Məhkəmə qərarları › İş №2-1(105)-643/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-643/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-643/2025 30.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron Rayon XDS-in İcraiyyə Komitəsinin 28 iyun 1989-cu il tarixli 152 nömrəli qərarı ilə “fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Zəfəran sovxozunun fəhlə və qulluqçularına torpaq sahəsi ayrılması haqqında” qərarı ilə iddiaçıya ayrılan 0,1 ha torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-4557/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon XDS-in İcraiyyə Komitəsinin 28 iyun 1989-cu il tarixli 152 nömrəli qərarı ilə “fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Zəfəran sovxozunun fəhlə və qulluqçularına torpaq sahəsi ayrılması haqqında” qərarı ilə iddiaçıya ayrılan 0,1 ha torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(112)-13993/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-4557/2025 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim İmran Burcayev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü əsasları yoxlanılarkən verilmiş şikayətin prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olmuşdur. Belə ki, apellyasiya şikayəti, qanunvericiliklə müəyyən olunmuş 10 gün müddət ərzində verilməmişdir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, mübahisələndirilən qərardadın surəti 26 may 2025-ci il tarixdə iddiaçıya verilmişdir, iddiaçı həmin qərardaddan 12 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bu baxımdan, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmış və 30 iyun 2025-ci il tarixə, saat 11:00-a məhkəmə iclası təyin edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinə qoşma olaraq ərizə əlavə edilmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2- 1(118)-4557/2025 nömrəli qərardadını 26 may 2025-ci il tarixdə almışdır. İddiaçı bunun nəzərə alınmasını və şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin buraxılmamış hesab edilməsi və şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbi haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. İlk növbədə iddiaçı tərəfindən apellyasiya şikayətinə qoşma olaraq əlavə edilmiş ərizədən görünür ki, iddiaçı mübahisələndirilən qərardadı 26 may 2025-ci il tarixdə aldığını qeyd edərək, bunun nəzərə alınmasını və şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin buraxılmamış hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi qərardadın əldə edilmə müddəti barədə hər hansı mübahisə mövcud deyil. İddiaçı ərizədə şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin buraxılmamış hesab edilməsini xahiş etsə də, ərizəsini əsaslandırmamış, müddətin ötürülməsi səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, mübahisələndirilən qərardadın surəti 26 may 2025-ci il tarixdə iddiaçıya verilmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra verilmişdir. İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti 05 iyun 2025-ci il tarixdə başa çatmışdır, bununla da şikayətin verilməsi müddəti ötürülmüşdür. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(118)-4557/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar