Məhkəmə qərarları › İş №2-1(105)-647/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-647/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-647/2025 30.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı (Açar sözlər: xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının akademik tanınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “kvalifikasiyanın akademik tanınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2668/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” Dövlət Təhsil Müəssisəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən də 14 mart 2022-ci ildən 28 mart 2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn-formatda cari attestasiyadan keçmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin 14 noyabr 2023-cü il tarixli, 0968/e saylı Əmrinin surətindən görünür ki, iddiaçıya Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü müddətində ödənişli təhsil mıəzuniyyəti verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 9 sentyabr 2024-cü il tarixli, NA00032213 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş 25 fevral 2025-ci il tarixli, 3-38-33/2-702/25 saylı məktubunda iddiaçının dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında (xx.xx.2023-çıxış-Belarusiya, xx.xx.2023-giriş -Belarusiya, xx.xx.2024-çıxış- Belarusiya, xx.xx.2024-giriş-Belarusiya) məlumatlar qeydə alınmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli, 3-18/2-1314/2025 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2009-cü ildən fövqəladə hallar orqanlarında xidmət keçir. Xidmət yeri üzrə müsbət xarakterizə olunur, əldə etdiyi nailiyyətlərə görə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" yubiley medalı ilə təltif edilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu”nun 16.1-ci maddəsi ilə fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişlə tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi istiqamətlərdə əməkdaşlıq edəcəkləri nəzərdə tutulmuşdir. Qanununun 9.0.12-ci yarımbəndi ilə fövqəladə hallar orqanları əməkdaşlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədi ilə məzuniyyət almaq hüquqları təsbit edilmişdir. 2019/2020-ci təhsil ilində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetində şəxsi vəsaiti hesabına təhsil alması barədə müraciəti nəzərə alınaraq İddiaçı yuxarıda qeyd edilən hüququndan istifadəsi mümkün sayılmış və təhsil aldığı dövrdə ona təhsil müəssisəsinin verdiyi arayışlar əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 124-cü maddəsi ilə nəzərdə tutulmuş müddətlərdə əmək haqqı saxlanılmaqla müvafiq təhsil məzuniyyətlərinin verilməsi təmin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplom üzrə ixtisasının tanınması şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən onun adına verilmiş ДИ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli (qeydiyyat nömrəsi: 3373) bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki X1 halların qarşısının alınması və aradan qaldırılması fakültəsinə qəbul olmuş, həmin univerisiteti 2024-cü ildə bitirmiş, bu barədə Dövlət İmtahan Komissiyasının 144 saylı 24 iyun 2024-cü il tarixli protokolu ilə ona Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə ******* nömrəli, qeydiyyat nömrəsi 3373, 26 iyun 2024-cü il tarixli mühəndis ixtisası dərəcəsi diplomu verilmişdir. 18 avqust 2014-cü ildən bu günə kimi Azərbaycan Respublikasının Bakı şəhəri, Binəqədi rayon X4 hissəsinin 1 nömrəli Yanğından Mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində çavuş rütbəsində işləyir. Belarusiyada oxuduğu univerisitetə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin göndərişi əsasında daxil olmuşdur. Əlavə olaraq bildirmişdir ki, atası İsayev Qulu oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2668/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim Könül Həbibova). Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2668/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 7 aprel 2025-ci il tarixli, 2-1(118)-2668/2025 saylı qərarında buraxılmış yanlışlığın düzəldilməsi, qərarın nəticə hissəsi “İddia təmin edilsin. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli (qeydiyyat nömrəsi: 3373) bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin” kimi oxunması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həqiqətən də Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” Dövlət Təhsil Müəssisəsində 14 mart 2022-ci ildən 28 mart 2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlaynformatda cari attestasiyadan keçmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliyi X4 Xidmətinin 14 noyabr 2023-cü il tarixli, 0968/e saylı Əmrinin surətindən görünür ki, iddiaçıya Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti verilmişdir. İddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə məhkəmə əsas görmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. İddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsalandırmışdır ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun ali təhsil aldığı müəssisədə qiyabi təhsilalma forması üzrə tədris prosesində iştirak üçün xarici ölkədə olma müddəti illər üzrə 19- 20 -1 yarımil: Getməyib + İİ yarımil: Getmayib (Pandemiya dövrü), 20- 21 - Getmayib (Pandemiya dövrü), 21- 22 - Getmayib (Pandemiya dövrü), 22- 23 -14 gün, 23- 24 -1 ay müəyyən edilmişdir. Qeyd olunan talabla bağlı əvvəlki oxşar işlər üzrə müvafiq instansiya məhkəmələrinin xarici ölkədə təhsil alan iddiaçıların həmin ölkə ərazisində olma müddətinin onun sessiyalarda və ali təhsil müəssisəsində digər əlaqəli fəaliyyətinin birbaşa göstəricisi olmadığı barədə şərhləri nəzərə alınaraq iddiaçının sərhədkeçmə məlumatları üzrə yalnız həftə içi, universitetlərin tədrisin təşkil olunduğu günlərinə təsadüf edən dövrləri üçün də məlumatlar araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı təhsil aldığı 5 il ərzində qeyri-iş günləri üzrə 2019/2020-cı il tədris ili üzrə - ümumiyyətlə getməyib. 2020/2021-ci tədris ili üzrə - ümumiyyətlə getməyib, 2021/2022-ci tədris ili üzrə - ümumiyyətlə getməyib, 2022/2023-cu tədris ili üzə -10 iş günü (2023-cü il üzrə 28 mart -10 aprel), 2023/2024-ci tədris ili üzrə - 24 iş günü (2023-cü il üzrə 26 may - 27 iyun ) xarici ali təhsil aldığı ölkədə olmuşdur. Sadəcə ali təhsil müəssisələrində sessiya və imtahanlarda iştirakın mümkün olduğu iş günlərinə baxıldıqda isə iddiaçının təhsil aldığı bütün dövr üzrə sadəcə 34 iş günü xarici ali təhsil aldığı ölkədə olduğu müəyyən edilmişdir. İddiaçı ilə eyni ildə Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrindən birində eyni fakültəyə daxil olmuş tələbə məzun olmaq üçün qiyabi təhsilalma formasında pandemiya olmayan illər üzrə ən az 6 həftə ərzində sessiyalarda iştirak etməli idi və əgər bir tədris ili üçün belə bu şərt ödənilmədikdə həmin şəxs imtahanlara buraxılmaqdan məhrum ediləcəkdi. İddiaçı 2019-2024-cü tadris illərində qiyabi təhsilalma forması ilə yanaşı distant texnologiyaların tətbiqi ilə təhsil aldığını bildirmişdir. İddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi ДИ №0029222 nömrəli, xx.xx.2024-ci il tarixli diplomun əlavəsində onun təhsil müddətinin 5 il olması (240 ECTS kredit) və iddiaçının təhsil formasının qiyabi təhsilalma formasında olması müəyyən edilir. Məhkəmə qərarının beşinci səhifəsinin 10-cu abzasında vurğulanmış bəndində vurğulanmış “tanınma qərarı yalnız kəmiyyət meyarlarına əsaslana bilməz” ifadəsinə əsasən tanınma zamanı sərhədkeçmə məlumatları minimum tələb kimi yoxlanılır. Məhkəmə qərarı ilə tanış olduqda, məhkəmənin mövqeyinin əsassız olmasını aydın şəkildə görürük. Belə ki, məhkəmə qərarın 7-ci səhifəsinin 2-cü abzasında iddiaçının əldə etdiyi diplomun apostil olunaraq həqiqiliyinin təsdiq edildiyini və bu səbəbdən diplomun tanınmasının vacibliyini vurğulamışdır. Cavabhdeh orqan iddiaçının əldə etdiyi diplomun həqiqiliyini yox, əldə etdiyi xarici təhsilin keyfiyyətini mübahisələndirir. İnzibati icraat zamanı sənədin apostili yoxlanılmışdır və sənədin həqiqiliyi iş üzrə mübahisə predmeti deyildir. Həmçinin məhkəmənin öz qərarın əsaslandırma hissəsində geniş yer verdiyi apostil şəhadətnaməsi ilə xarici diplomun Azərbaycan Respublikasında tanınması məsələsi arasında əlaqə qurmaq cəhdləri ilə bağlı, bənzər mövqe ilə oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1829/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının 29-cu bəndində qeyd edilir ki, “İddiaçının diplomuna xarici ölkada apostille şahadatnamasinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini tasdiq edir va a priori bu diplomların başqa ölkərda, o cümlədən Azərbaycan Respublikasında tanınması məcburiliyi naticalərini doğurmur". Məhkəmə qərarının 6-cı səhifəsi 3-cü bəndində Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən təqdim edilmiş Binəqədi rayon X4 hissəsindən verilmiş məzuniyyət əmrlərə istinad edilmişdir. Bildirilir ki, bu əmrlər mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki hər bir işçinin təhsil məzuniyyətinə çıxma hüququ vardır və bu hüquq işəgötürən tərəfindən məhdudlaşdırıla bilməz və bu məhdudlaşdırma tanınma üzrə icraatın yekununda inzibati aktın qəbulu üçün əsas ola bilməz. İddiaçının elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliyi X4 Xidmətinin 14 noyabr 2023-cü il tarixli, 0968/e saylı əmrinin surətindən görünür ki, iddiaçıya Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti verilmişdir. Lakin əldə olunan sərhədkeçmə məlumatlarına nəzər yetirdikdə fakt təsdiqini tapmamış, İddiaçıya ödənişli təhsil məzuniyyəti verildiyi tarixlərdə ölkə xaricinə bir gün belə çıxmamışdır. Məhkəmə qərarının 7-ci səhifəsi 2-ci bəndində iddiaçıya diplom verildiyi üçün onun 240 AKTTS (Avropa Kredit Transfer və Toplanması Sistemi) kredit toplamasını güman edilir. İddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsinin müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aid olduğu fikri yaranır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaiarı”nın 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən tanınmaya dair tələblərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmasıdır). Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin 0(tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiqlənmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili)təhsilinln məzmunu və təşkili Qaydaları’’na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarfnın 2.8-ci bəndində qiyabi təhsilalma forması üzrə tədris ilinin 32, hər semestrin isə 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarət olması və hər semestrə 24 kreditin müəyyənləşdirilməsi təsbit edilmişdir. Belə olan halda iddiaçının tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir. X3 distant təhsil ilə bağlı iddialarına əsasən bildirilir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları 1. əyani; 2. qiyabi; 3. distant (məsafədən); 4. sərbəst (eksternat) müəyyən olunmuşdur. Sözügedən Qanunda məlum olur ki, təhsilalma formaları bir-birilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Bununla bağlı Ali Məhkəmənin bir sıra qərarları mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki, "Məhkəmə Kollegiyası iddiaçının "tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindan farqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir." Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)-2762/2023 saylı qərarının 28-ci bəndində:"Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Eyni qərarın 31-ci və xx.xx.2024cü il tarixli, 2-1(102)-959/2024 saylı qərarın 55- ci bəndində “Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azerbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin heyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.” Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-2377/2023 saylı qərarının 35-ci bəndində qeyd olunmuşdur ki, “Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər". İş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Qeyd etmək zəruridir ki, Qaydaların 6-cı hissəsinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalannın Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalannın tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə icraat vətəndaşın müraciət tarixinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparıldığından, bu Qaydaların peşə tanınması icraatı üzrə tələblərinə əsasən DİM tərəfindən təşkil olunan imtahanlarda iştirak etmədən Agentlik tərəfindən vətəndaşa peşə tanınması haqqında şəhadətnamə verilməsi mümkün deyil. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ДИ №0029222 nömrəli, xx.xx.2024-ci il tarixli “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması/qiyabi” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınmasının cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüququi şəxsin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

36. “Təhsil haqqında” Qanun Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri: ….29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; …. Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi;... 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 5.2. Akademik tanınma üzrə ümumi tələblər nəzərə alınmaqla, kvalifikasiyanın Milli Kvalifikasiyalar Çərçivəsinə uyğunluğu aşağıdakı qaydada müəyyən edilir: 5.2.1. müvafiq kvalifikasiya üzrə təlimin nəticələrinin Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyalar (təhsil proqramları) üzrə nəzərdə tutulmuş təlimin nəticələrinə uyğunluğu; 5.2.2. kvalifikasiyaların Milli Kvalifikasiyalar Çərçivəsindəki səviyyə deskriptorları ilə uyğunluğu. 5.3. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 4-cü və 5ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində (əsas (baza ali) tibb təhsilinə) təhsilini davam etdirmək hüququ verilir. 5.4. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 6-cı və 7-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək hüququ verilir. 5.5. Akademik tanınma zamanı ərizəçinin təhsil müddətində əldə etdiyi kreditlərin ümumi sayının AKTTS üzrə təhsilin orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üçün müəyyənləşdirilmiş minimal kredit sayına uyğunluğu müəyyən edilir. 5.6. Kvalifikasiyanın istiqamətinin (profilinin) qiymətləndirilməsi təlimin istiqamətinin (nəzəri və ya praktiki olmasının) və ixtisas xüsusiyyətlərinin kvalifikasiyanın istiqamətinə (profilinə) uyğunluğunun müəyyən edilməsini nəzərdə tutur və tanınma zamanı ərizəçiyə təhsilini növbəti səviyyədə davam etdirmək hüququ verən ixtisas istiqamətlərinə təsir edir. Kvalifikasiyanın istiqaməti (profili) Agentlik tərəfindən təsdiq edilir. 5.7. Ərizəçinin akademik tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiyanın təlim nəticələri arasında əhəmiyyətli fərq aşkar olunmadıqda və bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan tələblər ödənildikdə, ərizəçinin kvalifikasiyası tam tanınır və tanınma şəhadətnaməsində ərizəçiyə növbəti təhsil pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir. 5.8. Ərizəçinin tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda, qismən, şərti və alternativ tanınma barədə qərar qəbul oluna bilər. 5.9. Xaricdə natamam ali təhsil alanlar təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün müraciət etməlidirlər. Ərizəçinin kvalifikasiyası qismən tanındıqda, o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququnu əldə edir. 5.10. AKTTS üzrə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçinin kvalifikasiyası şərti tanınır və həmin ərizəçiyə ixtisaslarına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verilir. Ərizəçi kvalifikasiyanın tanınmayan hissəsi üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində qiymətləndirmədə (sınaq imtahanında iştirak etməklə və ya eksternat qaydada imtahan verməklə) müvəffəqiyyət əldə etdikdən sonra əvvəlki müraciətinin yenilənməsi barədə müraciət edir və müraciətinə xidmət haqqı ödənilmədən yalnız əvvəl kvalifikasiyanın tanınmayan hissəsinin sonrakı mərhələdə əldə edilməsi üçün müvafiq sənədləri əlavə edir və onun kvalifikasiyası akademik tanınır. 5.11. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyası Azərbaycan Respublikasında mövcud olmadıqda, kvalifikasiyanın xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq alternativ tanınması həyata keçirilir və ərizəçiyə təhsilini növbəti pillədə (səviyyədə) davam etdirmək hüququ verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli,75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240- 300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.5. Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81- 100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiiaçının hüquqi marağı xarici ölkədə müvafiq ixtisas üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın akademik tanınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2009-cu ildən fövqəladə orqanlarında, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətində müvafiq bölmədə 2014-cu ildən hazırki vaxtadək yanğınsöndürən peşəsində işləyir. İş materiallarından görünür ki, iddiaçıya məxsus olan pasport məlumatlarında xx.xx.2023, xx.xx.2023,xx.xx.2024,xx.xx.2024-cü ilə aid sərhəd məlumatları əks olunmuşdur. İddiaçı 2019-cu ildə Belarusiya Respublikası FHN-nin Mülki müdafiə Universitetinə qəbul olunmuş, 2024-cü ildə həmin Universitetin “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə tam kursu bitirmiş, Ali təhsil haqqında ДИ №0029222 26 iyun 2024-cü il tarixdə diplom verilmişdir. Diölomun məzmununda qeyd edilmişdir ki, Dövlət İmtahan Komissiyasının 144 saylı 24 iyun 2024-cü il tarixli protokolu ilə ona “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” üzrə mühəndis ixtisas dərəcəsi verilmiş,hazırki diplom əldə edilmiş ixtisas və peşəyə uyğun olaraq müstəqil fəaliyyət göstərmək imkanı verir. İş materiallarında olan sözügedən Universitet tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbənin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından,informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn formatda cari attestasiyadan keçmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 Xidmətininxx.xx.2023-cü il tarixli əmri əsasında Xidmətin bir sıra əməkdaşlarına, o cümlədən iddiaçıya imtahan sessiyasında iştirak etmək üçün xx.xx.2023-xx.xx.2023-cü ilədək ödənişli təhsil məzuniyyəti verilmişdir. İş materiallarında olan müvafiq Universitet tərəfindən xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Mülki müdafiə Universitetinin xx.xx.2019-cu il tarixli 130 ji/c saylı əmri ilə qiyabi (distant) təhsil formasında təhsil almaq üçün qəbul olunmuş, qiyabi təhsil formasında 1-ci dərəcəli ali təhsil 1-94 01 01 "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası (bakalavr səviyyəsinə uyğundur) "Təhlükəsizlik xidmətləri" təhsil profili üzrə, "Fövqəladə hallardan müdafiə" istiqaməti üzrə təhsilin təşkili tədris materiallarının ənənəvi pedaqoji təhsil metodlarına əsasən həyata keçirilmiş, Qiyabi təhsil formasının distant təhsil forması Belarus Respublikası Təhsil haqqında Məcəllənin 17-ci maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə əsasən (xx.xx.2016-cı il tarixli redaksiya) həyata keçirilir və müasir kommunikasiya və informasiya texnologiyalarının tədbiqi ilə hıyata keçirdilir. Azərbaycan Respublikası FHN əməkdaşlarının tədrisi xx.xx.2006-cı il tarixli "Belarus Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə” və Azərbaycan Respublikası Fövqəladə hallar naziri müavini ilə xx.xx.2017-ci il tarixində razılaşdırılmış "Xarici tələbələrin (Azərbaycan Respublikası FHN əməkdaşlarının) təhsil prosesinin təhsil almaq üçün distant təhsil formasında təhsil prosesinin təşkili haqqında təlimata" uyğun olaraq həyata keçirilir.Qiyabi (distant) təhsil forması tədris materialının bir hissəsini müstəqil, bir hissəsini isə müəllimlə birbaşa öyrənmək, sonra isə cari və yekun qiymətləndirmə imtahan-laboratoriya sessiyalarında biliklərin, bacarıq və vərdişlərin yoxlanılmasını nəzərdə tutur.Universitetdə təki semestrlərdə imtahan-laboratoriya sessiyaları şəxsiyyətin identifikasiyası və autentifikasiyası imkanları ilə müasir kommunikasiyalı və informasiya texnologiyaları istifadə edilməklə video konfrans vasitəsilə təşkil olunub. Cüt semestrlərdə isə sessiyalar birbaşa universitetdə keçirilib.İmtahanlaborator sessiyaların həyata keçirdilmə müddəti:1- cikurs (xx.xx.2020- xx.xx.2020, xx.xx.2020xx.xx.2020);2- ci kurs (xx.xx.2020- xx.xx.2020,xx.xx.2021- xx.xx.2021);3- cü kurs (xx.xx.2021xx.xx.2021, xx.xx.2022- xx.xx.2022);4- cü kurs ( xx.xx.2022- xx.xx.2022, xx.xx.2023- xx.xx.2023);5- ci kurs (xx.xx.2023- xx.xx.2023, xx.xx.2024- xx.xx.2024); Dövlət imtahan komissiyası (xx.xx.2024xx.xx.2024). Belarus Respublikası Xarici İşlər Nazirliyinin saytında olan xx.xx.2020-ci il tarixinə qədər olan məlumata əsasən xüsusi karantin rejimi qüvvədə olub, bu səbəbdən də qonşu dövlətlər olan Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə ilə sərhədlər bağlı qalıb- bütün istiqamətlərdə daimi sərnişin əlaqələri dayandırılıb- Azərbaycandan/ Azərbaycana istənilən nəqliyyat vasitəsi ilə giriş/ çıxışa qadağa qoyulub, yalnızca yük daşıması, o cümlədən Azərbaycan Nazirlər Kabinetinin Operativ qərargahının xüsusi icazəsi ilə azərbaycan vətəndaşlarının çarter və xüsusi reysləri ilə evakuasiyası halları istisna olmaqla;- sərhəddən gələn Azərbaycan vətəndaşları, həmçinin xarici vətəndaşlar COVİD- 19 testindən keçdikdən sonra, məcburi surətdə yaradılmış daimi polis mühafizəsi və tibbi nəzarət olan mobil zonalarda və yaxud xüsusi ayrılmış yerlərdə yaradılmış yerlərdə məcburi olaraq 14 gün və daha artıq saxlanılırdı;- diplomatik nümayəndəliklərin əməkdaşları- 14 sutkadan az olmayaraq yaşayış yeri üzrə özlərini təcrid etmə Təhsil nəticələri və dövlət imtahan komissiyası tərəfindən alınmış biliklər, bacarıqların qiymətləndirilməsi nəticələrinə əsasən "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis İxtisas dərəcəsi dərəcəsi verilib, və xx.xx.2011-ci il tarixli ‘Belarus Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı təsdiq edilməsi haqqında sazişə" uyğun olaraq Azərbaycan Respublikasında təsdiq olunmalı müəyyən olunmuş nümunə diplomu verilib.Mülki Müdafiə Universitetinin 63 k saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən təhsilin başa çatması səbəbi ilə universitetdən xaric edilib. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Mülki Müdafiə Universitetindən xx.xx.2020ci ildə daxil olmuş 48/1-35/532 nömrəli məktubu nəzərə alınaraq adları qeyd edilmiş əməkdaşların təhsil sesiyasını məsafədən keçirilmə müddətləri haqqında təcili məluatlandırılmasının təmin edilməsi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 16.1-ci bəndinə əsasən fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş: - Tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: - informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi; - birgə işçi müşavirələrinin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi; - Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; - Tərəflərin fəaliyyətinə aid olan gənclər, könüllülər, idman və digər ictimai hərəkatlar sahəsində əməkdaşlığın inkişafı; - Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması; - texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi; - zərurət yarandıqda, təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; - Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi. İşin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz sözügedən Universitetdə müvafiq ixtisas üzrə 2019-2024-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007ci il tarixli 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişin icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi çərçivəsində təhsil almışdır. Başqa sözlə desək, iddiaçının sözügedən Universitetdə müvafiq ixtisas üzrə təhsil alması məhz istinad edilən Sazişdən irəli gələn öhdəliklərin icrasının nəticəsi kimi ortaya çıxmışdır. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası FHN tərəfindən də iddaçının 2019-2024cü illər ərzində sözügedən Universitetdə müvafiq Sazişin icrası çərçivəsində qiyabi formada təhsil alması və iddiaçının təhsil hüqqunun təmin edilməsi məqsədilə ona təhsil məzuniyyətlərinin təmin edilməsi, habelə pandemiya dövründə kommunikasiya vasitələrinin tətbiq edilməklə təhsil almalarının təmin edilməsi halı təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı fərdi qaydada deyil, məhz müvafiq Saziş çərçivəsində “Fövqəladə orqanlarında xidmətekçmə haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən fövqəladə orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin məktubu əsasında 2019-2024-cü illərdə Belarusiya Respublikasının FHN Mülki Müdafiə Universitetində təhsil almışdır. Həmin aldığı təhsilin nəticəsində ona müvafiq “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə mühəndis ixtisas dərəcəsi verilmiş, təhsil müəssisəsinin verdiyi diplom əsasında təsdiq edilmişdir. Hazırda da təhsil aldığı ixtisas üzrə işləyir. Odur ki, işin müəyyən edilmiş fərdi xarakterli xüsusiyyətləri əsas götürülməklə, iddiaçının tədris yükünün yerinə yetirilməsinin müəyyən olunması və qiymətləndirilməsini onun təhsil aldığı müəssisənin məsuliyyət sferasına olmaqla, bu hal məhz təhsil müəssisəsi tərəfindən verilmiş diplom əsasında təsdiq olunmuşdur. Belə olan halda isə kollegiya hesab edir ki, işin fərdi xarakterli faktiki halları (iddiaçının müvafiq inzibati orqanın əməkdaşı olmaqla, həmin qurumda müvafiq peşə üzrə işləməsi, bu səbəbdən də müvafiq Sazişin icrası qaydasında tədbirlərin görürlməsinə cəlb edilməsi, həmin tədbirlər çərçivəsində təhsil alması, müvafiq inzibati orqan tərəfindən həmin təhsilin alınmasına şərait yaradılması və təhsil məzuniyyətlərinin verilməsinin, pandemiya dövründə kommunikasiya vasitələrindən istifadə edilməklə təhsil almasına şərait yaradılması) iddiaçının müvafiq tədris yükünü mənimsəməməsi ilə bağlı cavabdehin istinad etdiyi arqmentin əsaslı hesab edilməməsinə səbəb olur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı dövrlərdən 2020-2021,2021-2022, 2022-2023-cü ilin may ayına qədər olan dövr məhz xüsusi karantin rejiminin tətbiq olunduğu, xarici ölkəyə gediş-gəliş imkanlarının məhdudlaşdırıldığı dövrə təsadüf edir. Bu hal isə özlüyündə formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq həmin dövr üzrə təhsil müddətinin nəzərə alınması ilə bağlı üzrlü hal kimi çıxış edir. Bundan əlavə, qeyd edilməldir ki, 2023-2024-cü il tədris ilində isə iddiaçının həmin ölkdə olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, iddiaçıya xarici ölkədə təhsil almasına dair müvafiq diplomu xx.xx.2024-cü il tarixdə verilmişdir. Buna baxmayaraq, iddiçının ilkin tələbi qüvvədən düşmüş müvafiq qaydalara uyğun verildiyindən (diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi), məhkəmə araşdırması zamanı diplomun verildiyi dövrdə qüvvədə olan qnaunvericiliyin tələbi nəzərə alınaraq, iddiaçının hüquqi marağına uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, məhz ali təhsil üzrə kvalifikasiyanın akademik tanınmasını istəmişdir. Belə olan halda, kollegiya hesab edir ki, diplomun verildiyi vaxtda qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməklə, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, həmin hissədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2668/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş “ДИ №0029222 nömrəli xx.xx.2024-ci il tarixli “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması/qiyabi” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar