Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-668/2025 10.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, üçüncü şəxs Ramazanov Mürvət Xankişi oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin 79 nömrəli xx.xx.2003-cü il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(118)-710/2025 nömrəli qərarından üçüncü şəxs Ramazanov Mürvət Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin 79 nömrəli xx.xx.2003-cü il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2690/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ramazanov Mürvət Xankişi oğlu üçüncü şəxs qismində cəlb edilmişdir. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2690/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə iddia tələbi mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-1108/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə sözügedən qərardad ləğv edilmiş və inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(118)-710/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Qərardan narazı qalan üçüncü şəxs Ramazanov Mürvət Xankişi oğlu apaellyasiya şikayəti verərək iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-668/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ramazanov Mürvət Xankişi oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək Ramazanov Mürvət Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılmasını qərara almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ramazanov Mürvət Xankişi oğlu apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. İddiaçı, cavabdeh və digər üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə nümayəndələrin iştirakları olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, Ramazanov Mürvət Xankişi oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi qanunvericilikdə məhkəmə aktlarından yalnız iş üzrə tərəflər və və məhkəmə icraatına adi və ya zəruri cəlbetmə qaydasında cəlb olunmuş üçüncü şəxslərin şikayət vermək hüququ təsbit edilmişdir. Hazırki halda isə apellyasiya şikayəti verən Ramazanov Mürvət Xankişi oğlu Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2690/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-668/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ramazanov Mürvət Xankişi oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır. İPM-nin 87.2 və 87.3-cü maddələrində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ramazanov Mürvət Xankişi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud deyildir. Odur ki, Ramazanov Mürvət Xankişi oğlunun apellyasiya şikayəti vermək hüququ olmadığından onun tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2-1(118)-710/2025 nömrəli qərarından Ramazanov Mürvət Xankişi oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-668/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-668/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver