Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-661/2025 07.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X9 Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-1684/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək X9 Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X16, xx.xx.2021ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)- 27/2023 nömrəli qərarı ilə iddia təmin edilərək X9 Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Üçüncü şəxs X16 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-188/2024 nömrəili, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-27/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 188/2024 nömrəili, 10 may 2025-ci il tarixli qərardadı ilə “Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-188/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, X12, X10, X17, X4, X6, X2, X13, X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 188/2024 nömrəili, 10 may 2025-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-27/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “X9 Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə AR Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, seriya RX, ******* saylı çıxarışdan göründüyü kimi, Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.1808 hektardan ibarət olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin iddiaçının xəbəri olmadan həmin torpaq sahəsinin sərhədində yerləşən və xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olan, 0.04 hektardan ibarət torpaq sahəsinin iddiaçının əmlakına bitişik hissəsində çoxmərtəbəli bina inşa olunmağa başlanılmışdır. Bununla da iddiaçının mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunmuş, xüsusi mülkiyyətində olan əmlakdan AR Mülki Məcəlləsinin 152-ci maddəsinə uyğun olaraq istədiyi kimi, sərbəst və maneəsiz istifadə etməyinə, həmin əmlakın indiki vəziyyətinə, yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və digər işgüzar planlarına ciddi əngəllər törədilmişdir. Bütün bu qeyd edilənlər barədə tərəfindən həm Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həm də hazırkı iş üzrə Cavabdehnə müraciət edilmişdir.Cavabdeh xx.xx.2021-ci il tarixli, 76 saylı cavab məktubunda göstərilmişdir ki, “...torpaq sahəsi üzərində istifadə, icarə və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasına dair çıxarışı 4 saylı Abşeron ərazi idarəsinə təqdim etdikdən sonra Sizin torpağın sərhədləri müəyyənləşə bilər ”. Cavab məktubunun mətnindən göründüyü kimi, tələbindən hansı əsaslarla imtina edildiyi barədə məktubda heç bir dəqiq qeyd yoxdur. Ümumiyyətlə imtina edilib-edilmədiyi də dəqiq məlum deyil.Eyni zamanda cavabla iddiaçının tələbi arasında hər hansı bir əlaqə də mövcud deyil. Həmçinin məktubda qeyd edilənlərin əksinə tərəflərindən çıxarış və bütün digər sənədlər cavabdeh təşkilata təqdim edilmişdir. Ona görə də cavabdehin bu cavabı və müraciəti təmin etməkdən imtina etməsi hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı qeyd edir ki, Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamı ilə X9 birinci mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə, xx.xx.2018ci il tarixdə isə tikinti işlərinin başlanması üçün əsas olan 015 saylı xüsusi nişan verilmişdir. Hesab edir ki, X9 iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik şəkildə çox mərtəbəli yaşayış binasının tikilməsinə icazə verilməsi aşağıda göstərilən səbəblərdən tamamilə qanunsuz və əsassızdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsinə, AR Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.3-cü bəndinə və AR Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyəti, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, qeyd edilən qanunvericilik normalarına əsasən, tikintiyə icazə verilməsi barədəki sərəncamın verildiyi vaxt şəhərsalma və tikinti fəaliyyəti prosesində tikintiyə icazə verilməsi və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirmək səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məxsus olmuşdur. Lakin bu açıq və imperativ qanun normalarına baxmayaraq, Cavabdeh qanunsuz olaraq qeyd edilən icazəni vermişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə onun əhatəsində inşa edilməyə başlanılmış çoxmərtəbəli tikilinin ara məsafəsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydalara tamamilə zidd müəyyən edilmişdir. Belə ki, müvafiq qanunvericiliyin tələblərinə zidd şəkildə tikinti iddiaçıya məxsus torpaq sahəsinin son sərhədlərinə qədər aparılmış,arada heç bir məsafə qoyulmamış, bəzi hissələrdə isə onun torpaq sahəsində də tikinti işləri aparılaraq əmlakına qanunsuz müdaxilə olunmuşdur. Tikintisi aparılan yaşayış binasının 5 mərtəbədən ibarət olacağı nəzərə alınarsa, bu, müvafiq sərəncamı verən icra hakimiyyəti orqanı, o cümlədən tikintini aparan şəxs tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl olunmadığını, əksinə qanunun tələblərinin onlar tərəfindən kobud şəkildə pozulduğunu təsdiq edir. Nəticədə onlar tərəfindən qanun pozulması ilə yanaşı, təhlükəsizlik qaydalarına da əməl edilməmişdir. Hansı ki, mövcud qanunverciliyin tələblərinə əsasən aparılan tikili ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsi arasında təqribən 10 metrə qədər məsafə saxlanılmalı idi. İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 71.1- ci , həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a istinad edərək qeyd edir ki, Cavabdeh tərəfindən qanunvericiliyin imperativ normalarının tələblərinə əməl olunmadan mövcud sərəncamın verilməsi, kobud qanun pozuntusu ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, iddiaçının əmlakının həm indiki vəziyyətinə, həm də yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və işgüzar planlarına ciddi şəkildə maneə törədir, bununla da AR Konstitusiyası və digər qanunvericilik aktları ilə müəyyən edilmiş hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə etmə hüququna malik olma hüququnu pozur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətinə aid olan məsələ ilə bağlı səlahiyyətini aşaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Komitə şəhərsalma və tikinti fəaliyyəti, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019cu il tarixli, № 597 Fərmanının 9-cu bəndinə əsasən “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin: 9.1.3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “ 135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50" sözləri ilə əvəz edilsin. 9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin: “1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.” Göründüyü kimi qanunvericiliyə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, № 597 Fərmanı ilə edilmişdir. Odur ki, mübahisələndirilən sərəncam rayon icra hakimiyyəti tərəfindən qanuni əsaslarla qəbul edilmiş və səlahiyyətdən kənara çıxma halı baş verməmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən rayon İcra Hakimiyyəti qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X7 nümayəndəsi və vəkili etirazında qeyd etmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncamla tikintisinə icazə verilmiş yaşayış binası iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik ərazidə inşa olunmuşdur. Bununla da mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məxsus olan torpaq sahəsi ilə üçüncü şəxs X16 tərəfindən inşa edilmiş tikilinin ara məsafəsi pozulmuşdur. İddiaçı həmçinin iddia ərizəsində göstərmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan torpaq sahəsində və birbaşa sərhəddə tikintinin aparılmasına görə onun razılığı alınmamış və tələbatları gözlənilməmişdir, tikintinin aparılmasından onun xəbəri olmamışdır, bununla yanaşı bəzi hissələrdə isə iddiaçıya məxsus olan torpaq sahəsində tikinti işləri aparılaraq onun əmlakına qanunsuz müdaxilə olunmuşdur. ......Yuxarıda qeyd olunan işin hallarını, ekspert rəyini nəzərə alaraq hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk növbədə inzibati icraat qaydasında irəli sürülən bütün növ iddia tələbləri üçün başlıca və zəruri olan ümumi mümkünlük şərtlərindən biri olan iddiaçının inizibati icraatda nəzərdə tutulmuş iddia tələblərindən birini irəli sürməsi üçün subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. Hazırkı işdə isə iddiaçının belə bir subyektiv hüququnun olmaması müəyyən edilir. İddiaçı iddia edir ki, mübahisələndirdiyi Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş yaşayış binası iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik ərazidə inşa olunmuşdur. Bununla da mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məxsus olan torpaq sahəsi ilə üçüncü şəxs X16 tərəfindən inşa edilmiş tikilinin ara məsafəsi pozulmuşdur. İlk olaraq qeyd olunmalıdır ki, qüvvədə olan şəhərsalma və tikinti haqqında qanunvericiliyə əsasən ara məsafəsi sahələri qonşu torpaq sahələrində yerləşən tikililər arasında və ya tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi kimi qonşu torpaq sahəsində inşa edilmiş tikili ilə iddiaçıya məxsus olan torpaq sahəsi arasında ara məsafəsi anlayışı mövcud deyildir və bu əsasla hər hansı bir tələb irəli sürmək əsassız və qanunsuzdur. Digər tərəfdən tikintisi planlaşdırılan yaşayış və ya qeyri-yaşayış sahəsinin boş olan, yəni hər hansı bir tikilisi mövcud olmayan qonşu torpaq sahəsinin sərhədlərinə bitişik tikilməsinə icazə verilməsi hər hansı bir hüquq pozuntusu təşkil etmir. Mübahisələndirilən sərəncamla iş üzrə üçüncü şəxs X9 öz mülkiyyətində olan torpaq sahəsində tikinti aparılmasına icazə verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, tikintiyə icazə verilərkən, həmçinin tikinti işləri aparılarkən və hal-hazırda da iddiaçıya məxsus olan torpaq sahəsində hər hansı bir tikinti mövcud olmamışdır. Buna görə də, iddiaçıya məxsus olan qonşu torpaq sahəsində yerləşən tikilinin xarici divarı ilə X7 mülkiyyətində olan torpaq sahəsində aparılan tikilinin xarici divarları arasında ara məsafəsinin nəzərdə tutulmalı olmasından söhbət gedə bilməz.Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin mənasına görə ara məsafəsi sahələri mövcud binaların xarici divarlarının önündə nəzərdə tutulan sahələrdir. Həmin maddi hüquq normasında qeyd olunur ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır.Başqa sözlə tikinti obyektinin planlaşdırılması, ona icazə verilməsi zamanı ara məsafəsi sahəsinin nəzərdə tutulması üçün yalnız və yalnız tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahəsində hər hansı bir tikilinin mövcud olması əsas şərtdir. Əks halda yuxarıda qeyd olunduğu kimi ara məsafəsi sahəsinin nəzərdə tutulması absurd və anlaşılmayan tələb olacaqdı. Digər tərəfdən qanunvericilik tikinti obyektinin layihələndirilməsi zamanı ara məsafəsinin inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri ilə həmsərhəd torpaqlarda mövcud olan tikililərin xarici divarları və hissələri arasında saxlanılmasını nəzərdə tutmuşdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7- ci maddəsinə əsasən, Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü ;- 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Göstərilənlərdən aydın olur ki, iddiaçının qonşu torpaq sahəsində yaşayış sahəsinin tikintisinə icazə verilməsinə dair sərəncamı (inzibati aktı) ara məsafəsi sahələrinin saxlanılmamasına istinad etməklə mübahisələndirməsi tamamilə əsassızdır və buna görə də iddiaçının həmin tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Burada zəruri olan bir məqam qeyd olunmalıdır ki, iş üzrə üçüncü şəxs X16 tərəfindən ona məxsus olan tikinti ərazisinin sərhədləri daxilində, yəni inşa etdiyi tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında ara məsafəsini saxlamaması əgər qanun pozuntusuna səbəb olarsa (burada nəzərə alınmalıdır ki, mövcud qanunvericilik tikinti ərazisinin sərhədləri daxilində ara məsafəsinin saxlanmasına zərurət olmadığı halları da müəyyən etmişdir) bu halda da həmin pozuntunun aradan qaldırılmasına dair tələbi müvafiq icra hakimiyyəti orqanları irəli sürə bilərlər. Yəni bu halda da iddiaçının həmin əsasla inzibati aktı mübahisələndirməsi üçün subyektiv hüququ yoxdur. Ekspert rəyindən görünür ki, X16 tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə mövcud olan çıxıntılar binanın əsas divarından 1 metr kənara çıxmışdır və həmin çıxıntılar iddiaçıya məxsus torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olmuşdur. X1 tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə fəzada 7,69 kv.metr olmaqla, ümumilikdə 8,91 kv.metr hissəsinə müdaxilə edildiyi göstərilmişdir. Göründüyü kimi binanın əsas divarları inşa edildiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməklə iddiaçıya məxsus olan torpaq sahəsinə müdaxilə edilməmişdir. Ekspert rəyindən də görünür ki, yalnız yaşayış binasının yuxarı mərtəbələrində mövcud olan çıxıntılar iddiaçıya məxsus olan torpaq sahəsinə tərəf fəzadan ümumilikdə 7,69 kv.metr hissədə keçmişdir.Qeyd olunmalıdır ki, bu hal inzibati mübahisənin deyil, mülki mübahisənin predmetini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 173-cü maddəsi məhz bu kimi hallarda mübahisənin həlli yollarını tənzimləmişdir. Mülki Məcəllənin “çıxıntılı binalar” adlanan 173cü maddəsinə əsasən, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər (173.1), Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər (173.2), Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (173.3), Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər (173.4). Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, mübahisələndirilən inzibati aktla iddiaçının hər hansı bir hüququna müdaxilə edilməmişdir və buna görə də iddaçının hazırkı tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-1684/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Rahim Həsənov). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia mümkün sayılaraq işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi iddianı forma baxımından rədd etmiş, iddiaçının subyektiv hüququnun pozulmadığını bildirmişdir. Halbuki, AR Konstitusiyasının 29-cu maddəsinə və ARMülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ toxunulmazdır və bu hüquqa edilən hər bir qanunsuz müdaxilə hüququn pozulmasıdır. İnzibati akt nəticəsində tikintinin çıxıntı hissəsi iddiaçının torpaq sahəsinə 8.91 kv.metr həcmdə fəzada müdaxilə etmişdir. Bu, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Mübahisə, inzibati aktın (yəni tikintiyə icazənin) qanunauyğunluğu ilə bağlıdır. Belə hallarda iddia mülki deyil, inzibati xarakter daşıyır. xx.xx.2015-ci il tarixli, 131 nömrəli sərəncam Cavabdeh tərəfindən verilmişdir. Lakinhəmin dövrdə də Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsinə və AR Prezidentinin xx.xx.2012-ci il Fərmanına əsasən bu səlahiyyət yalnız Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məxsus idi. 2019-cu ildən sonra bu səlahiyyətlərin daha da möhkəmləndirilməsi onu göstərir ki, əvvəllər belə səlahiyyət İcra Hakimiyyətinə aid olmayıb. Tikintiyə verilmiş icazə 5 mərtəbəli bina üçün olsa da, əlavə mansard mərtəbəsi inşa olunmuşdur. Binanın çıxıntıları iddiaçının torpaq sahəsinə fəzada daxil olmuşdur (8.91 m²), bu isə Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarının 7 və 9-cu bəndlərinin pozulması deməkdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və69.7-ci maddələrinə əsasən təhlükəsizlik və mülkiyyət hüququ baxımından minimal ara məsafələri qorunmalıdır. Bu tələblər pozulmuşdur. Həmçinin iddiaçı inzibati icraata cəlb edilməmiş və məlumatlandırılmamışdır. Bu isə İnzibati İcraat haqqında Qanunun 36.3-cü maddəsinə ziddir və inzibati aktın etibarsız hesab olunması üçün hüquqi əsas yaradır. Müstəqil ekspertiza və sxematik sənədlərlə sübut olunmuşdur ki, iddiaçının torpaq sahəsinin 8.91 m² hissəsi tikinti nəticəsində zəbt olunmuşdur. Bu fakt Konstitusiyanın 29cu maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu, həmçinin Mülki Məcəllənin 157 və 180-cı maddələri ilə ziddiyyət təşkil edir. Əgər yalnız tikinti icrası zamanı norma pozulsaydı, mübahisə mülki xarakterli olardı. Hazırkı halda isə pozuntu tikintiyə icazə verən inzibati aktın qanunsuzluğu ilə bağlıdır və bu, tipik inzibati mübahisədir. Xüsusilə onu vurğulamaq lazımdır ki, iş materiallarından göründüyü kimi, hazırki işə bundan əvvəl baxmış həm Sumqayıt İnzibati Məhkəməsinin, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qərarları ilə iddia mümkün hesab edilmiş, bu hala qanuni qüvvəsini aımış məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş, hətta iddia təmin edilmişdir. İşin birinci instansiyaya geri qaytarılmasının yeganə səbəbi isə hüquqlarına toxunulmuş üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilərək işə yenidən baxılması olmuşdur. Lakin birinci instansiya məhkəməsinin bundan sonra iddianı mümkünsüz hesab etməsi işə baxan hakimin qərəzsizliyini şübhə altında qoymuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinici ninstansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdeh və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməyərkən qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh Başçının 17 aprel 2015-ci il tarixli 131 saylı Sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* saylı çıxarışla X9 məxsus Masazır kəndində yerləşən 0.04 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beşmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, bina tikilərək təhvil verilmiş, həmin yaşayış binasında adı çəkilən müqavilələr üzrə mənzillərin alqsatqısı həyata keçirilmişdir. İddiaçının hüquqi marağı sözügedən sərəncamın ləğv edilməsidir ki, həmin sərəncam ləğv edilməsi təqdirdə digər vicdanlı alıcıların hüquqlarına xələl gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da, iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının hazırkı tələbi yaşayış binasında adıçəkilən müqavilələr əsasında satılmış mənzillərin alqı-satqısı ilə bağlı deyil (bilavasitə üçüncü şəxslərlə bağlanmış), yalnız sərəncamın hüquqi əsas olmadan qəbul edildiyi iddiası ilə onun ləğv edilməsinə yönəlmişdir. Bununla belə kollegiya aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Cavabdeh başçısının 131 saylı sərəncamı xx.xx.2015ci il tarixdə qəbul edilmiş, iddiaçı həmin sərəncamdan əvvəlcdən məlumatlı olmuşdur. Nəzərə alınmalıdır ki, xx.xx.2018-ci il tarixdə isə həmin sərəncamla X9 tikinti işlərinin başlanması üçün əsas olan 015 saylı xüsusi nişan verilmiş, həmin vaxtan tikinti işləri həyata keçirilməyə başlamışdır. Həmçinin iddiaçı yuxarıda göstərilən hallar və eləcədə sərəncamın ləğv edilməsi ilə bağlı Cavabdehnə xx.xx.2021-ci il tarixli məktub ilə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, 76 saylı cavab məktubunda göstərilmişdir ki, “...torpaq sahəsi üzərində istifadə, icarə və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasına dair çıxarışı 4 saylı Abşeron ərazi idarəsinə təqdim etdikdən sonra Sizin torpağın sərhədləri müəyyənləşə bilər. Göründüyü kimi iddiaçı məhkəməyə hazırki tələblə sərəncamın qəbul edildiyi tarixdən 5 il 8 ay, tikintinin başlanıldığı tarixdən isə təxminən 2 il 3 ay sonra müraciət etmişdir. Bir sözlə, iddiaçı mübahisələndirilən sərəncamdan ən azı 2018-ci ilin noyabr ayından məlumatlı olmalı idi. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya bir daha qeyd edir ki, iddiaçı mübahisələndirilən sərəncamdan ən azından 2018-ci ilin noyabr ayından məlumatlı olsa da, hədda məhkəməyə iddia ərizəsi ilə 2 il 3 ay sonra, yəni xx.xx.2021-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Kollegiya qeyd edir ki, hətta iddia müddəti iddiaçının sərəncamın ləğv edilməsi ilə bağlı Cavabdehnə xx.xx.2021-ci il tarixli məktub ilə müraciət etdiyi vaxtdan hesablanmış olsa belə iddia müddəti yenə də ötürülmüşdür. Belə ki, ərizənin məzmunu və tələbi sərancamın ləğv edilməsindən ibarətdir ki, bu da özü-özlüyündə iddiaçının mübahisələndirdiyi sərancamdan daha öncədən xəbərdar olmasına dəlalət edir. Belə olan halda iddiaçı sanki binanın inşasına bunu gördüyü halda öncədən şərait yaratmış, daha sonra isə bina inşa edildikdən, eləcədə binadakı mənzillər üçüncü şəxslərə satıldıqdan sonra belə bir iddia irəli sürmüşdür ki, bu da özü-özlüyündə hüquqdan suiistifadəyə gətirib çıxardan haldır. İnzibati Prosessual Məcəllənin 24.2-ci və 24.3-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi hazırkı iddia tələbinin qaldırılması üçün qanunvericilikdə müəyyən edilən müddətin buraxılmasından 1 ildən artıq keçdiyindən, müddətin bərpasına dair ərizə verilməsi ilə bağlı hüquqi yardım etməyə də zərurət olmamışdır. Kollegiya qeyd edir ki, hətta şərti olaraq iddiaçının sərəncamdan xx.xx.2021-ci il tarixdən məlumatlı olduğu qəbul edilsə belə, iddia tələbinin yenə də müddət ötürülməklə verildiyi müəyyən edilir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(118)-1684/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3