Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-657/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi və Sumqayıt Şəhər bələdiyyəsinə qarşı “yaşayış binasında qanunsuz fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması, torpaq sahəsinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(118)- 2129/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt Şəhər bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Dostluq (indi H.Əliyev) və Sülh küçələrinin kəsişməsində, 36-cı məhəllə, köhnə avtovağzal ərazisində təmsilçisi olduğu “X1” MMC tərəfindən inşa edilmiş yaşayış binaları və Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospektində tərəfindən inşa edilmiş yaşayış binalarında qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması öhdəliyinin Sumqayıt şəhər icra Hakimiyyəti, o cümlədən Memarlıq və Şəhərsalma İdarəsinin üzərinə qoyulmasını, Sumqayıt şəhəri Dostluq (indi H.Əliyev) və Sülh küçələrinin kəsişməsi, 36-cı məhəllə, köhnə avtovağzal ünvanında yerləşən 9000 kv.m torpaq sahəsi və Sumqayıt şəhər 10-cu mikrorayon, Babək prospekti ünvanında yerləşən 1,7 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini və məhkəmə araşdırılmasında ƏN PX Bakı İstintaq Təcridxanasında “Elektron məhkəmə” informasiya sistemi ilə videokonfrans əlaqə sistemi vasitəsilə iştirakının təmin edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyəti hündür mərtəbəli yaşayış binaların inşa edilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı Şakir Hüseynov adlı şəxslə tikinti podrat müqaviləsi bağlayaraq ona hündürmərtəbəli çoxmənzilli yaşayış binaları tikmək üçün Sumqayıt şəhəri Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli qərarı ilə 36-cı məhəllə, köhnə avtovağzalın yeri, Dostluq (indi H.Əliyev) və Sülh küçələrinin kəsişməsi ünvanında 9000 kv.m torpaq sahəsi və 18 mart 2005-ci il tarixli qərarı ilə 10-cu mikrorayon, Babək prospekti ünvanında ayrılmış 17000 kv.m torpaq sahəsində yaşayış binalarını tikməyi öhdəsinə götürən “Qarabağ” Sudan istifadə edənlər assosiasiyasına rəhbərlik edərək 4 ədəd 17 mərtəbəli və 3 girişli 12 mərtəbəli binaların inşasına başlanılmışdır. Fövqalədə Hallar Nazirliyinin Ş.Hüseynova qarşı Sumqayıt şəhərində tikilməkdə olan yaşayış binasının sökülməsi barədə iddiası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təmin edilmişdir. Daha sonra Ş.Hüseynova və digər 3 nəfərə qarşı cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilmiş, bu səbəbdən də, Bakı və Sumqayıt şəhərlərində, eləcə də direktoru olduğu “Qarabağ” SİEA-nın istifadəsində və mülkiyyətində olan Sumqayıt şəhəri üzrə hər iki ünvanda yaşayış binalarının inşası dayandırılmışdır. Daha sonra iddiaçı barəsində də cinayət işi açılaraq həbs edilmişdir. Sonradan Ş.Hüseynovun və onun barəsində açılmış cinayət işinin nəticəsi olaraq onlara məhkəmənin hökmü ilə müxtəlif cəzalar verilmiş və yaşayış binalarının inşasının davam etdirilərək vətəndaşlara təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Bir müddət sonra Ş.Hüseynov cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş Ş.Hüseynovun adına torpaq sahəsinin ayrılmasına dair xx.xx.2004-cü il tarixli qərar ləğv edilmiş və binaların sökülməsi haqqında qətnamə qəbul edilmişdir. Bundan sonra iddiaçı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edir ki, Ş.Hüseynovun yaxın qohumları olan qardaşı Vidadi Hüseynov, oğlu Tural Hüseynov, bacısının oğlu Elmar Bayramov və digər qohumları iddiaçının təmsilçisi olduğu “X1” MMC-nin sahibliyində, istifadəsində və mülkiyyətində olan Sumqayıt şəhərindəki ünvanlarda yerləşən hündürmərtəbəli yaşayış binalarında qanunsuz olaraq fəaliyyət göstərirlər. Hesab edir ki, həmin binalarda qanunsuz fəaliyyət göstərən şəxslərin fəaliyyəti dayandırılmalıdır. Bundan başqa, təmsilçisi olduğu “X1” MMC tərəfindən Sumqayıt şəhərində inşa edilmiş yaşayış binalarının altında olan torpaq sahəsinin Ş.Hüseynova ayrılması barədə Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli, 117 saylı qərarı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə ləğv edildiyi üçün həmin 9000 kv.m torpaq sahəsi və Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospekti ünvanında yerləşən 1,7 ha torpaq sahəsi MMC-nin adına rəsmiləşdirilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(118)-2129/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, iddia tələbində qeyd etdiyi məsələlərlə bağlı inzibati orqanlara müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırıldıqdan sonra məlum olmuşdur ki, iddia tələbinin birinci hissəsi, yəni inşası dayandırılmış binalarda kənar şəxslərin fəaliyyətinin dayandırılması rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinə aid deyil. Belə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” də yerli icra hakimiyyətlərinin üzərinə başqa şəxslərin mülkiyyətində və ya sahibliyində olan əmlaklarda qanunsuz fəaliyyət göstərən şəxslərə məhdudiyyət qoyulması səlahiyyəti mövcud deyil. Hesab olunur ki, qeyd olunan tələb ilə bağlı qanunsuz fəaliyyətin növündən asılı olaraq nəzarət funksiyasına malik olan qurumlara müraciət olunmalıdır. İddia tələbinin Sumqayıt Bələdiyyəsinin üzərinə torpaq sahələri ilə bağlı “X1” MMC ilə bələdiyyə arasında müqavilənin rəsmiləşdirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Sumqayıt bələdiyyəsi diskression səlahiyyətlərindən istifadə edərək mülkiyyətində olan torpaq sahəsinin vətəndaşlara ayrılmasında sərbəstdir və məhkəmə tərəfindən inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə edilməsi yolverilməzdir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyin tələbləri baxımından torpaq sahələri hüquqi şəxslərə yalnız hərrac vasitəsi ilə ayrıla bilər. Yəni mübahisə predmeti olan torpaq sahəsi Sumqayıt bələdiyyəsinin birbaşa qərarı əsasında hər hansı bir hüquqi şəxsə ayrıla bilməz. İnzibati icraat çərçivəsində müxtəlif təşkilatlara qarşı müxtəlif tələblərin bir iddia tələbində verilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulması ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyü şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1) Sumqayıt şəhəri Dostluq (indi H.Əliyev) və Sülh küçələrinin kəsişməsində, 36-cı məhəllə, köhnə avtovağzal ərazisində və 10-cu mikrorayon, Babək prospektində təmsilçisi olduğu “X1” MMC tərəfindən inşa edilmiş yaşayış binalarında qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılmasının Sumqayıt şəhər icra Hakimiyyəti və Memarlıq və Şəhərsalma İdarəsinin üzərinə öhdəlik olaraq qoyulması; 2) Sumqayıt şəhəri Dostluq və Sülh küçələrinin kəsişməsi, 36-cı məhəllə, köhnə avtovağzalın yeri ünvanında inşa edilmiş yaşayış binalarının altında olan 9000 kv.m və 10cu mikrorayon, Babək prospekti ünvanında yerləşən 17000 kv.m torpaq sahəsinin MMCnin adına rəsmiləşdirilməsinin Sumqayıt bələdiyyəsinə həvalə edilməsi. Məhkəmə kollegiyası iddiaçının 1-ci tələbinə münasibətdə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Kollegiya qeyd edir ki, yaşayış binalarında fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinə aid deyil. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” də yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə yaşayış binalarında fəaliyyət göstərən şəxslərin fəaliyyətinin dayandırılması ilə bağlı səlahiyyətləri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə irəli sürülən tələb cavabdeh İcra Hakimiyyətinin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmamış, xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənmir. Belə ki, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr). İddiaçıya həmin tələblə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Kollegiya iddiaçının 2-ci, yəni torpaq sahələrinin təmsilçisi olduğu “X1” MMC-nin adına rəsmiləşdirilməsi tələbinə münasibətdə isə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 10.2-ci bəndinə əsasən tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. İddia ərizəsindən isə göründüyü kimi iddiaçı ayrı-ayrı orqanlara qarşı bir-birindən asılı olmayan müxtəlif tələblər irəli sürmüşdür. Bundan başqa, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı torpaq sahələrinin “X1” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iddianı MMC adından deyil, öz adından qaldırmış, bundan əlavə MMC-nin adından qeyd edilən məsələ ilə bağlı cavabdeh inzibati orqana (Bələdiyyə) müraciət etməmişdir. Bu isə qaldırılan iddianı mümkünsüz edir. Beləliklə, qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgündür. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(118)-2129/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6
Məhkəmə qərarları › İş №2-1(105)-657/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-657/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver