Məhkəmə qərarları › İş №2-1(105)-675/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-675/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-675/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X15 qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X2 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2364/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54.07 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, mənzildə qeydiyyatda olan digər şəxslər X7, X8 və X5r. İddiaçı ərizə ilə cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, keşmiş gəlini X7 və nəvələri X8 və X4 Sumqayıt şəhəri, 10-cu mkr, ev 54 ünvanında yerləşən 16 nömrəli mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-13-58/2-Q-61xx/xx/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd olunan məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X7, X8 və X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X7, X8 və X4 onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr, ev 54 ünvanında yerləşən 16 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında keçmiş gəlini X7 və onun övladları X8, X9 qeydiyyatdadırlar. Lakin, qeydiyyatda olmaqlarına baxmayaraq həmin ünvanda yaşamırlar. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli qərarı əsasında oğlu X6 ilə X7 arasında nikah pozulmuşdur. Onlar mənzildə formal olaraq qeydiyyatda qalmış, mənzil üzərində heç bir hüquqları yoxdur. Onların mənzildə qeydiyyatda qalmaları iddiaçıya mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Üçüncü şəxslərin qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh müraciətini təmin etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadı ilə X7 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2364/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim: İ.Quliyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi İPM-nin 35-ci maddəsinə istinad edib iddianı mümkün saymamışdır. Məhkəmə belə bir qənaətə gəlmişdir ki, üçüncü şəxslərin mənzilindən istifadə hüququna dair məsələ həll olunmamışdır və o, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etməlidir. Hesab edir ki, məhkəmənin bu qənaəti əsassızdır. Belə ki, üçüncü şəxslər 7 ildən çoxdur ki, iddiaçıya məxsus mənzildən köçüb getmiş, bu illər ərzində heç vaxt mənzilə gəlməmiş və orada yaşamaq istədiklərini bildirməmişlər. Onların mənzildə heç bir əmlakı yoxdur. İddiaçı isə onların mənzildə yaşamalarına etiraz etməmişdir. Yəni, üçüncü şəxslərin uzun illər ərzində mənzildən istifadə etməmələri belə istifadəyə ehtiyaclarının olmadığını faktiki sübut edir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə almamışdır. Məhkəmə üçüncü şəxslərin mənzilində qeydiyyatda olmalarını onların mənzildən istifadə hüquqlarının olması kimi qiymətləndirmişdir. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağmş, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli qətnaməsi ilə onun uşaqları ilə birgə mübahisələndirilən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54 ünvanında yerləşən 16 nömrəli mənzilə istifadə hüququ tanınmış və mənzilə qeydiyyata alınmışdırlar. Üçüncü şəxs şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, ev 54 ünvanında yerləşən yerləşən 16 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə üçüncü şəxs Əmikişiyeva (Quliyeva) Könül Fikrət qızının azyaşlı uşaqları ilə birgə sözügedən mənzilə yaşamaq hüququ tanınmış və mənzilə qeydiyyata alınması qərara alınmışdır. Hazırda üçüncü şəxslər X7, X8 və X9 iddiaçının mülkiyyətində olan həmin mənzildə qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(060)- 6206/2016 nömrəli qətnaməsi ilə iddiaçı X7 ilə cavabdeh X6 arasında Sumqayıt nikah evində bağlanmış 457 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması qət edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə üçüncü şəxslərin sözügedən mənzilə istifadə hüquqları tanınmış və onlar həmin qətnamə əsasında mənzilə qeydiyyata alınmışlar. Bundan sonra isə 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə iddiaçının oğlu ilə keçmiş gəlini arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən gəlini və nəvələri olan hazırkı iş üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həllinin mülki məhkəmə icraatı qaydasında həllini tapmaması əsası ilə iddianı mümkün saymamış və iddiaçıya üçüncü şəxslərin mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə biləcəyi ilə bağlı hüququ izah edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildə yaşamadıqlarını və mənzilə istifadə hüquqlarının olmadığını qeyd etmişdir. Üçüncü şəxslər isə bunun əksinə, X2 uşaqları ilə birgə həmin mənzilə yaşamaq hüququnun tanınması və mənzilə qeydiyyata alınmasının qət edildiyi Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsini məhkəmə kollegiyasına təqdim edərək mənzilə istifadə hüquqlarının olduqlarını iddia edirlər. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda analoji işlərlə bağlı göstərilir ki, “.............bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsindən göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı kateqoriyadan olan işlərdə qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 6-7-ci bəndlərinə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı işdə üçüncü şəxslərin mənzildə yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi mülki qaydada araşdırılmalı, məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyi halda iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2364/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar