Məhkəmə qərarları › İş №2-1(105)-668/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-668/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-668/2022 03.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 Xidmətinin Sumqayıt Regional Şöbəsinə qarşı "xxxx" MMC-nin Sumqayıt-Xızı-Yeni Yaşma 26 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(118)-2020/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 Xidmətinin Sumqayıt Regional Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin Sumqayıt Xızı-Yeni Yaşma 26 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı MMC Sumqayıt-Xızı-Yeni Yaşma marşrut xəttində 2007-ci ildən sərnişindaşıma fəaliyyətini göstərmişdir. 2018-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan "xxxx" MMC tərəfindən sözügedən marşrut xəttində sərnişindaşıma fəaliyyətinə başladığına görə iddiaçının istifadəsində olan 4 nəqliyyat vasitəsinin fəaliyyəti dayandırıldı. Belə ki, "xxxx" MMCnin nəqliyyat vasitələri iddiaçı "xxxx" MMC-nin həmin 4 nəqliyyat vasitəsi ilə eyni saatda işləməyə başlamışdır. Cavabdehin qanunuz hərəkətləri nəticəsində faktiki olaraq Sumqayıt-Xızı-Yeni Yaşma marşrutu ilə, yəni rayonlararası hərəkət edən marşrut xətti şəhərdaxili kimi dislokasiyaya salınmaqla həmin marşrutun pasportunu təsdiq edilmişdir. Bununla bağlı iddiaçı həmin marşrut xəttində "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri ərazisində sərnişindaşıma fəaliyyəti göstərən bütün avtomobil marşrutlarının zəruri sənədlərinin rəsmiləşdirilməsi həmin qurum tərəfindən həyata keçirilməyə başlanılmış və qeyd edilən 26 saylı marşrut da məhz Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşınma İdarəsi tərəfindən tənzimlənir. Məhz bu səbəbdən iddia tələbində sərnişindaşıma fəaliyyətinə son qoyulması səlahiyyəti DANX-nin Sumqayıt Regional şöbəsinin səlahiyyəti daxilində deyil, qeyd edilən səlahiyyət Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(118)-2020/2022 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(118)-2020/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri İddiaçı apellyasiya şikayətində göstərir ki, hakim iddiaçının tələbinin subyektiv hüququn olmadığını qərarında göstərir. 1-ci "xxxx" MMC əvvəlki Nəqliyyat Nazirliyinin normativ hüquqi sənədlər əsasında sərnişindaşıma fəaliyyəti üçün razılıq almışdır. 10 il həmin lisenziya ilə 26 nömrəli Sumqayıt Xızı Yeni-Yaşma marşrutda sərnişindaşıma fəaliyyəti göstərmişdir. Əvvəlki Nəqliyyat Nazirliyi tərəfindən aylıq marşrut sxemini təsdiq edib, dövlətə çatan vergi rüsumunun verilməsi üçün 2017-2018-ci ilədək fərqlənmə nişanı verilmişdir. Bu faktı da hakim nəzərə almamışdır. Bundan başqa 2 07 aprel 2021-ci il tarixdə 18 saylı müşahidə predmeti ilə Sumqayıt İcra Başçısı tender elan etmişdir. Tenderin müsabiqə komissiyasının yaradılması haqqında sərəncamı Sumqayıt şəhər İcra Başçısının xx.xx.2020-ci il tarixli nömrə 82 tam əsassızdır. Belə ki, şəhərdaxili 1/25, 2, 3, 4, 5, 6, 7, 7A, 8, 9, 10A, 12A (rayonlararası 26 nömrəli) 30, 40 və 55 nömrəli şəhərdaxili marşrutların 10 gündə idarəetməyə verilməsi üçün tenderin qanun İcra Başçısı özü-özünə tender keçirir. Bundan başqa 26 nömrəli marşrut xətti 70 km-dir, yəni şəhərdaxili deyildir. Digər tərəfdən 26 nömrəli marşrutun sonu Xızı rayon ərazisidir. Birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt Xızı rayon Yeni-Yaşma kəndinə gedən marşrut xəttinin başlanğıcı və sonu haqqında araşdırma aparmamışdır. Tenderin blankında 26 nömrəli marşrutun çıxışı Nərimanov klubu, sonunda Nərimanov klubu göstərilmişdir. Çünki marşrutun sonuncu dayanacağı Xızı rayonu olduğu üçün tenderin cədvəlində göstərə bilmir. Digər tərəfdən İcra Başçısı öz balansında olan nəqliyyat vasitələrinin özündə tender keçirilməsi qanuna ziddir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq tərəflərin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalı, ...məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Hazırkı işdə iddiaçı iddianın hansı əsasla X1 Xidmətinin Sumqayıt Regional Şöbəsinə qarşı irəli sürüldüyünü əsaslandırmamış, məhkəmə araşdırması zamanı da belə əsasların mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan və cavabdehin etirazından müəyyən olunur ki, 26 saylı marşrut xətti Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müsabiqə yolu ilə 10 il müddətinə "xxxx" MMC-nin idarəetməsinə verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı hazırkı tələbə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1ı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1ı Xidmətinin əsasnaməsinə əsasən həmin Xidmət avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olmuş, əsasnamənin 9.8 və 9.9-cu bəndlərinə əsasən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən etmək; dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıları müsabiqə qaydasında cəlb etmək və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlamaq Xidmətin vəzifələrinə aid olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1ı Xidmətinin və bu sahədə fəaliyyət göstərən bir sıra digər qurumların əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Beləliklə, istər müvafiq maşrut xətti hərrac vasitəsi ilə "xxxx" MMC-nin istifadəsinə verilən zaman, istərsə də iddia qaldırılan və işin məhkəmələrin icraatında olduğu dövrdə cavabdeh X1 Xidmətinin Sumqayıt Regional Şöbəsinin iddiaçının tələb etdiyi qaydada - "xxxx" MMC-nin Sumqayıt-Xızı-Yeni Yaşma 26 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılmasına dair qanundan irəli gələn öhdəliyi olmamışdır.Bu səbəbdən də iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı nə apellyasiya məhkəməsində, nə də birinci instansiya məhkəməsində onun hazırda qüvvədə olan sərnəşindaşıma fəaliyyəti səlahiyyətinin olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan məlum olur ki, iddiaçının hüquqi marağı əvvəllər fəaliyyət göstərdiyi Sumqayıt-Xızı-Yeni Yaşma marşrut xəttində sərnişindaşıma fəaliyyətinin bərpa olunmasına yönəlmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müvafiq maşrut xətti üzrə hazırda qüvvədə olan sərnəşindaşıma fəaliyyəti səlahiyyətinin olması barədə müvafiq sübutlar təqdim etməklə düzgün cavabdeh inzibati orqana qarşı həmin maşrut xətti üzrə müsabiqə prosedurunun nəticələrini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə, yaxud da hazırda həmin maşrut xəttində fəaliyyət göstərən hüquqi şəxsə qarşı kommersiya məhkəməsində mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(118)-2020/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar