Məhkəmə qərarları › İş №2-1(105)-64/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-64/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-64/2025 11.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə qərarına izah verilməsinə dair ərizə üzrə çıxarılmış Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(118)-882/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “03 may 2019-cu il tarixli, **********2 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası qismən təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(118)-882/2020 nömrəli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2-1(105)-566/2021 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2-1(105)-566/2021 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2-1(102)-387/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-1(118)-882/2020 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra 28 mart 2022-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Daha sonra iddiaçının ərizələrinə əsasən Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, göstərilən qərarın icra edilmədiyini bildirmiş və məcburi işburaxmaya görə əmək haqqının məhkəmə qərarı icra olunana qədər ödənilməli olması ilə bağlı izah verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona müddətli əmək müqaviləsi bağlamağı təklif etdiyindən bununla razılaşmır. Əgər əsassız olaraq işdən çıxarılmasaydı, DSMF publik hüquqi şəxs olandan sonra öz vəzifəsinə uyğun əmək fəaliyyətini davam etdirəcəkdi. Artıq 5 ilə yaxındır ki, əmək hüquqları bərpa edilmir. Əvvəllər işlədiyi sosial yardım üzrə sektorun müdiri vəzifəsi hazırda şöbə müdiri vəzifəsinə uyğun gəlir. Bundan başqa, cavabdeh ona məcburi iş buraxmaya görə ödənilməli məbləğləri də düzgün hesablamaqla ödənişi tam məbləğdə həyata keçirmir. Belə ki, cavabdeh məcburi işburaxmaya görə əmək haqqının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə çevrilənə qədər ödəniləcəyini bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(118)-882/2020 saylı qərarının icrası ilə bağlı İddiaçı məcburi işburaxmaya görə əmək haqqının işdən azad edildiyi vaxtdan məhkəmə qərarı icra olunana qədər ödənilməli olması barədə izah verilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(105)-834/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadı ləğv edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)- 882/2020 saylı qərarına izah verilməsinə dair iddiaçının ərizəsi təmin edilməmişdir (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayeva və A.Süleymanova). İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 975/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023cü il tarixli, 2-1(105)-834/2023 nömrəli qərardadının ləğv edilməsi, işə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-882/2020 nömrəli qərardadını əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “3 may 2019-cu il tarixli, **********2 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2-1(102)- 387/2022 nömrəli Qərarının icrası və ondan irəli gələn hüquqi nəticələrlə bağlı müvafiq işlər görülmüşdür. Göründüyü kimi iddia tələbi 3 hissədən ibarətdir: 1. Nazirliyin 3 may 2019-cu il tarixli, **********2 nömrəli əmrinin ləğv edilməsi; 2. İddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi; 3. iddiaçıya məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi. Qərarın “əmrin ləğv edilməsi” hissəsində icrasını təmin etmək məqsədilə Nazirliyin 13 may 2022-ci il tarixli, **********6 nömrəli əmri ilə Nazirliyin “İddiaçı və E.Quliyevin əmək müqavilələrinə xitam verilmələri barədə” 3 may 2019-cu il tarixli, **********2 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir. Qərarın “iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsinin icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Həmin fərmanın 7-ci hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. Qeyd edilənlərdən göründüyü kimi yeni publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini davam etdirməsi tapşırılır. Dolayı yolla bu yeni publik hüquqi şəxslərin qeydiyyata alındığı vaxtdan Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini dayandırması deməkdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir: “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir: “Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir”. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi” nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti X7 verilmişdir. Həmin Fərmanın 4.11.11-ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu icra hakimiyyəti orqanı kimi ləğv edilmiş, onun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılması tapşırılmış və Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanına əsasən qeyd edilmiş qurumlar fəaliyyətə başlamışdır. Nazirliyin 22 sentyabr 2022-ci il tarixli **********6 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin bir sıra işçilərinin dövlət qulluğuna xitam verilməsi barədə” Nazirliyin 28 iyul 2020-ci il tarixli **********9 nömrəli əmrinin 1.1-ci yarımbəndinə əlavə olunan siyahıya İddiaçı adı əlavə edilmişdir. Eyni zamanda İddiaçı Nazirliyin 28 iyul 2020-ci il tarixli **********9 nömrəli əmrinə edilmiş dəyişiklik əsasında ehtiyat kadrlar siyahısına əlavə edilmiş və Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində müvafiq dəyişikliklər edilmişdir (reyestrdən çıxarış təqdim edilmişdir). Həmçinin İddiaçı əmək müqviləsinə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Münasibətləri və Məşğulluq” altsistemində (ƏMAS) müvafiq dəyişiklik edilmişdir. İddiaçı 3 noyabr 2017-ci il tarixdən 3 may 2019-cu il tarixinədək Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunda sektor müdiri vəzifəsində (dövlət qulluqçusu, əmək haqqı-345 manat, 20 sentyabr 2020-ci il tarixindən əmək haqqı-520 manat) çalışmışdır. 18 aprel 2022-ci il tarixində İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində vakant aparıcı mütəxəssis vəzifəsi (əmək haqqı-1800 manat) təklif olunmuş və bu barədə 28 aprel 2022-ci il tarixli **********7 nömrəli, 28 iyun 2022-ci il tarixli **********8 nömrəli və 2 fevral 2023-cü il tarixli 3-17-0/2-E-1084/2023 nömrəli məktublar göndərilmiş, lakin İddiaçı hal-hazıradək təklif edilən vəzifə ilə bağlı münasibətini bildirməmişdir. Qərarın “məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi” hissəsinin icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 2-ci hissəsi ilə ləğv edilmiş - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 İyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1-ci bəndində qeyd edilirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsindən göründüyü kimi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu inzibati orqan olmuşdur. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 14.1.4-cü yarımbəndində də təsbit olunmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2021-ci il tarixli 61 nömrəli qərarı ilə 14.1.4-cü yarımbənd ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2021-ci il tarixli 57 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, onun yerli bölmələri” adı çıxarılmışdır. Həmçinin Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Publik hüquqi şəxs dedikdə dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat nəzərədə tutulur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu hüquqi şəxs deyil, dövlətin icra hakimiyyəti olmuşdur. Bu hüquqi şəxsin bir formadan başqa formaya keçməsi deyildir. Həmçinin Nizamnaməsindən göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə Nazirlik özünün işə götürən səlahiyyətlərini itirmişdir. Həmçinin İddiaçı işdən azad olunduğu dövrdə qüvvədə olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanununun 8.1.6-cı maddəsinə əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları - müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri 5-ci kateqoriya dövlət orqanlarıdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli 485 nömrəli Fərmanının 3.9.1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər. Həmin Qanununun 2.4-cü maddəsinə əsasən bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsindən maliyyələşmir və işçiləri dövləq qulluqçuları hesab edilmir. Bu səbəbdən İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi mümkün deyil. Bununla əlaqədar olaraq, Qərarın “iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsində icrasını təmin etmək məqsədilə İddiaçı ödəniləcək məcburi işburaxma müddəti üçün müəyyən olunmuş əməkhaqqı (xx.xx.2019cu il tarixindən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun dövlət orqanı kimi ləğvi tarixinədək) İddiaçı ona aid bank hesabını təqdim etmədiyindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür (ödəniş tapşırığı təqdim edilmişdir). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: Belə ki, Qərardadda qeyd olunan məcburi işburaxma müddətinə görə əmək haqqının iddiaçının işə bərpa olunduğu günədək ödənilməsi ilə bağlı bildirilir ki, İddiaçı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda iş təklifini bu günədək qəbul etməməklə icra sənədinin icrasına mane olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı “1. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. ... Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər”. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Hazırki iş üzrə iddiaçının tələbi müvafiq məhkəmə qərarına “əmək haqqına dair məbləğin məhkəmə qərarı icra olunduğu tarixə qədər tutulması” haqqında izah verilməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur. Buna görə də, məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Hazırki iş üzrə cavabdehin üzərinə məhkəmə qərarı ilə qoyulmuş öhdəlik iddiaçını əvvəlki vəzifəsinə bərpa etməkdən və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir. İşin hallarından həmçinin müəyyən olunur ki, icra ilə bağlı tərəflər arasında istər iddiaçının əvvəlki vəzifəsinə bərpası, istərsə də ona ödənilməli olan məcburi iş buraxma müddəti üçün əmək haqqının müddəti və yekun olaraq məbləği ilə bağlı mübahisə mövcuddur. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçının işə bərpa tələbinin təmin edilməsi üzrə məhkəmə mübahisəsi Ali Məhkəmə tərəfindən 02 fevral 2022-ci il tarixli qərarın qəbul edilməsi ilə başa çatsa da, məhkəmə mübahisələrinin davam etdiyi dövrdə yeni faktiki və hüquqi vəziyyət yaranmışdır. Yəni iddiaçının işlədiyi DSMF icra hakimiyyəti orqanı kimi ləğv edilmiş, onun əsasında DSMF publik hüquqi şəxs yaradılmışdır. Beləliklə, yeni faktiki və hüquqi vəziyyət yaranması halı göz önünə alınmaqla icranın hansı qaydada həyata keçirilməsi məsələsinə aydınlıq gətirilməlidir. Ali məhkəmənin qərarında aşağıdakılar qeyd olunmuşdur: Cavabdehin iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək öhdəliyi ilə bağlı qeyd edilməlidir ki, işin hallarından görünür ki, cavabdeh bununla bağlı iddiaçıya rəsmi təkliflər etmişdir. İlk növbədə, nəzərə alınmalıdır ki, iddiaçının işdən çıxarılmasının qanunsuzluğu məhkəmə qərarı ilə öz təsdiqini tapdığından və yeni yaranmış vəziyyətə görə cavabdeh iddiaçını məhz əvvəlki vəzifəsinə bərpa edə bilmədiyindən, cavabdehin onu əvvəlki işinə ən yaxın olan oxşar işlə təmin etmək öhdəliyi qalır. Bu öhdəlik qanuni qüvvədə olan məhkəmə qərarının icra edilməsi vəzifəsindən doğur. Lakin cavabdehin sözügedən öhdəliyi oxşar vəzifənin təklif edilməsi ilə məhdudlaşır. Odur ki, məhkəmənin qiymətləndirməli olduğu əsas məsələlərdən biri cavabdeh tərəfindən təklif edilmiş vəzifənin iddiaçının əvvəlki işi ilə oxşarlığının müəyyən edilməsidir. Bu zaman, əvvəlki vəzifənin əmək funksiyaları ilə təklif olunan yeni vəzifənin əmək funksiyaları, eləcə də vəzifə üzrə ödənilən əmək haqları müqayisə olunmalıdır. Əgər məhkəmə, apardığı dəyərləndirmənin nəticəsi olaraq qeyd edilən şərtlərə riayət olunmaqla oxşar vəzifənin təklif olunduğu qənaətinə gələrsə, iddiaçının həmin vəzifə ilə razılaşmamasına baxmayaraq cavabdeh iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək öhdəliyi üzrə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş hesab oluna bilər. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi məsələsinə münasibətdə də oxşar yanaşma tətbiq edilməlidir. İddiaçının sözügedən ödənişləri almaq hüququ əmək haqqının faktiki ödənildiyinin dayandırıldığı andan başlamaqla iddiaçıya oxşar vəzifənin təklif olunduğu ana qədər olan dövrü əhatə etməlidir. Kollegiya cavabdehin bununla bağlı ödənişin DSMF-nin publik hüquqi şəxsə çevrildiyi ana qədər edilməli olduğuna dair mövqeyini əsassız hesab edir. Bu, hazırkı işin xüsusi hallarından irəli gəlir. Belə ki, qanuni qüvvədə olan məhkəmə qərarı ilə iddiaçını əvvəlki vəzifəsinə bərpa etmək və məcburi iş buraxma müddəti üçün əmək haqqını ödəmək öhdəliyi DSMF-nin deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərini nəzərə almaqla mübahisənin həll edilməsi məqsədilə zəruri sorğular ünvanlayaraq aşağıdakı məlumatları əldə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğuya cavab olaraq Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Respublika üzrə rayon şöbələrinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsi ilə iddiaçıya təklif olunan ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin aparıcı mütəxəssisi vəzifələrinə dair vəzifə təlimatları təqdim edilmişdir. İddiaçının əvvəl işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Respublika üzrə rayon şöbələrinin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə dair vəzifə təlimatından görünür ki, əmək funksiyaları aşağıdakılardan ibarətdir: sektorun fəaliyyətinə rəhbərlik edir, vəzifə və funksıyalarına müvafiq olaraq işinin təşkil edilməsi, işçilər arasında vəzifə bölgüsünü aparır, sektorun işçilərinin iş planını təsdiq edir, onların həyata keçirilməsinə nəzarət edir, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və kompensasiyalar sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə Fonda və Nazirliyə təkliflər vermək, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin həyata keçirilməsi, əmək pensiyaları, sosial müavinətlər və ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin kompensasiyaların ödənilməsi ilə bağlı rüblük, illik, balans hesabatını və hesabat materiallarını Fonda təqdim elmək, vətəndaşların sektora təqdim etdiyi sənədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılmasına nəzarətin həyata keçirilməsi. müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdırilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilərək Şöbənin müdirinə təqdim edilməsi, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak, müavinətlərin sosial yardımların və digər ödənişlərin təyin olunması haqqında tərtib edilən qərar layihələrinin qanunauyğunluğunun yoxlanılması və təsdiqi, səlahiyyətləri daxilində sektora daxıl olan ərizə, şikayət və məktubların araşdırılması və cavablandırılması. İddiaçıya təklif olunan olunan ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə dair vəzifə təlimatından görünür ki, əmək funksiyaları aşağıdakılardan ibarətdir: Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olan qanunvericilik aktlarını ünvanlı dövlət sosial yardımının təyinatı və yenidən hesablanması zamanı düzgün tətbiq edir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemi tərəfindən göndərilmiş tapşırıq əsasında ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasını həyata keçirir; Ailənin maddi-məişət şəraitinin müayinəsini müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür - Ünvanlı dövlət sosial yardımı işlərinə dair sənədlərin hazırlanmasını və saxlanılmasını təmin edir: Ünvanlı dövlət sosial yardımının təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün vaxtında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) aidiyyəti struktur bölməsinə təqdim olunmasını təmin edir. Şöbəyə daxil olmuş müraciətlərə və sorğulara fəaliyyət istiqamətləri üzrə ”Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında" və “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş qaydada və müddətdə baxılmasının, əsaslandırılmış cavab göndərilməsinin və ya müvafiq tədbirlərin görülməsinin təmin edir; Regional Ərazi Filialı (bundan sonra - Filial) üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı və ünvanlı dövlət sosial yardımın məbləği barədə məlumatların “Rəsmi statistika haqqında*' Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlayıb Şöbə müdirinə təqdim edir. Unvanlı dövlət sosial yardımın təyinatı üzrə hüquqi aktların tələblərinin icra edilməsini daim nəzarətdə saxlayır. İstifadəsinə verilmiş inventar və avadanlıqların qorunub saxlanmasını və səmərəli istifadə olunmasını təmin edir. Fərdi və məxfi məlumatların qorunub saxlanmasını təmin edir; Ünvanlı dövlət sosial yardımı təyinatlarının qanunvericiliyə uyğun aparılmasının yoxlanmasında iştirak edir; Filialın fəaliyyəti nəticəsində yaranan və ya əldə olunan məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür; əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirir; Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilmiş digər tapşırıqların vaxtında, dəqiq və yüksək peşəkarlıqla icra olunmasını təmin edir: Şöbənin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları icra edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilmiş 24 dekabr 2024-cü il tarixli, 3-17/2-11865/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2-1(102)-387/2022 nömrəli qərarının icrası ilə bağlı məktub Nazirliyə xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Bununla bağlı 18 aprel 2022-ci il tarixində İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona həmin vaxt Sumqayıt şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində əvvəllər çalışdığı vəzifənin (dövlət qulluqçusu, əmək haqqı - 345 manat, 20 sentyabr 2020-ci il tarixindən əmək haqqı - 520 manat) qulluq funksiyaları ilə oxşar olan və həmin dövrdə yalnız aparıcı mütəxəssis vəzifəsi vakant olduğundan həmin vəzifə (əmək haqqı - 1800 manat) təklif olunmuş və bu barədə 28 aprel 2022-ci il tarixli **********7 nömrəli, 28 iyun 2022-ci il tarixli **********8 nömrəli və 02 fevral 2023-cü il tarixli 3-17-0/2-E-1084/2023 nömrəli məktublar göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə X6 resursları departameninin xidməti otağında görüş keçirilmiş, ona X1 Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi təklif edilmiş, lakin İddiaçı imtina etmişdir. Məhkəmə qərarının “iddiaçıya məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi” hissəsində icrasını təmin etmək məqsədilə İddiaçı ödəniləcək məcburi işburaxma müddəti üçün müəyyən olunmuş əməkhaqqı (10241.73 (on min iki yüz qırx bir manat, 73 qəpik) (xx.xx.2019-cu il tarixindən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun dövlət orqanı kimi ləğvi tarixinədək) İddiaçı ona aid bank hesabını təqdim etmədiyindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Cavabdeh əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 2-ci hissəsinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Məlumat üçün qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanına əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (publik hüquqi şəxs) yaradılmışdır. Nazirliyin tabeliyində yaradılmış Dövlət Sosial Müdafiə Fondu (publik hüquqi şəxs) dövlət qulluğu olmadığından İddiaçı əvvəllər çalışdığı dövlət qulluğu vəzifəsi artıq mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə qərarının icrası məqsədi ilə, yeni yaradılmış Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunda sektor müdiri (dövlət qulluqçusu, əmək haqqı 345 manat, 20 sentyabr 2020-ci il tarixindən əmək haqqı-520 manat) vəzifəsi olmadığından eləcə də, yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, qeyd edilən dövrdə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində yalnız aparıcı mütəxəssis (əmək haqqı-1800 manat) vəzifəsi vakant olduğundan R.Eyvazova bu vəzifə təklif edilmişdir. İddiaçı 3 noyabr 2017-ci il tarixdən 3 may 2019-cu il tarixinədək Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunda sektor müdiri vəzifəsində çalışmışdır. Struktur dəyişikliyindən sonra İddiaçı vəzifəsinin qulluq funksiyaları faktiki təklif olunan vəzifənin qulluq funksiyalarına uyğun gəldiyi və iddiaçının yaşadığı ərazidə yerləşdiyi üçün təklif edilmişdir. İddiaçı əvvəllər 7-ci təsnifat olan vəzifədə dövlət qulluğunda xidmət keçmişdir. Nazirliyin nomenklaturunda yalnız Nazirliyin Aparatı (inzibati vəzifələrin ən aşağı təsnifat 5-ci təsnifatdır) və Nazirliyin yanında X3 Xidmətində çalışan işçilər dövlət qulluqçularıdır. İddiaçı əvvəllər tutduğu vəzifənin təsnifatı, qulluq funksiyaları dövlət qulluğu qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qulluğu vəzifəsinə bərpasını mümkünsüz etmişdir. İddiaçının əvvəllər tutduğu (sektor müdiri vəzifəsi) baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi vəzifələri ilə eyni vəzifələr qrupuna aid edilərək (mütəxəssis) 7-ci təsnifat inzibati vəzifə kimi müəyyən olunmuşdur. Həmçinin, iddiaçının daha yüksək vəzifə iddiasına münasibətdə bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.8.1-ci maddəsindən göründüyü kimi “sektor müdiri” vəzifəsi (4-cü və 5-ci kateqoriya dövlət orqanlarının – müvafiq icra hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrində mütəxəssis) mütəxəssis qrupuna aiddir. Qeyd edilən məsələ Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusun”da öz əksini tapmışdır. Təkrar apellyasiya baxışı zamanı zəruri sorğular verilərək müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqanda müvafiq struktur dəyişiklikləri baş verdiyindən iddiaçının əvvəllər çalışdığı vəzifə mövcud olmamaqla hazırda ona təklif olunan vəzifə ilə oxşarlıq təşkil edir. İddiaçının əvvələr işlədiyi vəzifədə nəzarətedici funksiyalar olsa da, hazırda təklif olunan vəzifədə həmin funksiyalar yoxdur. Nəzərə almaq lazımdır ki, struktur dəyişikliyi ilə əlaqədar hazırda cavabdeh inzibati orqanda iddiaçının əvvəllər çalışdığı sektor müdiri vəzifəsi ilə tam uyğunluq təşkil edən başqa vəzifə mövcud deyildir. Eyni zamanda müəyyən edilir ki, hazırda iddiaçıya təklif olunmuş işin artıq əmək haqqı (əmək haqqı - 1800 manat) iddiaçının əvvəllər çalışdığı vəzifənin əmək haqqından (dövlət qulluqçusu, əmək haqqı - 345 manat, 20 sentyabr 2020-ci il tarixindən əmək haqqı - 520 manat) daha artıqdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunması məqsədilə zəruri addımlar atılaraq iddiaçıya müvafiq təkliflər edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanına əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (publik hüquqi şəxs) yaradılmışdır. Nazirliyin tabeliyində yaradılmış Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs olduğundan (dövlət qulluğu olmadığından) iddiaçının əvvəllər çalışdığı dövlət qulluğu vəzifəsi artıq mövcud deyildir. Bu, öz növbəsində, əvvəlki dövlət qulluğu vəzifələrinin artıq mövcud olmaması və əvvəlki qulluğa uyğun olan vəzifələrin də təklif edilə bilməməsi ilə nəticələnmişdir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan mövcud vakant vəzifə üzrə iddiaçıya müvafiq təkliflər etmiş, iddiaçı isə həmin təklifləri qəbul etməməklə məhkəmə qərarının icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətlər etmişdir. Hazırda aydınlıq gətirilməsi zəruri olan digər bir məsələ isə iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. Belə ki, həmin əmək haqqının faktiki ödənilməsinin dayandırıldığı tarixdən etibarən ödənilməli olması mübahisə olunmur. İcra mərhələsində problem yaradan məsələ ödənişlərin hansı tarixədək davam etdirilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi məcburi işburaxmaya görə əmək haqqının iddiaçının işdən azad edildiyi vaxtdan məhkəmə qərarı icra olunana qədər ödənilməli olması qənaətinə gələrək yalnışlığa yol vermiş, bu zaman icra mərhələsinin qeyri-müəyyən vaxta qədər uzana bilməsi və həmin müddətin uzanmasına iddiaçının faktiki hərəkətlərinin səbəb ola bilməsi ehtimalını nəzərə almamışdır. Kollegiya hesab edir ki, sözügedən ödənişləri almaq hüququ əmək haqqının faktiki ödənilməsinin dayandırıldığı andan başlamaqla iddiaçıya oxşar vəzifənin təklif olunduğu ana qədər olan dövrü əhatə etməlidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya bir neçə dəfə yeni yaranmış publik hüquqi şəxsdə analoji vakant vəzifə təklif edilmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmişdir. Cavabdeh inzibati orqanın 29 aprel 2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının “işə bərpa edilmə” tələbi üzrə icrasını təmin etmək üçün iddiaçı ilk dəfə 18 aprel 2022-ci il tarixdə Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində vakant aparıcı mütəxəssis vəzifəsi (əmək haqqı-1800 manat) təklif olunmuşdur. İddiaçının vəkili 18 aprel 2022-ci il tarixdə iş təklifi edildiyini qəbul etməmiş, 15 dekabr 2023-cü il tarixdə rəsmi təklif edildiyini və akt tərtib edildiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqandan iddiaçıya işə bərpa təklifləri ilə bağlı sübutları təqdim etməyi tələb etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğuya cavab olaraq göndərilmiş 06 mart 2025-ci il tarixli, 3-17/2-2382/2025 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2-1(102)-387/2022 nömrəli Qərarının icrası ilə bağlı Sumqayıt İnzibati Məhkəməsindən xx.xx.2022-ci il tarixdə Nazirliyə məktub daxil olmuşdur. Bununla bağlı 18 aprel 2022-ci il tarixində İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona həmin vaxt Sumqayıt şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində əvvəllər çalışdığı vəzifənin (dövlət qulluqçusu, əmək haqqı-345 manat, 20 sentyabr 2020-ci il tarixindən əmək haqqı-520 manat) qulluq funksiyaları ilə oxşar olan və o dövrdə yalnız aparıcı mütəxəssis vəzifəsi vakant olduğundan həmin vəzifə (əmək haqqı- 1400 manat) təklif olunmuş, lakin təklif edilən vəzifə ilə bağlı qərarını bildirmək üçün vaxt istəmişdir. Məhkəmə qərarının icrası üçün müvafiq sənədlərinin təqdim edilməsi üçün 28 aprel 2022-ci il tarixli, **********7 nömrəli məktub iddiaçıya, eləcə də görülmüş işlərlə bağlı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktub Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bununla bağlı İddiaçı Nazirliyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubda Nazirlik tərəfindən ona göndərilən xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubun xx.xx.2022-ci il tarixində çatdığını qeyd etmişdir. Halbuki sonuncu məhkəmə iclasında İddiaçı vəkili iddiaçıya yalnız xx.xx.2023-cü il tarixində iş təklif olunduğunu qeyd etmişdir. Məktubun məzmunundan göründüyü kimi iddaçı ona təklif olunan vəzifə ilə bağlı tam məlumatlı idi və digər daha yüksək vəzifəyə təyin olunmağı tələb edirdi. Məktubda qeyd edilən faktlar cavabdehi iddiaçının məktubu almasını sübut etmək yükündən azad edir. Bununla belə, Nazirliyin Aparatının Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsi tərəfindən Azərpoçt MMC ilə əlaqə saxlanılmış, onlar tərəfindən bildirilmişdir ki, məktubların təhvil verilməsi ilə bağlı bildirişlərin yalnız son 6 ayını təqdim etmək mümkündür. İddiaçı 28 iyun 2022-ci il tarixli **********8 nömrəli (eyni zamanda xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla Sumqayıt İnzibati Məhkəməsinə məlumat verilmişdir) və 2 fevral 2023-cü il tarixli 3-17-0/2-E-1084/2023 nömrəli məktublar göndərilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə X6 resursları departameninin xidməti otağında görüş keçirilmiş, ona X1 Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi təklif edilmiş, lakin İddiaçı imtina etmişdir. Bununla bağlı bildirilir ki, iddiaçının əvvəllər tutduğu vəzifənin vəzifə maaşı 520 manat, ona təklif edilən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində əvvəllər çalışdığı vəzifənin qulluq funksiyaları ilə oxşar olan aparıcı mütəxəssis vəzifəsinin vəzifə maaşı isə 1400 manat olmuşdur. Yuxarıda qeyd edilənlənlərdən göründüyü kimi iddiaçıya əvvəllər tutduğu vəzifəyə anoloji və daha çox əməkhaqqı ödənilən vəzifələr təklif edilməsinə baxmayaraq o qeyd edilən vəzifələrdən imtina etmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, məhkəmə qərarı iddia tələbinin “daimi qulluğa qəbul olunmaqla əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsində tam icra edilmiş sayılmalıdır. İş materiallarında olan iddiaçının Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 09 avqust 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, onu 18 aprel 2022-ci il tarixdə ƏƏSMN Dövlət Qulluğu və X4 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 fevral 2022ci il tarixli, 2-1(102)-387/2022 nömrəli qərarına uyğun olaraq onun əvvəlki vəzifəsinə bərpa edilmə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə nazirliyin üzərinə qoyulmuş qərarın icrası ilə bağlı görüşə dəvət edilmiş, görüşdə DSMF-nin X1 Ünvanlı Dövlət Sosial Yardımın təyinatı şöbəsində sektor müdiri vəzifəsi mövcud olmadığından, ona aparıcı mütəxəssis vəzifəsi təklif olunmuşdur. Göründüyü kimi iddiaçı 18 aprel 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun X1 (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində vakant aparıcı mütəxəssis vəzifəsinin ona təklif edildiyini etiraf etmişdir. (iş materialları, İİİ cild, səh. 25) Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçıya 18 aprel 2022-ci il tarixdə qeyd edilən işin təklif edildiyi öz təsdiqini tapır. Məhkəmə bir məsələyə də aydınlıq gətirməyi zəruri hesab edir. İddiaçının razılaşmadığı məqamlardan biri də iddiaçıya müddətli əmək müqaviləsi bağlanmasının təklif edilməsidir. Məhkəmə kollegiyası bununla bağlı hesab edir ki, bu hal məhkəmə qərarının qərara uyğun olaraq icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçının əsassız olaraq dövlət qulluqçusu olaraq çalışdığı işindən azad edildiyi halda, onun dövlət qulluğunu bərpa etmədən müddətli əmək müqaviləsi bağlanılmasının təklif edilməsi yolverilməzdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməli, Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2- 1(118)-882/2020 nömrəli qərarının icrası ilə bağlı İddiaçı məcburi işburaxmaya görə əmək haqqının işdən azad edildiyi vaxtdan iddiaçıya oxşar vəzifənin təklif olunduğu 18 aprel 2022-ci il tarixinədək ödənilməli olduğu izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadı dəyişdirilsin. Ərizə təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(118)-882/2020 nömrəli qərarının icrası ilə bağlı izah edilsin ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqı işdən azad edildiyi tarixdən 18 aprel 2022-ci il tarixinədək ödənilməlidir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar