Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-654/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı X2 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdehnə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, ünvan 2 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mərhum X8 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2- 1(118)-1631/2021 saylı qərardadından iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X3 Cavabdehnə qarşı iddia qaldıraraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ5021, ünvan 2 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mərhum X8 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(118)-1631/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardaddan narazı qalan iddiaçı X3 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı X3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı,Yeni qaydalarla AZ 5021, ünvan 2 ünvanında yerləşən atası X8 adında olmuş 23 saylı fərdi yaşayış evi X9 və X13 tərəfindən qanunsuz olaraq öz adlarına sənədləşdirilərək başqa şəxsə satılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 24 iyun 2021-ci il tarixli məktubla cavab verilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evinin mərhum atası X8 adına qeydiyyata alınaraq 14 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verildiyi, sonradan Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 dekabr 2020-ci il tarixli,2V-202 və 2V-203 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr, 26 dekabr 2020-ci il tarixli, 3M-2131 reyestr nömrəli miras payın bağışlama müqaviləsi əsasında X6 adına qeydiyyata alınaraq 19 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verildiyi, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10 mart 2021-ci il tarixli, 4Ə-287 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən fərdi yaşayış evinin X7 adına qeydiyyata alınaraq 31 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın verildiyi bildirilmişdir. Eyni zamanda vəkil sorğusu əsasında Sumqayıt şəhər 3 saylı notariat ofisi tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, sözüdegən fərdi yaşayış evinin 1/2 hissəsinə X4 adına, qalan 1/2 hissəsinə isə X6 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilərək mərhum atasının hüquq varisləri kimi tanınmışlar. 26 dekabr 2020-ci il tarixdə eyni notariat ofisi tərəfindən atası X8 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı fərdi yaşayış evi və sahəsi 800 kvadrat metr olan həyətyanı torpaq sahəsinə dair bağlanılmış “miras payın bağışlama müqaviləsi” əsasında X9 miras payını X10 bağışlamış, X13 da öz növbəsində Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanılmış 10 mart 2021-ci il tarixli, AN-İN20927332 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında sözügedən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 160 000(bir yüz altmış min) manat pul vəsaiti müqabilində X1. Bütün bunlardan isə X8 qızı və vərəsəsi olaraq onun məlumatı olmadığından, o, bir vərəsə kimi özünün pozulmuş hüquqlarının müdafiəsi üçün mərhum X8 mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair aparılmış qeydiyyatın etibarsız sayılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallrında olan onun tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, **********54 saylı məktubundan görünür ki, onun X8 mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsi barədə müraciətinə cavab verilərək həmin qeydiyyatın ləğvindən imtina olunmuşdur. Bu səbəbdən məhkəmənin onun guya cavabdehə müraciətinin olmaması barədə bildirdikləri tamamilə əsassızdır. Eyni zamanda hesab edir ki, məhkəmənin onun belə bir iddia tələbi ilə çıxış etməyinə subyektiv hüququnun olmaması barədə gəldiyi nəticənin də hər hansı hüquqi əsası yoxdur. X8 vərəsələrindən biridir. Cavabdehin qanunvericiliyin tələblərini pozaraq vəfat etmiş atasının adina mülkiyyıt hüququnun qeydiyyatını aparması nəticəsində o, vərəsəlik hüququndan məhrum edilmişdir. Belə ki, həmin sənədləşmə onun məlumatı və xəbəri olmadan həyata keçirilmişdir və bu qeydiyyatdan sonra sözügedən miras əmlak üçüncü şəxslər tərəfindən onun xəbəri olmadan özgəninkiləşdirilmişdir. Halbuki, sözügedən qeydiyyata qədər o və digər vərəsələr mərhum atasından qalmış evin və həyətyanı torpaq sahəsinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmadığını və bu səbəbdən həmin əmlaklara vərəsəliyin mümkün olmadığını bildiklərindən, o da daxil olmaqla vərəsələr mirasın qəbulu üçün notarial orqana müraciət etməmişdilər. Cavabdehin qanunsuz şəkildə vəfat etmiş atasının adına qeydiyyat aparması nəticəsində sözügedən əmlak onun məlumatı olmadan özgəninkiləşdirilmişdir ki, bunun da nəticəsində onun gözləntili vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də o hal-hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edərək qanunsuz şəkildə aparılmış dövlət qeydiyyatının etibarsız sayılaraq miras əmlkaın əvvəlki vəziyyətinə qaytarılmasına çalışır ki, yalnız bu halda o öz vərəsəlik hüququnu həyata keçirə bilər. Məhkəmə bütün bu hallara düzgün hüquqi qiymət verə bilməyərək onun iddia tələblərini əsassız şəkildə mümkünsüz saymışdır. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı tərəfindən inzibati orqana müvafiq tələblə müraciət edilməsi müəyyən edilmir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 iyun 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, həmin məktub vəkil X5 məlumat xarakterli 11 iyun 2020- ci il tarixli 528 № li məktubuna cavab olaraq yazılmışdır (i/v 9). Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş həmin vəkilin məktubunun məzmununa baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin məktub daşınmaz əmlakın hüquqi rejimi barədə məlumat verilməsi ilə əlaqədardır. Həmin məktubun surəti məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyüa məhkəməsi düzgün olaraq iddianı mümkün saymamış, buna görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı X2 apeyllasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli, 2-1(118)-1631/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-654/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-654/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver