Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-664/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı rayonu Məlhəm bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın növü, iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər X4 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayonu Məlhəm bələdiyyəsinə qarşı “keçmiş Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin vətəndaş X7 0.12 ha torpaq sahəsinin ayrılması barədə 18 aprel 2006cı il tarixli, 07 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2046/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “keçmiş Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin vətəndaş X7 0.12 ha torpaq sahəsinin ayrılması barədə 18 aprel 2006-cı il tarixli, 07 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2046/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə iddiaçı Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin vətəndaş X7 0.12 ha torpaq sahəsinin ayrılması barədə 18 aprel 2006cı il tarixli, 07 saylı qərarının etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda mübahisələndirilən - keçmiş Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin X7 0.12 ha torpaq sahəsinin ayrılması barədə 18 aprel 2006-cı il tarixli, 07 saylı qərarından cavabdehin 09 avqust 2023-cü il tarixli məktubu ilə məlumatı olmuşdur. Göründüyü kimi, iddiaçı orqanın mübahisələndirdiyi qərardan 2023-cü ilin avqust ayından məlumatı olmuşdur. Beləliklə iddiaçı mübahisələndirilən qərarı məhkəmədə xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın mümkün sayılaraq məhkəmə icraatına qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəfindən Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 07 saylı qərarı ilə vətəndaş X8 ayrılmış 0.12 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (qərar, protokol və s.) təstiq olunmuş surətlərin ona təqdim edilməsini xahiş etmişdi. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş X12ma keçmiş Çuxuryurd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı iclas protokolunda sonuncuya torpaq sahəsinin ayrılması ilə bağlı heç bir məlumat aşkar olunmadığı, lakin keçmiş Çuxuryurd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı iclas protokolunun gündəliyində X5 adına 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Qeyd olunan torpaq sahəsinin ayrılması barədə ilkin torpaqayırma sənədləri aşkar olunmadı. xx.xx.2023-cü il tarixdə tərəfindən Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinə ərizə ilə müraciət olunaraq, qeyd olunan qərarın etibarsız sayılaraq ləğv edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Müraciətimə cavab olaraq, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin ona ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Şamaxı rayon Məlhəm Bələdiyyəsinin ona ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunu əldə etdikdən sonra xx.xx.2023-cü il tarixində mübahisə ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O və mərhurm həyat yoldaşı X2 Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 13 saylı qərarları ilə hər birinə Çuxuryurd kəndində 0.12 ha torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmiş və həmin vaxtdan bu günə kimi torpaq sahələri istifadələrindədir. Hər iki torpaq sahəsinə dair keçmiş DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmiş və həmin kadastrı planında torpaq sahələrinin yerləşdiyi ərazi (“x” və “y” koordinatları) konkret olaraq qeydə alınmışdır. Torpaq sahələrinə dövlət reyestrindən çıxarış almaq istədikdə məlum oldu ki, onların torpaq sahələrinin bir hissəsi digər vətəndaş tərəfindən qanunsuz olaraq zəbt edilib. Bununla bağlı tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, vətəndaş X3 rayon Çuxuryurd Bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 07 saylı qərarı ilə ərazilərinə bitişik 0.12 ha torpaq sahəsini almış və buna dair ona JN-1023H kod 41017018 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfindən Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinə, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 18 aprel 2006-cı il tarixli 07 saylı qərarı ilə vətəndaş X12ma ayrılmış 0.12 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (qərar, protokol və s.) təstiq olunmuş surətlərin ona təqdim edilməsi üçün ərizə ilə müraciət etmişdir. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş X1 Çuxuryurd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 07 saylı iclas protokolunda sonuncuya torpaq sahəsinin ayrılması ilə bağlı heç bir məlumat aşkar olunmadığı, lakin keçmiş Çuxuryurd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 saylı iclas protokolunun gündəliyində X5 adına 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Qeyd olunan torpaq sahəsinin ayrılması barədə ilkin torpaqayırma sənədləçi aşkar olunmadı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixli, 07 saylı iclas protokolunda X12ma torpaq sahəsinin ayrılması ilə bağlı heç bir məlumat aşkar olunmamış, yalnız xx.xx.2006-cı il tarixli, 06 saylı iclas protokolunun gündəliyində X5 adına 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Bununla da cavabdeh keçmiş Şamaxı rayonu Çııxuryurd bələdiyyyəsinin vətəndaş X12ma 0.12 ha torpaq sahəsinin ayrılması barədə 18 aprel 2006-cı il tarixli, 07 saylı qərarı ilə mülkiyyət hüquqları pozulmaqda davam etməkdədir. Lakin, Sumqayıt İnzibati Məhkəməsi bu məsələyə heç bir münasibət bildirmədən, xx.xx.2024-cü il tarixli 2-1(118)- 2046/2024 saylı qərardad qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);... Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi keçmiş Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin vətəndaş X7 0.12 ha torpaq sahəsinin ayrılması barədə 18 aprel 2006-cı il tarixli, 07 saylı qərarının etibarsız hesab edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış, məhkəmə gəldiyi qənaətini iddia müddətinin ötürülməsi halı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı müvafiq inzibati aktın etibarsız hesab edilməsindən ibarət olmuşdur. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın etibarsız hesab edilməsinə dair iddia növü müəyyən etmə və ya tanınma haqqında iddia növü kimi çıxış edir ki, qeyd edilən iddia növünə dair prosessual qnaunvericilikdə iddia müddəti nəzərdə tutulmamışdır. Belə ki, yuxarıda istinad edilən İPM-in iddia müddətinə dair şərtləri özündə ehtiva edən 38ci maddəsinin dispozitiv şərtlərində məhz mübahisələndirmə haqqında və məcburetmə haqqında iddia növünə dair iddia müddətləri nəzərdə tutulmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən iddia növünə mübahisələndirmə haqqında iddia növü kimi qiymətləndirməklə, hazırki iddia növününün müəyyən edilməsində yanlışlığa yol vermiş, nəticə etibarilə hazırki iş üzrə yanlış iddia növü ilə bağlı prosessual normanının tələblərinə istinad etməklə, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində iddianın mümkün sayılaraq, icraata qəbul edilməsini xahiş etmişdir.İndiki halda iddianın mümkünlük məsələsi məhkəmə prosesinin istənilən mərhələsində yoxlanılmalı olduğundan həmin hissədə şikayət əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2046/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Şamaxı rayonu Məlhəm bələdiyyəsinə qarşı “keçmiş Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin vətəndaş X7 0.12 ha torpaq sahəsinin ayrılması barədə 18 aprel 2006cı il tarixli, 07 saylı qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-664/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-664/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver