Məhkəmə qərarları › İş №2-1(105)-637/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-637/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-637/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin (7 saylı bölgə üzrə Sumqayıt şəhər X8) nümayəndəsi X6, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh 7 saylı bölgə üzrə Sumqayıt şəhər X3rşı “13 sentyabr 2007-ci il tarixli 003921 saylı göstərişin ləğv edilməsi və vurulan ziyana görə ödənc pulunun 1-ci kateqoriyalı əsas sex olan boruyayma sexinin isti sahəsində 250-1 dəzgahının növbə ustaları Məmmədəli Zeynalovun və Valeh Məmmədovun orta əmək haqqından götürülməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh 7 saylı bölgə üzrə Sumqayıt şəhər X5 və maraqlı tərəf “Azərboru“ ASC-yə qarşı 7 saylı bölgə üzrə Sumqayıt şəhər X4 dövlət müfəttişi Yaqub Həsənovun 13 sentyabr 2007-ci il tarixli 003921 saylı göstərişinin ləğv edilməsi və 2007-ci ilin yanvar ayından hazıradək vurulmuş ziyana görə ödənc pul vəsaitinin 1-ci kateqoriyalı əsas boru yayma sexinin isti sahəsində işləyən növbə ustasının orta əmək haqqından götürülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-237/2014 nömrəli, 30 sentyabr 2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)- 237/2014 nömrəli, 30 sentyabr 2014-cü il tarixli qərardadından narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 153/2015 nömrəli, 03 fevral 2015-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)- 237/2014 nömrəli, 30 sentyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadı qanuni qüvvəsini almışdır. İddiaçı 29 aprel 2024-cü il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadı ikinci dəfə apellyasiya şikayəti vermişdir. İddiaçı eyni zamanda ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə vermişdir. Ərizə onunla əsaslandırılır ki, qərardaddan şikayət müddətini xəbəri olmadan ötürmüş, Oğuz rayonunda mülkü torpaq sahəsində əkdiyi meyvə ağaclarına qulluq etmiş və yaşayış evinin tikintisinə başı qarışmış, qərardaddan şikayət vermək yadından çıxmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri iddiaçının şikayəti əsasında işə bir dəfə yuxarı instansiya məhkəmələrində baxıldığını bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının qızı adından məhkəməyə teleqram ünvanlanmış və atasının xəstəliyi ilə əlaqədar məhkəmə iclasının başqa vaxta təxirə salınması xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosüssual Məcəllə Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti mümkün sayılmamalıdır. İşdən görünür ki, İddiaçı cavabdeh 7 saylı bölgə üzrə Sumqayıt şəhər X3rşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “13 sentyabr 2007-ci il tarixli 003921 saylı göstərişin ləğv edilməsi və vurulan ziyana görə ödənc pulunun 1-ci kateqoriyalı əsas sex olan boruyayma sexinin isti sahəsində 250-1 dəzgahının növbə ustaları Məmmədəli Zeynalovun və Valeh Məmmədovun orta əmək haqqından götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiyaşikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-237/2014 nömrəli, 30 sentyabr 2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)- 237/2014 nömrəli, 30 sentyabr 2014-cü il tarixli qərardadından narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 153/2015 nömrəli, 03 fevral 2015-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)- 237/2014 nömrəli, 30 sentyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadı qanuni qüvvəsini almışdır. İddiaçı 29 aprel 2024-cü il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadından ikinci dəfə apellyasiya şikayəti vermişdir. İddiaçı eyni zamanda ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə vermişdir. Ərizə onunla əsaslandırılır ki, qərardaddan şikayət müddətini xəbəri olmadan ötürmüş, Oğuz rayonunda mülkü torpaq sahəsində əkdiyi meyvə ağaclarına qulluq etmiş və yaşayış evinin tikintisinə başı qarışmış, qərardaddan şikayət vermək yadından çıxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qərardaddan şikayət müddətini xəbəri olmadan ötürdüyünü bildirsədə, iş materiallarından görsənir ki, iddiaçı Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadından narazı qalaraq 2014-cü ildə apellyasiya şikayəti vermiş, yuxarıda qeyd olunduğu kimi şikayətə yuxarı instansiya məhkəmələrində baxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadından ikinci dəfə apellyasiya şikayəti verilməsi nəzərdə tutulmadığına görə, iddiaçının apellyasiya şikayəti mümkün hesab edilməməli, аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 iyul 2014-cü il tarixli, 2-1(85)-200/2014 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar