Məhkəmə qərarları › İş №2-1(105)-639/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-639/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-639/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba Regional Cavabdehəzində Notariat Kontoruna qarşı “18.01.2016-cı il tarixli, 2V/01-24 saylı qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş reyestr 7E/363 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(118)-1567/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba Regional Cavabdehəzində Notariat Konturuna qarşı “Notariat Konturunun 18.01.2016-cı il tarixli, 2V/01- 24 saylı qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş reyestr 7E-/363 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1984-cü il tarixdə Quba rayonu Zizik kəndində anadan doğulmuş, doğum haqqında 11 mart 1985-ci il tarixli X-İKT seriyalı, 341851 nömrəli şəhadətnamə X2, anası X3r. X2 17 mart 2016-cı il tarixdə yaşadığı Quba rayonu, Zizik kəndində ölmüşdür. X1 06 sentyabr 2008-ci il tarixdə yaşadığı Quba rayonu Zizik kəndində ölmüşdür. X2 2015-ci ildən 2016-cı ilin əvvəlinədək yaşadığı Quba rayonu Zizik kəndində (onkoloji) yataq xəstəsi olub, evdən bayıra çıxmayıb. Həmin dövrdə onun qayğılarından istifadə edib. İddia ərizəsinə əlavə olunmuş X2na məxsus 26.09.2005-ci il tarixdə verilən AZE 02887673 nömrəli, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən göründüyü kimi həmin şəxsiyyət vəsiqəsindəki imza 18 yanvar 2016-cı il tarixli, 2V/01-24 saylı vəsiyyətnamədəki onun adından icra edilən imzadan fərqlidir. Digər tərəfdən atası X4 Quba rayon Timiryazev bələdiyyəsinin sədri M. Eldarovun adına 2013-cü il tarixdə yazdığı ərizədən göründüyü kimi atası latın əlifbası ilə yaza bildiyindən ərizəni latın əlifbası ilə yazmışdır. Lakin hazırkı iddia ərizəsinə əlavə edilmiş Quba regional "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən Notariat Kontorunun notariusu D.Tağıyevin ona göndərdiyi 18 fevral 2018-ci il tarixli, 157 nömrəli məktubuna əlavə edilmiş 18 yanvar 2016-cı il tarixli, 2V/01-24 saylı vəsiyyətnamədən göründüyü kimi həmin sənədi rəsmiləşdirilmiş şəxs atasının 1946-cı il təvəllüdlü, yaşlı olduğunu düşünərək latın əlifbası ilə yazmaq iqtidarında olmadığını ehtimal edərək onun adından onun soyadını Azərbaycan — kiril əlifbası ilə yazaraq adından imza və vəsiyyətnaməni saxtalaşdırmışdır. Quba rayon Timiryazev Bələdiyyəsinin sədri, X2nun, Quba rayon Timiryazev bələdiyyə sədri M. Eldarovaun adına 2013-cü il tarixdə yazdığı ərizənin və Quba regional Cavabdehəzində notariat kontorunun notariusu sənədlərin əsillərinin qanunla təqdim edilməsi yolverilməz olması səbəbindən yalnız surətləri təqdim edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-661/2020 nömrəli qərardadı ilə notariat kontoruna qarşı qeydin ləğv edilməsi, vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmiş və iddiaçıya hazırkı iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət hüququ olması bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(118)-1567/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilib iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına əsasən xüsusi notariusların inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmaması və inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanladığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyət olduğundan ümumi məhkəməyə, yəni Quba rayon Məhkəməsinə müraciət etməli olduğundan mümkünsüz hesab etmişdir. Göründüyü kimi ilkin iddia ərizəsi ilə yerli məhkəməyə müraciət etmişdir və Quba rayon Məhkəməsinin qərardadı ilə iddia tələbinin inzibati məhkəməyə aid olması əsası ilə qərardad qəbul edilmişdir. Bu səbəbdən İnzibati məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmə isə iddia tələbinin yerli məhkəməyə aid olması əsası ilə mümkünsüz saymışdır. Beləliklə məhkəmələr iddia tələbinin bir-birinə aid olması barədə ziddiyyətli qərardadları ilə məhkəmədə mahiyyəti üzrə baxılması hüququnu pozub. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 25 noyabr 2021-ci il tarixli məktub ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin mahiyyəti notariat qeydinin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndinə qeyd edilir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Qeyd edilən qərarın 15.3-cü maddəsinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə notariat hətəkətlərindən şikayət ilə bağlı olduğundan xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisədir və bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiyası məhkəməsi də məhz bu əsasla iddianın mümkün sayılmayarkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(118)-1567/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar