Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-673/2024 12.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Niftəliyeva (Əzizova) Nargilə Sərdar qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “26 noyabr 1998-ci il tarixli JN-962 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə onlara məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(118)-281/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan JN-962 nömrəli “Torpağa mülkiyyət hüququna X13” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Bundan əlavə "xxxx" MMC-yə ünvanlanmış sorğuya cavab olaraq JN-962 nömrəli “Torpağa mülkiyyət hüququna X13” barədə hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı2 və Niftəliyeva (Əzizova) Nargilə Sərdar qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “26 noyabr 1998-ci il tarixli JN- 962 KOD 30307028 saylı Torpağa Mülkiyyət Hüququna X13 ilə Quba Rayon Ərməki kəndində yerləşən 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “26 noyabr 1998-ci il tarixli JN-962 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə onlara məxsus Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 N-li qərarı ilə Quba Rayonu Ərməki kəndi ərazisində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq onların mülkiyyətinə ayrılmış və adlarına mülkiyyət hüquqlarını təsdiq edən Torpağa Mülkiyyət Hüququna X13 verilmişdir. Adlarına verilən JN-962 X11 cavabdehin arxiv məlumatlarında texniki səhv olaraq JN-8420 kimi qeyd edilmişdir. İddiaçı qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və adlarına çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş və ərizəsi cavabdeh tərəfindən təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 Quba rayonu, Ərməki kəndi ərazisində yerləşən JN-962 nömrəli "Torpağa mülkiyyət hüququna X13nda" qeyd olunan 1.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 11.11,2022-ci il tarixli, **********39 nömrəli məktubla bildirilmişdir ki: "Ərizənizə əlavə olunmuş JN-962 nömrəli "Torpağa mülkiyyət hüququna X13" ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan JN962 nömrəli "Torpağa mülkiyyət hüququna X13" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Bundan əlavə "xxxx" MMC-nə ünvanlanmış sorğuya cavab olaraq JN-962 nömrəli "Torpağa mülkiyyət hüququna X13” barədə hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd edildiyi kimi, JN-962 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna X13" elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: “Torpağa mülkiyyət hüququna dair” JN-962 KOD ******* saylı dövlət aktından görünür ki, Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı əsasında İddiaçı1, İddiaçı2 və X2 mülkiyyətinə ayrılmışdır. AZ-İ № 890829 saylı, 09 sentyabr 2013-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X4 arasındakı nikah 09 sentyabr 2013-cü il tarixdə 385 nömrə ilə qeydə alınmışdır, nikah bağlandıqdan sonra ərə “Əzizov”, arvada “Əzizova” soyadı verilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonu, Ərməki kəndi üzrə torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı1 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Dövlət X8 25 avqust 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Quba RİHB-nın Amsar İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Ərməki kəndi üzrə 12 saylı təsərrüfatbaşına kitabında vətəndaş İddiaçı1 1006 saylı təsərrüfat başçısı olub, onun xüsusi mülkiyyətində 1999- 2000-ci illərdə 1.02 ha pay torpağının olduğu qeyd edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin istifadəsində olan 1.02 ha pay torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə öz əksini tapmışdır; JN-962A və JN-962C cizgilərdə öz əksini tapdığı 8420 nömrə ilə qeyd edilən torpaq sahələri iddiaçı və onun ailə üzvlərinin istifadəsində olan 1.02 ha torpaq sahəsi ilə, eyni zamanda JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X13”nda qeyd edilən 1.02 ha torpaq sahəsi ilə eyni torpaq sahələridir; Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı ilə iddiaçılara ayrılmış 1.02 ha torpaq sahəsi ilə elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə üst-üstə düşür; mübahisəli torpaq sahəsindən heç bir yüksək gərginlikli elektron xətti keçmir, mühafizə zolağında yerləşmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(118)-281/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 26 noyabr 1998-ci il tarixli JN-962 KOD ******* saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və Niftəliyeva (Əzizova) Nargilə Sərdar qızının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim L.Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi, yəni Quba rayonu, Ərməki kəndində yerləşən 1.28 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı əsasında ayrılmış və buna dair JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X13” tərtib edilmişdir. Göründüyü kimi torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir, iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğundur. Belə ki, məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonu, Ərməki kəndi üzrə torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı1 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin istifadəsində olan 1.02 ha pay torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN8420 nömrə ilə öz əksini tapmışdır; JN-962A və JN-962C cizgilərdə öz əksini tapdığı 8420 nömrə ilə qeyd edilən torpaq sahələri iddiaçı və onun ailə üzvlərinin istifadəsində oln 1.02 ha torpaq sahəsi ilə, eyni zamanda JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X13”nda qeyd edilən 1.02 ha torpaq sahəsi ilə eyni torpaq sahələridir; Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı ilə iddiaçılara ayrılmış 1.02 ha torpaq sahəsi ilə elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə üst-üstə düşür; mübahisəli torpaq sahəsindən heç bir yüksək gərginlikli elektron xətti keçmir, mühafizə zolağında yerləşmir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdeh orqanın elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə öz əksini tapsa da, JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X13”nda qeyd edilən torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsidir. Bununla da cavabdeh inzibati orqanın imtinasında göstərdiyi dəlilin formal xarakter daşıdığı bir daha təsdiqini tapmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti imtina və iddiaya etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, JN-962 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna X13" elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı ilə Quba rayonu, Ərməki kəndi ərazisində yerləşən 1.02 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X2 mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında onların adına JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X13” tərtib edilmişdir. İddiaçılar qeyd edilən hüquq müəyyənedici sənəd əsasında cavabdeh orqana müraciət edərək, Quba rayonu, Ərməki kəndində yerləşən 1.02 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqan 11 noyabr 2022-ci il tarixli bildirişi ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X13”nın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamasını və ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamasını göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqanın öz imtinasında göstərilən dəlilinin araşdırılması üçün aidiyyatı üzrə sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Quba rayonu, Ərməki kəndi üzrə torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı1 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin istifadəsində olan 1.02 ha pay torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN8420 nömrə ilə öz əksini tapmışdır; JN-962A və JN-962C cizgilərdə öz əksini tapdığı 8420 nömrə ilə qeyd edilən torpaq sahələri iddiaçı və onun ailə üzvlərinin istifadəsində oln 1.02 ha torpaq sahəsi ilə, eyni zamanda JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X13”nda qeyd edilən 1.02 ha torpaq sahəsi ilə eyni torpaq sahələridir; Quba rayon Aqrar İslahat Komissiyasının 04 nömrəli, 03 may 1997-ci il tarixli qərarı ilə iddiaçılara ayrılmış 1.02 ha torpaq sahəsi ilə elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə üst-üstə düşür; mübahisəli torpaq sahəsindən heç bir yüksək gərginlikli elektron xətti keçmir, mühafizə zolağında yerləşmir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdeh orqanın elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastrı uçotu informasiya sistemində (TEKUİS) JN-8420 nömrə ilə öz əksini tapsa da, JN962 KOD 30307028 saylı “Torpağa mülkiyyət hüququna X13”nda qeyd edilən torpaq sahəsinin koordinatları ilə eyni torpaq sahəsidir. Bununla da cavabdeh inzibati orqanın imtinasında göstərdiyi dəlilin formal xarakter daşıdığı bir daha təsdiqini tapmışdır. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi naturada mövcuddur, iddiaçıların faktiki birgə istifadəsindədir, habelə həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq Dövlət Aktı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çağırılması və ya qüvvədən düşməsi halı aşkar olunmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların həmin torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri baxımından hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq onların hüquqları dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin imtina və şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş müvafiq Dövlət Aktı və onun tərtib edilməsinə əsas olmuş müvafiq AİK-nın qərarının arxiv nüsxələri mövcuddur. Həmin sənədlərin təhvil verilmiş dövlət qeydiyyatı kitablarında qeydiyyata alınması iddiaçıların öhdəlik daşıdığı hal kimi çıxış etməmiş, həmin sənədlərin qeydiyyata alınması məhz müvafiq səlahiyyətli qurumların öhdəliyi kimi mövcud olmuşdur. Belə olan halda, müvafiq inzibati qurumların öz səlahiyyətlərini lazimi qaydada və vaxtında icra edilməməsi halına istinad edilməklə iddiaçıların mövcud olan hüquqlarının məhdudlaşdırılması qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə məqsədinə və mütənasiblik prinsipinin tələbinə zidd olmuşdur. Belə ki, mütənasiblik prinsipinin tələbinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda həmin sənədlərin qeydiyyata alınmaması halı məhz müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçıların məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onların hüquqlarının məhdudlaşdırılması iddiaçıları həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlili kimi həmin əsasa istinad edilməsi qanunvericiliyin norma və prinsiplərinin tələbinə zidd olmuşdur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(118)-281/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-673/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-673/2024
12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver