Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-648/2025 16.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, Hakimlər X2 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin NN aprel N0N5-ci il tarixli, N-N(NN8)- N47N/N0N5 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx N59-cu il tarixdə doğulmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 0N oktyabr N0N4cü il tarixli, N-Q/R-N470-N/N0N4 saylı arxiv araşından görünür ki, iddiaçı N №-li hərbi hissə komandirinin N aprel N83-cü il tarixli, 99 №-li əmrilə (əsas: səh.-N30, §N) ərizəsinə əsasən İ dərəcə üzrə nəqliyyat işçisi götürülmüşdür. N №-li hərbi hissənin AO qulluqçularının əlifba qeydiyyatı kitabında (əsas: kitab: kitab: 0N yanvar N67 - 30 dekabr N006; səh.-N07, sıra-4) N №-li hərbi hissədən gəlmiş iddiaçının komandirin 0N fevral N000-ci il tarixli N №-li əmrilə 0N fevral N000-ci il tarixdən N-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi və N oktyabr N004-cü il tarixli N6 nömrəli əmrilə işdən azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 0N fevral N000-ci il tarixli N №-li əmrilə (əsas: səh.-3, §3) iddiaçı Müdafiə nazirinin N7 dekabr N99-cu il tarixli müvafiq əmrinə əsasən 0N fevral N000-ci il tarixindən N №-li hərbi hissənin nəzdində olan anbarların gözətçisi vəzifəsinə təyin edilmiş və N-ci dərəcəli fəhlənin tarif əmək haqqı ilə ödənilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N004-cü il tarixli N6 №-li əmrində (əsas: səh.-N6, §3) hərbi hissənin AO qulluqçusu olan iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin N-ci hissəsinin “A” bəndinə uyğun olaraq (öz təşəbbüsü ilə) N oktyabr N004-cü il tarixdən işdən azad edilməsi barədə məlumat vardır. 67N (77059) №-li hərbi hissə komandirinin N4 dekabr N99 - 3N dekabr N99-cu il, N000-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən, iddiaçının xidməti barədə əlavə araşdırma aparılmamışdır.
3. İş materiallarına olan Abşeron Rayon Məhkəməsinin N3 iyul N0N4-cü il tarixli, N(0NN)-4N73/N0N3 saylı qərardadından görünür ki, ərizəçinin (iddiaç) hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi tələbi barədə ərizəsinin qəbulundan imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Ərizəçiyə “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlərinə haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun NN aprel N0N-cu il tarixli, 3 saylı Qərarının 6.N-ci bəndinə uyğun olaraq” eyni bir şəxsin adının, atasını adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən eilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
4. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin N8 oktyabr N0N4-cü il tarixli, N(0NN)-4386/N0N4 saylı qərardadından görünür ki, ərizəçinin (iddiaçı) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır.
5. Cavabdeh orqan NN iyun N0N4-cü il tarixli, 3-N7-N/N-N43304/N0N4 saylı məktubla iddiaçıya münasibətdə aparılmış inzibati icraat materiallarını təqdim etmişdir.
6. İş materiallarında olan N7 mart N0N4-cü il tarixli “Müraciət vərəqəsi”ndən görünür ki, iddiaçı “ümumi qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi” üçün cavabdehə müraciət etmişdir.
7. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş iddiaçıya məxsus 365 saylı attestatın surətindən görünür ki, 0N sentyabr N75-ci il tarixdən N0 avqust N76-cı ilədək texniki peşə məktəbənin dülgərlik ixtisası üzrə təhsil almışdır.
8. İş materiallarında olan 0N aprel N0N4-cü il tarixli, 3-N7-N/N-R-686N6/N0N4 saylı “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərardan görünür ki, əmək kitabçasında vətəndaşın atasının adı dəyişdirilmiş və düzəlişin doğruluğu təsdiq edilməmişdir, bu səbəbdən əmək kitabçasında olan dövrlər sosial sığorta stajına daxil edilmir. Sosial müavinət alır.
9. İş materiallarında olan 0N may N0N4-cü il tarixli, 3-N7-N/N-R-95N79/N0N4 saylı “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərardan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Əmək kitabçasının doldurulma qaydasının pozulmasının səbəbindən təqdim olunan əmək kitabçasında vətəndaşın adı dəyişdirilmiş və düzəlişin doğruluğu təsdiq edilməmişdir. Əlavə olaraq N5 aprel N0N4-cü il tarixli müraciətində təqdim olunan əmək kitabçasının vətəndaşa məxsus əmək kitabçasına aid olub-olmadığı aşkarlamaq mümkün olmamışdır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi N0 may N0N4-cü il tarixli, 3-N7-N/N-R-NN0084/N0N4 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (0N sentyabr N75-ci il tarixdən N0 avqust N76-cı il tarixinədək təhsil aldığı illər və N4 aprel N77-ci il tarixindən NN aprel N79-cu il tarixinədək hərbi xidmətə olduğu müddət də nəzərə almaqla) N il NN ay 7 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 dekabr N96-cı il tarixli, N86 saylı qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır (əmək kitabçasının titul vərəqində ata adına düzəliş edilmiş və düzəliş olunması faktı təsdiq olunmamışdır). N5 aprel N0N4-cü il tarixli müraciətə münasibətdə bir daha bildirilmişdir ki, əmək kitabçasının iddiaçıya məxsus olması faktı məhkəmə qaydasında təsdiq edildikdən sonra sözügedən əmək kitabçasında qeyd olunmuş dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Eyni zamanda, əmək kitabçasının titul vərəqinin ona məxsus əmək kitabçasına aid olub-olmamasını aşkarlamaq mümkün olmamışdır. 0N yanvar N006-cı il tarixdən 0N iyul N0N8-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, sığorta stajının qanunla nəzərdə tutulandan (N5 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə müavinət icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunanlara əsasən iddiaçıya NN iyun N0NN-ci il tarixdən İİ dərəcə (orqanizmin funksiyalarının 6N-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi NN0 manat olmaqla davam etdirilir.
11. Cavabdehin N noyabr N0N4-cü il tarixli, 3-N7-N/N-R-N8N06N/N0N4 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən sığorta stajı 0N sentyabr N75ci il tarixindən 0N iyul N76-cı il tarixinədək təhsil aldığı illər və N4 aprel N77-ci il tarixindən NN aprel N79-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və NN aprel N83-cü il tarixindən N oktyabr N004-cü il tarixinədək olan əmək fəaliyyəti dövləri (arxiv arayışının surətinə əsasən) də nəzərə alınmaqla ümumi N4 il 3 ay N8 gün təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş 0N aprel N75-ci il tarixindən 0N fevral N83-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının titul vərəqində ata adına düzəliş edilmiş və düzəliş olunması faktı təsdiq olunmayıb) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 0N yanvar N006-cı il tarixindən 0N iyul N0N8-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Sığorta stajı qanunla nəzərdə tutulandan (N5 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya NN iyun N0NN-ci il tarixindən İİ dərəcə (orqanizmin funksiyalarının 6N-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi NN0 manat olmaqla davam etdirilir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə müavinətin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavbadehin üzərinə qoyulması xahiş edilmişdir.
13. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona N mart N0N4-cü il tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx xxxx N59-cu il təvəllüdlüdür, N80ci ildən N005-ci ilədək Hərbi Hissədə çalışmışdır. O xeyli müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən N0NN-ci ildə ona İİ qrup əlillik təyin olunmuş və NN0 manat məbləğində müavinət alır. Əmək funksiyasını tamamilə itirmişdir, heç yerdə işləmir, müavinətdən əlavə heç bir gəliri yoxdur. Xəstəliyi ağır dərəcəli olduğu üçün, aldığı müalicələrə maddi imkanı çatmır. Buna görə də yaşa görə təqaüdə çıxmaq istəyir. a) Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
15. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlamış, etirazı imitanın dəlilləri ilə eyni əsaslandırmş, əlavə olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 307.N.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ümumi məhkəmələrin yurisdiksiyasına aid edilir. Həmin faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı iş üzrə məsələyə hüquqi qiymət verilməsi ümumi məhkəmənin yurisdiksiyasına aid olduğundan işə inzibati məhkəmədə baxıla bilməz.
16. Daha sonra cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən sığorta stajı 0N sentyabr N75-ci il tarixdən 0N iyul N76-cı il tarixədək təhsil aldığı illər və N4 aprel N77-ci il tarixdən NN aprel N79-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və NN aprel N83-cü il tarixdən N oktyabr N004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri (arxiv arayışının surətinə əsasən) də nəzərə alınmaqla ümumi N4 il 3 ay N8 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 dekabr N96-cı il tarixli, N86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş 0N aprel N75-ci il tarixdən 0N fevral N83-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının titul vərəqində ata adına duzəliş edilmiş və düzəliş olunması faktı təsdiq olunmayıb) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir.
17. Sumqayıt İnzibati Məhkəməsinin NN aprel N0N5-ci il tarixli, N-N(NN8)- N47N/N0N5 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu N mart N0N4-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir (hakim Könül Həbibova).
18. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia ərizəsinə dair etirazda göstərilən dəlillərlə eynilik təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Əmək pensiyaları haqqında” Qanun: (0N yanvar N006-cı ildən qüvvəyə minmişdir) Maddə N.0.N. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı N5 il sığorta stajı olduqda (N0N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi N0N7-ci il iyulun Ndən başlayaraq N0NN-ci il iyulun N-dək, qadınların yaş həddi N0N7-ci il iyulun N-dən başlayaraq N0N7-ci il iyulun N-dək hər il 6 ay artırılır.) Maddə NN.N. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 3N.N. Sığortaolunanın əmək kitabçası üzrə N006-cı il N yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 3N.N-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.N və 3.N.N bəndlərinə əsasən N006-cı il N yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 noyabr N9N-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
26. Əmək Məcəlləsi: Maddə 87. N. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
27. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə N.N Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
28. “İnzibati icraat haqqında” Qanun: Maddə N.N İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
29. İnzibati Prosessual Məcəllə: Maddə NN.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
31. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
34. Hazırkı iş üzrə iddiaçının 0N iyul N0N8-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iki şərt mövcud olmalıdır: N) 65 yaşının tamam olması; N) N5 il sığorta stajının mövcud olması.
35. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx xxxx N59-cu il təvəllüdlü olduğu üçün 65 yaşına çatması işin mübahisə edilməyən halıdır.
36. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və NN aprel N83-cü il tarixdən N oktyabr N004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri (arxiv arayışının surətinə əsasən) nəzərə alınmaqla ümumi N4 il 3 ay N8 gün sosial sığorta stajının olduğu aşkar olunmuşdur.
37. Hazrda cavabdeh tərəfindən mübahisələndirilən dövr iddiaçının 0N aprel N75-ci il tarixdən 0N fevral N83-cü il tarixədək işlədiyi illərdir. Belə ki, cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 dekabr N96-cı il tarixli N86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən ИТ-N № ******* saylı əmək kitabçasının surətində qeyd edilmiş 0N aprel N75-ci il tarixdən 0N fevral N83-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının titul vərəqində ata adına düzəliş edilmiş və düzəliş olunması faktı təsdiq olunmayıb) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir.
38. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.
39. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin Nci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
40. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin N96-cı il N6 dekabr tarixli, N86-cı qərarının N.N-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
41. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
42. Kollegiya qeyd edir ki, mübahisələndirən dövr ərzində də iddiaçının işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmiş, möhürlərlə də təsdiqini tapmışdır.
43. Kollegiya şikayətin dəlilini əsassız sayaraq bildirir ki, əmək kitabçasının titul vərəqində ata adına düzəliş edilməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib edən hal kimi qiymətləndirilməməlidir. Belə ki, əmək kitabçasının düzgün və qanunauyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aid məsələdir.
44. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının adına açılmış əmək kitabçası rus və azərbaycan dillərində olmaqla N dildə tərtib edilmiş, rus dilində iddiaçının ata adına düzəliş edilsə də, azərbaycan dilində tərtib edilmiş hissədə ata adı düzgün göstərilmişdir.
45. “İnzibati icraat haqqında” Qanunun N.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
46. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən mötəbər olunmalı və iddiaçının 0N aprel N75-ci il tarixdən 0N fevral N83-cü il tarixədək olan işlədiyi 07 il N0 ay 0N günlük dövr onun sığorta stajına daxil edilməlidir.
47. Beləliklə, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və N5 ildən artıq iş stajına malik olduğundan, cavabdehin yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuz olmuşdur.
48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.N və 3.N.N bəndlərinə əsasən N006-cı il 0N yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
49. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin NN aprel N0N5-ci il tarixli, N-N(NN8)-N47N/N0N5 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N0N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN3-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.