Məhkəmə qərarları › İş №2-1(105)-648/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-648/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-648/2024 05.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1985-xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-477/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 fevral 2023-cü il tarixində ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 10 mart 2023-cü il tarixli, 3-17-1/2-14-51313/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi ИТ-N ******* nömrəli əmək kitabçasında xx.xx.1985- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kənd təsərrüfat enerji” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin Laçın rayon dövlət Arxivinin ona dair xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunub. Belə ki, əmək kitabçasının 42-43-cü səhifələrində qeyd olunan xx.xx.1992-ci il tarixli işdən çıxma əmri Laçın rayonunun işğal olunduğu xx.xx.1992-ci il tarixindən sonrakı dövrü əhatə etdiyindən xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr üzrə əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün deyil. Eyni zamanda “Azmənzilsənayetikintitəmir” Birliyinin ona dair xx.xx.2023-cü il tarixli arayışında xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barəsində hər-hansı məlumat göstərilməyib. Buna görə də həmin dövrün güzəştli iş stajınıza aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2007-2022-ci illər üzrə cəmi 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 17652,13 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1985-xx.xx.1992 illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi illəri sığorta stajına hesab olunması, ona 05 may 2022 il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, Əmək Pensiyasının “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1985xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1982- ci il tarixdən 07 yun 1983-cü ilədək Laçın 127 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.1985xx.xx.1992-ci illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində elektrik qaynaqçısı işləmişdir. Laçın rayonunun işğal edilməsindən sonra məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış və xx.xx.1993-xx.xx.2005-ci illərdə “Azmənzilsənayetikintitəmir” Birliyində əl ilə elektrik qaynaqçısı peşəsində, 2014-2020-ci illərdə ayrı-ayrı fiziki fiziki şəxslərin yanında usta, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “X13” MMC_də gözətçi, xx.xx.2021-ci il tarixdən xx.xx.2022- ci il tarixədək isə həmin müəssisədə qaynaqçı işləmişdir. 60 yaş tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona əmək pensiyasınnı təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən l/İT-N ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1985- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin Laçın rayon dövlət Arxivinin qeyd edilən dövrə münasibətdə xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1985xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində qeyd olunan xx.xx.1992-ci il tarixli işdən çıxma əmri Laçın rayonunun işğal olunduğu xx.xx.1992-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr üzrə əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda “Azmənzilsənayetikintitəmir” Birliyinin xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barəsində hər hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2007-2022-ci illər üzrə cəmi 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 17652,13 manat təşkil edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X7 göstərdi ki, o, 1989- 1992-ci illərdə iddiaçı ilə birlikdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işləmişdir. O, sürücü, iddiaçı isə elektrik qaynaqçısı işləmişdir. Onun əmək kitabçası məcburi köçkün düşdükdən sonra doldurulmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 göstərdi ki, o, 1988-ci ildə 5-6 ay İddiaçı ilə birlikdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işləmişdir. O, fəhlə, iddiaçı isə elektrik qaynaqçısı işləmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki : İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. B 663712 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə Laçın 127 nömrəli kənd orta texniki peşə məktəbində təhsil almışdır. Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Laçın rayonu Kəndenerji İdarəsində Elektrik qaynaqçısı işləməsi barədə arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğal zonasında qalmışdır. “Azmənzilsənayetikintitəmir” Birliyi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı Birliyin Bakı Təmir Tikinti Quraşdırma İdarəsində işləmişdir. Əmək kitabçasına əsasən xx.xx.1993-cü ildən əl ilə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 2007-ci ildən idarə bağlanmışdır, hal-hazırda heç bir arxiv sənədi qalmamışdır. “Azmənzilsənayetikintitəmir” Birliyi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.1993-xx.xx.2005-ci il tarixlərdə əl ilə elektrik qaynaqçı peşəsində işləmişdir. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçı “Azmənzilsənayetikintitəmir” Birliyinin Bakı TTQİ-də 12 il 9 ay əl ilə qaynaq işlərini yerinə yetirmişdir. İddiaçının adına xx.xx.1992-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1985-xx.xx.1992-ci il tarixlərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində elektrik qaynaqçısı, xx.xx.2000-ci il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, xx.xx.1993xx.xx.2005-ci il tarixlərdə Bakı TTQİ-də elektrik qaynaqçısı, xx.xx.2014- xx.xx.2014-cü il tarixlərdə usta, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərdə mebel ustası, xx.xx.2018-xx.xx.2020ci il tarixlərdə mebel ustası, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə fəhlə, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə “X13” MMC-də gözətçi, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə “X13” MMC-də texnikoperator, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə “X13” MMC-də qaynaqçı işləmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-477/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1985-xx.xx.1992 illərdə Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin istinad etdiyi arayışda isə əslində İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Kəndenerji İdarəsində elektrik qaynaqçısı işləməsi barədə hər hansı təsdiqləyici və ya təkzibedici məlumatlar deyil, həmin dövrlə bağlı arxiv sənədlərinin işğaıl zonasında qalması qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, bu hal vətəndaşın ziyanına təfsir edilməməlidir. Əmək kitabçasında işdən azad edilmə barədə əmrin 18 may 1992-ci il tarixdən sonra, yəni Laçın rayonu işğal edildikdən sonrakı dövrə - 06 iyul 1992-ci il tarixə aid olması özü özlüyündə başa düşüləndir. Belə ki, əmək kitabçasındakı həmin qeydlər işğal günü və işğaldan dərhal sonra aparıla bilməzdi. Artıq Bakı və Sumqayıt şəhərlərində məskunlaşma başa çatdıqdan sonra işdən azad edilmə barədə əmrlər verilmiş, əmək kitabçaları doldurulmuşdur. Bununla bağlı iddiaçı izah etmişdir ki, həmin dövrə aid əmək kitabçasını bir neçə ildən sonra müəssisənin rəhbərindən almışdır. Hazırda cavabdeh iddiaçının həmin illərdə işlədiyi dövrü sırf müəssisənin sənədlərinin arxivə təhil verilməməsi səbəbi ilə qəbul etməkdən imtina edir. Məhkəmə yuxarıda qeyd edilən normaların müddəalarının təfsirindən və işin faktiki hallarından çıxış edərək, sübutlara məcmuu qaydada qiymət verərək hesab etmişdir ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə cavabdehin güzəştli iş stajı ilə bağlı imtinası ilə bağlı hesab etmişdir ki, əvvəlki arayışda “əl ilə elektrik qaynaqçısı” ifadəsinin yazılmaması, sonradan verilən arayışlarda qeyd edilməsi iddiaçının “Azmənzilsənayetəmirtikinti” Birliyində işləməsini təkzib etmir. Həmin arayışların tərtib edilməsi işəgötürən müəssisənin vəzifələrinə aiddir. İddiaçının müraciətinə əlavə etdiyi arayışda “əl ilə elektrik qaynaqçısı” ifadəsi göstərilməmişdirsə, sonradan verilən bütün arayışlarda, o cümlədən 04 mart 2023-cü il tarixli 08 saylı arayışında, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsinə dair arayışda onun məhz əl ilə elektrik qaynaqçısı işləməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda (23200000-19906) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Ümumi fəslində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən müddət də iddiaçının ümumi stajına daxil edildikdə və güzəştli iş stajı nəzərə alındıqda iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2-1(118)-477/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X6 üzərinə qoyulmuşdur. Hesab edirlər ki, Sumqayıt İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən ИТ-N ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin Laçın rayon dövlət Arxivinin qeyd edilən dövrə münasibətdə xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1985xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində qeyd olunan xx.xx.1992-ci il tarixli işdən çıxma əmri Laçın rayonunun işğal olunduğu xx.xx.1992-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr üzrə əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda “Azmənzilsənayetikintitəmir” Birliyinin xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barəsində hər-hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 1 ay 21 gün (xx.xx.1993- xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2007-2022-ci illər üzrə cəmi 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 17652,13 manat təşkil edir. Qeyd olunanlara əsasən hesab edirlər ki, Sumqayıt İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Ümumi fəslində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Cavabdeh iddiaçıya münasibətdə (19 il 1 ay 21 gün (xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr və 2007-2022-ci illər üzrə cəmi 6 il 4 ay)) iş stajına malik olmasını qəbul edir, güzəştli iş stajının isə qəbul etmir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrləri onun sosial sığorta stajı kimi nəzərə almır və qeyd edir ki, Mərkəzi Filiala təqdim edilən ИТ-N ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi qeyd olunmuşdur. Lakin Laçın rayon dövlət Arxivinin qeyd edilən dövrə münasibətdə xx.xx.2023-cü il tarixli 4 nömrəli arxiv arayışında İddiaçı xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi qeyd olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində qeyd olunan xx.xx.1992-ci il tarixli işdən çıxma əmri Laçın rayonunun işğal olunduğu xx.xx.1992-ci il tarixdən sonrakı dövrü əhatə etdiyindən iddiaçının xx.xx.1985-xx.xx.1992ci il tarixləri arasındakı dövr üzrə əmək stajına dair əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, cavabdehin istinad etdiyi arayışda İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonu Kəndenerji İdarəsində elektrik qaynaqçısı işləməsi barədə hər hansı təsdiqləyici və ya təkzibedici məlumatlar deyil, həmin dövrlə bağlı arxiv sənədlərinin işğalı zonasında qalması qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, bu hal vətəndaşın ziyanına təfsir edilməməlidir. Əmək kitabçasında işdən azad edilmə barədə əmrin 18 may 1992-ci il tarixdən sonra, yəni Laçın rayonu işğal edildikdən sonrakı dövrə - 06 iyul 1992-ci il tarixə aid olması özü özlüyündə başa düşüləndir. Belə ki, əmək kitabçasındakı həmin qeydlər işğal günü və işğaldan dərhal sonra aparıla bilməzdi. Artıq Bakı və Sumqayıt şəhərlərində məskunlaşma başa çatdıqdan sonra işdən azad edilmə barədə əmrlər verilmiş, əmək kitabçaları doldurulmuşdur. Bununla bağlı iddiaçı izah etmişdir ki, həmin dövrə aid əmək kitabçasını bir neçə ildən sonra müəssisənin rəhbərindən almışdır. Hazırda cavabdeh iddiaçının həmin illərdə işlədiyi dövrü sırf müəssisənin sənədlərinin arxivə təhil verilməməsi səbəbi ilə qəbul etməkdən imtina edir. Məhkəmə yuxarıda qeyd edilən normaların müddəalarının təfsirindən və işin faktiki hallarından çıxış edərək, sübutlara məcmuu qaydada qiymət verərək hesab etmişdir ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.1985xx.xx.1992-ci il tarixləri arasındakı işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı qeyd etdiklərini əsaslı hesab edir və əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının 19 il 1 ay 21 gün sosial sığorta stajını qəbul etməsi, iddiaçının daimi əmək fəaliyyəti ilə məşğul olduğunu göstərir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasında Laçın “Kəndtəsərrüfat enerji” müəssisəsində işlədiyi dövrlər onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Həmin dövrlər mübahisə olunmayan 19 il 1 ay 21 gün ilə birilikdə sosial sığorta stajı kimi nəzərə alınanda isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyini üçün qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamam olur. İşin digər bir mübahisəli halı isə iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh inzibati orqan bununla bağlı qeyd edir ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıbaparmamağı barəsində hər-hansı məlumat göstərilməmişdir. Buna görə də həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtina əsası istinad edilən sənədlərin mötəbərliyi ilə yox, sadəcə iddiaçının işlədiyi dövrlərdə qaynağı hansı formada aparması ilə bağlı müvafiq arayışda qeydin olmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, əvvəlki arayışda “əl ilə elektrik qaynaqçısı” ifadəsinin yazılmaması, sonradan verilən arayışlarda qeyd edilməsi iddiaçının “Azmənzilsənayetəmirtikinti” Birliyində işləməsini təkzib etmir. Həmin arayışların tərtib edilməsi işəgötürən müəssisənin vəzifələrinə aiddir. İddiaçının müraciətinə əlavə etdiyi arayışda “əl ilə elektrik qaynaqçısı” ifadəsi göstərilməmişdirsə, sonradan verilən bütün arayışlarda, o cümlədən 04 mart 2023-cü il tarixli 08 saylı arayışında, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsinə dair arayışda onun məhz əl ilə elektrik qaynaqçısı işləməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda (23200000-19906) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Ümumi fəslində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən müddət də iddiaçının ümumi stajına daxil edildikdə və güzəştli iş stajı nəzərə alındıqda iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsinin həmin qaynağın əl ilə aparıldığı hallarda güzəştli iş stajına daxil olması işin mübahisə olunmayan halıdır. Cavabdeh inzibati orqan yalnız qeyd olunan arayışa istinad edərək müvafiq imtina verir. Halbuki, həmin arayışı verən müəssisə digər arayışlarla iddiaçının əl ilə qaynaq apardığını təsdiq etmişdir. Bundan başqa məhkəmə kollegiyası məhkəmə təcrübəsinə istinadla qeyd edir ki, elektrik qaynaqçısı peşəsində işləyənlərin əl ilə yox digər formada qaynaq aparması məhkəmə təcrübəsində rast gəlinmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının qaynağı əl ilə yox, digər texnologiyaların tətbiqi vasitəsi ilə aparmasına şübhəsi varsa, bunu sübut etmək onun vəzifəsidir. Lakin hazırkı işdə təqdim edilən sənədlərlə belə bir halın olması müəyyən edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Azmənzilsənayetikintitəmir” Birliyinin xx.xx.2023-cü il tarixli arayışında və iş materiallarında olan və istinad edilən digər sənədlərdə qeyd edilən xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi dövrlər ona güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi üçün əsas hesab edilməlidir. Həmin dövrlər isə tələb olunan 12.5 il dən artıq olduğu üçün, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan həm ümumi həmdə xüsusi iş stajı toplanmış olur. Məhkəmə kollegiyası bir məqamda münasibət bildirməyi də zəruri sayır. Cavabdeh inzibati orqanın imtinasında, iddiaya münasibətində və apellyasiya şikayətində qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 9.1 ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti tələb olunurdu. Lakin qanunvericiliyə edilmiş dəyişikliyə əsasən hazırda qüvvədə olan və istinad olunan normanın tələbləri baxımından müəyyən edilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, qanunun qeyd edilən bu norması vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün iddiaçıya münasibətdə də tətbiq edilməli, onun pensiya hüququnun yaranma tarixi qanunvericiliyə edilmiş dəyişiklik tarixindən yox, onun 60 yaşının tamam olduğu tarixdən hesablanmalıdır. Beləliklə birinci instansiya məhkəməsinin işin araşdırdığı halları ilə müəyyən edilir ki, iddiaçın 60 yaşının tamam olduğu tarixdə onun 25 ildən artıq sosial sığorta stajı olmuşdur və eyni zamanda tələb edilən 25 ilin yarısı qədər güzəştli iş stajı vardır. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya hazırda qüvvədə olan Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 9.1-ci maddəsinin tələbləri baxımından, onun 60 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçıya əmək pensiyası onun hüququnun yarandığı 60 yaşının tamam olduğu tarixdən hesablanmalı və ödənilməlidir. Beləki Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 32.1-1-ci maddəsinin tələbləri baxımından iddiaçı cavabdeh inzibati orqana onun hüququ yarandığı dövrdən sonrakı üç il müddətində müraciət etdiyi üçün onun pensiyası hüququnun yarandığı 05 may 2022-ci il tarixdən hesablanmalı və ödənilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 05 may 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 2-1(118)-477/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar