Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-655/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və XN ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-N(NN8)-924/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh N2 sentyabr 2022-ci il tarixli, 4/3-N0N90 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-N882N nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zamanı N nömrəli hərbi hissəyə daxil olmağı və xx.xx.N994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığından iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N994-cü ildə Quba rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılaraq, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi biletinin 7-ci səhifəsinə əsasən o, xx.xx.N994-xx.xx.N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N nömrəli əmri ilə N7-ci maddənin “b” bəndinə əsasən xəstəliyinə görə ordu sıralarından qanuni əsasla tərxis olunmuşdur. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh imtinası əsassızdır. Belə ki, arxiv arayışının 3-cü abzasında N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh.38. sıra NN66) komandirin xx.xx.N994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin siyahısına daxil olmağı və xx.xx.N994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılmağı barədə məlumatın olması qeyd edilmişdir. Həmçinin, hərbi biletinin 4-cü səhifəsində iddiaçının N nömrəli hərbi hissəyə daxil olmağı və çıxarılmağı, 7-ci səhifəsində xx.xx.N994-xx.xx.N994-cü illərdə Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirakı, 3-cü səhifəsində xx.xx.N994-cü il tarixdə ordu sıralarından tərxis olunmağı N nömrəli hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8283 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin N9 yanvar N994-cü il tarixli, N6 nömrəli əmrinə əsasən iddiaçı şəxsi heyətin siyahısına salınaraq bütün növ təchizatlarla təmin edilmiş, həmçinin, N nömrəli hərbi hissə komandirinin N iyun N994-cü il tarixli, N nömrəli əmri ilə N7-ci maddənin “b” bəndinə (xəstəliyə görə) əsasən bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissənin N iyun N994-cü il tarixli, N nömrəli əmri ilə iddiaçının xəstəliyə görə bütün növ təminatlardan və hərbi hissənin siyahısından çıxarılması onun ehtiyata buraxılmasına dəlalət etmir. Çünki, hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı adına tərtib edilmiş hərbi hissə komandirinin bütün əmrlərində ehtiyata buraxılması, qeydiyyata durması üçün hansı SHXÇDX-ya göndərilməsi, məzuniyyətdən istifadə edibetməməsi, pul mükafatlarının verilib verilməməsi barədə müvafiq qeydlər olmalıdır. Əmrdən də göründüyü kimi iddiaçının ehtiyata buraxılması və s. kimi qeydlər öz əksini tapmamışdır. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin 0N iyun N994-cü il tarixli, N29 GM nömrəli əmrindən çıxarışda əmrin tərtib edilməsində əsas kimi Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli, 0226 GM nömrəli əmrindən çıxarışı və Müdafiə nazirinin xx.xx.N994- cü il tarixli, 3/2-2507, 3/4-2529 nömrəli sərəncamları göstərilmişdir. Qeyd edilən zərurətlə əlaqədar Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli 0226 GM nömrəli əmrindən çıxarışın Hüquq İdarəsinə göndərilməsi üçün mərkəzi arxivə sorğu göndərilmiş və mərkəzi arxivdən daxil olan arxiv arayışlarında və sözügedən xx.xx.N994-cü il tarixli 0226 GM nömrəli əmrdə iddiaçının adının aşkar edilmədiyi qeyd edilmişdir. Həmin əmr hərbi qulluqçuların vəzifəyə təyin edilməsi ilə əlaqədar tərtib edilmişdir. Həmçinin, mərkəzi arxivin xx.xx.2023-cü il tarixli, 4/2-380 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin yanvar-aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hospitala göndərilməsi və N nömrəli hərbi hissə komandirinin aprel-may N994-cü il tarixli əsgər heyətinə “pul təminatının ödənilməsi” cədvəllərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışında heç bir məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddiaçının “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-N(NN8)-924/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. (İ.Quliyev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən AR SHXŞDX-nin Quba rayon Şöbəsinə verilmiş sorğuya cavab olaraq təqdim olunan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.N994-cü il tarixdən N nömrəli hərbi hissədə şəxsin heyətin ümumi siyahısına salınmış, bütün təchizatlarla təmin edilmiş, xx.xx.N994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından çıxarılmaqla, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. xx.xx.N994-cü il tarixli əmr əsasında gəlmiş hesab edilməklə, N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezamiyyətə qazan təminatına qoyulmuşdur. Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli, 0226 Gm nömrəli əmri və Müdafiə Nazirliyinin xx.xx.N994-cü il tarixli, 3/2-2507 nömrəli və 3/4-2529 nömrəli sərəncamları əsasında N nömrəli hərbi hissə komandirinin 0N iyun N994-cü il tarixli, N nömrəli əmrilə N7-ci maddənin “b” bəndinə əsasən bütün növ təminatlardan və siyahılardan çıxarılmışdır. Sözügedən sərəncamlar arxivə təhvil verilməsə də, digər arxiv sənədləri həmin sərəncamın mövcudluğunu təsdiq edir. Bununla da, məhkəmə araşdırması əsasında iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis olunmasını əsas götürərək iddianı təmin etmişdir. Hesab edir ki, məhkəmənın qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi rədd edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmişdir) N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N4. Sübut etmə vəzifəsi (-) N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçının 0N iyun N994-cü il tarixdən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasının ona məxsus hərbi biletin qeydləri, arxiv arayışı və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmri ilə təsdiq edilməsi əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İşdə olan iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin 4-cü və 7-ci səhifəsinin qeydlərindən görünür ki, o, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N994-xx.xx.N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N882N nömrəli arxiv arayışından da görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N9 yanvar N994-cü il tarixli, N6 nömrəli əmrilə şəxsin heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, həmin hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli, 93 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N nömrəli hərbi hissədən gəlmiş iddiaçının həmin hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli, N nömrəli əmrilə hərbi hissənin siyahısına daxil olması və N iyun N994-cü il tarixli, N nömrəli əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat vardır. İddiaçı N7-ci maddənin “b” bəndinə əsasən xəstəliyə görə N nömrəli hərbi hissə komandirinin N iyun N994-cü il tarixli, N nömrəli əmrilə şəxsin heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissənin (Tərtər Hospitalının) N994-cü il üzrə N3 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 93-cü səhifəsində olan 3554-cü qeyd əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş NN yanvar 2023cü il tarixli, 7 nömrəli arayışdan, eləcə də həmin hospital tərəfindən Hüquq İdarəsinə ünvanlanmış 27 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə (Tərtər Hospitalında) “isterik mutizm” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi məhkəməyə təqdim edilən iddiaçının hərbi xidmət kartasının surətindən də müəyyən edilir ki, o, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Ağdərə istiqamətində N nömrəli hərbi hissənin tərkibində atıcı kimi xidmət etmiş, xx.xx.N994-cü il tarixdə yaralanmış, Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli, 3/4-2529 nömrəli sərəncamı ilə xx.xx.N994cü il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Eləcə də, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən xx.xx.2022-ci il tarixli, 4/2-8283 nömrəli məktubla Hüquq İdarəsinə ünvanlanmış sənədlərdən görünür ki: - N nömrəli hərbi hissə komandirinin N9 yanvar N994-cü il tarixli, N6 nömrəli nizami hissə üzrə əmrinə əsasən iddiaçı 20 yanvar N994-cü il tarixdən şəxsi heyətin siyahısına salınaraq bütün növ təchizatlarla təmin edilmiş və ona sıravi rütbəsi verilmişdir; - hərbi hissə komandirinin N6 aprel N994-cü il tarixli, 93 nömrəli nizami hissə üzrə əmrinə əsasən hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N7 aprel N994-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından çıxarılıb, bütün növ təchizatlardan məhrum edilmişdir; - N nömrəli hərbi hissə komandirinin N8 aprel N994-cü il tarixli, 9N nömrəli nizami hissə üzrə əmrinə əsasən N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə, ezamiyyətə qazan təminatına daxil edilmişdir; - Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli, 0226 km nömrəli əmri və Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli, 3/2-2507 və 3/4-2529 nömrəli sərəncamları əsasında qəbul edilmiş N nömrəli hərbi hissə komandirinin 0N iyun N994-cü il tarixli, N nömrəli nizami hissə üzrə əmri ilə iddiaçı N7-ci maddənin “b” bəndinə əsasən (xəstəliyə görə) bütün növ təminatlardan və siyahılardan çıxarılmaqla, getmiş hesab edilmişdir; - N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından arxiv çıxarışına əsasən kitabın NN66-cı bəndində adı qeyd edilmiş iddiaçı Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli, 3/4-2529 nömrəli sərəncamı əsasında 0N iyun N994-cü il tarixdən ehtiyata buraxılmışdır. Habelə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun N6 yanvar 2023-cü il tarixli, HPN2/N739 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N994-cü il tarixdən xx.xx.N994cü il tarixədək N nömrəli hərbi hissədə xidməti ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı N9 yanvar N994-cü il tarixdən N6 aprel N994-cü il tarixədək N nömrəli hərbi hissədə, daha sonra xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xidmət dövründə - xx.xx.N994-cü il tarixdə yaralandığından N6-23 may N994-cü il tarixlərində Tərtər Hospitalında müayinə və müalicə olunmuş, müalicə müddəti bitdikdən N gün sonra N nömrəli hərbi hissə komandirinin N iyun N994-cü il tarixli, N nömrəli əmrilə həmin dövrdə qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun N8-ci maddəsinin “v” bəndinin tələbinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, N nömrəli hərbi hissə komandirinin 0N iyun N994-cü il tarixli, N nömrəli nizami hissə üzrə əmrinin qəbul edilməsinə əsas kimi Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli, 0226 GM nömrəli əmri və Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli, 3/2-2507 və 3/4-2529 nömrəli sərəncamları göstərilmiş, lakin tərəflərindən aparılan araşdırma zamanı xx.xx.N994-cü il tarixli, 0226 GM nömrəli əmrdə iddiaçının adının aşkar edilmədiyi, həmin əmrin hərbi qulluqçuların vəzifəyə təyin edilməsi ilə əlaqədar olduğu müəyyən edilmişdir. Kollegiya cavabdehin sözügedən dəlillərinə münasibətdə qeyd edir ki, işdən göründüyü kimi iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına dair N nömrəli hərbi hissə komandirinin N iyun N994-cü il tarixli, N nömrəli əmrinin qəbul edilməsinə əsas kimi Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli, 0226 GM nömrəli əmri və xx.xx.N994-cü il tarixli, 3/2-2507 və 3/4-2529 nömrəli sərəncamlar göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin N4 may N994-cü il tarixli, 0226 GM nömrəli əmrindən görünür ki, doğrudur, həmin əmrin iddiaçıya aidiyyəti olmamaqla, əmr cavabdehin qeyd etdiyi kimi başqa hərbi qulluqçuların vəzifəyə təyin edilməsi ilə əlaqədar qəbul edilmişdir. Lakin, qeyd olunan hal hazırki halda iddiaçının ziyanına şərh oluna bilməz. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməyə dair hərbi biletdəki qeydlərlə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Hazırki halda, işin yuxarıda sadalanan xüsusatlarından iddiaçının N və N nömrəli hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməklə, hərbi xidmət etməsi, xidmət dövründə yaralanması və bununla əlaqədar N nömrəli hərbi hissə komandirinin N iyun N994-cü il tarixli, N nömrəli əmrilə həmin tarixdən xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələbinə müvafiq olaraq hərbi biletin qeydləri, N və N nömrəli hərbi hissələrin nizami hissə üzrə əmrləri, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin arxiv arayışları, o cümlədən, əlavə olaraq N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından çıxarışlar, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının arayışı və iddiaçının hərbi xidmət kartasının qeydləri ilə də təsdiq edilir. Həmçinin, işdən görünür ki, N iyun N994-cü il tarixli, N nömrəli əmrin qəbul edilməsinə əsas kimi qeyd edilən Müdafiə Nazirliyinin xx.xx.N994-cü il tarixli, 3/2-2507 və 3/4-2529 nömrəli sərəncamları Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, ehtiyata buraxılma əmrinin qəbul edilməsinə əsas kimi göstərilən sərəncamların arxivə daxil edilməməsi də iddiaçının təqsiri olmamaqla, qeyd olunan hal sözügedən əmrin mötəbərliyini şübhə altına almağa əsas vermir. Digər tərəfdən, cavabdeh dəlillərində N nömrəli hərbi hissə komandirinin qeyd edilən N iyun N994-cü il tarixli, N nömrəli əmrini ehtiyata buraxılma əmri kimi qiymətləndirməmiş, bu baxımdan, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmadığını hesab etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.N-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Həmin Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. Yəni, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. Hazırki halda, sözügedən əmr inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində hərbi hissə komandiri tərəfindən qəbul edilmiş, hakimiyyət tədbiri kimi publik hüquq müstəvisində iddiaçının xidmətdən ehtiyata buraxılmasına dair fərdi hüquqi tənzimləməni həyata keçirmişdir. Odur ki, N nömrəli hərbi hissə komandirinin N iyun N994-cü il tarixli, N nömrəli əmri inzibati aktın bütün xüsusiyyətlərinə malik olduğundan inzibati akt kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində qeyd edilir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Həmin Qanunun N3.N-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırki halda iddiaçı etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında hərbi xidmətdən ehtiyata buraxıldığından cavabdehin xidmətdən qanuni əsaslarla tərxis olunmaması halına istinadən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun N3-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edildiyindən cavabdehin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2-N(NN8)-924/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-655/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-655/2023
29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver