Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-666/2025 14.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1530/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1530/2025 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh (VVADQ) tərəfindən xx.xx.1961ci ildə X7 və Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında bağlanmış (saxta nikah) 09 saylı “Nikah haqqında akt”ın ləğv edilməsi və ya etibarsız sayılması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı Cavabdehnə qarşı “Nikah haqqında akt”ın ləğv edilməsi və ya etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun atası X8 və Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında Cavabdehndə (VVADQ) xx.xx.1961-ci ildə 09 nömrəli akt qeydi ilə bağlanmış nikahın ləğv edilməsi və ya etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə ünvanladığı xx.xx.2023-cü il tarixli nikah haqqında akt qeydinin ləğvi barədə yazılı sorğusuna cavab olaraq bildirilmişdir ki, atası X4 adına xx.xx.1950-ci il tarixli 05 saylı Cavabdeh tərəfindən xx.xx.1961-ci il tarixli 09 saylı Cavabdeh tərəfindən nikah haqqında akt qeydləri tərtib olunmuşdur. X8 xx.xx.1950-ci il tarixdə X5 ilə rəsmi nikahda olduğu halda (heç bir nikah pozulması və ikinci tərəfin ölümü olmadığı halda) xx.xx.1961-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikah həqiqəti əks etdirmədiyindən xx.xx.1961-ci ildə X7 və Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında bağlanmış nikah qeydi ləğv edilməli və ya etibarsız hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianın mümkünlüyü məsələsinə düzgün hüquqi qiymət verməyərək nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçı hüquqi marağı atasının ikinci nikahdan olan övladlarının vərəsəsi kimi qəbul edilərək miras əmlakı əldə etməsinin qanunsuz olduğunu sübut etməkdən ibarətdir. İddiaçı qeyd edir ki, notarius tərəfindən o, atasından miras qalmış əmlakı qəbul etmiş vərəsələri sırasına daxil edilməmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İddiaçı iddia tələbində - atası X8 və Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında Cavabdehndə (VVADQ) xx.xx.1961-ci ildə 09 nömrəli akt qeydi ilə bağlanmış nikahın ləğv edilməsi və ya etibarsız sayılmasından ibarətdir. İşdə olan Cavabdeh tərəfindən 11 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X8 və X5 arasında xx.xx.1950-ci il tarixdə Xaçmaz rayon İHB-nın Yergüc İcra nümayəndəliyində bağlanmış nikah qeydi akt qeydləri kitabında 0005 nömrə ilə qeydə alınmışdır. Qeyd: X1 xx.xx.1959-cu ildə ölməsi (ölüm xx.xx.2006-cı ildə 106 №-li akt qeydi ilə Cavabdehndə dövlət qeydiyyatına alınmış) və X11 isə xx.xx.2003-cü ildə ölməsi (ölüm xx.xx.2003-cü ildə 0021 №-li akt qeydi ilə Xaçmaz rayon İHB-nın Yürgüc İN-də dövlət qeydiyyatına alınmışdır) İşdə olan Cavabdeh tərəfindən 11 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X8 və X6 arasında xx.xx.1961-ci il tarixdə Xaçmaz rayon İHB-nın Yergüc İcra nümayəndəliyində bağlanmış nikah qeydi akt qeydləri kitabında 0009 nömrə ilə qeydə alınmışdır. Qeyd: X2 xx.xx.2003-cü ildə ölməsi (ölüm xx.xx.2003-cü ildə 0021 №-li akt qeydi ilə Xaçmaz rayon İHB-nın Yürgüc İN-də dövlət qeydiyyatına alınmış) və X6isə xx.xx.2013-cü ildə ölməsi (ölüm xx.xx.2013-cü ildə 08 №-li akt qeydi ilə Xaçmaz rayon İHB-nın Yürgüc ilə bağlı xitam verilmişdir) Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları) Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə Məcəlləsinin 25.2-ci madəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 26.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə nikah bağlanarsa - yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa - yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü - 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı onun atası X8 ilə Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında Cavabdehndə (VVADQ) xx.xx.1961-ci ildə 09 nömrəli akt qeydi ilə bağlanmış nikahın ləğv edilməsi və ya etibarsız sayılmasını tələb etmək hüququna malik olan Ailə Məcəlləsinin 26.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin dairəsinə daxil deyildir. O cümlədən həmin nikahın ləğv edilməsini (pozulmasını) tələb etmək hüququna malik deyildir. Ərarvad arasında bağlanmış nikahın pozulmasını (xitam verilməsi) yalnız nikah bağlayan şəxslərin özləri (ər-arvad), etibarsızlığını isə Ailə Məcəlləsinin 26.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər tələb edə bilərlər. İddiaçı hazırkı iş üzrə bu şəxslərin dairəsinə daxil olmadığı üçün bu iddiaları qaldırmağa subyektiv hüququ da yoxdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 9.2-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1530/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “onun atası X8 və Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında Cavabdehndə (VVADQ) xx.xx.1961-ci ildə 09 nömrəli akt qeydi ilə bağlanmış nikahın ləğv edilməsi və ya etibarsız sayılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4rə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-666/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-666/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver