Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-663/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin NN aprel N0N5-ci il tarixli, N-N(NN8)-789/N0N5 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 30 may N0N3-cü il tarixli, 4/N-N840 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Xaçmaz RHK-dan çağırılmış, N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli N №-li əmrilə (əsas §-NN sıra-N8) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N nömrəli əmrilə (əsas: səh-8, §-7, sıra-N6) sıravi İddiaçı sürücü vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N970-ci il təvəllüdlü sıravi Babayev X5 nazirinin N4 yanvar N996-cı il tarixli əmrinə əsasən N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 37 №-li əmrilə (əsas səh-34, §-6, sıra-N9) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-a göndərilmişdir.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NN iyul N0N4-cü il tarixli, N/N83 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Şəxsi Heyəti Qəbuletmə məntəqəsindən göndərilmiş, NN dekabr N993-cü il tarixdə Xaçmaz RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, N №-li əmrilə (əsas: §-NN, səh-N7, sıra-N8, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, 307 №-li əmrində (əsas: §-N, səh-N8, sıra-5, əmrdə atasının adı “Natik” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi komissarlıqlardan göndərilmiş və 7 ReADN-da ştata qoyulmuş hərbi qulluqçuların siyahısında XN adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N №-li əmrilə (əsas: §-7, səh-3, sıra-N6) sıravi İddiaçı 7 ReADN-ın N0-ci batareyasında sürücü vəzifəsinə təyin olunmuşdur. 7 ReADN-nin N0-ci batareyasının hərbi qulluqçusu, sıravi İddiaçı N6 mart N994-cü il tarixdən döyüş müvqeyini özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin N5 aprel N994-cü il tarixli, 66 №-li əmrilə (əsas: §-N, sıra-5, səh-N0, əmrdə vəzifəsi yazılmamışdır) ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli, 95 №-li əmrilə (əsas: §-N3, sıra-5, səh-3N, əmrdə vəzifəsi yazılmamışdır) N5 mart N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etmiş, N0-ci batareyasının hərbi qulluqçusu, sıravi İddiaçı fərarilikdən qayıtmış hesab edilmişdir. 3 ReADN-ın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin 0N iyun N995-ci il tarixli, N47 №-li əmrilə (əsas: §-3, sıra-5, səh- 33, əmrdə vəzifəsi yazılmamışdır) ştatdan kənar çıxarılmışdır. Səfərbərliklə çağırılmış, yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş, N970-ci il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin N4 yanvar N996-cı il tarixli, N6 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti sayılmamaqla, N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 37 №-li əmrilə (əsas: §-6, səh-33, sıra-N9) N fevral N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Xaçmaz RHK-na göndərilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N7 yanvar N994-cü il tarixli, 67N nömrəli arayışından görünür ki, sıravi Babayev X3 yaşayış məntəqələrinin və Ermənistan Respublikası ilə həmsərhəd rayonların erməni silahlı birləşmələrindən müdafiəsində iştirak edib və onun ailəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 mart N99N-ci il tarixli, N3N nömrəli qərarı ilə nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NN iyul N0N4-cü il tarixli, 3-N3- NN-N/N-B-N556xx/xx/N0N4 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən, xx xxxxxx N970ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 avqust N0N4-cü il tarixli, 3-3-NN/N-N40978/N0N4 nömrəli məktubundan görünür ki, xx xxxxxx N970-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və ya məhkumluğu barəsində DİN-in müvafiq uçotlarında məlumat yoxdur.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin N7 oktyabr N0N3-cü il tarixli, N/N-9687 nömrəli və N9 dekabr N0N3-cü il tarixli, N/N-N555 nömrəli məktublarından görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 06 oktyabr N0N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. İmtina onunla əsaslanadırılmışdır ki, N yanvar N994-cü il tarixdən sonra iddiaçının xidməti təsdiqlənmədiyinə, döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “müharibə veteranı adı və vəsiqəsinin verilməsi”də dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N988-ci ilin may ayından N990cı ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı - N993-cü ildə iddiaçının şəxsi müraciətinə əsasən Xaçmaz rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. Qərargahı Tərtər rayonun Seydimli kəndində yerləşən N saylı hərbi hissədə xidmət edərkən Tərtər, Talış, Tapqaraqoyunlu və digər ərazilərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edərək Murovdağa qədər getmişdir. İddiaçıya veteran statusunun və müvafiq vəsiqənin verilməsi üçün edilən müraciətlərlə həmin statusun əldə olunması mümkün olmamışdır. Halbuki, döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən kifayət qədər sənədlər vardır. Müraciətinə müsbət cavabın verilməməsi əsassız olduğu üçün N0N3-cü ilin noyabr ayında təkrarən sözügedən “Komissiya”ya müraciət edərək, döyüş əməliyyatlarında iştirak etməyi barədə sənədlərə bir daha istinad etmiş, atəşkəsin NN may N994-cü il tarixdən elan olunmasına, iddiaçının isə yalnız N fevral N996-cı il tarixdə şəxsi heyətin siyahısından çıxarılmağına diqqəti cəlb etməklə ona “müharibə veteranı” adının və vəsiqənin verilməsini, imtina olunduğu halda bunun əsasları konkret hüquq normalarına istinad edilməklə müvafiq qərarın çıxarılmasını və bir nüsxəsinin göndərilməsini xahiş etmişdir. Lakin “müharibə veteranı” adının və vəsiqənin verilməsinin mümkünsüz olmuşdur. Qeyd edilmişdir ki, iddiaçının hərbi biletində edilmiş qeydə görə iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 6, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, N0-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul N007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) N.N.N, 33.N, 33.N, 38.N, 39.N-ci maddələrinə istinad olunmuşdur.
9. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məlumatına əsasən N yanvar N994-cü il tarixdən sonrakı dövrdə iddiaçının hərbi xidməti və xidmətdən qanuni əsaslarla hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçuların iki şərtə cavab verməsi zəruri tələb kimi müəyyən edilmişdir: - şəxsin döyüş zonasında hərbi xidmət keçməsi; - hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması. Şəxsin bu şərtlərdən hər hansısa birinə cavab verməməsi ona “Müharibə veteranı” adının verilməsi istisna edir. Beləliklə, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Müdafiə Nazirliyinin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Hesab edilir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının N yanvar N994-cü il tarixdən sonra xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun hərbi xidməti və hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təstiqini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin N4 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən N5 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi N ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin N-ci bəndində qeyd edilmişdir ki, N5 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Etirazın maddi hüquqi əsası kimi “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” N3 yanvar N996-cı il tarixli, 433 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli, NN6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N, Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə İPM-in NN.N, N4.3, 47.N-ci maddələrinə istinad edilmişdir.
10. İddiaçının vəkili etiraza münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh arxivin hansı məlumatına istinad etdiyini göstərmir. Ona görə ki, elə bir mənbə mövcud deyildir. Siyahıdan çıxarılma şərti qanuna ziddir. Buna baxmayaraq, iddiaçı bu şərtə də uyğun gəlir. İddia ərizəsinə etiraz nə faktiki, nə də hüquqi cəhətdən iddia tələbinin qanuni olmasını şübhə altına ala bilmir, əksinə cavabdeh özünün hüquqlardan sui-istifadə etməsini ortaya qoymuş olur. Odur ki, iddiaya cavabdehin verdiyi etiraz məhkəmə tərəfindən hüquqi əhəmiyyət daşıyan sənəd kimi qəbul edilməməlidir. İddiaçının döyüş zonasında xidmət keçməsi də sübut olunur.
11. Sumqayıt İnzibati Məhkəməsinin NN aprel N0N5-ci il tarixli, N-N(NN8)-789/N0N5 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Könül Həbibova).
12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə eyni əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, N993-cü il tarixdən N996-cı ilə kimi hərbi xidmət keçmişdir və xidmət keçməyi hərbi biletlə təsdiq olunur. İddiaçı ilə birlikdə hərbi xidmət keçmiş şahidləri Neftçala rayon sakini X7 (ş/v № AANN94373, m/v № 046N04 vəsiqə) halhazırda müharibə veteranı vəsiqəsini almışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin NN iyul N0N4-cü il tarixli Arayışı ilə barəsində məhkumluğun olmaması təsdiq olunur. 30 may N0N3-cü il tarixli Arxiv Arayışından görünür ki, N dekabr N993-cü il tarixli N №-li əmrə əsasən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N970-ci il təvəllüdlü Babayev X5 Nazirliyinin N4 yanvar N996-cı il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 37 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-a göndərilmişdir. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N №-li əmrilə sıravi İddiaçı sürücü vəzifəsinə təyin olunmuşdur. N994-cü ilin mart ayında o, həmin N saylı hərbi hissəyə məxsus olan N ədəd “ZİL” markalı maşınları “Xaçmaz Avtobazası’na gətirərək təmir etmişdir və təmirdən sonra həmin N ədəd “ZİL” markalı maşınları xidmət etdiyi N saylı hərbi hissəyə qaytarmışdır. Ona görə də iddiaçıya müharibə veteranı adının verilməsi barədə iddiası təmin olunmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 6N.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-)
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-)
18. İnzibati Prosessual Məcəllə Maddə N4. Sübut etmə vəzifəsi (-) N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.N. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsinin öz təsdiqini tapmaması əsası ilə iddianı təmin etməmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən kollegiya qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır.
25. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.
26. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NN iyul N0N4-cü il tarixli, N/N83 nömrəli məktubundan görünür ki, NN dekabr N993-cü il tarixdə Xaçmaz RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli, 307 №-li əmrində hərbi komissarlıqlardan göndərilmiş və 7 ReADN-da ştata qoyulmuş hərbi qulluqçuların siyahısında XN adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli, N №-li əmrilə sıravi İddiaçı 7 ReADN-ın N0-ci batareyasında sürücü vəzifəsinə təyin olunmuşdur. 7 ReADN-nin N0-ci batareyasının hərbi qulluqçusu, sıravi İddiaçı N6 mart N994-cü il tarixdən döyüş müvqeyini özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin N5 aprel N994-cü il tarixli, 66 №-li əmrilə ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli, 95 №-li əmrilə N5 mart N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etmiş, N0-ci batareyasının hərbi qulluqçusu, sıravi İddiaçı fərarilikdən qayıtmış hesab edilmişdir. 3 ReADN-ın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin 0N iyun N995-ci il tarixli, N47 №-li əmrilə ştatdan kənar çıxarılmışdır. Səfərbərliklə çağırılmış, yuxarı yaş hədli, hərbi hissəni özbaşına tərk etmiş, N970-ci il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin N4 yanvar N996-cı il tarixli, N6 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti sayılmamaqla, N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli, 37 №-li əmrilə N fevral N996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Xaçmaz RHK-na göndərilmişdir.
27. Göründüyü kimi iddiaçı N993-cü ilin dekabr ayından N nömrəli hərbi hissəyə daxil olmuş, döyüş müvqeyini özbaşına tərk etdiyinə görə N5 aprel N994-cü il tarixli, 66 №-li əmrlə ştatdan kənar çıxarılaraq bütün növ təminatları dayandırılmışdır. Daha sonra iddiaçı N №-li hərbi hissə komandirinin N may N994-cü il tarixli, 95 №-li əmri ilə fərarilikdən qayıtmış hesab edilsə də təkrarən hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin 0N iyun N995-ci il tarixli, N47 №-li əmrilə ştatdan kənar çıxarılmışdır. Bununla da iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada tərxis olunması haqqında məlumat yoxdur.
28. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı N3 yanvar N996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı N3 iyun N996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N saylı Fərmanı N9 sentyabr N996-cı il tarixində qəbul edilmişdir.
29. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər.
30. Belə olduğu təqdirdə iddiaçının məlum fərmandan əvvəl hərbi xidmətini qanuni əsaslarla başa vurması iş materialları ilə öz təsdiqini tapmır.
31. Belə ki, həmin dövrdə aktiv döyüş əməliyyatları aparılırdı və bu səbəbdən də hərbi xidmətdən ehtiyata buraxılma dayandırılmışdır. N0 may N994-cü ildə atəşkəs əldə olunmuş, bundan bir müddət sonra, yəni N996-cı ildən hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılmışdır.
32. Odur ki, kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmət keçməsi, habelə, qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının N7 sentyabr N006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul N007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
35. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
38. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin NN aprel N0N5-ci il tarixli, N-N(NN8)-789/N0N5 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N0N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.