Məhkəmə qərarları › İş №2-1(105)-663/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-663/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-663/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı, vəkili X1, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)- 2781/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərarın çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-xx.xx.2005-ci il tarixdən və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi sintez” savodunun dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi, teplovoz maşinisti vəfiələrində işləmidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda göstərilən 23001000-16878, 23001000-14241 nömrəli şifrəyə görə onun güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqandan imtina cavabı aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə birinci isntasniya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin həmin qərar Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia rədd edilmişdir. Belə ki, onun teplovoz maşinisti işlədiyi müəssisə qeyri-nəqliyyat sahəsinə aid edilmədiyindən iddiası rədd edilmişdir. Lakin bundan sonra Ali Məhkəmənin İnzibati Kollegiyası bir sıra bu növ işlərdə iddianı təmin etmiş və maşinist peşəsi qeyrinəqliyyat sektoruna aid olsa da, güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edilmişdir. Bununla bağlı iddiaçı hesab edir ki, ayrıseçkilik nəticəsində hüquqları ciddi şəkildə pozulmuşdur. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması ilə əlaqədar iddianın mümkün hesab edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2781/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2- 1 (103)-2150/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şənlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı üzrə xx.xx.2022-ci il tarixli 2-1(102)-578/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2150/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısında 28-ci bölməsində 23001000-16878-şifrinə, 23001000-14241-şifrinə əsasən güzəştli pensiya hüququ vardır. Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000-14241) onların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiryol xətti şəbəkəsinin, zavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər hansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli siyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər. Hazırki mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından təlbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. O da teplovozda işləmişdir, X7 da. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır. Bu cəhətdən iddiaçıya pensiya təyin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmuş və Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2781/2023 nömrəli qərardadının dəyişdirilmdən saxlanması xahiş olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1930/2021 saylı qərarı ilə iddiaçı X3 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiası rədd edilmişdir. Hazırki iş üzrə iddiaçının iddia tələbi əvvəlki iddia ilə eynilik təşkil edir. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı əvvəllər də analoji iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, onun iddia tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4222/2021 nömrəli qərarı ilə təmin edilərək, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 1930/2021 saylı qərarı ilə iddia rədd edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 8.4-cü bəndində qeyd edilmişdir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olması baxımından iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-2781/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar