Məhkəmə qərarları › İş №2-1(105)-648/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-648/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-648/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı X22oviçin Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarın Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Ortaoba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X8 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X9 və 126-cı X28 yazılması hissəsində ləğv edilməsi, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavabdeh X3 adına verilmiş, 05.03.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və 02.2013-cü il tarixli. **********492-10301 reyestr nömrəli, 87 inventar nömrəli, Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(118)-1032/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarın “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X5 adında faktiki 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur”dan sonra 125-ci X9 və 126-cı X21 yazılması hissəsində ləğv edilməsi, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən X4 adına verilmiş, 05.03.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və 02.2013-cü il il tarixli, **********492- 10301 reyestr nömrəli, 87 inventar nömrəli, Texniki Pasportun etibarsız hesab edilməsi, həmin məlumatların Dövlət Reyestrindən çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06 dekabr 1960-cı ildə Xaçmaz rayonu Yalama kəndində anadan olmuşdur. Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli qərarı ilə Yalama sovxozun ərazisində yaşayan vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasma dair Yalama sovxozunun əmri təsdiq olunaraq, ümumi siyahıda iddiaçının adı 176-cı sıra nömrə ilə göstərilməklə Orta-oba kəndində adına ayrılan torpaq sahəsi 0,06 ha qeyd olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat komisyasının 26 dekabr 1998-ci tarixli 14 saylı qərarı ilə iddiaçının adına Orta-oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi 1995-ci ildə iddiaçıya yerində ölçülərək təhkim olunandan sonra orada yaşayış evin tikintisinə başlamış və 1996-cı ilin ortalarında evi tikib başa çatdırmışdır. Yəni evin damı vurulmuş, qapı-pəncərə qoyulmuş və otaqların döşəmələri vurulmuşdur, evi tikdiyi zaman ailəsi ilə birlikdə Dərbənd şəhərində yaşayırdı, lakin mütəmadi olaraq qeyri iş günləri Xaçmaz rayonu Yalama İOV-nin Orta-oba kəndində tikilən evin tikinti işlərinə nəzarət etmişdir. X1 Xaçmaz rayonu Ortaoba kəndində valideynləri ilə birlikdə yaşayırdı. O, 1995-ci ilin oktyabr ayında Qusar rayonunda yaşayan Natəvan adlı qadınla ailə həyatı qurmuşdur. İlk vaxtlar Natəvan valideynlərində normal münasibətdə olsa da müəyyən müddətdən sonra aralarında tez-tez mübahisələr baş vermiş və bu səbəbdən qardaşı Məzahir ailəsi ilə birlikdə valideynlərinin evindən çıxıb Yalama kəndində başqa evdə kirayə yaşamaq istəmişdir. Vəziyyətin bu cür alındığını görüb iddiaçı qardaşı Məzahirə təklif etmişdir ki, özünə torpaq sahəsi alıb ev tikənə qədər müvəqqəti olaraq təzə inşa etdirdiyi evə köçüb orada yaşasın. Belə də oldu. Qardaşı Məzahir ailəsi ilə birlikdə iddiaçının evinə köçərək orada yaşamağa başlamışdır. 2020-ci ilin yanvar ayında qardaşı Məzahirlə Natəvan məhkəmənin qətnaməsinə əsasən boşanmışlar. Məzahir yenidən valideynlərinin evinə qayıtmış, iddiaçıya məxsus evdə isə Natəvan yaşamaqda davam edir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Natəvan iddiaçının tikdiyi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə saxta yollarla adına mülkiyyət hüququna dair sənədlər düzəldirmişdir. Belə ki, o, həmin evə dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 05.03.2013cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX serialı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və 02.2013 cü il tarixli, **********92-10301 reyestr nömrəli, 87 inventar nömrəli texniki pasport almışdır. Çıxarışda qeyd olunur ki, fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X6, evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi özü və oğlu X17 ümumi birgə mülkiyyətidir. Qeyd edir ki, mübahisəli evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair iddiaçının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuş, cavabdeh hansısa yolla həmin şəhadətnaməni hazırda ləğv olunmuş DT və XK-nın Xaçmaz rayon şöbəsinin işçiləri vasitəsilə aradan götürüb adına saxta şəhadətnamə almaqla sonradan evə dair yuxarıda göstərilən saxta sənədləri əldə etmişdir. Həmin torpaq sahəsinə iddiaçının adına şəhadətnamənin mövcud olması qonşu torpaq mülkiyyətçilərinin, yəni X11 adına olan JN-141A KOD 30225038 və X23 JN-074A KOD 30225038 olan Şəhadətnamələri ilə təsdiq olunur ki, həmin sənədlərdə qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçının adı göstərilir. Bundan da əlavə iddiaçının adına 1995-ci ildə həyətyanı torpaq sahəsi ayrılarkən cavabdeh qardaşı Məzahirlə evlənməmiş, hələ də Qusar şəhərində pasport qeydiyyatında olmuş, torpaq sahəsi adına ayrılıb tərəfindən orada yaşayış evi inşa etdirdikdən sonra o, qardaşı Məzahirlə evlənərək valideynlərinin evinə gəlin köçmüşdür. Hazırki iddia ərizəsinin tərtib edilməsinə hazırlıq vaxtı Xaçmaz Rayon Dövlət Arxivindən aldığı 09.04.2021-ci il tarixli 395 saylı Arxiv arayışı aldıqdan sonra məlum olmuşdur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarında Xaçmaz rayonu "Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü X7 adında faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur.Siyahıda 125-ci X12, 126-cı X29 qeyd edilmişdir. Belə çıxır ki, X9 yuxarıda göstərilən AİK-nın qərarında adının olmasından istifadə edərək qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində öz vəsaiti ilə inşa etdirdiyi evə hüquq müəyyənedici sənədləri əldə etmişdir. X31 tərəfindən evə dair sənədlərin öz adına alınmasının kökündə dayanan məhz AİK-nın müvafiq qərarı olmuşdur. Hesab edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 4 saylı qərarında Xaçmaz rayonu “Yalama" sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında 124-cü nömrə ilə X7 adına 0,10 ha torpaq sahəsi mülkiyyətə verilməsi qeyd olunmaqla, orada 125-ci nömrə ilə X13 və 126-cı nömrə ilə X29 qeyd olunması tamamilə qanunsuzdur. Belə ki, Natəvan Gərəyxanova 1995-ci ilin oktyabr ayında qardaşı Məzahirlə ailə qurmuş və valideylərinin evinə gəlin köçmüşdür. Xaçmaz RPŞ tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 160-8152-124 saylı arayışdan da görünür ki, X9 28.07.2005-ci il tarixdən Xaçmaz rayonu Yalama kəndində pasport qeydiyyatındadır. Natəvan Gereyxanovanın iddiaçının ailə üzvü olmadığı, Yalama kəndində 2005-ci ildən pasport qeydiyyatına durduğu halda 1998-ci ildə AİK qərarı ilə onun iddiaçının ailə üzvü kimi qəbul edilərək mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsinin ona da aid etməsi tamamilə qanunsuzdur. Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(118)-1032/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddia tələbinin mümkün sayılaraq icraata qəbul edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Natəvan Gərəyxanova və oğlu Kərim onun ailə üzvləri olmamışdır, ona görə də Aqrar İslahat Komissiyasının qərarında həmin şəxslərin ailə üzvləri kimi qeyd edilərək, mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə onları şərik etməsi tamamilə qanunsuz və əsassızdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi X24 teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh və üçüncü şəxs isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən -Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarının qismən ləğv edilməsinə dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilməli, həmin hissədə iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, qaldırılan iddia ərizəsində iki tələb irəli sürülmüşdür: 1) “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarında “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında onu ailə üzvləri kimi qeyd edilən X9 və X14 dair qeydin ləğv edilməsi; 2) DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 05.03.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Çıxarış əsasında verilmiş texniki pasportun etibarsız hesab edilməsi. Birinci instansiya məhkəməsi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarın 17-ci bəndinə edərək, qərardadda qeyd etmişdir ki, “göründüyü kimi digər şəxslərə aid sənədləri mübahisələndirməsi, iddianın uğurluluq ehtimalı baxımından həmin sənədlərin verilmə əsasının müəyyən edilməsindən və eyni zamanda uğurluluq ehtimalı yüksək iddianın seçilməsi məhkəmə praktikasına uyğun olaraq yuxarıda qeyd edilən mövqenin nəzərə alınmasından asılıdır. Məhkəmə hesab edir ki, iddiaçı da bu qərarda qeyd edilənləri nəzərə alaraq hansı hüquq müdafiə vasitəsini seçəcəyini müəyyən etməlidir. İddiaçı qeyd edir ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli qərarı ilə Yalama sovxozun ərazisində yaşayan vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsinin ay rılmasma dair Yalama sovxozunun əmri təsdiq olunaraq, ümumi siyahıda iddiaçının adı 176-cı sıra nömrə ilə göstərilməklə Orta-oba kəndində adına ayrılan torpaq sahəsi 0,06 ha qeyd olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat komisyasının 26 dekabr 1998-ci tarixli 14 saylı qərarı ilə iddiaçının adına Orta-oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Ona aid olan torpaq sahəsinin digər şəxsə verildiyini iddia etdiyi şəxsin isə 0,18 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alındığını bildirir. Bu halda iddiaçı ilkin olaraq öz hüquqları ilə bağlı tələblər irəli sürə bilər və əldə etdiyi sənədlər əsasında özünün subyektiv hüququna uyğun olaraq inzibati orqanların qanunsuz qərarlarını və hərəkətləirni mübahisələndirə bilər. Eyni zamanda inzibati məhkəmə icraatında baxılması nəzərdə tutulmayan, müqavilə münasibətləri və ya digər mülki məhkəmə icraatının araşdırma predmetinə daxil olan hallar müəyyən edərsə, mülki məhkəmə icraatı qaydasında olan hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Konkret halda iddiaçı ona ayrılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını tələb edə bilər. Bu halla bağlı məhkəmə mübahisəsi olarsa, inzibati orqanın onun qanuni istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı hansı hərəkətlər etdiyini öyrənə bilər və yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına uyğun hüquq müdafiə vasitəsi seçə bilər.” Məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda qeyd edilənlərə əsasən, qismən razılaşmır. Belə ki, məhkəmənin istinad etdiyi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarın 17-ci bəndində deyilir ki: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Plenum qərarında qeyd edildiyi kimi hazırkı iş üzrə iddiaçının bildirdiyinə görə (birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal araşdırma predmeti olmamışdır) X3 adına torpaq sahəsinə dair reyestrdəki qeydiyyat Aqrar İslahat Komissiyasının qərarı (inzibati akt) əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Hazırkı iş üzrə də, iddiaçı birinci tələbində “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarının X9 və X14 münasibətdə ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi, X3 adına torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın Aqrar İslahat Komissiyasının qərarı əsasında aparıldığını araşdırmadan, eyni zamanda birinci tələbə münasibətdə iddianın ümumi və iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtlərini yoxlamadan iki inzibati orqana qarşı iki fərqli tələblər irəli sürülməsi əsası ilə ümumilikdə iddianı mümkünsüz etmişdir. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarın 10.1 və 10.2-ci bəndlərinə əsasən, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. Odur ki, bu hissədə məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın(çıxarışın) ləğv edilməsinə dair iddia tələbinə münasibətdə isə kollegiya birinci instansiya məhkəməsinin iddianın mümkün saılmmasına dair gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarın 17-ci bəndində qeyd edildiyi kimi, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə AİK-in qərarının ləğvinə dair qaldırdığı iddianın nəticəsindən asılı olaraq, yəni iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin ləğv edilməsini tələb edə və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(118)-1032/2021 saylı qərardadı qismən-Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarında “Xaçmaz rayonu “Yalama” sovxozunun AİKnın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında onun ailə üzvləri kimi qeyd edilən X9 və X14 dair qeydin ləğv edilməsinə dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilməli, həmin hissədə iş baxılması üçün birinci instansiya məhkəməsinə məhkəməyə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalı, şikayət isə qalan hissədə təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(118)-1032/2021 saylı qərardadı qismən- “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26.12.1998-ci il tarixli 14 saylı qərarında “Xaçmaz rayonu “Yalama” sovxozunun AİK-nın Orta-oba kəndində torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında onun ailə üzvləri kimi qeyd edilən X9 və X14 dair qeydin ləğv edilməsinə dair iddianın mümkün sayılmaması hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Şikayət qalan hissədə təmin olunmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar