Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-649/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “0393291 nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(118)-613/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı 11 mart 2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, 06 may 2015-ci il tarixli 1/99m saylı məktubla bir sıra hüquqi və fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur.
2. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 6(005)-7/2022 saylı, 17 fevral 2022ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsinin hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 06 may 2015-ci il tarixli 1/99m saylı məktubuna əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin, Ağsu rayonu Nuydi kəndində yerləşən 7.1448 ha, 1.819 ha, 1.28 və 4.755 ha torpaq sahələri üzərində nəzarət qoyulmasının qanunsuz hesab edilməsi qərara alınmışdır.
3. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsindən daxil olmuş 11 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının əmlaklarının üzərinə nəzarət Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qoyulmuşdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin İddiaçı ünvanladığı 28 iyul 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Ağsu rayonunun Nüydü kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 7.14 ha, 4.755 ha, 1.819 ha, 1,28 ha və Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahələrinin üzərinə xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli 1/99m saylı məktubuna əsasən nəzarət qoyulmuşdur. Qeyd olunan əmlakların üzərindən nəzarətin götürülməsi üçün Ərazi İdarəsinə hər hansı bir rəsmi göstəriş daxil olmadığına görə onun müraciətinin icrası mümkün deyil.
Birinci instansiya məhkəməsində icraat İddiaçının dəlilləri
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı iddia qaldıraraq “iddiaçnın mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 7.1448 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən 4.755 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən 1.819 hatorpaq sahəsinin və ******* nömrəli, xx.xx.2013cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən 1.28 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 7.1448 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 4.755 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,819 ha torpaq torpaq sahəsinin və ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,28 ha torpaq torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsini xahiş etmişdir. Cavabdehə etdiyi müraciət (ərizə) bundan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2015-ci il tarixli 01/99m saylı məktubuna əsasən, ******* nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 7.1448 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü İl tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 4.755 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,819 ha torpaq torpaq sahəsinin və ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,28 ha torpaq torpaq sahəsinin üzərinə nəzarət qoyulmuşdur. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 6(005)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə ona məxsus olan əmlakların üzərinə nəzarətin qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilmişdir.” Cavabdeh isə 28 iyul 2022-ci il tarixli məktubla ərizəsinin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, “Ağsu rayonunun Nüydü kəndi ərazisində yerləşən mülkiyyətinizdə olan 7.14 ha, 4.755 ha, 1.819 ha,1.28 ha və Şamaxı rayonun Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahələrinin üzərindən nəzarətin götürülməsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, yuxarıda qeyd olunan torpaq sahələrinin üzərinə xx.xx.2015-cı il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli l/99m saylı məktubuna əsasən nəzarət qoyulmuşdur. Qeyd olunan əmlakların üzərindən nəzarətin götürülməsi üçün Ərazi İdarəsinə hər hansı bir rəsmi göstəriş daxil olmadığına görə sizin müraciətinizin icrası mümkün deyil.” Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2015-ci il tarixli l/99m nömrəli məktubuna əsasən, onun mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 7.1448 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 4.755 ha torpaq sahəsinin, ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,819 ha torpaq torpaq sahəsinin və ******* nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxanşa əsasən, mülkiyyətində olan Ağsu rayonu, Nuydi kəndində yerləşən, 1,28 ha torpaq torpaq sahəsinin üzərinə nəzarət qoyulmuşdur. Tərəfindən müraciət olunmuşdur ki, həmin nəzarətin ləğv edilməsi (götürülməsi) barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilsin, lakin bundan imtina edilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6(005)- 7/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə ona məxsus olan əmlakların üzərinə nəzarətin qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilmişdir. Buna baxmayaraq, yenə də ona məxsus əmlakların üzərinə qoyulmuş nəzarət götürülməmişdir. Göründüyü kimi heç bir əsas olmadan mülkiyyəti üzərinə məhdudiyyət qoyulmuş və məhkəmə qərarı ilə həmin hərəkət qanunsuz hesab edilsə də mülkiyyətinin üzərinə qoyulmuş qanunsuz nəzarət götürülməmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşməsi ərizəsi təqdim edərək, “0393291 nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazının dəlilləri
8. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı Ərazi İdarəsinə müraciət edərək, Ağsu rayonunun Nüydü kəndi ərazisində yerləşən mülkiyyətində olan 7.14 ha, 4.755 ha, 1.819 ha,1.28 ha və Şamaxı rayonun Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahələrinin üzərindən nəzarətin götürülməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, yuxarıda qeyd olunan torpaq sahələrinin üzərinə xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli 1/99m saylı məktubuna əsasən nəzarət qoyulmuşdur. Qeyd olunan əmlakların üzərindən nəzarətin götürülməsi üçün Ərazi İdarəsinə hər hansı bir rəsmi göstəriş daxil olmadığına görə İddiaçı müraciətinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(118)-613/2023 nömrəli qərarı ilə iddia təmin edilərək ******* nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və рrоsеssuаl hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, işin hаllаrı düzgün araşdırılmadığı üçün Аzərbaycan Respublikası Sumqayıt İnzibati Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-613/202З saylı qərаrı ləğv olunmalıdır və iddia tələbi rədd edilməlidir. Мəlumat üçün bildirilmişdir ki, "Daşınmaz əmlakın dövlət rеуеstri haqqında'' Аzərbаусаn Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq Ərаzi İdаrəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə оlunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumаtа uyğunluğu уохlаnılır və bəyan оlunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiууətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və уа hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsаslаrın olub-olmaması müəyyən edilir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdаrəsi daşınmaz əmlakın dövlət reyestrində muvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsаsında араrır və "Daşınmaz əmlаkın dövlət reyestri haqqında" Аzərbaycan Respublikası qаnununun 2З-сü maddəsinə əsasən idаrə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı Тərlаn oğlu Əгаzi İdаrəsinə müraciət еdərək, Ağsu rayonunun Nüydü kəndi ərazisində уегləşən mülkiyyətində olan 7.14 ha, 4.755 ha, 1,819 ha,1.28 ha və Şamaxı rауоnun Nаğaraxana kəndində уегləşən 0,12 ha tограq sаhələrinin üzərindən nəzarətin götürülməsini xahiş etmişdir. Аrаşdırmа zamanı məlum olmuşdur ki, yuxarıda qeyd оlunan torpaq sаhələrinin üzərinə xx.xx.2015-ci iİ tarixdən Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli 1/99m saylı məktubuna əsаsən nəzarət qoyulmuşdur. Qeyd olunan əmlakların üzərindən nəzarətin götürülməsi üçün Ərazi İdarəsina hər hаnsı bir rəsmi göstəriş daxil olmadığına görə İddiaçı Тərlаn oğlunun mürасiətinin iсrаsı mümkün olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
15. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
16. Mülki Məcəllə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
20. Belə ki, iş materiallarından və işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi ******* nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı 11 mart 2016-cı il tarixli məktubuna əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli əmlakın üzərinə nəzarət qoyulmuşdur. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsinin hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermiş, məhkəmənin (005)-7/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 06 may 2015-ci il tarixli 1/99m saylı məktubuna əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinin, Ağsu rayonu Nuydi kəndində yerləşən 7.1448 ha, 1.819 ha, 1.28 və 4.755 ha torpaq sahələri üzərində nəzarət qoyulmasının qanunsuz hesab edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə qərarına əsasən onun əmlakına nəzarət qoyulması qanunsuz hesab edildiyinə görə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərinə qoyulmuş nəzarətin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 28 iyul 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, ******* nömrəli, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərinə qoyulmuş nəzarət 6(005)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qərarına əsasən qanunsuz hesab edilmişdir. Cavabdeh inzibati orqan isə reyestrdə aparılmış nəzarətin məhkəmə qərarı ilə qanunsuz hesab edilərək götürüldüyünü bilə-bilə həmin qeydin ləğvindən imtina etmişdir. Sözügedən torpaq sahəsi üzərində nəzarətin əsası kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı 11 mart 2016-cı il tarixli məktubu təşkil etmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 6(005)-7/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə iddiaçının əmlakının üzərinə nəzarətin qoyulması qanunsuz hesab edildiyindən, həmin məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən, daşınmaz əmlakın dövlət reyestrində əmlakın üzərinə qoyulmuş nəzarət, nəzarətin qoyulduğu əmlakın sahibinə münasibətdə hər hansı hüquqi əsaslandırmaya malik olmadığından, həmin nəzarətin hər hansı bir hüquqi qüvvəsi qalmamışdır və əmlak üzrinə qoyulmuş nəzarət ləğv edlməlidir.
22. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilə bilməz.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(118)-613/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.