Məhkəmə qərarları › İş №2-1(105)-651/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-651/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-651/2024 03.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu qızı və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli **********993600 saylı qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********993600 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-1267/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edərək ərizənin təmin edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-651/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2-1(118)-1267/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəmə kollegiyasına müraciə edərək, 2-1(105)- 651/2024 saylı işlə bağlı iddiaçının iddia tələbindən imtina etdiyini, iddia ərizəsinə əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək onun nümayəndəsinin iştirakı olmadan baxılmasına və iddiaçının iddia tələbindən imtinasına etirazı olmadığını qeyd etmişdir. Məhkəmə Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onları nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının nümayəndəsi elektron qaydada ərizə ilə məhkəmə kollegiyasına müraciət etmiş, iddiaçının iddiadan imtina etdiyini və iddia ərizəsinə əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddiadan imtina qəbul edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarının tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, nəticə etibarilə mübahisə mövcud olmadığından, inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsinin iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli **********993600 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar