Məhkəmə qərarları › İş №2-1(105)-668/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-668/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-668/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı iddia tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1746/2021 saylı qərardadından iddiaçı MMC-nin direktoru Nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin direktoru Nümayəndə cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı 15 fevral 2021-ci il tarixli qərarından narazı olmasını vurğulayaraq həmin qərarın qanunauyğunluğunun yoxlanılması və şərh verilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğular edilməsi və digər tələblərə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1746/2021 saylı qərardadı ilə (hakim İ.R.Quliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı MMC-nin direktoru Nümayəndə apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1746/2021 saylı qərardadının ləğv edilərək işə apelyasiya icraatı qaydasında baxılmasını müəyyənləşdirən məhkəmə aktı qəbul etməklə iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.4-cü maddəsinə əsasən apellyasiya şikayəti mümkün hesab edilərək şikayətə baxılması üçün iş 02.12.2021-ci il tarixə təyin edilmişdir. Apelyasiya şikayətinə baxılmasına qədər iddiaçı MMC-nin direktoru Nümayəndə məhkəmə kollegiyasına geniş məzmunda etiraz göndərərək apelyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsində baxılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında da iddiaçı MMC-nin direktoru Nümayəndə məhkəməyə ünvanladığı etirazda göstərilənlərə əsasən işin başqa apelyasiya məhkəməsində baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edilməsinin zəruriliyini qeyd etdi. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, işə hansı məhkəmədə baxılmasının müəyyən edilməsi üçün hazırkı inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Müliki Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı olduğundan iş üzrə verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmasına prosessual qanunvericiliyin tələbləri baxımından mümkün deyildir, ona görə də hazırkı şikayətə hansı məhkəmədə baxılmasının müəyyən edilməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2 və 80-cı, eləcə də Azərbaycan Respublikası Müliki Prosessual Məcəlləsinin 32.7, 44 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1746/2021 saylı qərardadından iddiaçı MMC-nin direktoru Nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə hansı məhkəmədə baxılmasının müəyyən edilməsi üçün hazırkı inzibai iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar