Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-663/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, X6 və X9 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı, üçüncü şəxs X10 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi və X23 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-51/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı və X22 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Dəhnə kəndində yerləşən ona məxsus 0.08 ha torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yenidən müəyyən edilməsi və X23 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi; X7 məxsus qonşu torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddəsiə riayət edilməsən inşa edilən tikintinin dayandırılması və həmin tikintinin qızına aid olan torpaq sahəsinə keçən hissəsinin sökülməsi”nə dair qərar qəbul edilməsini Sumqayıt İnzibati Məhkəməsindən xahiş etmişdirlər. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində yalnız İddiaçı saxlanılaraq, “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerindən müəyyən edilməsi və X23 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məkəməsinin 2-1(118)- 1106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ildə həyat yoldaşı X11 adına Quba rayonunun Dəhnə kəndində fərdi ev tikintisi üçün 0,1 ha torpaq sahəsi əldə etmişdir. Sonradan həmin torpağın 0,05 ha hissəsi həyat yoldaşı tərəfindən qızı X17 bağışlanmışdır. Həyat yoldaşı X12 adına qalan 0,05 ha ərazidə fərdi ev tikilmiş, torpağa və tikintiyə aid müvafiq sənədlər alınmışdır. 2020-ci ilin 07 dekabr tarixində həyat yoldaşı X18 vəfat etmişdir. X24 vərəsəsi təyin olunmuşdur. Hal-hazırda torpağa və evə dair sənədlər qızının adına rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsi bələdiyyədən alınarkən bələdiyyə sədri bildirmişdir ki, onlara verilən torpaq sahəsinin aşağı hissəsində, Rustov kəndinə gedən yolun üst tətəfındə hərəsi 0,1 ha olmaqla 2 pay torpaq sahə var və onlar keçmiş bələdiyyə sədrinin torpaqlarıdır. Sonradan keçmiş bələdiyyə sədri həmin torpaq sahəsini satmaq istəyərkən ona təklif etmiş, lakin o, torpaq almaqdan imtina etmişdir. Müəyyən vaxt keçdikdən sonra keçmiş bələdiyyə sədri ona məxsus 2 pay torpaq sahəsindən 1 payını, yəni 0,1 ha torpaq sahəsini Nəriman adlı şəxsə, onun həyat yoldaşı X4 adına rəsmiləşdirməklə satmışdır. Qonşusu Nəriman həmin torpaq sahəsində ev tikməyə başlayarkən (binanı bir neçə daş ucaldarkən) keçmiş bələdiyyə sədrinə məxsus ikinci 0,1 ha torpağın sonrakı sahibi ona məxsus torpaq sahəsində tikinti getdiyini görüb, haradansa torpaq ölçən mütəxəssis çağırmış və torpağı ölçərkən məlum olmuşdur ki, həqiqətən qonşu Nəriman evinin bünövrəsini atarkən bilərəkdən özgəsinə məxsus torpaq sahəsinə keçmişdir. Bundan çıxış yolu kimi qonşu Nəriman ikinci 0,1 ha torpağı ona satmağa təklif edir. Lakin, o, qonşu Nərimandan əvvəl həmin torpağın sahibinə torpağı satmaq fikri olarsa birinci ona təklif etməklərini ondan xahiş etdiyindən belə qərara alınmışdır ki, həmin torpağın 0,08 ha ona 0,02 ha isə qonşu Nərimana satılsın. Bu barədə alqı-satqı müqaviləsi bağlandıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon Şöbəsinin əməkdaşları 0,1 ha torpaq sahəsini 0,02 ha qonşu Nərimana, 0,08 ha isə ölçüb ona vermişdirlər və o, 01 iyun 2020-ci il tarixində 0,08 ha torpaq sahəsinə yuxarıda adı çəkilən Reyestr xidmətindən torpaq sahəsinin kadastr göstəriciləri, habelə döngə göstəriciləri haqqında torpaq sahəsinin planı və ölçüləri haqqında sənəd, 02 iyun 2020-ci il tarixində isə dövlət reyestrindən çıxarış almışdır. Ona məxsus torpaq sahəsinin Şərq (sol) tərəfindən eni 6 metr olan evlər arası yol keçir və həmin evlər arası qaz xətti çəkilib. Sonradan qonşu Nərimanla onlara məxsus 0.02 ha torpaq sahəsinin üstündə aralarında narazılıq yaranır və qonşusu Nəriman iddia edir ki, ona ayrılıb verilmiş 0,08 ha torpaq sahəsi 1-2 metr sağa çəkilməlidir. O, qonşusunun bu iddiası ilə razı olmur, çünki ona məxsus olan torpaq ərazisi şərq tərəfə onun dediyi kimi sürüşdürülərsə, onda onun torpağı qaz borusundan 2 metrə qədər şərq tərəf məhəllə yolunun ortasına düşür. Bir müddətdən sonra qonşusu Nəriman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon Şöbəsindən Mehti adlı şəxsi qeyri-rəsmi çağırıb, ona məxsus 0,08 ha torpaq sahəsini ölçdürür və məlum olur ki, torpağının ikinci döngə nöqtəsi qaz borusundan 0,5 metrə qədər şərqə tərəf qaz borusunu da keçməklə yola çıxır. O, buna etiraz edib bildirir ki, 2018-ci ildə çəkilən qaz borusu əgər ona məxsus olan torpaq sahəsindən keçirdisə, ona 2020-ci ilin iyun ayında torpaq kadastr göstəriciləri haqqında sənəd və dövlət reyestrindən çıxarış verilməzdi. Bu söhbətdən bir neçə ay keçəndən sonra qonşusu ona yaxınlaşaraq bildirir ki, torpağa görə mübahisə etməyək, onun 8 sotunu qaz borusundan qərb tərəfə ölçüb, versinlər və qaz borusu da torpağından kənarda qalsın. Lakin o, bununla razılaşmır. Qonşusu Nəriman bildirir ki, onda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət edəcək ki, oradan mütəxəssis versinlər torpaq yenidən ölçülsün. Bundan bir neçə ay keçir, lakin qonşusu Nərimandan bu barədə xəbər çıxmadığı üçün, torpaq sahəsinin və döngə nöqtələrinin yenidən ölçülməsi və dəqiqləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək və xahiş etmişdir ki, yer ölçən mütəxəsissləri Quba Şöbəsindən yox, İdarədən göndərsinlər. Lakin onun bu xahişinə məhəl qoymayıb mütəxəssisi adıçəkilən ərazi idarəsinin Quba Rayon Şöbəsinin Əliağa adlı əməkdaşını göndərdilər. Əliağa isə, ona verilən cavab məktubunda yalandan göstərildiyi kimi ona məxsus torpağı qonşu torpaq sahələri ilə birlikdə ölçməmiş, ancaq ona aid olan 0,08 ha torpaq sahəsinin döngə nöqtələrini yerində ölçmüş və nəticədə onun torpaq sahəsi qaz borusundan sağa (Şərq tərəfə) aralıq yolun ortasına 3 metrə qədər sürüşdürülmüşdür. O, mütəxəssisin bu ölçüləri ilə razı olmamış, ona iradını bildirmişdir, lakin mütəxəssis israr etmişdir ki, əlində olan ölçü aparatı belə göstərir. Əgər bu ölçülər düzdürsə, ona aid torpaq sahəsinin döngə nöqtələri qəsdən təhrif olunaraq dövlət torpaq kadastr sistemində səhv yerləşdirilmişdir. Onu da bildirir ki, əğər Əliağa qonşu Nərimanın həyat yoldaşı X4 adına olan qonşu torpaq sahələrini birlikdə ölçmüş olsaydı, onda məlum olacaqdı ki, onlara məxsus 0,1 ha + 0,02 torpaq sahəsindən əlavə onlardan sol tərəfdəki qonşu arasında eni 2-3 metrdən uzunluğu 50 metrdən çox torpaq sahəsi qalır. Hamıya bəllidir ki, bələdiyyə heç kimə heç vaxt 1 sm-də olsa artıq torpaq verməz. Bu həmin artıq qalan torpaq sahəsidir ki, əvəzində ona məxsus olan 0,08 ha torpaq sahəsi sağ (şərq) tərəfə sürüşdürülərək nəticədə qaz borusu onun torpaq sahəsinin içərisinə və evlər arası yola düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, “ərizənizdə qeyd olunan Quba rayonu, Dəhnə kəndində yerləşən 0,08 ha torpaq sahələri ilə birlikdə ölçülmüşdür” sözləri yalandır. O nə qədər təkid etsə də, Əliağa adlı şəxs qonşu torpaq sahələrini ölçməmişdir. Bundan sonra o, bu məsələ ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhərində yerləşən Baş idarəsində, 5 saylı Xaçmaz Ərazi İdarəsinində və Quba rayon Şöbəsində olmuşdur və orada torpağa aid sənədlərinə baxan mütəxəssislər bildiriblər ki, əğər qaz borusu ona aid torpaq ərazisindən keçsəydi, ona heç bir vaxt torpağa aid çıxarışlar verilməzdi. Baş idarədən Xaçmaz Ərazi İdarəsinin rəisinə telefonla zəng edərək göstəriş verərək bildirdilər ki, “vətəndaş sizin yanınıza gələcək. Torpağın ölçülərinə aid olan sənədləri hazırlayıb, ona verin, qoy məsələnin həlli üçün məhkəməyə müraciət etsin”. Bundan əlavə onu da bildirir ki, mərhum həyat yoldaşı X11 adına olan, sonradan vərəsəlik yolu ilə qızı X15 adına keçirilmiş 0,05 ha torpaq sahəsinin 3-4 nöqtələrinin uzantısı qonşu Nərimanın tikilməkdə olan evinin damının 3 metrdən də artıq hissəsinə düşür, yəni onun tikintisi qızına aid torpaq ərazisinə 3 metrdən də artıq keçmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri göstərilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən ona qarşı haqsızlığa yol verilmiş, ona məxsus olan 0,08 ha torpaq sahəsi faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməmiş, nəticədə torpaq sahəsinin nöqtələri yerində düzgün göstərilməmiş və bununla da X23 uçot məlumatları təhrif edilmişdir, dövlət torpaq kadastr sistemində düzgün yerləşdirilməmişdir. Bundan əlavə qonşusu Nərimanın həyat yoldaşı X5 adına olan 0,1 ha + 0,02 ha torpaq sahəsində tikilməkdə olan ev Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 maddəsinin ara məsafəsini ehtiva edən tələblərinə zidd olaraq inşa edilir və qızı X15 adına olan torpaq sahəsinin 4-3 döngə nöqtələrini birləşdirən xətdən 3 metr keçmişdir. Onu da qeyd etmək istəyir ki, sözügedən məsələlərlə bağlı iddia ərizəsi ilə ərazi adiyyatı üzrə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Həmin rayon Məhkəməsinin 28.01,2022-ci il tarixli 2(067)-720/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılıb və Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməyi izah olunub. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, İddiaçı Quba rayonu, Dəhnə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bununla əlaqədar bildiririk ki. ərizənizdə qeyd olunan Quba rayonu, Dəhnə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir.” Yuxarıda göründüyü kimi İddiaçı müraciət ərizəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən icra edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Cavabdeh xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizədə qeyd olunan Quba rayonu, Dəhnə kəndində yerləşən 0,08 ha torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-cİ il tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X16 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.10 ha torpaq sahəsinin iddiaçı alıcı İddiaçı satılmış 0.08 ha hissəsinin koordinatları (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli) naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğundur, çıxarışa əsasən torpaq sahəsinin 0.0124 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən kənarda yerləşir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-ci İl tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X16 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.02 ha torpaq sahəsinin tam olaraq üçüncü şəxs alıcı X1 0.02 ha hissəsinin koordinatları (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli) naturada X4 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğundur, çıxarışa əsasən torpaq sahəsinin 5 kv.metr hissəsi faktiki istifadədən kənarda yerləşir; satıcı X21 tərəfindən İddiaçı satılmış 0.08 ha (********** qeydiyyat nömrəİi, xx.xx.2020-ci il tarixli) və üçüncü şəxs X1 0.02 ha torpaq sahələrinə verilmiş çıxarışlar üzrə koordinatları bölgü sxeminə uyğundur, lakin torpaqların faktiki istifadə vəziyyəti çıxarışlara qismən uyğundur; həmin torpaq sahəsi ətrafındakı qonşu torpaq sahələri ilə birlikdə ölçüldü, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə ətrafındakı qonşuların mülkiyyətində olan torpaq sahələrinin koordinatları üst-üstə düşmür; iddiaçının və onun ətrafındakı qonşuların mülkiyyətində olan torpaq sahələrinin koordinatları faktiki istifadədə olan torpaq sahələrinin koordinatları ilə eynilik təşkil etmir; iddiaçının mülkiyyətində olan torpaq sahələrinin koordinatları Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı ol tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrindəki koordinatlar eynilik təşkil etmir; sözügedən qaz xətti iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin kənarında yerləşir və qaz xətlərinin çəkilməsi normalarına uyğundur, lakin həmin qaz xətti **********09 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin daxilində yerləşir”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-51/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hal-hazırki mübahisədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015- ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020ci il tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X16 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.10 ha toorpaq sahəsinin iddiaçı alıcı İddiaçı satılmış 0.08 ha hissəsinin koordinatları naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur. Eyni zamanda müəyyənləşdirilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-ci İl tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X16 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.02 ha torpaq sahəsinin tam olaraq üçüncü şəxs alıcı X1 0.02 ha hissəsinin koordinatları naturada X4 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur. Belə olan halda isə, koordinatlar və torpaq sahəsinin ölçüləri düzgün olduğundan, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, onun tərəfindən verilmiş 5 bənddən ibarət vəsatətin 1,2,3,4-cü bəndlərini təmin etməmiş, 5-ci bəndi isə yarmçıq təmin etmişdir. Belə ki, mübahisəli torpaq sahələrini yerində müəyyən edilməsini aparmaq əvəzinə yalnız onun istifadəsində olan 0.08 ha və qonşusu A.İsmayılovanın istifadəsində olan 0.02 ha torpaq sahəsində mütəxəssisin iştirakı ilə ölçmə işlərini aparmışdır. Lakin onun təkidlərinə baxmayaraq A.İsmayılovanın istifadəsində olan 0.1 ha torpaq sahəsində ölçmələr aparmamışdır. Əgər həmin sahədə ölçmə işləri aparsaydı onda məlum olardı ki, A.İsmayılovanın istifadəsində olan torpaq sahəsi eninə 2 metrdən çox, uzunluğuna isə 50 metrədən artıqdır. Bundan əlavə məhkəmə vəsatətinin 2-ci bəndində qeyd etdiyi torpağın hazırkı sahibi yəni A.İsmayılovaya satılmış 0.1 ha torpağın sahibi X3 şahid qismində məhkəmə prosesinə cəlb etsəydi, o, da bildirəcəkdi ki, yuxarıda göstərdiyi, yəni, 2X50 metrə ölçüdə artıq torpaq sahəsi A.İsmayılovaya məxsus torpaq sahəsinin qərb hissəsində yerləşir, yəni 0.1 ha torpaq sahəsinə bitişikdir. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi 2-1(118)-1106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və qərarda ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinə tapşırmasını göstərmişdir. Lakin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini iş üzrə cavabdeh olan təşkilatın özünə yəni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərmişdir. Cavabdeh təşkilat tərəfindən mütəxəssis iştirak edərək mütəxəssis rəyi vermiş, məhkəmə qərarını əsaslandırarkən həmin mütəxəsis rəyinə istinad etmişdir. O vəsatətində qeyd etmişdir ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına çağırılıb dinidirilsin. Lakin məhkəmə iclasında sədrlik edən ona bildirdi ki, cavabdehin məhkəmə iclasına məcburi gətirilməsi ancaq cinayət işlərində nəzərdə tutulmuşdur. Halbuki, AR İnzibati-Prosessual Məcəlləsinin 57-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Bu vəstəti də təmin edilməmişdir. Mütəxəsis rəyində də, məhkəmə qərarında da sözü gedən qaz xəttinin texniki normalara uyğun çəkilməsi qeyd olunsa da, torpaq sahəsinə baxış zamanı hakim ona bildirmişdir ki, “qaz borusu ona məxsus torpaq sahəsindən keçdiyi üçün o Qaz İdarəsini məhkəməyə verə bilər”. Halbuki, qaz borusu mütəxəssis rəyində və qəbul olunmuş qərarda əks olunduğu kimi qaydalara uyğun çəkilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X8 bildirmişdir ki, iddiaçını və üçüncü şəxsi tanıyır. Qaz kəmərinə 41 m məsafədə ona məxsus uzunluqları 18 m və 23 m olmaqla torpaq sahələri var idi. Üçüncü şəxs X4 həyat yoldaşına 18 m uzunluğunda torpaq sahəsi satmışdır. Daha sonra həmin şəxs evinin küncə düşməməsi üçün ondan bir az əlavə torpaq sahəsi satmağı xahiş etdi. Bu məqsədlə digər torpaq sahəsini satdığı İddiaçı torpağı 4 m sürüşdürməyi xahiş etmiş və üçüncü şəxsin ailəsinə 0.02 ha əlavə torpaq sahəsi satmışdır, beləliklə satdığı torpaq sahəsinin uzunluğu 22 m olmuşdur. Satdığı torpaq sahələrinə cavabdehdir, yerini göstərə bilər. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), X23 tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və X23 tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq;
3. DƏDKR-in vəzifələri və hüquqları 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək;
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qərarı birinci hissədə mümkün sayılmamalı, ikinci hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir və məhkəmə kollegiyası iddiaçının tələbini birinci hissədə mümkün hesab etməmiş, bununla bağlı 16 avqust 2024-cü il tarixdə 2-1(105)-663/2024 saylı qərardad qəbul etmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi”nə dair təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qərardad qəbul edilməli, bu hissədə iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessul Məcəllənin 52-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı deyil. İddiaçının məhkəmədən rəsmi təqdim edilən ərizə üzrə tələbi iki hissədən ibarətdir. İddiaçının birinci tələbi aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəfindən mümkünsüz hesab edilir. İddiaçının ikinci tələbi isə konkret deyil. Lakin iddiaçının əsas istəyi X23 uçot məlumatlarında onun istəyinə uyğun dəyişikliklərin edilməsinə nail olmaqdan ibarət olduğu və iddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etdiyi və eyni zamanda 10 fevral 2022-ci ildən məhkəmə araşdırması aparıldığı və cavabdeh inzibati orqanın iddiaya münasibəti aydın olduğu üçün iddiaçının əsas tələbinə mahiyyəti üzrə baxılması məqsədəmüvafiq hesab edilir. İddiaçının ərizəsində yazılan ilkin tələbi isə aşağıda qeyd edilənlərə əsasən mümkünsüz hesab edilməlidir. Beləki iddiaçı torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan tərəfindən isə xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktub ilə iddiaçıya bildirilmişdir ki, ərizədə qeyd olunan Quba rayonu, Dəhnə kəndində yerləşən 0,08 ha torpaq sahəsi faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Göründüyü kimi torpaq sahəsinin koordinatları iddiaçıya tanıdılmışdır. Lakin iddiaçını qane edən formada tanıdılmamışdır. Eyni zamanda iddiaçı tələbində torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsini tələb edir ki, bu tələb də konkret deyil, əsas tələbin uğurlu olmasına yönəlmiş əlavə tələbdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası heab edir ki, iddia tələbi torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi hissəsində mümkün sayılmamalıdır. Lakin iddiaçının əsas tələbi X23 uçot məlumatlarında onun istəyinə uyğun müvafiq dəyişikliklərin edilməsinə yönəldiyi, inzibati orqana müraciətin məqsədi də bundan ibarət olduğu və 10 fevral 2022-ci ildən məhkəmə araşdırması aparıldığı və cavabdeh inzibati orqanın iddiaya münasibəti aydın olduğu üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əsas tələbinə mahiyyəti üzrə baxılmalıdır. Göründüyü kimi iddiaçının əsas tələbi X23 uçot məlumatlarında onun istəyinə uyğun müvafiq dəyişikliklərin edilməsinə yönəlmişdir və məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətində qeyd edilənlər isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas hesab edilmir. İşin araşdırılan hallarından görünür ki, X21 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.08 ha hissəsini İddiaçı, 0.02 ha hissəsini isə üçüncü şəxs X2, müvafiq bölgü plan əsasında iddiaçı və üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı hesab edir ki, onun və üçüncü şəxs X4 X16 məxsus 0.10 ha torpaq sahəsindən alqı-satqı qaydasında müvafiq olaraq əldə etdikləri 0,08 ha və 0.02 ha torpaq sahəsinin koordinatları texniki sənədlərdə düzgün qeyd edilməmişdir, həmin qeydiyyat əsasında üçüncü şəxsin istifadəsində olan 0.02 ha torpaq sahəsi onun əldə etdiyi 0,08 ha torpaq sahəsinin hüdudlarında yerləşir və buna uyğun olaraq koordinatlarda dəyişiklik edilməlidir. Göründüyü kimi iddiaçının tələbinin yaradacağı nəticələr üçüncü şəxs X4 faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsinin əldə edilməsinə yönəlmişdir və hazırkı mübahisənin yranmasının əsasını iddiaçı və üçüncü şəxsin 0.10 ha torpaq sahəsindən müvafiq olaraq əldə etdikləri 0,08 ha və 0.02 ha torpaq sahələrinin yerinin müəyyən edilməsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə üçüncü şəxs arasındakı mübahisənin inzibati orqanın qanunsuz hərəkətlərinə yönələn hissəsi ola biləcəyi kimi, hansı ki, hazırkı iddia bu mahiyyətdədir, eyni zamanda mülki məhkəmə icraatı qaydasında baxıla biləcək hissəsi də mümkün ola bilər. Belə ki, torpaq sahələrinin koordinatlarının düzgün müəyyən edilməsi inzibati orqanın vəzifəsi olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Lakin torpaq sahəsindən düzgün istifadə edilməməsi və bununla əlaqəli digər iddialar mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxıla biləcək hissəsi X21 tərəfindən İddiaçı satılmış 0.08 ha və üçüncü şəxs X1 0.02 ha torpaq sahələrinə verilmiş çıxarışlar üzrə koordinatların bölgü sxeminə uyğun olub-olmaması və baza məlumatlarının düzgün qeyd edilib-edilməməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-cİ il tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X16 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.10 ha torpaq sahəsinin iddiaçı alıcı İddiaçı satılmış 0.08 ha hissəsinin koordinatları (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli) naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğundur, çıxarışa əsasən torpaq sahəsinin 0.0124 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən kənarda yerləşir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-ci İl tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X16 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.02 ha torpaq sahəsinin tam olaraq üçüncü şəxs alıcı X1 0.02 ha hissəsinin koordinatları (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli) naturada X4 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğundur, çıxarışa əsasən torpaq sahəsinin 5 kv.metr hissəsi faktiki istifadədən kənarda yerləşir; satıcı X21 tərəfindən İddiaçı satılmış 0.08 ha (********** qeydiyyat nömrəİi, xx.xx.2020-ci il tarixli) və üçüncü şəxs X1 0.02 ha torpaq sahələrinə verilmiş çıxarışlar üzrə koordinatları bölgü sxeminə uyğundur, lakin torpaqların faktiki istifadə vəziyyəti çıxarışlara qismən uyğundur; həmin torpaq sahəsi ətrafındakı qonşu torpaq sahələri ilə birlikdə ölçüldü, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə ətrafındakı qonşuların mülkiyyətində olan torpaq sahələrinin koordinatları üst-üstə düşmür; iddiaçının və onun ətrafındakı qonşuların mülkiyyətində olan torpaq sahələrinin koordinatları faktiki istifadədə olan torpaq sahələrinin koordinatları ilə eynilik təşkil etmir; iddiaçının mülkiyyətində olan torpaq sahələrinin koordinatları Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı ol tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrindəki koordinatlar eynilik təşkil etmir; sözügedən qaz xətti iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin kənarında yerləşir və qaz xətlərinin çəkilməsi normalarına uyğundur, lakin həmin qaz xətti **********09 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin daxilində yerləşir”. Yxarıda qeyd edilən mütəxəssis rəyində qeyd edilir ki, satıcı X21 tərəfindən İddiaçı satılmış 0.08 ha (********** qeydiyyat nömrəİi, xx.xx.2020-ci il tarixli) və üçüncü şəxs X1 0.02 ha torpaq sahələrinə verilmiş çıxarışlar üzrə koordinatları bölgü sxeminə uyğundur. Bu isə idiaçının hazırkı tələbinin əsassız olduğunu göstərir. Mütəxəssis rəyində eyni zamanda qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-cİ il tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X16 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.10 ha torpaq sahəsinin iddiaçı alıcı İddiaçı satılmış 0.08 ha hissəsinin koordinatları (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli) naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğundur, çıxarışa əsasən torpaq sahəsinin 0.0124 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən kənarda yerləşir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-ci İl tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X16 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.02 ha torpaq sahəsinin tam olaraq üçüncü şəxs alıcı X1 0.02 ha hissəsinin koordinatları (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli) naturada X4 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğundur, çıxarışa əsasən torpaq sahəsinin 5 kv.metr hissəsi faktiki istifadədən kənarda yerləşir; Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və üçüncü şəxsin əldə etdikləri torpaq sahələri bölgü sxeminə uyğun qeydiyyata alındığı üçün hazırda inzibati orqana yönələn tələb əsaslı ola bilməz. Torpaq sahələrinin həmin koordinatlara uyğun istifadə edilibedilməməsi isə inzibati məhkəmə araşdırmasının predmeti deyil. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı deyil, birinci instansiya məhkəməsinin qərarı “X23 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda tərəflərə izah edir ki, torpaq sahələrinin hazırkı istifadə vəziyyəti həmin ərazidəki qonşuları qane edirsə, onlar birlikdə faktiki istifadə vəziyyətinə uyğun koordinatlarda düzəlişlər edilməsi ilə bağlı birlikdə inzibati orqana müraciət edə bilərlər. İşin hallarından görünür ki, tərəflər arasında mübahisənin yaranmasının əsas səbəblərindən biri qaz xəttinin keçmə yeri ilə bağlıdır. Mütəxəssis rəyində də qeyd edilmişdir ki, həmin qaz xətti **********09 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə kollegiyası apelliyasiya şikayətinin dəlillərini isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas hesab etmir. Apellyasiya şikayətinin ümumi məzmunundan görünür ki, iddiaçı iş üzrə birinci instansiya məhkəməsinin əsas götürdüyü mütəxəsis rəyinin verilməsindən narazıdır. Şikayətdə qeyd edilir ki, birinci instansiya məhkəməsi 2-1(118)-1106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və qərarda ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinə tapşırmasını göstərmişdir. Lakin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini iş üzrə cavabdeh olan təşkilatın özünə yəni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərmişdir. Cavabdeh təşkilat tərəfindən mütəxəssis iştirak edərək mütəxəssis rəyi vermiş, məhkəmə qərarını əsaslandırarkən həmin mütəxəsis rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, torpaq sahələrinin korrdinatları ilə bağlı məlumatlar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərində olmadığı üçün, bu kateqoriya işlərdə həmin məlumatların saxlandığı dövlət qurumunun mütəxəssislərinin rəyi əsas götürülür və bununla bağlı formalaşmış məhkəmə təcrübəsi vardır. Eyni zamanda hazırkı iş üzrə mütəxəssis rəyi vermiş şəxsin qərəzli olması müəyyən edilmir. İddiaçı eyni zamanda apellyasiya şikayətində qeyd edir ki, mübahisəli torpaq sahələrini yerində müəyyən edilməsini aparmaq əvəzinə yalnız onun istifadəsində olan 0.08 ha və qonşusu A.İsmayılovanın istifadəsində olan 0.02 ha torpaq sahəsində mütəxəssisin iştirakı ilə ölçmə işlərini aparmışdır. Lakin onun təkidlərinə baxmayaraq A.İsmayılovanın istifadəsində olan 0.1 ha torpaq sahəsində ölçmələr aparmamışdır. Əgər həmin sahədə ölçmə işləri aparsaydı onda məlum olardı ki, A.İsmayılovanın istifadəsində olan torpaq sahəsi eninə 2 metrdən çox, uzunluğuna isə 50 metrədən artıqdır. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlilini hazırkı iddianın təmini üçün əsas hesab etmir. Belə ki, hazırkı iddia X21 tərəfindən İddiaçı satılmış 0.08 ha və üçüncü şəxs X1 0.02 ha torpaq sahələrinə verilmiş çıxarışlar üzrə koordinatların bölgü sxeminə uyğun olub-olmaması ilə bağlı olduğu üçün X4 digər əmlakları hazırkı iddianın predmetini təşkil etmir, eyni zamanda iddiaçının həmin torpaq sahəsi ilə bağlı tələblər irəli sürməsi üçün subyektiv hüququ olmalıdır. İddiaçı apellyasiya şikayətində eyni zamanda qeyd edir ki, torpağın hazırkı sahibi yəni A.İsmayılovaya satılmış 0.1 ha torpağın sahibi X3 şahid qismində məhkəmə prosesinə cəlb etsəydi, o, da bildirəcəkdi ki, yuxarıda göstərdiyi, yəni, 2X50 metrə ölçüdə artıq torpaq sahəsi A.İsmayılovaya məxsus torpaq sahəsinin qərb hissəsində yerləşir, yəni 0.1 ha torpaq sahəsinə bitişikdir. Məhkəmə iddiaçının qeyd etdiyi dəlili də hazırki iddianın təmini üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında torpaq mübahisələrinin həlli zamanı torpaq sahələrinin koordinatlarının müəyyən edilmə əsaslarını şahid ifadələri yox, müvafiq hüquqi sənədlər təşkil edir. Şahid ifadələri isə müəyyən dövrlərdə torpaq sahəsindən faktiki istifadə yerinin müəyyən edilməsi üçün əsas təşkil edə bilər. Bu baxımdan hazırkı iş torpaq sahəsinin sənəd üzrə koordinatlarının müəyyən edilməsinə yönəldiyindən, şahid ifadələri hazırkı iş üzrə torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi əsası kimi qəbul edilə bilməz. Eyni zamanda X8 şahid qismində məhkəmə kollegiyasının iclasında dindirilmişdir. İddiaçı apellyasiya şikayətində əlavə olaraq qeyd edir ki, mütəxəsis rəyində də, məhkəmə qərarında da sözü gedən qaz xəttinin texniki normalara uyğun çəkilməsi qeyd olunsa da, torpaq sahəsinə baxış zamanı hakim ona bildirmişdir ki, “qaz borusu ona məxsus torpaq sahəsindən keçdiyi üçün o, Qaz İdarəsini məhkəməyə verə bilər”. Halbuki, qaz borusu mütəxəssis rəyində və qəbul olunmuş qərarda əks olunduğu kimi qaydalara uyğun çəkilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı mübahisənin yaranma səbəblərindən biri də qaz xəttinin keçdiyi ərazinin koordinatlarının faktiki istifadəyə uyğun olmaması ilə bağlıdır. Lakin hazırda iddiaçı ilə üçüncü şəxs arasında yaranmış mübahisənin inzibati orqana yönəlmiş hazırkı hissəsinin həlli zamanı qaz xəttininin haradan keçməsi mübahisənin həllini müəyyən edən əsas kimi qəbul edilə bilməz. Hazırkı inzibati orqana yönəlmiş tələbin həllini müəyyən edən əsas iddiaçı və üçüncü şəxsin 0.10 ha torpaq sahəsindən müvafiq olaraq əldə etdikləri 0,08 ha və 0.02 ha torpaq sahələrinin yerinin müəyyən edilməsi təşkil edir. Qaz xəttinin iddiaçının sənəd üzrə torpaq sahəsindən keçməsi iddiaçının müxtəlif hüquq müdafiə vasitələrindən istifadə etməsini istisna etməsə də, hazırki iddia tələbinin əsaslılığı müəyyən edən hal kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının digər hüquq müdafiə imkanlarından istifadə etmə imkanları istisna edilməsə də, hazırkı iş üzrə üçüncü şəxsin maraqlarına toxunan tələbləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üçüncü şəxsin maraqlarına toxunur, onun qeyd edilən konstitusion hüquqlarını pozur və yuxarıda qeyd edilən əsaslara görə əsassız hesab edilir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdeh inzibati orqanın mübahisiləndirilən hərəkətləri inzibati icraatın yuxarıda qeyd edilən əsas prinsipləri ilə ziddiyət təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilnləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-51/2024 nömrəli qərarı “X23 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-51/2024 nömrəli qərarı “X23 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.