Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-661/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X6 ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X10 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(118)-532/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ xx.xx.2015-ci il tarixli, 113 nömrəli “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi” nə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyi mülkiyyətində olan ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən 340 kv.m torpaq sahəsini X2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli, **********52-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanındakı 0,034 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ üzrə E.Q.Əliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra E.Q.Əliyev mülkiyyətində olan sözügedən 0,034 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasını 03 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X11 bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən, həmin 0,034 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Ş.E.Əliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli, **********52-06301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı Nümayəndə cavabdehlər Xaçmaz Bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti və X7 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, şikayət ərizəsinə qanunla müəyyən edilmiş müddətdə baxılması və təmin edilməsi, mübahisəli torpaq sahəsinin X3 barədə Xaçmaz Bələdiyyəsinin müvafiq qərarının surətinin ona göndərilməsi, qərarın qanunazidd bəndlərinin ləğv olunması, vurulmuş ziyanın ödənilməsi, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, onun mağazasının arxasında yerləşən və E.Q.Əliyevə satılmış 12,5 kv.m torpaq sahəsi üzərində onun istifadə hüququnun təsdiq edilməsi, torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilərək reyestr məlumatlarında dəyişilik edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək onun əsl İddiaçı ilə əvəz edilməsini və cavabdeh qismində Xaçmaz bələdiyyəsinin tanınmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı Nümayəndə əsl İddiaçı ilə, eləcə də cavabdehlər əsl cavabdeh Xaçmaz bələdiyyəsi ilə əvəz edilmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirərək ünvan 2 ünvanındakı mübahisə edilən torpaq sahəsinin X1 dair Xaçmaz bələdiyyəsinin aidiyyəti qərarının təsdiq edilmiş surətinin və torpaq sahəsinin alqı-satqısına dair keçirilmiş auksion protokolunun ona təqdim edilməsini xahiş etmişdir. İddiaçı sonuncu ərizəsində Əmlak Məsələləri Dövlət Xidməti ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-532/2023 nömrəli qərardadı ilə X9 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.00519 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 girişli 41.7 kv.m əsas sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin binanın arxasında üç tərəfi bağlı olan dalanda istifadəsiz qalmış 30 kv.m torpaq sahəsi vardır. O, torpaq sahəsini əldə edərkən həmin sahədə istifadəsiz tikili (sanitar qovşaq) olmuşdur. Xaçmaz rayon İHB-nın 2006-cı il tarixli 128 saylı sərəncamı ilə ona məxsus 41.7 kv.m mağazanın genişləndirilməsi üçün həmin mağazanın arxasından əlavə 12.5 kv.m torpaq sahəsi ayrılaraq tikintiyə icazə verilmişdir. Eyni zamanda həmin yerdən X7 da 340 kv.m torpaq sahəsi ayrılmışdır. Hesab edir ki, həmin qərarla onun mənafeyinə toxunan hərəkətlər edilmişdir. Belə ki, həmin torpaq sahəsi ilkin olaraq ona təklif olunmalı olduğu halda, məlumatı olmadan E.Q.Əliyevə satılmış, bununla da onun hüquqları pozulmuşdur. Həmçinin, GPS-lə torpaq sahəsinin koordinatları texniki yanlışlıq nəticəsində düzgün vurulmadığından ona ayrılmış torpaq sahəsi ilə qonşu torpaq sahəsi arasında 6 kv.m fərq olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(118)-532/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ünvan 3 ünvanında yerləşən 340 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə sərəncamının etibarsız hesab edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra X4 şəhəri, Nəriman Nərimanov küçəsi 1 C ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.2015-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürmüş, xx.xx.2015-ci il tarixində həmin obyekti satın almış, xx.xx.2015-ci il tarixində həmin obyektin yerləşdiyi 340 kv.m torpaq sahəsini satın almış, xx.xx.2015-ci il tarixində X11 bağışlamış və həmin müqavilə əsasında sonuncunun adına xx.xx.2015-ci il tarixində RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlak xx.xx.2015-ci il tarixində onun mülkiyyətində olduğu halda, sonradan ona məxsus torpaq sahəsinin 6 kv.m hissəsi daxil olmaqla, 340 kv.m torpaq sahəsi məqsədyönlü şəkildə icarəyə verilmiş və daha sonra özəlləşdirilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının hazırkı iddiaya münasibətdə heç bir subyektiv hüququ yoxdur. Həmçinin, hazırkı tərəflər arasında Xaçmaz Rayon Məhkəməsinin icraatında mülki mübahisə var və barışıq əldə edilməmişdir. Üçüncü şəxsin vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün saymışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyi və üçüncü şəxs X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: ”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Hazırki işin hallarından görünür ki, iddiaçının tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə olsa da, iddiaçı iddia ərizəsində cavabdeh qismində Xaçmaz bələdiyyəsini göstərmişdir. Halbuki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi alqı-satqı qaydasında üçüncü şəxsə satılan torpaq sahəsinin bələdiyyəyə aidiyyatı olmamaqla, torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən üçüncü şəxsə satılmışdır. İş materiallarına əsasən, iddiaçının ilkin tələbi cavabdeh orqanlar qismində Xaçmaz bələdiyyəsi, DƏDRX və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti olmaqla torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair Xaçmaz bələdiyyəsinin müvafiq qərarının qismən ləğv olunması, vurulmuş ziyanın ödənilməsi, həmin torpaq sahəsinin 12,5 kv.m hissəsi üzərində onun istifadə hüququnun müəyyən edilməsi, torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilərək reyestr məlumatlarında dəyişiklik edilməsi barədə olmuşdur. Bundan sonra iddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirərək ünvan 2 ünvanındakı mübahisə edilən torpaq sahəsinin X1 dair Xaçmaz bələdiyyəsinin aidiyyəti qərarının təsdiq edilmiş surətinin və torpaq sahəsinin alqı-satqısına dair keçirilmiş auksion protokolunun ona təqdim edilməsini xahiş etmişdir. İddiaçı növbəti ərizəsində cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidmətinin tanınmasını, ünvan 2 ünvanında yerləşən 340 kv.m torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamın etibarsız hesab edilməsini, sonuncu ərizəsində isə Əmlak Məsələləri Dövlət Xidməti ilə X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya qeyd edir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. İnzibati Prosesual Məcəlləsinin 54-cü maddəsi ilə iddianın dəyişdirilməsi əsasları və qaydası müəyyən edilmişdir. Həmin maddədə təsbit edilmişdir ki, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Normanın tələbindən göründüyü kimi iddianın əsasının və ya predmetinin dəyişdirilməsi, habelə tələbin həcmini artırmaq və ya azaltmaq iddiaçının müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iddiaçı eyni bir məhkəmə icraatı çərçivəsində iddianın əsasını, predmetini və həcmini eyni anda dəyişdirə bilməz. İşdən göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə dəfələrlə “iddia tələbinin dəqiqləşdirilməsi” adlı ərizələr təqdim edərək sonuncudan əvvəlki ərizəsində həmin cavabdeh orqanı, həm də tələbini dəyişərək Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh qismində tanınmasını və ünvan 2 ünvanında yerləşən 340 kv.m torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sərəncamın etibarsız hesab edilməsini xahiş etmiş, bununla da iddiasının həm əsasını, həm də predmetini dəyişdirmiş, eləcə də onun həcmini azaltmışdır. Bu isə mahiyyət etibarilə yeni iddianın qaldırılması deməkdir və mülki prosesdə olduğu kimi, inzibati prosseual qanunvericiliyə əsasən də yolveriməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında da bununla bağlı qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 53cü maddəsinə istinad etməklə iddiaçının iddianın həm əsasını, həm də predmetini dəyişməsi yolverilməzdir. İddianın həm əsasının, həm də predmetinin dəyişdirilməsi yeni iddianın irəli sürülməsi kimi başa düşülməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın predmetini mülki hüquqi əqd, yəni alqı-satqı müqaviləsinin təşkil etməsi səbəbindən həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsi əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya işə baxan məhkəmənin qeyd edilən hüquqi mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Dövlət əmlakının özəlləşdirməsi haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 15.1, 15.2 və 15.4-cü maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir. (Qanunun 29.1 və 29.5-ci maddəsi). Hüquq normalarının qarşılıqlı təhlili nəticəsində aydın olur ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi inzibati fəaliyyət olmaqla, dövlət orqanı bu fəaliyyəti həyata keçirərkən özəlləşdirməyə çıxarılacaq dövlət əmlakı haqqında ilk öncə müvafiq inzibati akt - qərar qəbul edir. Bu fəaliyyətin gedişində bağlanan alqı-satqı müqaviləsi isə müstəqil əqd olmamaqla, həmin qərardan irəli gələn, onun əsasında bağlanan əqddir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi həmin hissədə iddianı mülki hüquqi əqdin inzibati qaydada mübahisələndirilməli olmaması əsası ilə mümkün saymayarkən işin həqiqi hallarının araşdırılmasına səthi yanaşmışdır. Lakin, işə baxan məhkəmə, ümumilikdə, iddianın mümkün sayılmaması ilə bağlı düzgün hüquqi nəticəyə gəldiyindən qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(118)-532/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6
Məhkəmə qərarları › İş №2-1(105)-661/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-661/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver