərəkətləri etmək öhdəliyi qoyulmuşdur. Belə ki, hazırda Ukrayna Respublikasının Xarkov şəhəri müharibə vəziyyətindədir, iddiaçının bu şəhərlə 1995-ci ildən hər hansı bir əlaqəsi olmamışdır və bombalanan şəhərə gedərək oradan hansısa bir sənədi əldə etməsi qeyrimümkündür. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı nikah haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair iddiasına münasibət bildirilməsi və işin hazırlıq icraatı üzrə məhkəmə iclasında iştirak edilməsi barədə sərəncama baxılmışdır. Bildirilir ki, iddiaçının vəkili eləcə də notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil şöbəyə müraciət edərək İddiaçı nikahının pozulması haqqında şəhadətnamənin əldə edilməsinə köməklik göstərilməsini xahiş etmiş, müraciət Cavabdeh xx.xx.2024-cü il tarixli ,03-165/8-11-216/2024 nömrəli məktubu ilə cavablandırılmışdır. İddiaçı hazırki müraciətə əlavə edilmiş iddia ərizəsi nəzərdən keçirilərkən onun X7 ilə nikahının pozulmasına dair xx.xx.1995-ci ildə Ukrayna Respublikasının səlahiyyətli qurumları tərəfindən tərtib edilmiş akt qeydinin ləğv edilməsi tələbini irəli sürdüyü məlum olur. Qeyd edilir ki, İddiaçı və Ə.Əliyevin 18.04 1995-ci ildə Cavabdehndə bağlanmış nikahına Ukraynada məhkəmə qaydasında xitam verilmiş sonuncunun ərizəsi əsasında nikahın pozulmasının həmin dövlətin səlahiyyətli qurumları tərəfindən qeydə alınmışdır.Cavabdehnə daxil olmuş müraciətin araşdırılması zamanı İddiaçı nikahın pozulması haqqında məhkəmə qərarının olmadığı və onun hazıradək müvafiq şəhadətnaməni əldə etmədiyi məlum olmuşdur. Ə.Əliyev isə xx.xx.1999-cu ildə Şabran rayon qeydiyyat şöbəsində Nurməmmədova (Əliyeva) Validə Mehrəli qızı ilə yeni nikaha daxil olmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 179-cu maddəsinə əsasən ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınır. Qeyd edilir ki, Ukrayna Ailə Məcəlləsinin 115-ci maddəsi də məhkəmə qətnamə əsasında nikahın pozulması ilə bağlı oxşar müddəaları nəzərdə tutur. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın tələblərinə əsasən X1 ilkin qeydlərinin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İnzibati Prosessual Məcəlləsinin 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, İddiaçı və Ə.Əliyevin nikahının pozulması haqqında akt qeydinin qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməsi onun ləğvini istisna edir. Odur ki, İddiaçı nikahı haqqında akt qeydinin kserosurəti Sizə göndərilir və onun iddiasının əsassız hesab edilərək rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2-1(118)-1997/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı ilə X7 arasında bağlanmış 16 saylı, 18 aprel 1995-ci il tarixli “nikah haqqında akt qeydi” Ukrayna Respublikasında ləğv edildiyindən, hazırda iddiaçının tələbi əsasında “nikah haqqında akt qeydi”nin Cavabdeh tərəfindən ləğv edilməsi yolverilməzdir. Belə ki, iddiaçı Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 X4 müraciət edərək (və ya sorğu göndərərək) “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə”ni əldə edə bilər. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, inzibati mübahisələrə dair işə üçüncü şəxs kimi cəlb olunmuş X7 1999-cu ilin iyul ayında Nurməmmədova (nikahdan sonra Əliyeva) Validə Mehrəli qızı(ŞV-AZE №15888921 FİN 2AZRRYZ) ilə nikah bağlamış və hal hazırda üç övladları ilə birlikdə yaşayırlar. X7 ilə Əliyeva (nikaha qədər Nurməmmədova) Validə Mehrəli qızının nikahları, əvvəlki nikaha xitam verilməsi barədə, məhkəmə qətnaməsi əsasında Ukrayna Respublikasında pozulmuş, Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 Dövlət QeydiyyatıŞöbəsində aparılmış akt qeydi təqdim edilməklə Cavabdehndə ikinci nikah kimi qeydiyyata alınmışdır. Lakin eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixli arayışında X5 İddiaçı ilə nikahda olduğu göstərilmişdir. Müəyyən olunur ki, Cavabdeh X5 həm Əliyeva (nikaha qədər Nurməmmədova) Validə Mehrəli qızı, həm də İddiaçı nikahlarının qeydiyyatını aparmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(118)-1997/2025 saylı qərarı Cavabdehndə aparılmış hər iki qeydiyyatı Qanuna zidd olaraq hüquqi cəhətdən tanıyaraq yeni presedent yaratmışdır. b) Cavabdeh apellyasiya şikayətinə etirazını iddia tələbinə etirazla eyni əsaslandırmış və əlavə olaraq etirazda qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı ilə baxılmasına etiraz etmədiklərini bildirmiş, cavabdeh və üçüncü şəxs gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 163.1. X1 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 163.2. Bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı qaydası”: Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 5.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır; Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikah pozula bilər. 5.2 Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər 5.3. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır: 5.3.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 5.3.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 5.4. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. 5.5. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 5.6. Ərizə əsasında nikahın pozulmasını ər arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. 5.7. Ərizə əsasında nikahın pozulmasını ər arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında aktların qeydiyyat kitabında nikahın pozulması barədə akt qeydlərini aparır. 5.8. Nikahın pozulmasının dövlət qeydiyyatı: 5.8.1. Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə; 5.8.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə; 5.8.3. Məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması haqqında ər arvaddan birinin ərizəsinə; 5.8.4. Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.9-cu bəndinə əsasən məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır: 5.9.1. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. Ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 2001-ci il 1 mart tarixli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Bənd 23. X1 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 26. X1 qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bənd 28. ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. X1 qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işdə iddiaçı X7 ilə 18 aprel 1995-ci il tarixdə Cavabdehndə qeydiyyata alınmış “Nikah haqqında akt qeydi”nin ləğv edilməsi tələbi ilə cavabdeh orqana da müraciət etmiş, cavabdehin 29 iyun 2024-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi isə həmin imtinanı əsaslı saymış, iddiaçının iddiasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, İddiaçı ilə X7 arasında 18 aprel 1995-ci il tarixdə bağlanmış nikah Ukrayna Respublikasında ləğv edildiyindən, həmin nikahın Cavabdeh tərəfindən təkrarən ləğv edilməsi yolverilməzdir. İddiaçı müvafiq olaraq Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyevski VVAQ Şöbəsindən “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə” əldə edə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırki mövqeyi əsassız olmuşdur. Belə ki, iddiaçı müraciətində, ərizəsində və şikayətində nikah haqqında qeydiyyatın ləğv edilməsi ifadəsindən istifadə etsə də, təqdim olunmuş sübutlar əsasında aydın olur ki, nikah Ukrayna Respublikasında artıq ləğv edilmişdir. Bu baxımdan iddia faktiki olaraq nikah haqqında qeydiyyatın ləğv edilməsi tələbini deyil, həmin faktın Azərbaycan Respublikasında qeydiyyata alınaraq və hüquqi nəticələrinin tətbiq olunması tələbinə yönəlmişdir. Bu halda, kollegiya qeyd edir ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin maddənin məzmunundan görünür ki, məhkəmə iddia ərizəsinin ifadə tərzindəki müəyyən nöqsanlar və ya qeyri-dəqiqliklər səbəbindən iddia tələbindən kənara çıxmaq və ya ərizənin məzmununu məhdudlaşdırmaq hüququna malik olmaya bilər. Lakin eyni zamanda məhkəmə işin mahiyyətini düzgün qiymətləndirmək və ədalətin təmin olunması məqsədilə iddia ərizəsində ifadə olunan tələbin əsas məqsədini və onun hüquqi mahiyyətini nəzərə alaraq iddia tələbindən məzmun baxımından kənara çıxmamaq şərti ilə müəyyən qədər sərbəst yanaşma nümayiş etdirərək iddiaçının həqiqi iradəsini nəzərə almaq və bunun əsasında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göründüyü kimi hazırki iş üzrə birinci instansiya məhkəməsi İPM-in 52-ci maddəsinə uyğun olaraq iddia tələbindən kənara çıxa bilməsə də, iddianın ifadə formasına deyil, hüquqi və faktiki məzmununa əsaslanaraq qiymətləndirmə aparmalı idi. Lakin məhkəmə yalnız ifadəyə əsaslanaraq işi rədd etməklə iddiaçının həqiqi iradəsini nəzərə almamış və bu halda məhkəmənin hüquqi müdafiə vəzifəsi lazımınca icra olunmamışdır. Nəzərə alınmalıdır ki, ifadə tərzi ilə bağlı formal iradlar hüququn məqsədinə uyğun sayılmamalıdır. Əgər ərizənin ümumi məzmunundan və əlavə olunmuş sənədlərdən aydın olur ki, şəxs əslində nikah haqqında qeydiyyatın ləğv edilməsi faktının tanınmasını istəyir, bu zaman məhkəmə həmin tələbi bu prizmadan qiymətləndirməli və şəxsin hüquqlarının bərpasına yönəlməlidir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının mülki və ailə qanunvericiliyinə uyğun olaraq xarici dövlətlərin müvafiq orqanları tərəfindən verilmiş qərarların tanınması qarşılıqlılıq prinsipi və qanuni tələblərin təmin olunması şərti ilə mümkündür. Bu çərçivədə nəzərə alınmalı əsas məqamlar qərarın verildiyi ölkə ilə Azərbaycan Respublikası arasında hüquqi yardım və qarşılıqlı tanınma mexanizmlərinin mövcudluğu, qərarın Azərbaycan Respublikasının ictimai qaydası, dövlət suverenliyi və əsas hüquq prinsiplərinə zidd olmaması, eləcə də qərarın qanuni qüvvəyə minməsi və prosedur qaydalarına uyğun şəkildə verilməsidir. İddiaçı tərəfindən təqdim olunmuş Ukraynanın Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X1 X6 tərəfindən nikahın ləğv edilməsi barədə qərar həmin meyarlara tam cavab verdiyindən və qüvvədə olduğundan onun Azərbaycan Respublikasında tanınması və hüquqi təsirlərinin tanınması iddiaçının şəxsi hüquqlarının qorunması və gerçəkləşdirilməsi baxımından zəruri hesab olunur. Kollegiya qeyd edir ki, şəxsin ailə həyatı, şəxsi hüquqi statusu və hüquqi şəxsiyyətə dair məsələlər insan hüquqlarının əsas hissəsini təşkil edir. Hər bir şəxs öz şəxsi statusunu – subay olub-olmamasını, nikahda olub-olmamasını dövlət orqanları qarşısında sübut etmək və rəsmiləşdirmək hüququna malikdir. Bu statusun qeyri-müəyyənliyi şəxsin yeni nikah bağlamasına, əmlak münasibətlərinin tənzimlənməsinə və digər şəxsi-hüquqi məsələlərin həllinə əngəl yaradır. Nəzərə alınmalıdır ki, iddiaçı və üçüncü şəxs arasında Xarkov şəhərində qanuni şəkildə ləğv edilmiş nikahın Azərbaycan Respublikasında tanınmaması (qeydə alınmaması) onun subaylıq statusunu sübut etməsinə imkan vermir. Bu isə nəticə etibarilə onun dövlət orqanlarından lazımi arayış və sənədləri almasına və şəxsi hüquqlarını həyata keçirməsinə əngəl törədir. Məhkəmələrin və dövlət orqanlarının borcu şəxsin hüquqi statusunun aydınlaşdırılmasına və bu statusun rəsmiləşdirilməsinə kömək etməkdir. Əks halda, vətəndaşın ailə-hüquq münasibətlərində dəqiq və sabit hüquqi statusunun müəyyənləşdirilməməsi onun şəxsi və ailə həyatında qeyri-müəyyənlik yaradaraq, hüquq sisteminə olan inamı sarsıda bilər və bu da hüquqi dövlətin əsas məqsədləri ilə uzlaşmır. Məhkəmələr yalnız formal prosedurların qorunmasını deyil, həm də şəxsin ədalətli hüquq müdafiəsinə çıxışını, qanuni maraqlarının təminini və məzmun baxımından ədalətin bərqərar olunmasını təmin etməlidir. İddiaçının müraciəti sadəcə sənədi tanımaq üçün deyil, onun arxasında duran şəxsi hüququ subaylıq statusunun hüquqi rəsmiləşdirilməsini həyata keçirmək üçündür. Əgər bir şəxs xarici bir ölkədə həmin ölkənin qanunlarına uyğun şəkildə nikahını ləğv etdiribsə və bu ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə və cəmiyyətin hüquqi dəyərlərinə zidd deyilsə, Azərbaycan Respublikasında məhkəmələr bu faktı tanımalı, şəxsin artıq evli olmadığını qəbul etməli və onun bundan sonrakı şəxsi və ailə həyatı ilə bağlı hüquqi vəziyyətini aydınlaşdıraraq hüquqi qeyri-müəyyənliyin qarşısını almalıdır. Yuxarıda göstərilən hüquqi əsaslar və faktiki hallar nəzərə alınmaqla kollegiya belə qənaətə gəlir ki, iddia tələbinin ifadə tərzi onun mahiyyəti ilə uzlaşdırılaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən nikahın ləğvi faktının tanınması yəni, buna dair məlumatların vətəndaşlıq vəziyyəti aktlarıda qeydiyyata alınması və nəticə etibarilə iddiaçının subay hüquqi statusunun müəyyən olunması kimi qiymətləndirilməli, təqdim olunmuş sənədin Azərbaycan Respublikasının hüquqi prinsipləri, qarşılıqlı tanınma əsası və şəxsi hüquqların qorunması baxımından qəbul edilməsi hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına və şəxsin ailə-hüquq münasibətlərində aydın hüquqi vəziyyətə malik olmasına xidmət etməlidir. Eyni zamanda kollegiya iddiaçının Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 X4 müraciət edərək (və ya sorğu göndərərək) “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə”ni əldə edə bilməsinə diar cavabdeh orqanın və eləcə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarının tədqiqi nəticəsində iddiaçının keçmiş həyat yoldaşı – hazırkı iş üzrə üçüncü şəxsin artıq başqa bir şəxslə nikaha daxil olması da müəyyən olunmuşdur. Bu fakt özü-özlüyündə hüquqi baxımdan mühüm nəticə doğurur. Belə ki, Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslərin nikahın bağlanmasına yol verilmir. Bu norma bir daha göstərir ki, bir şəxs yalnız əvvəlki nikahı ləğv edildikdən sonra yeni nikaha daxil ola bilər. Əgər üçüncü şəxs artıq qanuni şəkildə başqa bir şəxslə nikaha daxil olmuşsa, bu, həmin şəxsin iddiaçı ilə olan əvvəlki nikahının hüquqi baxımdan artıq mövcud olmadığını və qanuni şəkildə pozulduğunu sübut edir. Bu hal dolayısı ilə dövlətin Xarkov şəhərində başa çatmış nikahın artıq ləğv edildiyini qəbul etdiyini göstərir. Əslində isə nikahın ləğvi həm iddiaçıya, həm də üçüncü şəxsə münasibətdə bərabər şəkildə tətbiq olunduğu halda, üçüncü şəxsin artıq başqa biri ilə nikaha daxil olması faktı ortaya çıxır. Bu isə mövcud hüquqi normativlər və praktika arasında ciddi ziddiyyət və qeyrimüəyyənlik yaradır. Daha da əhəmiyyətlisi, üçüncü şəxsin yeni nikaha daxil olması faktı birbaşa olaraq Xarkov şəhərində qeydiyyatda olan və pozulmuş nikahın qəbul edildiyini sübut edir. Belə ki, yeni nikaha daxil olmaq üçün üçüncü şəxs müvafiq şəhadətnaməni (məhkəmənin və cavabdeh orqanın istinad etdiyi) müvafiq orqana təqdim etmiş və bunun əsasında yeni nikahın qeydiyyatı mümkün olmuşdur. Həmçinin, qeyd etmək lazımdır ki, nikahın pozulması həm ər və arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən qeydiyyata alınır. Nikahın pozulması yalnız ər və arvaddan birinin ərizəsi əsasında qeydiyyata alınsa belə, bu nikahın pozulmuş hesab edilməsinə əsas verir. Qeyd olunmalıdır ki, əgər üçüncü şəxs nikahın ləğv edilməsi haqqında şəhadətnaməni artıq müvafiq dövlət orqanına təqdim edərək yeni nikaha daxil ola bilmişdirsə, bu halda həmin sənədin eyni nikahın digər tərəfi olan iddiaçı tərəfindən yenidən təqdim edilməsinə hüquqi baxımdan zərurət qalmamalıdır. Çünki nikahın ləğvi hüquqi nəticələr doğurduğu andan etibarən hər iki tərəfə eyni hüquqi status tətbiq edilməlidir və bu statusun yalnız bir tərəf üçün tanınıb digər tərəf üçün tanınmaması qanunvericiliyin hüquqi bərabərlik prinsipinə ziddir. Nəticə olaraq, cavabdeh orqanın və məhkəmənin iddiaçıya münasibətdə fərqli mövqeyi hüquqi bərabərlik və ədalət prinsipinə ziddir, iddiaçının hüquqlarını pozur və hüquqi qeyri-müəyyənliyi artırır. Hüquqi ədalətin təmin olunması üçün iddiaçının da “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə”ni təqdim etmədən tam şəkildə tanınmalı və təmin olunmalıdır. Cavabdeh orqan, həmçinin birinci instansiya məhkəməsi bu faktları nəzərə almadan iddiaçının hüquqlarını tanımamaqla onun ailə-hüquq münasibətlərində bərabər iştirakını məhdudlaşdırmışdır. Belə olan halda hüquqi qeyri-müəyyənlik yalnız iddiaçı üçün deyil, həm də ümumilikdə hüquqi münasibətlər sistemində ziddiyyətlərin yaranmasına səbəb ola bilər. Kollegiya qeyd edir ki, hüquqda yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması və iddiaçının "Nikahın ləğv edilməsi haqqında şəhadətnamə"ni tanınması hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması üçün Ailə Məcəlləsi və digər müvafiq normativ aktların müddəalarını düzgün və ədalətli şəkildə tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilərək Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 X6 tərəfindən 05 mart 2024-cü il tarixdə təkrar verilmiş Seriya İ-ВЛ №231060 saylı “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə”yə əsasən İddiaçı ilə X7 arasında Cavabdehndə 18 aprel 1995-ci il tarixdə 16 saylı akt qeydi ilə bağlanılmış nikahın, 17 oktyabr 1995-ci il tarixdə 696 nömrəli akt qeydi ilə ləğv edilməsi nəzərə alınmaqla buna dair qeydlərin vətəndaşlıq vəziyyətləri aktlarında qeydiyyata alınması öhdəliyinin Cavabdeh üzərinə vəzifə olaraq qoyulması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2-1(118)-1997/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Xarkov şəhəri Ədliyyə İdarəsinin Kiyivski X2 X6 tərəfindən 05 mart 2024-cü il tarixdə təkrar verilmiş Seriya İ-ВЛ №231060 saylı “Nikahın ləğv edilməsi haqqında şəhadətnamə”yə əsasən İddiaçı ilə X7 arasında Cavabdehndə 18 aprel 1995-ci il tarixdə 16 saylı akt qeydi ilə bağlanılmış nikahın, 17 oktyabr 1995-ci il tarixdə 696 nömrəli akt qeydi ilə ləğv edilməsi nəzərə alınmaqla buna dair qeydlərin vətəndaşlıq vəziyyətləri aktlarında qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar