Məhkəmə qərarları › İş №2-1(105)-657/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-657/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-657/2024 05.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər X2 və X3 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 21 fevral 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(118)-1095/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış 17 mart 2023-cü il tarixli məktubu ilə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa gorə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa gorə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də muvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən əmək kitabçasına və hərbi biletin surətinə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 8 ay 8 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 1 ay 8 gün sığorta stajına uyğun olaraq 13.990,16 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 3.538,28 manat olmaqla, ümumilikdə 17.528,44 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı imtina ilə razılaşmayıb, Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “ona 21 fevral 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-cı ildə doğulmuş, hazırda Sumqayıt şəhəri, 10-cu mikrorayon, 60 nömrəli, 25 nömrəli mənziilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, 14 avqust 1976-cı ildə ünvan 1ək fəaliyyətinə başlamış, 23 mart 1977-ci ildə köçürmə ilə "xxxx" Firmasının Respublika Topdansatış-Pərakəndə Birliyinə işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir.23 mart 1977-ci ildə köçürmə yolu ilə "xxxx" Firmasının Respublika Topdansatış-Pərakəndə Birliyində fəhlə işinə qəbul edilmiş, 24 1977-ci ildə öz xahişi ilə həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəssinə əsasən işdən azad edilmişdir. 05 iyul 1977-ci İdə Sumqayıt ticarət idarəsində 158 saylı zal üzrə nəzarətçi işinə qəbul edilmiş, 10 may 1978-ci ildə həqiqi hərbi xidn cağrılıması ilə əlaqədar işdən azad edilmişdir. 04 may 1978-ci ildən 05 may 1980-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 04 iyun 1980-cı ildə Sumqayıt sənaye ticarəti idarəsinin 15 saylı mağazasında kici satıcı vəzifəsinə işə qəbuı edilmişdir. 18 mart 1982-ci ildə həmin mağazada satıcı vəzifəsinə keçirilmişdir. 07 yanvar 1983-cü ildə 25 saylı mağazada həmin vəzifəyə keçirilmişdir. 28 mart 1983-cü ildə təsərrüfat ambarına ambardar vəzifəsinə keçirilmişdir. 17 sentyabr 1985-ci ildə 1 saylı sənaye malları ambarına ekspeditor vəzifəsinə keçirilmişdir. 02 dekabr 1991-ci ildə həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə vəzifəsindən a edilmişdir. 02 dekabr 1991-ci ildə “Termoplast” kiçi müəssisəində ambardar vəzifəsinə işə qəbul edilmişdir. 28 noyabr 1995-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) anbar müdiri vəzifəsindən azad edilmişdir. 01 dekabr 1995-ci ildə “Emil-87” firmasında ambar müdiri vəzifəsinə işə qəbul edilmişdir. 28 noyabr 2003-cü ildə ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə əsasən (öz xahişi ilə) ambar müdiri vəzifəsindən a edilmişdir. 06 mart 2020-ci ildə "xxxx" Firmasında təchizatçı vəzifəsinə işə qəbul edilmişdir. 08 sentyabr 2020-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) təchizatçı vəzifəsindən azad edilmişdir. 09 sentyabr 2020-ci ildə “Çinarlı-2020" Firmasında təchizatçı vəzifəsinə işə qəbul edilmişdir. Hazırda həmin vəzifədə işləyir. İddiaçı 21 fevral 2023-cü ildə 65 yaşının tamam olması ilə əlaqədar ərizə ilə müraciət edərək ona yaşa görə ər pensiyası təyin edilməsini xahiş etmişdir. Onun ərizəsi DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 17 mart 2023-cü il tarixli 3-17-1 58110/2023 saylı imtina məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, işin faktiki hallarına əsasən iddiaçı ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının müraciətinə uyğun olaraq cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə uyğun olaraq inzibati icraat aparılmışdır, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçası və hərbi biletin surətinə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil olmaqla) 17 il 8 ay 8 gün təşkil edir. İddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.İş materiallarına əlavə olunmuş AZE******** seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, hal-hazırda 65 yaşı vardır. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/2-T- 58110/2023 nömrəli cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 1 ay 8 gün sığorta stajına uyğun olaraq 13.990,16 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3.538,28 manat olmaqla, ümumilikdə 17.528,44 manat təşkil etmişdir ki, bu məbləğ onun pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olmuşdur. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3cü maddəsinə uyğun olaraq xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Belə ki, xx.xx.1991-ci il tarixdən xx.xx.2003- cü il tarixədək olan dövrlərə aid qeydlər eyni qələm və eyni xətt ilə möhür vurulanandan sonra yazılmışdır.Bu səbəbdən sözügedən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı adına aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu və buna görə də o, əmək qabiliyyətli şəxs hesab edildiyi üçün ona yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.Mərkəzi Filialın iddiaçının etibarnamə üzrə nümayəndəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-188732/2023 nömrəli məktuba əsasən onun sığorta stajının 18 il 2 ay 8 gün olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 15 il 1 ay 18 gün sığorta stajına uyğun olaraq 14015,88 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4293,48 manat olmaqla, ümumilikdə 18309, 36 manat təşkil etmişdir ki, bu məbləğ də qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. Həmçinin sözügedən məktubda bildirilmişdir ki, xx.xx.1995-ci il tarixli işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq olunmuşdur.İddiaçının əmək kitabçasının Azərbaycanda latın grafikalı əlifbanın rəsmi olaraq tətbiq edilmədiyi dövrdə “latın qrafikalı” əlifba ilə yazılması sözügedən əmək kitabçasının sonradan doldurulmasına dəlalət edir.Eyni zamanda Fondun Abşeron-Xızı regional filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Termoplast” kiçik müəssisəsinin və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Emil-87” firmasının faktiki və hüquqi ünvanlan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Beləliklə, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(118)-1095/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 65 yaşının tamam olduğu 21 fevral 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir (hakim C.Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın gətirdiyi arqument məhkəmə tərəfindən araşdırılmışdır. Belə ki, “Emil 87” firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 02 nömrəli arayışına əsasən iddiaçı 1995-2003-cü illər üzrə həmin müəssisədə anbar müdiri vəzifəsinə işə qəbul edilmiş və əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, qeyd edilən dövrlər üzrə əmək haqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Həmçinin iddiaçının xx.xx.2020-ci ildən hal-hazıradək aktiv əmək fəaliyyəti ilə məşğul olması həmin illərin də qanunvericiliyə əsasən onun sosial sığorta stajına daxil edilməlidir. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildən çox sosial sığorta staja malik olması müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçası və arxiv arayışında qeyd mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 65 yaşı xx.xx.2023-cü ildə tamam olmuş olur. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş AZE1793826 nömrəli seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; azı 25 il sosial sığorta stajı olduqda. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 02 ay 08 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 15 il 01 ay 18 gün sığorta stajına uyğun olaraq 14015,88 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4293,48 manat olmaqla, ümumilikdə 18309,36 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən 28.11,2003-cü il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il tarixli işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq olunduğu və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün işə daxil olma və işdən azad olma qeydləri eyni xətt və eyni qələmlə möhür vuruduqdan sonra yazıldığı üçün) və eyni zamanda Fondun Abşeron-Xızı regional filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Termoplast” kiçik müəssisəsinin və xx.xx.1995-ci il tarixdən xx.xx.2003cü il tarixədək “Emil-87” firmasının faktiki və hüquqi ünvanları məlum olmadığı üçün həmin dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsində əmək pensiyasının anlayışı qeyd olunmuşdur. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Qeyd olunan qanunvericilik normalarına əsasən iddiaçının həmin müəssisələrdə işləməsi və əməkhaqqı almasının dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən müvafiq olaraq sorğular ünvanlanmışdır. Azərbycan Respubikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Termoplast” kiçik müəssisəsinin və “Emil-87” firmasının arxiv sənədləri dövlət arxivinə və filiallarına mühafizə üçün təhvil verilməmişdir. X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Termoplast” kiçik müəssisəsi barədə xidmətdə hər hansı məlumat yoxdur. Həmçinin iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasında qeyd olunan xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövrdə əmək kitabçasının doldurulma qaydasına riayət edilməmişdir (eyni xətt və eyni qələmlə yazılma). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın (bundan sonra - Qayda) 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Qaydaların 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-ci bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 1095/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olur ki, iddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetə apellyasiya şikayətinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(118)-1095/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətinə və məlumatlara əsasən iddiaçının sığorta stajı 18 il 02 ay 08 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 15 il 01 ay 18 gün sığorta stajına uyğun olaraq 14015,88 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il tarixədək 4293,48 manat olmaqla, ümumilikdə ə 17.528,44 manat təşkil etmişdir ki, bu məbləğ onun pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olmuşdur. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3-cü maddəsinə uyğun olaraq xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Belə ki, xx.xx.1991-ci il tarixdən xx.xx.2003- cü il tarixədək olan dövrlərə aid qeydlər eyni qələm və eyni xətt ilə möhür vurulanandan sonra yazılmışdır.Bu səbəbdən sözügedən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Eyni zamanda Fondun Abşeron-Xızı regional filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Termoplast” kiçik müəssisəsinin və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Emil-87” firmasının faktiki və hüquqi ünvanlan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Beləliklə, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiyası məhkəməsi işin hallarını hərtərəfli, obyektiv və tam araşdıraraq, materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək haqlı olaraq belə qərara gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması şəxsə yaşa görə əmək pensiyası hüququ vermiş olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müxtəlif illərdə, yəni 1976-cı ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Tələbin mübahisə edilən hissəsi iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1995- ci il tarixədək “Termoplast” kiçik müəssisəsinin və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Emil-87” firmasında işlədiyi müddətin onun sosial sığorta stajına hesablanmamasıdır. Cavabdeh təşkilatın bildirdiyinə görə həmin dövrlərə dair arxiv arayışının olmaması və həmin dövrlərin əmək kitabçasının doldurulmasında şübhəli məqamların olması səbəbindən sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür. Cavabdeh təşkilatın gətirdiyi arqument məhkəmə tərəfindən araşdırılmışdır. Belə ki “Emil 87” firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 02 nömrəli arayışına əsasən iddiaçı 1995-2003-cü illər üzrə həmin müəssisədə anbar müdiri vəzifəsinə işə qəbul edilmiş və əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, qeyd edilən dövrlər üzrə əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə deyilsə cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Həmçinin, iddiaçının xx.xx.2020-ci ildən halhazıradək aktiv əmək fəaliyyəti ilə məşğul olması həmin illərin də qanunvericiliyə əsasən onun sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildən çox sosial sığorta staja malik olması müəyyən olunur. Qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayətində qeyd etdikləri bu baxımdan əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı tam əsaslı və qanunidir. Məhkəmə haqlı olaraq iddianın təmin olunmasına dair obyektiv, qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə etdilər və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1-ci bənd. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; (-).

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının iddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinanın əsasını iddiaçının qanunla tələb olunan 25 il sosial sığorta stajından az staja malik olması, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması halı ilə əsaslandırmışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 02 ay 08 gün təşkil edir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin olması zəruridir: 1) qanunla müəyyən edilmiş pensiya yaş həddinə çatmaq 2) azı 25 il sosial sığorta stajına malik olmaq və ya pensiya təminatına imkan verən həcmdə pensiya kapitalının qeydə alınması. İddiaçı hesab edir ki, onun 25 ildən artıq sosial sığorta stajı olduğuna və qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatdığına görə, ona yaşa görə əmək pensiya təyin edilməlidir. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, pensiya yaş həddinə xx.xx.2023-cü il tarixdə çatmışdır. Bu işin mübahisə olunmayan halıdır. Eyni zamanda işin mübahisəsiz hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmət müddətini nəzərə almaqla 18 il 02 ay 08 gün sosial sığorta stajına malik olduğunu qəbul edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Termoplast” kiçik müəssisəsinin və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Emil-87” firmasında işlədiyi müddətin onun sosial sığorta stajına hesablanmaması, eləcə də həmin dövrlərə dair arxiv arayışının olmaması və həmin dövrlərin əmək kitabçasının doldurulmasında şübhəli məqamların olmasıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmış və məhkəmənin qərarında haqlı olaraq qeyd edilmişdir ki, “Emil 87” firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 02 nömrəli arayışına əsasən iddiaçı 1995-2003-cü illər üzrə həmin müəssisədə anbar müdiri vəzifəsinə işə qəbul edilmiş və əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edilən dövrlər üzrə əmək haqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Həmçinin iddiaçının xx.xx.2020-ci ildən hal-hazıradək aktiv əmək fəaliyyəti ilə məşğul olması həmin illərin də qanunvericiliyə əsasən onun sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildən çox sosial sığorta stajına malik olması müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə araşdırması zamanı əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respunlikası Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd edir ki, “İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən 28.11,2003-cü il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il tarixli işdən çıxma əmri kiril əlifbası ilə yazılmış möhürlə təsdiq olunduğu və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün işə daxil olma və işdən azad olma qeydləri eyni xətt və eyni qələmlə möhür vuruduqdan sonra yazıldığı üçün) və eyni zamanda Fondun Abşeron-Xızı regional filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Termoplast” kiçik müəssisəsinin və xx.xx.1995-ci il tarixdən xx.xx.2003- cü il tarixədək “Emil-87” firmasının faktiki və hüquqi ünvanları məlum olmadığı üçün həmin dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın qeyd etdiyi dəlillər mübahisə olunan sənədin mötəbər olmaması kimi qiymətləndirilməsi üçün əsaslar sayıla bilməz. Eyni zamanda iş materillarından görsənir ki, cavabdeh inzibati orqanın özünün araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən müəssisələr aktiv fəaliyyəti olan müəssisələrdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında bildirmişdir ki, həmin müəssisələrin təsiscisi onun qardaşı olmuşdur, o həmin iş yerlərində qardaşının yanında işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddiaçının əmək kitabçası və arxiv arayışında qeyd edilən mübahisələndirilən müddətlər hesablanıb iddiaçının sosial sığorta stajına daxil edilməlidir. İddiaçının 18 il 02 ay 08 gün sosial sığorta stajına malik olması və pensiya yaşına çatması işin mübahisə olunmayan halıdır. Mübahisə olunun dövrlər nəzərə alınanda isə iddiaçının 25 ildən artıq sosial sığrta stajının olması müəyyən edilir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(118)-1095/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar