Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-673/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-382/2022 nömrəli qərarına izah verilməsi barədə ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin olunduqdan sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, iddiaçının yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-382/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı pensiya təyin olunduqdan sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, iddiaçının yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 642/2022 saylı 06 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin müddəaları tətbiq edilməklə X3 əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınının üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəsini almışdır. 19 aprel 2023-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarının izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi analoji məhkəmə qərardadını əlavə etməklə ərizəsini əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2-1(118)-382/2022 nömrəli qərardadı ilə İddiaçı ərizəsi əsasında Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)-382/2022 nömrəli qərarına izah edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin qərarının düzgün icra etməmişdir. Cavabdeh qurumun öhdəliyi pensiyanın sığorta hissəsinin yenidən hesablanmasını təmin etmək idi. Hərbi xidmətə görə aldığı qulluq illərinə görə pulunu azaltmaq deyildir. Nəticədə pensiyasının ümumi məbləği artmamışdır və məhkəmə qərarının icrası onun üçün faydalı nəticə yaratmamışdır. Əksinə hərbi xidmətə görə qazandığı pul azaldılmışdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 36.3-cü maddəsinə və Azəbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.2-ci bəndinə əsasən pensiyansının əlavəsi yalnız işləmiş olduğu vəzifə üzrə aylıq əmək haqqı artırıldıqda və ya pensiyasının sığorta hissəsi indeksləşdirildikdə yenidən hesablana bilərdi. Halbuki məhkəmə qərarı yalnız onun pensiyasının sığorta hissəsinin yenidən hesablanması barədədir. Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. İddiaçının tələbi məhkəmə qərarına əsasən cavabdeh orqan tərəfindən icra edilmişdir. Məhkəmə qərarının nəticə hissəsində cavabdehin üzərinə hansı vəzifənin qoyulması aydın şəkildə ifadə olunmuşdur. Buna baxmayaraq, isddiaçı iddia tələbinə dair izah verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə əsasən, həmin aktın məzmununu dəyişdirmədiyi halda məhkəmə qərarına izah verilməsinə yol verilir. Sözügedən halda isə bu əsas öz təsdiqni tapmır. Hazırki vəziyyətdə qərara sözügedən formada izah verilməsi tərəflərin hüquq bərabərliyi prinsipi baxımından yolverilməzdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazda göstərilənləri nəzərə almaqla şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq səhhətinin pisləşdiyini, müalicə aldığını bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İş materiallarından görünür ki, iddiaçının iddia tələbi “Əmək pensiyaları” haqqında Qanunun 37.3.1 və 45-ci maddələrinin tətbiq edilməklə, pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. Müvafiq məhkəmə qərarı ilə iddia tələbi təmin edilsə də, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrası tam təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə qərarının nəticə hissəsində hər hansı bir anlaşılmayan ifadə olmadığına görə həmin qərar izah verilməsi üçün heç bir əsas olmamasına istinad etsə də, əmək pensiyasının yenidən hesablanması zamanı müvafiq Qanunun 37.3.1-ci maddəsinin tələbinin nəzərə alınmadan, habelə məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsi nəzərə alınmadan icra edildiyini, pensiyanın sığorta hissəsinin artımı məbləğində qulluq stajına əlavənin məbləğinin azladılmaqla hesablandığını nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq məhkəmə qərarının icrası zamanı qeyrimüəyyənlik, anlaşılmazlıq olduğundan, habelə qeyd edilən hal isə iddiaçının mənafeyinə təsir etdiyindən, müvafiq məhkəmə qərarının icrası zamanı çətinlik yarandığından, habelə müvafiq məhkəmə qərarı qeyd edilən hissədə icra olunmadığından həmin məhkəmə qərarına izah edilməsi zərurəti yaranmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq ərizəni təmin etməməkdə haqlı olmamışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın etirazın dəlili kimi məhkəmə qərarının məzmununu dəyişməklə, ona izah verilməsinin yolverilməz olması ilə bağlı onu qeyd edir ki, hazırki halda qanuni qüvvəyə minmiş məhkəmə qərarı cavabdeh orqan tərəfindən məhkəmənin gəldiyi nəticəyə uyğun icra edilməmişdir. Başqa cür desək, icranın məhkəmə aktına uyğun olmayan şəkildə edilməsi, məhkəmə qərarının artıq icra edilmiş olması halına istinad etməklə ərizənin təmin edilməməsi üçün əsas ola bilməz. Belə olan halda nəticə etibarı ilə məhkəmə qərarı icra edilməmiş qalır, bu isə öz-özlüyündə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı ilə əhəmiyyətsiz edir, həm də məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması konstitusion norma və prinsiplərin tələbinə, ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətinə ziddir. Bundan əlavə məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi digər dəlilləri ilə bağlı qeyd edir ki, müvafiq məhkəmə qərarı məzmununa uyğun icra edilmədiyindən, həmin məhkəmə qərarına izah verilməsi mülki prosessual qanunvericiliyin tələbinə zidd olmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan etirazın dəlili kimi müvafiq məhkəmə qərarının məzmununu dəyişməklə, ona izah verilməsi halına istinad etsə də, həmin hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında (Assanidze Gürcüstana qarşı iş üzrə və s.) qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədləri çərçivəsində hər hansı məhkəmə tərəfindən verilmiş qərarın icrasına məhkəmə baxışının ayrılmaz hissəsi kimi baxılmalıdır. Göründüyü kimi, indiki halda müvafiq məhkəmə qərarının onun məzmununa uyğun icra edilməməsi, özlüyündə həmin qərarın icra edilməsini ehtiva etməməklə, iddiaçının konstitisuion hüququ kimi məhkəmə müdafiəsi hüququnun və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, məhkəmə qərarının tam və düzgün icra edilib-edilməməsi halı işin halları baxımından dəyərləndirilməmiş və bu hala ölkədaxili və beynəlxalq qanunvericilik normaları konteksində hüquqi qiymət verilməmişdir, nəticə etibarilə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-382/2022 nömrəli qərarına izah verilməsinə dair İddiaçı ərizəsi təmin edilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-382/2022 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-382/2022 saylı 21 yanvar 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinə uyğun izah verilsin. İzah edilsin ki, məhkəmə qərarının icrası ilə bağlı pensiya kapitalının artımı ilə əlaqədar əmək pensiyasının yenidən hesablanması zamanı qulluq stajına görə əlavənin məbləği azaldılmamalı, iddiaçının əmək pensiyasının məbləği pensiya kapitalındakı artıma uyğun olaraq artırılmalıdır. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-673/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-673/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver