Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-649/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya 60 yaşdan xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2025-cü il tarixli, 2-1(118)- 3154/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “iddiaçıya 60 yaşdan xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Hal-hazırda "X5" QSC- də çalışır. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdehin 3-17-1/2-İ- 253513/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi işlədiyi sahənin, yəni "xxxx" ASC-nin və "X5” QSC-nin Dəmiryolu (Nəqliyyat) sexinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmuş Dəmiryol nəqliyyatı sahəsinə aid olmaması göstərilmişdir. İmtina məktubunu xx.xx.2024-cü il tarixində almışdır. Azərbaycan Boruyayma zavodunda (hal-hazırda "xxxx" ASC) işlədiyi “qatar tərtibçisinin köməkçisi", “lokomotiv maşinistinin köməkçisi", “qatar tərtibatçısı" peşələri "xxxx" ASC-nin xx.xx.2024cü il tarixli AZB 01/137 saylı və “X5" QSC-nin xx.xx.2024-cü il tarixli BSC-X-24-0810/001 saylı arayışlarına əsasən AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahının 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlə və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin "xxxx", "teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" peşələrinə uyğun olmaqla ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. İşlədiyi sahə, yəni Metallurgiya istehsalı (qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda həmin sahənin Dəmiryol sexindəki fəaliyyət dəmiryol nəqliyyatı sahəsinə aid olmaqla ağır və zərərli sahə sayılır. Belə ki, zavodun Dəmiryolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryolu xətlərinin istismarını həyata keçirir. Qeyd olunan peşələrdə çalışan işçilər də sənaye müəssisələrində dəmiryol nəqliyyatının texniki istismar qaydalarına, dəmiryol nəqliyyatında manevr işləri və qatarların hərəkəti, siqnalizasiya üzrə təlimata uyğun olaraq öz əmək funksiyalarını həyata keçirir. Artıq neçə illərdir ki, müəssisənin Dəmiryolu sexində onunla eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AZB 01/137 nömrəli arayışında onun xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boruyayma zavodunun Dəmiryolu sexində lokomotiv-tərtib briqadası sahəsində qatar tərtibçisinin köməkçisi. xx.xx.1986-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin sahədə lokomotiv maşinistinin köməkçisi, “X5” QSC-nin xx.xx.2024-cü il tarixli BSC-X-24-0810/001 nömrəli arayışında isə 21 05.2018-ci il tarixdən hazırki tarixədək sözügedən müəssisənin İnsan resursları və inzibati şöbəsi, nəqliyyat sexində qatar tərtibatçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi müəssisələrin fəaliyyət sahələri sözügedən arayışda istinad olunmuş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı mövcud deyil. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 188 №li arayışına əsasən İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdə indiki Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini (keçmiş 2 saylı orta texniki peşə məktəbi) “Teplovozun maşinist köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1982-ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir. O dövrdəki Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən ona Г № 602802 saylı diplom verilmişdir. X5 QSC-nin 19 sentyabr 2024-cü il tarixli, BSC-X-240810/001 saylı araşdırıcı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində "X5" QSC-nin (bundan əvvəl "X5" MMC- nin) İnsan resursları və inzibati şöbəsi , nəqliyyat sexinə 3-cü istehsalat sahəsinə qatar tərtibatçısı vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin sahədə əmək fəaliyyətini davam etdirir. xx.xx.2023-cü il tarixindən 3-cü istehsalat sahəsinin adı dəyişdirilərək Boruyayma sexi adlandırılmışdır. Qeyd edilmiş peşə (vəzifələr) hazırda "X5" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın 21. Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: yarımbəndində "xxxx" peşəsi ilə eynilik təşkil edir Azərboru ASC-nin 04 sentyabr 2024-cü il tarixli AZB 01/137 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1985-ci il tarixində Azərbaycan Boruyayma zavodunun Dəmiryolu sexində lokomotiv-tərtib briqadası sahəsinə qatar tərtibçisinin köməkçisi peşəsinə işə qəbul edilmiş, xx.xx.1986-cı il tarixində həmin sexdə lokomotiv-tərtib briqadası sahəsinə lokomotiv maşinistinin köməkçisi keçirilmiş və xx.xx.2010-cu il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.1999-cu il tarixindən xx.xx.2010-cu tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. '’Metallurgiya" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə 15.07.19.98-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Əsas: Vətəndaşın əmək kitabçası. T-2 karlı. Qeyd edilmiş peşələr "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısımın 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin "qalar tərtibçiləri” - (23001000-18726). "teplovoz. elektrovoz maşinistləri və maşinist köməkçiləri" (23001000- 14241) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı- ayrı kateqoriyalı işçilər bəndinin "xxxx", "teplovoz. elektrovoz maşinistləri və maşinist köməkçiləri" peşələri ilə eynilik təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq X5 QSC-nin xx.xx.2025-ci il tarixli, BSC-X-25- 0130-001 saylı araşdırıcı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "X5" QSC-nin (bundan əvvəl "X5" MMC-nin) İnsan resursları və inzibati şöbəsi, nəqliyyat sexinə 3-cü istehsalat sahəsinə "qatar tərtibatçısı" peşəsinə işə qəbul edilmişdir və halhazırda qeyd edilən sahədə əmək fəaliyyətini davam etdirir. xx.xx.2023-cü il tarixindən 3cü istehsalat sahəsinin adı dəyişdirilərək Boruyayma sexi adlandırılmışdır. Məlumat üçün nəzərə çatdırılır ki, Nəqliyyat sexinə 3-cü istehsalat sahəsində əmək funksiyalarının icrası ilə məşğul olan "qatar tərtibatçısı" vəzifəsini icra edən İddiaçı, həmçinin zərərli iş şəraitində dəmir yol xətləri ilə gələn vaqonlarda olan yüklərin qəbul edilərək yerləşdirilməsi, stansiyada manevr işlərinin aparılması, sexlər arası və sex daxili yüklərin daşınması və sair işlərini həyata keçirir. Qeyd edilən "qatar tərtibatçısı" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. Belə ki, "qatar tərtibatçısı" peşəsi Siyahının 21. Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: yarımbəndində "xxxx"peşəsi ilə eynilik təşkil edir. Əsas fəaliyyəti polad pəstah, armatur və boru istehsalı olan "X5" QSC Azərbaycan Respublikasında metallurgiya sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük polad əritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilir. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli, AZB 01/24 saylı arayışında qeyd edilmişdir ki, “Azərboru" ASC-nin (keçmiş Azərbaycan Boruyayma Zavodu) Dəmir Yolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. İddiaçı həmin sexdə işlədiyi ‘’qatar tərtibçisinin köməkçisi” və “lokomotiv maşinistinin köməkçisi" vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri" -(23001000-18726), “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" - (23001000-14241) vəzifələri ilə eynilik təşkil edir. Lokomotiv dəmir yol xətlərində, yəni rels üzərində işləyən, özü yük götürməyən, vaqonları, qatarları hərəkətə gətirən dartıcı qurğu - maşındır. Lokomotivin teplovoz, elektrovoz və s. kimi növləri vardır ki, bunları fərqləndirən cəhət yalnız mühərrikin müxtəlif enerji mənbələri ilə işləməsidir. Lokomativ maşinistinin köməkçisinin əmək funksiyası manevr işlərinin aparılmasında qatarların hərəkətində maşinistə kömək etmək və onun göstərişlərini yerinə yetirməkdən ibarət olmuşdur. Qatar tərtibçisinin köməkçisinin əmək funksiyası isə stansiya və müəssisədaxili dəmiryol xətlərində manevr işlərinin təşkil və icra etməkdən ibarət olmuşdur. İddiaçı “Azərboru" ASC-nin Dəmir Yolu sexində işlədiyi “qatar tərtibatçısı (köməkçi)” və “lokomotiv maşinistinin köməkçisi" vəzifələrinin vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2025-cü il tarixli, 2-1(118)-3154/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçının işlədiyi sahə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan sahə arasında uyğunsuzluq olmasına baxmayaraq ətraflı araşdırılma həyata keçirilməmiş, müəssisə tərəfindən təqdim edilən arayışlar birmənalı sübut kimi qəbul edilərək əsassız olaraq iddia tələbi təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).
"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):
21. Nəqliyyat 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: qatar tərtibçiləri teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə onun 25 ildən artıq ümumi iş stajına malik olmasını qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalı tərəfindən ünvanlanmış xidməti məktubda iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İşin mübahisəli halı cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olmamasına istinad olunmasıdır. Belə ki, cavabdeh inzibati orqanın imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlili aşağıdakından ibarətdir: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AZB 01/137 nömrəli arayışında onun xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boruyayma zavodunun Dəmiryolu sexində lokomotiv-tərtib briqadası sahəsində qatar tərtibçisinin köməkçisi, xx.xx.1986-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin sahədə lokomotiv maşinistinin köməkçisi, “X5” QSC-nin xx.xx.2024-cü il tarixli BSC-X-24-0810/001 nömrəli arayışında isə 21 05.2018-ci il tarixdən hazırki tarixədək sözügedən müəssisənin İnsan resursları və inzibati şöbəsi, nəqliyyat sexində qatar tərtibatçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi müəssisələrin fəaliyyət sahələri sözügedən arayışda istinad olunmuş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı mövcud deyil. Beləliklə, cavabdeh inzibati orqan hesab etmişdir ki, iddiaçının güzəştli iş stajı mövcud olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası inzibati orqanın dəlillərini əsassız hesab edərək yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, cavabdehin dəlilinin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı araşdırılma aparılmaqla sorğular verilərək aşağıdakı məlumatlar əldə olunmuşdur. X5 QSC-nin xx.xx.2025-ci il tarixli, BSC-X-25-0130-001 saylı araşdırıcı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "X5" QSC-nin (bundan əvvəl "X5" MMCnin) İnsan resursları və inzibati şöbəsi, nəqliyyat sexinə 3-cü istehsalat sahəsinə "qatar tərtibatçısı" peşəsinə işə qəbul edilmişdir və hal-hazırda qeyd edilən sahədə əmək fəaliyyətini davam etdirir. xx.xx.2023-cü il tarixindən 3-cü istehsalat sahəsinin adı dəyişdirilərək Boruyayma sexi adlandırılmışdır. Məlumat üçün nəzərə çatdırılır ki, Nəqliyyat sexinə 3-cü istehsalat sahəsində əmək funksiyalarının icrası ilə məşğul olan "qatar tərtibatçısı" vəzifəsini icra edən İddiaçı, həmçinin zərərli iş şəraitində dəmir yol xətləri ilə gələn vaqonlarda olan yüklərin qəbul edilərək yerləşdirilməsi, stansiyada manevr işlərinin aparılması, sexlər arası və sex daxili yüklərin daşınması və sair işlərini həyata keçirir. Qeyd edilən "qatar tərtibatçısı" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. Belə ki, "qatar tərtibatçısı" peşəsi Siyahının
21. Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: yarımbəndində "xxxx"peşəsi ilə eynilik təşkil edir. Əsas fəaliyyəti polad pəstah, armatur və boru istehsalı olan "X5" QSC Azərbaycan Respublikasında metallurgiya sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük polad əritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli, AZB 01/24 saylı arayışında qeyd edilmişdir ki, “Azərboru" ASC-nin (keçmiş Azərbaycan Boruyayma Zavodu) Dəmir Yolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. İddiaçı həmin sexdə işlədiyi ‘’qatar tərtibçisinin köməkçisi” və “lokomotiv maşinistinin köməkçisi" vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri" - (23001000-18726), “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" - (23001000-14241) vəzifələri ilə eynilik təşkil edir. Lokomotiv dəmir yol xətlərində, yəni rels üzərində işləyən, özü yük götürməyən, vaqonları, qatarları hərəkətə gətirən dartıcı qurğu - maşındır. Lokomotivin teplovoz, elektrovoz və s. kimi növləri vardır ki, bunları fərqləndirən cəhət yalnız mühərrikin müxtəlif enerji mənbələri ilə işləməsidir. Lokomativ maşinistinin köməkçisinin əmək funksiyası manevr işlərinin aparılmasında qatarların hərəkətində maşinistə kömək etmək və onun göstərişlərini yerinə yetirməkdən ibarət olmuşdur. Qatar tərtibçisinin köməkçisinin əmək funksiyası isə stansiya və müəssisədaxili dəmiryol xətlərində manevr işlərinin təşkil və icra etməkdən ibarət olmuşdur. İddiaçı “Azərboru" ASC-nin Dəmir Yolu sexində işlədiyi “qatar tərtibatçısı (köməkçi)” və “lokomotiv maşinistinin köməkçisi" vəzifələrinin vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Sorğuya əlavə edilmiş vəzifə təlimatlarına əsasən qatar tərtibatçısının fəaliyyət sahəsi sənaye müəssisələrində dəmiryol nəqliyyatının istismarı və manevr işləri ilə bağlıdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Həmçinin nəzərə almaq lazımdır ki, “qatar tərtibçisinin köməkçisi”, “lokomotiv maşinistinin köməkçisi” və “qatar tərtibatçı” vəzifələrini yerinə yetirən şəxslər eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı sahədə çalışmasından asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, iddiaçı Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunan vəzifələrdə çalışması müvafiq müəssisələr tərəfindən verilmiş güzəştli arayışlarla öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulmasına səbəb olur. Belə ki, iddiaçı əmək şəraiti ağır olan işlərdə çalışmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının çalışdığı müəssisənin fəaliyyət istiqamətinə istinad edilərək imtina edilməsi və eyni zamanda iddiaçı ilə eyni şəraitdə çalışan şəxslərin stajının güzəştli iş stajı hesab olunması iddiaçının konstitusion hüquqlarının pozulması kimi nəzərə alına bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı ancaq onun işlədiyi sahə baxımından qəbul edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il, 6 aydan artıqdır. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göründüyü kimi iddiaçının çalışdığı müəssisələr tərəfindən güzəştli iş stajı barədə arayışlar təqdim edilmiş, həmin arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 28 yanvar 2024-cü il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 aprel 2025-cü il tarixli, 2-1(118)-3154/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.