Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-663/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1817/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası Qusar rayonu Kuzunqışlaq bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, X12 və X9 qarşı iddia qaldıraraq kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin ayrılması barədə DT və XK-nın Qusar rayon şöbəsinin rəyinin və torpaqların alğı-satqısına dair aktın, X11 adına verilmiş çıxarışın və X7 adına olan qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, cavabdeh qismində yalnız Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi saxlanılaraq üçüncü şəxslər X11 və X7 adına olan çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1817/2022 nömrəli qərardadı ilə X14 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Avaranqışlaq bələdiyyəsinə məxsus, kənd sakinlərinə mal-qaranın otarılması üçün ayrılmış, hal-hazırda da kənd camaatının istifadəsində olan örüş sahəsindən 30 ha torpaq sahəsinin saxta sənədlərlə qeyri-qanuni yolla öz adlarına keçirilməsi barədə qeyri-rəsmi məlumatlar bələdiyyəyə daxil olmuşdur. Həmçinin həmin kəndin bir qrup sakinləri bələdiyyəyə ərizə ilə müraciət edərək bu barədə onlara köməklik göstərilməsini xahiş etmişlər. Buna görə də, Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin sədri kimi Qusar rayon Dövlət Arxivinə sorğu ilə müraciət etmişdir. Qusar rayon Dövlət Arxivindən sorğuya cavab olaraq Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2000, xx.xx.2009 №1-7-2000, №8,1-3, xx-xx-2001, №1-12-2003, №13-16 2004, №1-08-2005, №9-13-2006, №xx-xx-2007, №xx-xx-2008, №xx-xx-2009-cu illərin bələdiyyə iclas protokolları sənədləri qovluğundan Bakı şəhər sakini X12 Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə kənd təsərrüfatı məqsədi ilə 30.0 ha torpaq sahəsi satılması barədə sənədlər göndərilmişdir. Kənd camaatının mal-qarasını otarmaq məqsədi ilə ayrılmış örüş sahəsi olan həmin torpaq sahəsinin X2 qanunsuzdur. Qusar rayonu Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı, kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin rəyi və torpaqların alğı-satqısına dair akt saxtadır, həmin sənədlərdə olan imzalar da başqa şəxslərə məxsusdur. Belə ki, həmin vaxt işləmiş bələdiyyə sədri, kassiri, baş mühasibi qeyd olunan sənədlərdən xəbərləri olmadıqlarını, həmin imzaların da onlara məxsus olmadıqlarını bildirmişlər. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Qusar rayonu Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 nömrəli iclas protokolun qərarı əsasında alğı-satqı ilə X3 30 ha torpaq sahəsinin hüquqi rejimi barədə məlumat və həmin torpaq sahəsinin hal-hazırda kimin mülkiyyətində olması barədə məlumatın, həmçinin mülkiyyəti təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi ilə bağlı müraciət etmişdir, lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verildiyini qeyd edərək tələb etdiyi sənədləri təqdim etməmişdir. Cavabdeh X8 rayonu Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarxli 09 saylı qərarına əsasən qanunsuz satılmış 30 ha torpaq sahəsinə JN:0288KOD 30103028 nöməli dövlət aktı çıxarmış və həmin dövlət aktına əsasən torpaq sahəsinə özünə çıxarış almışdır. Cavabdeh X4 həmin torpaq sahəsi qohumu X1, Atilla da özünə qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış almışdır. Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq Qusar rayonu Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarının, kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin rəyinin və torpaqların alğı-satqısına dair aktın saxta olduğundan etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 2055/2021 saylı qərardadı ilə iddiaçı Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin cavabdeh X12 qarşı Qusar rayonu Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndinə görə bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmə qərarı ilə etibarsız sayıla bilər. Bu səbəbdən də iddiası mümkün sayılmamışdır. Göründüyü kimi Qusar rayonu Avaranqışlaq bələdiyyəsi tərəfindən kənd camaatının malqarasının otarmaq məqsədi ilə ayrılmış örüş sahəsi olan torpaq sahəsinin X2 barədə bələdiyyə iclasında baxılmayıb, protokolu iclasın sədri və katibi imzalamayıb, həmçinin Qusar rayonu Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarxli 09 saylı qərarında bələdiyyə sədrinin imzası yoxdur. Göründüyü kimi Qusar rayonu Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı, sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-nin Qusar rayon şöbəsinin rəy və torpaqların alğı-satqısına dair akt saxtadır. Qusar rayon Kuzunqışlaq bələdiyyəsi 27 aprel 2022-ci il tarixdə bələdiyyə üzvləri ilə birlikdə iclas keçirərək X6 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə qanunsuz olaraq 30 ha torpaq sahəsinin ayrılması barədə Qusar rayon Avaranqışlaq bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2-1(118)- 2055/2021 saylı qərardadında göstərilən iddiasının mümkün sayılmaması barədə nöqsanlar aradan qaldırılmışdır. Kənd sakinlərinə mal-qaranı otarması üçün ayrılmış, hal-hazırda da kənd camaatın istifadəsində olan örüş sahəsinin başqa şəxslərə satılması kənd camaatının haqlı narazılıqlarına səbəb olmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Qusar rayonu Kuzun Qışlaq bələdiyyəsi ünvan 1i ərazisində yerləşən torpaq sahəsinə dair vətəndaş X7 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu Avaranqışlaq kəndi ərazisində yerləşən torpaq sahəsinə dair vətəndaş X7 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddia ərizəsində göstərilən X7 adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli dövlət reyestrindən çıxarış onun verilməsi üçün əsas olmuş Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-424 reyestr nömrəli alğı-satqı müqaviləsi, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-535 reyestr nömrəli saziş əsasında ləğv edildiyindən ləğv edilmişdir. Həmin saziş əsasında torpaq sahəsinə X11 mülkiyyət hüquqları bərpa edilərək adına ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. X14 öz növbəsində həmin çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsindən Qusar rayonu, Kuzun Qışlaq bələdiyyəsinin xeyrinə imtina edilməsi barədə notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir və mülkiyyət hüquqları ləğv edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə xitam verilir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1817/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2022-ci il tarixli və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən X7 adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli dövlət reyestrindən çıxarış onun verilməsi üçün əsas olmuş Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-424 reyestr nömrəli alğı-satqı müqaviləsi, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 02 06.2022-ci il tarixli 3M-535 reyestr nömrəli saziş əsasında ləğv edildiyindən ləğv edilmişdir. Həmin saziş əsasında torpaq sahəsinə X11 mülkiyyət hüquqları bərpa edilərək adına ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. X14 öz növbəsində həmin çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsindən Qusar rayonu Kuzun Qışlaq bələdiyyəsinin xeyrinə imtina edilməsi barədə notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir və mülkiyyət hüquqları ləğv ediilmişdir. Bununla da məhkəmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair mülkiyyət hüququ X14 və X10 tərəfindən itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıın nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının digər iştirakçılarına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (...)
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsi isə işə mahiyyəti üzrə baxarkən iddianın mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxmışdır. İddia tələbindən görünür ki, iddiaçı üçüncü şəxslər X11 və X7 adına olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2022-ci il tarixli və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X11 adına qeydiyyata alınmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmışdır. 02 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsinin ləğvinə dair sazişdən görünür ki, Bakı şəhəri 50 saylı notariat ofisində 4Ə-424 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında X12 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 30 ha olan torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir və X7 mülkiyyət hüquqları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Tərəflər 02 iyun 50 saylı notariat ofisində 4Ə-424 reyestr nömrəsi ilə qeydiyyata alınmış 06 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə xitam vermişlər. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 30 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X11 adına qeydiyyata alınmışdır. X11 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X5 Halay Balay oğlunun nümayəndəsi olaraq Qusar rayonu Avarnqışlaq kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətində olan 30 ha torpaq sahəsindən Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin xeyrinə imtina edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubunda göstərilmişdir ki, H.B.Zeynalovun - hüquq sahibinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında mülkiyyət hüquqları ləğv edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, X7 adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış onun verilməsi üçün əsas olmuş Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-424 reyestr nömrəli alğı-satqı müqaviləsi, Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-535 reyestr nömrəli saziş əsasında ləğv edilmişdir. Həmin saziş əsasında torpaq sahəsinə X11 mülkiyyət hüquqları bərpa edilərək adına ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. X14 öz növbəsində həmin çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsindən Qusar rayonu, Kuzun Qışlaq bələdiyyəsinin xeyrinə imtina edilməsi barədə notariat qaydasında təsdiq edilmiş ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir və mülkiyyət hüquqları ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi üçüncü şəxslər X11 və X7 adına olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2022-ci il tarixli və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsi barədə olsa da, cavabdehin iddia ərizəsinə etirazından və qərardan verdiyi apellyasiya şikayətindən aydın olur ki, iş üzrə üçüncü şəxslər həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını itirmişlər və bu barədə qeydiyyat artıq ləğv edilmişdir. Belə olan halda, iddiaçının mövcud iddia tələbi ilə çıxış etməsi üçün əsas aradan qalxmış olduğundan, hazırkı iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1817/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.