Məhkəmə qərarları › İş №2-1(105)-674/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-674/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-674/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997-ci il tarixli 16 saylı qərarının “Bakı” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayonu Qadaş-Oba kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilməsi və ailəsinin mülkiyyətinə verilməli olan həyətyanı torpaq sahəsinin ölçüsünün 0.3055 ha müəyyən edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(118)-1095/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997-ci il tarixli 16 saylı qərarının “Bakı” sovxozu üzrə İddiaçı və ailə üzvlərinə Xaçmaz rayonu Qadaş-Oba kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişdirilməsi və ailəsinin mülkiyyətinə verilməli olan həyətyanı torpaq sahəsinin ölçüsünün 0.3055 ha müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə iddiaçının 3 nəfərdən ibarət ailəsinə Xaçmaz rayonu Qadaş-oba kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-089 kod-30214068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunur. Əslində həmin 0.10 ha həyətyanı torpaq sahəsinin də daxil olduğu ərazinin, yəni ümümi həyətyanı torpaq sahəsinin ölçüsü 0.3055 ha təşkil edir. Belə ki, hazırda yaşadıqları yaşayış evi anası X1 məxsus olmuş və evə dair mart 1987-ci il tarixli 687 nömrəli texniki pasportunda evin həyətyanı torpaq sahəsinin ölçusu 3055 kv m göstərilmişdir. Bağda Xurşudova 05 iyun 1996-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra evi qanun üzrə birinci dərəcədə vərəsə olaraq iddiaçı idarə edir. İddiaçı həmin evdə doğulmuş, anasının sağlığında bu evdə onunla birlikdə yaşamışdır. Baxmayaraq ki, evin texniki pasportunda torpağın ölçüsü 3055 kv.m göstərilmiş, yuxarıda göstərilən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə cəmi 0.10 ha torpaq sahəsi verilmişdir. İddiaçı 0.3055 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi üçün bütün lazımı sənədləri əlavə etməklə ərizə ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin rəisi cənab Eldəniz Hacıyevin imzası ilə 18.01.2021-ci il tarixli **********49 saylı məktubla cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, 270 reyestr nömrəli Qeydiyyat Vəsiqəsi əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün iddiaçının müraciət etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü texniki pasportda 0.3055 ha ölçüdə əks olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin adlarına ümumi birgə hüquqi ilə müvafiq Aqrar İslahat Komissiyasının qərarı əsasında 0.10 ha ölçüdə JN-089F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. İddiaçı hesab edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997-ci il tarixli 16 saylı qərarı ilə 3 nəfərdən ibarət ailəsinin mülkiyyətinə 0.3055 ha həyətyanı torpaq sahəsinin əvəzinə 0.10 ha torpaq sahəsi mülkiyyətinə verilməklə hüquqları pozulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(118)-1095/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını, iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmə iddianı mümkün saymamışdır ona görə ki, X3 Komissiyasının fəaliyyəti 20 aprel 2005-ci il tarixdə dayandırılmış, həmin tarixə kimi Aqrar İslahat Komissiyasının qərarından şikayət etmək hüququndan istifadə etməmişdir. Bundan da əlavə rayon İcra Hakimiyyətinin rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hüquqi tənzimləmə mövcud deyil. Belə çıxır ki, məhkəmə iddia ərizəsinə iddia müddətini tətbiq etmişdir. Bununla bağlı qeyd etmişdir ki, Rayon Aqrar İslahat Komissiyaları Rayon İcra Hakimiyyəti nəzdində yaradılmaqla həmin komissiyanın sədri məhz Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Belə olan halda nəticəyə gəlmək olar ki, Rayon İcra Hakimiyyəti Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisidir. TƏRƏFLƏRİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası iddiaçının dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin hallarından görünür ki, iddiaçı mübahsiələndirmə haqqında iddia qaldıraraq, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17.12.1997-ci il tarixli 16 saylı qərarının ona münasibtdə dəyişdirilərək, ailəsinin mülkiyyətinə verilməli olan həyatyanı torpaq sahəsinin ölçüsünün 0.3055 ha müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası X3 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X3 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X3 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X3 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Həmçinin, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1(bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Hazırda mübahisələndirilən qərar (AİK-in qərarı) qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 10 ildən artıq müddətdə (17.12.1997- 01.01.2011-ci illər) mübahisələndirilməmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Qeyd olunmalıdır ki, AİK-in qərarları inzibati akt hesab olunur və həmin qərarların mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. İddiaçının Aqrar İslahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə aqrar islahat komissiyasının qərarından şikayət etmək hüququ olmuş, lakin o bu hüququndan istifadə etməmişdir. Odur ki, müddətin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda, iddiaçının inzibati orqana müraciətin olmaması əsası ilə də iddianı mümkün saymamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, mübahisələndirmə haqqında iddialarda inzibati orqana müraciət ilə bağlı iddianın xüsusi mümkünlük şərti nəzərdə tutulmadığından, bu xüsusatı yoxlamağı kollegiya məqsədəmüvafiq hesab etmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi qismən əsaslı olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(118)-1095/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar