Məhkəmə qərarları › İş №2-1(105)-642/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-642/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-642/2023 06.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil Hüseyn qızının, Cavabdehin nümayəndəsi Nümayəndə və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-647/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. (AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt rayonlararası tədarük istehsal müəssisəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Astraxan şəhər mineral kübrə bazasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Astraxan şəhər Kənd təsərrüfatı kimya zavodunda, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “X8” X9 İşləri İdarəsində işləmiş, xx.xx.2014-cü il tarixdən həmin X7 İstehsalat bölümünə keçirilmiş, xx.xx.2021-ci il tarixdən X3 bölümünə keçirilməklə, hal-hazıradək həmin Trestdə işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 06 may 2022-ci il tarixdə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (10) fəhlələr yarımbəndində (a) qazma qurğularının maşinisti vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “X8” X6 İşləri İdarəsində dizelçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi dizelçi vəzifəsi yuxarıda qeyd olunan qazma qurğularının maşinisti vəzifəsinə uyğun deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 23 gün (xx.xx.2013-xx.xx.2014, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək, əmək kitabçasında və xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmiş dövrlər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. lakin cavabdeh onun tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, o, 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək işləyir. Hazırda “X8” trestinin Abşeron İstehsalat bölümündə motorçu vəzifəsində işləyir. Əmək kitabçası və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən o, 40 ildən artıq sığorta stajına malik olmaqla, onun 13 ildən artıq müddəti zərərli iş yerlərindəki fəaliyyət dövrüdür. xx.xx.2022-ci il tarixdən 60 yaşı tamam olmuşdur. Bu səbəbdən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(112)-10293/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının SOCAR-ın “X8” Trestinin xx.xx.2022-ci il tarixli SOCAR**********81200598X00013 nömrəli arayışında qeyd olunan xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi dizelçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa ggörə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və ya şistin emalı bölməsində (10) nəzərdə tutulmamışdır. Bu səbəbdən, onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 5 ay (xx.xx.2013xx.xx.2014, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-647/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu 02 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının işlədiyi dizelçi və maşinist vəzifələrinin əmək funksiyalarının nədən ibarət olması ilə bağlı aidiyyatı üzrə sorğu vermiş, sorğuya cavab məktubunda isə qeyd edilən vəzifələrin əmək funksiyalarının eyni olması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifənin adının dizelçi olması onun maşinist vəzifəsinin əmək funksiyalarını yerinə yetirməsini istisna etmir. İddiaçının maşinist vəzifəsinin əmək funksiyaları ilə eyni funksiyalara məxsus dizelçi vəzifəsi ilə məşğul olması və qeyd edilən peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və ya şistin emalı bölməsində nəzərdə tutulmaması isə iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamış, işin faktiki hallarına hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 02 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün dörd şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması (xx.xx.2022), 25 il ümumi iş stajına və qanunla tələb olunan pensiya kapitalına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətində iddiaçının güzəştli iş stajını mübahisələndirmişdir. Bununla yanaşı, ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt rayonlararası tədarük istehsal müəssisəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Astraxan şəhər mineral kübrə bazasında, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Astraxan şəhər Kənd təsərrüfatı kimya zavodunda, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “X8” X9 İşləri İdarəsində işləmiş, xx.xx.2014-cü il tarixdən həmin X7 İstehsalat bölümünə keçirilmiş, xx.xx.2021-ci il tarixdən X3 bölümünə keçirilməklə, hal-hazıradək həmin Trestdə işləyir. (25 il 08 ay 24 gün). Beləliklə, iddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olduğu müəyyən edilir. Həmçinin, qanunla tələb olunan pensiya kapitalına malik olması şərti ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən 25 aprel 2023-cü il məktubla məhkəməyə təqdim edilmiş xidməti məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək olan 12 il 11 ay 23 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 12105,48 manat müəyyən edilmişdir. İddiaçının həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 51828,98 manat olmaqla, cəmi 63934,46 manat pensiya kapitalı qeydə alınmışdır. Bununla da iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti də ödənilir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xx.xx.2013xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 08 il 05 ay müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Hazırda iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bu baxımdan, kollegiya cavabdeh tərəfindən mübahisələndirilməyən dövr kimi xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan 08 il 02 aylıq dövrün qəbul edildiyini yəqin edir. Cavabdehin imtina məktubu, etiraz və şikayətinin yeganə dəlili iddiaçının xx.xx.2007xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X8” Trestində işlədiyi dizelçi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və ya şistin emalı bölməsində nəzərdə tutulmuş qazma qurğularının maşinisti vəzifəsinə uyğun olmamasıdır. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçının əmək kitabçasında onun xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X8” X6 İşləri İdarəsində dizelçi vəzifəsində işlədiyi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı “X8” X6 İşləri İdarəsi üzrə xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək dizelçi – qazma qurğusunun motorçusu, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək qazma qurğusunun motorçusu, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Trestin “Qaradağ, Qalmaz” İstehsalat bölümündə qazma qurğusunun motorçusu işləmişdir, xx.xx.2021-ci il tarixdən hal-hazıradək “Abşeron” İstehsalat bölümündə qazma qurğusunun motorçusu peşəsində işləyir. Həm iddiaçıya məxsus əmək kitabçasından, həm də yuxarıda qeyd olunan arayışdan göründüyü kimi İddiaçı mübahisələndirilən xx.xx.2007-ci il tarixdən xx.xx.2012ci il tarixədək “X8” Trestində dizelçi vəzifəsində işləmişdir. (05 il 05 ay 04 ay). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bununla bağlı, həm birinci instansiya məhkəməsinin, həm də məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “X8 Tresti” tərəfindən verilmiş 28 fevral və 21 sentyabr 2023-cü il tarixli məktublarda qeyd edilmişdir ki, “dizelçi” peşəsi ilə “Neft və qaz üzrə qazma qurğusunun maşinisti” peşəsinin əmək funksiyaları eynidir. Hər iki peşənin iş xüsusiyyəti dizel mühərrikləri və bu tip avadanlıqların istismarı, təmiri işləri, dərin qazma qurğularında ümumi gücü 1600 at gücü olan dizel mühərriklərə, güc agreqatlarına, transmissiyalar və pnevmatik sistemə xidmət edilməsi, güc qazma avadanlığı və avtomatika cihazlarının sökülməsi, yığılması, mərkəzləşdirilməsi, nasazlıqların aradan qaldırılması va tənzimlənməsi, mühərriklərin və güc aqreqatlarının cari və mürəkkəb təmirlərinin aparılması, dizellərin tənzimlənməsi, güc və qazma avadanlıqlarının işində nasazlıqların qarşısının alınması tədbirlərinin həyata keçirilməsi, soyutma, yağlama və yanacaqvermə sistemlərinin, turbotransformatorların, turbomuftaların, güc aqreqatlarının avtomatik qoruyucu sistemlərinin tənzim edilməsi və saz halda olması, dizel mühərriklərin və güc aqreqatlarının işinin uçotunun aparılması, güc aqreqatlarının işə buraxılması, yeni və əsaslı təmirdən çıxmış aqreqatların sınanılması zamanı onlar üçün müəyyən edilmiş istismar və iş rejimlərinə riayət edilməsinə nəzarət, güc aqreqatlarının, dizel genaratorlarının və başqa stansiyaların işində əmələ gələ bilən nasazlıqların qarşısının alınmasını təmin edən tədbirlərin hazırlanıb həyata keçirilməsi işlərindən ibarətdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halından göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “X8” Trestində işlədiyi dizelçi vəzifəsinin əmək funksiyaları güzəştli siyahıda nəzərdə tutulmuş “Neft və qaz üzrə qazma qurğusunun maşinisti” vəzifəsinin əmək funksiyası ilə eynilik təşkil edir. Bu baxımdan, iddiaçının işlədiyi dizelçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin 10.1-ci “Qazma” yarımbölməsinin a) fəhlələr bəndində göstərilmiş “neft və qaz üzrə qazma qurğularının maşinistləri” vəzifəsinə uyğun gəlir. Bu baxımdan, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 08 il 02 aylıq dövrlə birlikdə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd olunanlara əsasən kollegiya cavabdehin dəlillərini əsassız hesab edir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 01 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-647/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar