Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-66/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X19 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə X6 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(118)- 304/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X19 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokolu ilə Abşeron rayonu, Mehdiabad kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi X8 ayrılmışdır. X10 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun oğlu, hazırkı iş üzrə İddiaçı müraciəti əsasında Abşeron rayon 2 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. 3. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin sədri və Abşeron rayon icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin yerquruluşu planından çıxarışda ayrılmış 0.08 ha torpaq sahəsinin yerləşmə yeri və koordinatları göstərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina bildirişində göstərilmişdir ki, sözügedən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0,08 ha torpaq sahəsi üzərində müvafiq bələdiyyədən mülkiyyət hüququ rəsmiləşdirilmədən əldə edilməsi aşkar edilmişdir. X13 Komissiyasının qərarı ilə ona artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi daş hasarla 2 hissəyə bölünmüşdur. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin şimal-şərq sərhəddindən yüksək gərginlikli elektrik xətti keçir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi ümumilikdə 0.089 ha təşkil edir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi sxemdə göstərilmişdir. AİK-nın 11 iyun 1999-cu il tarixli 19 №-li Qərarı ilə X8 verilmiş 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından sualın cavablandırılması mümkün olmamışdır. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi JN-1436 saylı Dövlət Aktının koordinatları ilə üst-üstə düşmür.Elektron məlumat bazasına əsasən JN-1436A saylı Dövlət aktı **********95 reyestr nömrəli çıxarışla, JN-1436 saylı Dövlət aktı **********96 reyestr nömrəli çıxarışlarla özgəniləşdirilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi JN-646F saylı şəhadətnamə ilə üst-üstə düşmür. Elektron məlumat bazasına əsasən JN-646F saylı Şəhadətnamə **********65-10301 reyestr nömrəli çıxarışla özgəniləşdirilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi **********65-10301 reyestr nömrəli çıxarışla üst-üstə düşmür. Məhkəmə tərəfindən qeydiyyat vəsiqəsi təqdim edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtina bildirişinin qanunsuz və əsasız sayılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X6 mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X19 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X6 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası uzun müddət Abşeron rayon üzüm istehsalı və emalı müəssisəsində işləmişdir. Ona görə də X2na Abşeron rayon X17 komissiyasının 17 yanvar 1998-ci il tarixli 10/AK-l nömrəli protokolu ilə təsdiq olunaraq 386 saylı aktla əmlakdan pay ayrılmışdır. Sonra həmin akta və Abşeron rayon üzüm istehsalı və X15 Aqrar İslahat komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokola əsasən Abşeron rayon Mehdiabad qəsəbəsində 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin Abşeron rayonu Mehdiabad bələdiyyəsinin yerquruluşu planından çıxarışı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri və Abşeron rayon Mehdiabad Bələdiyyəsinin sədri tərəfindən imzalanaraq möhürlə təsdiqlənərək atasına təqdim olunmuşdur. X2 vəfat etdikdən sonra iddiaçı qanuna müvafiq olaraq vərəsəlik işi açdırmış və atasının əmlakı, o cümlədən qeyd olunan torpaq sahəsi vərəsəlik üzrə ona keçmişdir. Həmin torpaq sahəsini adına dövlət qeydiyyatında rəsmiləşdirmək üçün cavabdehə müraciət etmiş, lakin müraciəti müsbət həll olunmamışdır. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə dair yazılı etirazında imtina bildirişinin məzmununa istinad etmiş, əlavə olaraq göstərmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X10 və digərlərinə 0,95 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında “Torpağa mülkiyyət hüququna dair” JN1436, KOD 30800027 saylı Dövlət aktı tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(118)-304/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X19 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə X6 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim Ceyhun Məmmədov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbləri baxımından yalnız kolxoz və sovxozların torpaqlarının özəlləşdirilməsi zamanı vətəndaşlar tərəfindən torpaqların alınması üçün məhdudiyyət mövcuddur. Başqa sözlə, həyətyanı torpaq sahələrinin ayrılmasına dair qeyd olunan məhdudiyyət mövcud deyil. İş materiallarında isə müəyyən olunur ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə X8 və onun ailə üzvlərinə ayrılmış 0.11 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi ayrılmışdır. Ona görə də cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi digər arqumentlə bağlı məhkəmə qeyd etmişdir ki, ayrılmış torpaq sahəsinin bələdiyyə torpaqlarına heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçının sahibliyində olan hər iki torpaq sahəsi bələdiyyələr təsis olana qədər iddiaçının sahibliyinə verilmiş və həmin torpaq sahələrinin üzərində hansı əsasla bələdiyyənin mülkiyyətinin rəsmiləşdirilməli olması cavabdeh təşkilat tərəfindən əsaslandırılmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, sözügedən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0,08 ha torpaq sahəsi üzərində iddiaçı tərəfindən müvafiq bələdiyyədən mülkiyyət hüququ rəsmiləşdirilmədən əldə etdiyi aşkar edilmişdir. X13 Komissiyasının qərarı ilə iddiaçıya artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 nömrəli qərarı ilə X10 və digərlərinə 0,95 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında Torpağa Mülkiyyət Hüququna dair JN-1436, KOD 30800027 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinin paylı mülkiyyət hüququ **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Aparılan araşdırma zamanı Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 saylı qərarı əsasında X8, İddiaçı və digər 4 nəfər ailə üzvlərinə 0,11 ha torpaq sahəsi ayrılması barədə JN-646F, KOD30800027 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edildiyi aşkar olunmuşdur. Bundan sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və evə dair qeydiyyat vəsiqəsi və texniki pasport (mart 1993-cü il tarixli) tərtib edilmişdir. Həmin şəhadətnamə və qeydiyyat vəsiqəsi əsasında X6 mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsinə etiraza uyğun əsaslandirmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2- 1(105)-14/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(118)-304/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(102)-1277/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(105)-14/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X19 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında öz izahatında Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X19 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ....2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları
1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Maddə 14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Maddə 9. Sovxozların və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydaları Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmitədqiqat və tədris müəssisələrinin ,təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Maddə 11. Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası X17 Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(102)-1277/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(105)-14/2023 nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən əmlak payları və onların yerləşdiyi bələdiyyə mülkiyyətinə aid olunan 0,08 ha torpaq sahəsi üzərində müvafiq bələdiyyədən mülkiyyət hüququ rəsmiləşdirilmədən əldə edilməsi aşkar edilmiş, X13 Komissiyasının qərarı ilə ona artıq bir dəfə ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi X14 və X15 Aqrar İslahat Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 №li qərarına əsasən müəssisənin əmlak payçısı X8 əmlak payı olaraq verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, həmin əmlakın verilməsi barədə akt tərtib edilmişdir. Sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmiş, həmin çıxarış müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi, bələdiyyə tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0912 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus olmuş, bu hüquq dövlət qeydiyyatına alınmışdır. Həmin evə dair 2010-cu il tarixdə tərtib edilmiş texniki pasportun məzmunundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,11 ha, faktiki 0,09126 olmuşdur. Qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququ Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 08/08 №li 29 yanvar 1988-ci il tarixli qərarı əsasında X6 adına qeydə alınmışdır. Həmin evə dair 1993-cü il tarixdə tərtib edilmiş texniki pasportun məzmunundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü faktiki ölçüsü 0,11 ha olmuşdur. İş materiallarında olan JN-646F Torpağın mülkiyyətə verilməsinə dair Şəhdətnamənin məzmunundan görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 saylı qərarı ilə X10 və onun 5 nəfər ailə üzvinə 0,11 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan arxiv çıxarışının məzmunundan görünür ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 21 saylı Qərarına əsasən X14 və emalı müəssisəsində aparılacaq torpaq islahatına dair yerquuruluşu layihələrin təsdiq edilməsi, islahata uyğun olaraq hazırlanacaq Torpağa mülkiyyət hüququna aid Dövlət aktlarının qeydə alınması və subyektlərə paylanmasının qısa müddətdə təmin edilməsi qeyd edilmiş, pay almaq hüququ olan vətəndaşların siyahısında X10 və 6 nəfər ailə üzvi, torpaq sahəsini ölçüsü 0,11 ha kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, müvafiq çıxarışda torpaq sahəsinin ölçüsünün 0,11 ha deyil, 0,0912 ha qeyd edilməsinə səbəb İddiaçı təqdim etdiyi azalmaya dair ərizə olmuşdur. İş materiallarında olan JN-1436 KOD 30800027 Torpağa mülkiyyət hüququna dair Dövlət aktının məzmunundan görünür ki, X10 və onun 6 nəfər ailə üvzinə Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə 0,95 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddia tələbində qeyd edilmiş 0,08 ha torpaq sahəsi naturada mövcuddur, iddiaçının faktiki istifadəsindədir, JN-1436 saylı Dövlət Aktı nın koordinatları və JN- 646F aylı Şəhadətnamənin koordinatları ilə üst-üstə düşmür, habelə **********65-10301 reyestr nömrəli çıxarışla (0,0912 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair) üst-üstə düşmür. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müyainə edilərək, əmlakın texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi sənəd üzrə 0,08 ha, faktiki 0,0814 ha ölçüdədir, naturada mövcuddur, bir tərəf yol, 3 tərəf qonşu ilə sərhəddir, fərdi yaşayış evi yerləşir, torpaq sahəsi daş hasar daxilində yerləşir, yerquruluşu planında əks olunmuş koordinatlara uyğundur. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki,müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında mərhum şəxs və onun ailə üvzlərinin adına 0,11 ha və 0,95 ha torpaq sahəsi ayrılmış, hər iki torpaq sahəsinə dair mülkiyyət hüququ ayr-ayrılıqda qeydə alınaraq, çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum şəxsin adına ayrılmış 0,11 ha torpaq sahəsi məhz Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 08/08 №li 29 yanvar 1988-ci il tarixli qərarı əsasında X6 adına qeydiyyat vəsiqəsi verilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi olmaqla, onun sahəsinin ölçüsünün 0,0912 ha qeyd edilməsinə səbəb mərhum şəxsin oğlu tərəfindən azalmaya dair yazılı ərizə təqdim edilməsi səbəb olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının iddia tələbində qeyd etdiyi 0,08 ha torpaq sahəsi mərhum şəxsin adına ayrılmış və hazırda ayrıayrı çıxarışlarla rəsmiləşdirilmiş 0,11 ha və 0,95 ha torpaq sahələrinə aid olmamaqla, başqa ərazidə yerləşir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, qeyd edilən torpaq sahəsi X14 və emalı müəssisəsində torpaq islahatının aparılması zamanı tərtib edilmiş Dövlət aktları əsasında deyil, məhz həmin müəssisənin əmlak payçısı olaraq mərhum şəxsə verilmişdir. Başqa sözlə desək, qeyd edilən torpaq sahəsi mərhum şəxsə sovxozun özəlləşdirilən torpaq sahəsindən pay almaq hüququ olan şəxs kimi deyil, həmin müəssisənin əmlakının bölüşüdürməsi qaydasında müəssisədə malik olduğu əmlak payının əvəzi olaraq ona verilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən hər bir subyekt sovxozun özəlləşdirilən torpaq sahəsindən yalnız bir dəfə torpaq payı ala bilər. Göründüyü kimi, yalnız bir dəfə pay almaqla bağlı şərt məhz sovxozun özəlləşdirilən torpaq sahəsi ilə bağlı nəzərdə tutulmuş, sovxozun əmlakının özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmamışdır. İndiki halda isə sözügedən torpaq sahəsi mərhum şəxsə müəssisənin əmlakının özəlləşdirilməsi qaydasında müəssisədə malik olduğu əmlak payının əvəzi olaraq verildiyindən, həmin normanın təsiri altına düşmür. Göründüyü kimi, mərhum şəxsə verilmiş 0,08 ha torpaq sahəsi 0,11 və 0,95 ha torpaq sahələrinə aid olmamış, habelə pay torpağı kimi deyil, müəssədə malik odluğu əmlak payının əvəzi olaraq əldə etmiş, buna dair arxiv sənədləri mövcud olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əmlakın özəlləşdirilməsi qaydasında pay almaq hüququ olan şəxslərə əmlak payı onların xüsusi mülkiyyətinə verilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüququ yaranmışdır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki,cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması halına istinad etsə də, həmin hal iş materialları əsasında təkzib olunmuşdur. Belə ki, sözügedən torpaq sahəsi mərhum şəxsin adına ayrıldığı vaxt bələdiyyələr yaradılmamış, fəaliyyət göstərməmişdir. Bundan əlavə, müvafiq bələdiyyə tərəfindən məhkəməyə ünvanlanmış məktubun məzmunundan görünür ki, X14 və emalı müəssisənin yerli X7 11 iyun 1999-cu il tarixli 19№li protokolunun çıxarışına əsasən əmlaka bitişik olan 0,08 ha sahə əmlak payçısı X6 mülkiyyətinə verilmişdir. Cavabdeh inzibati orqan həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğunu qeyd etsə də, bununla bağlı heç bir sübut (xəritə sxem, registrdən çıxarış və s.) məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi təərfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, indiki halda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyininin qoyulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2..-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, indiki halda adına torpaq sahəsi verilmiş şəxs vəfat etdiyindən, iddiaçı tərəfindən təqdim edilmiş yazılı ərizə nəzərə alınmaqla, sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə mülkiyyət hüququ ölmüş şəxsin adına qeydiyyata alındığından, qeyd edilən hal isə qanunvericiliyin tələbinə uyğun olmadığından, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, məhkəmə qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2-1(118)-304/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayon “Üzüm istehsalı və emalı müəssisəsi” X19 Komissiyasının 11 iyun 1999-cu il tarixli 19 nömrəli protokol qərarına əsasən əmlak payı olaraq verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxs X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.