Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-679/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X9 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(118)-813/2024 nömrəli qərarından üçüncü şəxs X22 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “ona məxsus ünvan 1 ünvanında faktiki yaşamayan və istifadə hüququ olmayan X22, X27, X28, X23, X14, X24, X5, X15 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Nizami küçəsi (əvvəlki adı Lenin küçəsi), 5 mərtəbəli, 6 girişli, 70 mənzilli, 4 nömrəli evin 2 saylı mənzilində faktiki yaşamayan və istifadə hüququ olmayan X11, X16, X17, X12, X6, X13, X2, X7 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Abşeron rayonu X42 Deputatlar Soveti tərəfindən verilmiş 22 iyun 1979-cu il tarixli, 167 saylı orderə əsasən, ünvan 2 ünvanında yerləşən sahəsi 28.45 kv.m olan 2 otaqlı 2 saylı mənzil 3 nəfər ailə üzvü üçün İddiaçı verilmişdir. Sözügedən mənzil İddiaçı məxsusdur. Mənzildə qeydiyyatda olan X22, X27, X28, X23, X14, X24, X5, X15 və X1 İddiaçı tanımadığı şəxslərdir. Onların sözü gedən mənzilə heç bir bağlılıqları yoxdur. Ümumiyyətlə bu şəxslər sözü gedən mənzildə yaşamırlar. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalırlar. X22, X27, X28, X23, X14, X24, X5, X15 və X10 mübahisəli mənzilə istifadə hüququ olmamalarına və həmin mənzildə yaşamamalarına baxmayaraq, mübahisəli mənzildə hələ də formal olaraq qeydiyyatda qalmışlar. Bu isə İddiaçı mülkiyyətçi olaraq hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarının ikinci bəndinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən X22, X27, X28, X23, X14, X24, X5, X15 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq göndərilmiş məktubda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X22, X27, X28, X23, X14, X24, X5, X15 və X10 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğun olduğu qeyd olunmuşdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, X22, X27, X28, X23, X14, X24, X5, X15 və X10 həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və onlar onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalıdırlar. Çünki, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçının vəkili ərizə ilə cavabdeh Abşeron Rayon Polis İdarəsinə müraciət edərək, ünvan 3 ünvanından qeydiyyatda olan vətəndaşlar X22, X27, X28, X26, X14, X24, X5, X15 və X10 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və icra vərəqəsinə əsasən qeydiyyatdan çıxarıla bilər. Abşeron rayon XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 167 saylı, 22 iyun 1979-cu il tarixli orderin surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbə Ərazi Dairəsi, Ceyranbatan qəsəbəsi, ünvan 5 ünvanı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdü X22, xx.xx.1960-cı il təvəllüdlü X27, xx.xx.1959-cu il təvəllüdü X28, xx.xx.2011-ci il təvəllüdü X23, xx.xx.1981-ci il təvəllüdü X14, xx.xx.2009-cu il təvəllüdü X24, xx.xx.1966-cı il təvəllüdü X5, xx.xx.1982-ci il təvəllüdü X15 və xx.xx.1986cı il təvəllüdü X3 rayonu, Ceyranbatan qəsəbə Ərazi Dairəsi, Ceyranbatan qəsəbəsi, ünvan 5 ünvanında qeydiyyatdadırlar. Abşeron rayonu Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 325 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X36, X31, X18, X50 və X8 rayonu, Ceyranbatan qəsəbəsi, ünvan 7 ünvanda qeydiyyatdadırlar. Məhkəməyə sorğu əsasında daxil olmuş Ceyranbatan Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, “İddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, 5 mərtəbəli, 6 girişli, 70 mənzilli, 4 nömrəli evin 2 saylı mənzilində yaşayır, küçənin əvvəlki adı Lenin küçəsi olmuşdur; X4 rayonu, Ceyranbatan qəsəbəsi, 1 mərtəbəli, 2 mənzilli həyət evindən ibarət Nizami küçəsi, ev 4, mənzil 2-də yaşayır, küçənin əvvəlki adı Qaqarin adlandırılmışdır; Nizami küçəsi 4 saylı evin 2 saylı mənzilin 8 sot torpaq sahəsində olmaqla X11 valideynlərinə keçən əsrin 60-cı illərindı işlədiyi 26 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən order tərtib edilmədən verilmişdir; hal-hazırda torpaq sahəsinin Ceyranbatan bələdiyyəsi tərəfindən Nizami küçəsi 4 saylı evin 1 saylı mənzili isə balans sahibi olan Abşeron rayon İcra Hakimiyyəti ilə mənzil kirayə müqaviləsi əsasında vətəndaş X22 adına sənədləşdirilməsi prosesi aparılır”. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-4013/2023 saylı qərardadı ilə X22, X27, X28, X14, X5, X15, X25 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(118)-813/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi Nizami küçəsi (əvvəlki adı Lenin küçəsi), 5 mərtəbəli, 6 girişli, 70 mənzilli, 4 nömrəli evin 2 saylı mənzilində faktiki yaşamayan və istifadə hüququ olmayan X11, X16, X17, X12, X6, X13, X2, X7 və X10 həmin mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X11, X16, X17, X12, X6, X13, X2, X7 və X10 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq mübahisəli mənzildə yaşamırlar. Üçüncü şəxslər qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Həmin qərardan narazı qalan üçüncü şəxs X22 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan məhkəmə işin bütün hallarını tam araşdırmamışdır, belə ki, qeyd edilən ünvanda onun ailə üzvləri ilə qeydiyyatda olmasının əsas səbəbi ondan ibarətdir ki, iddiaçının yaşadığı mənzil 5 mərtəbəli bina evinin 1-ci mərtəbəsində yerləşir, lakin onun evi eyni ünvan kimi göstərilsə də, 2 mənzildən ibarət olan həyət evidir. Vaxtı ilə iddiaçının yaşadığı mənzil Lenin küçəsi, onun ailə üzvləri ilə yaşadığı mənzilin yerləşdiyi küçə Qaqarin küçəsi adlandırılmış, lakin sonradan hər iki küçə bir adla adlanaraq «Nizami küçəsi» olmuşdur. Buna görə də o, məhkəmə iştirak edərək bildirmişdir ki, məhkəmə qərarı əsasında qeydiyyatda olduğu ünvanda dəyişiklik edilməsinə qərar verilsin, lakin məhkəmə hər ikisinin eyni ünvana, eyni əsaslarla qeydiyyatda olmağına baxmayaraq qarşı tərəfin hüququnu onun hüququndan üstün hesab edərək bu qanunsuz qərarı qəbul etmişdir. Tərəfindən bütün sübutları da məhkəməyə təqdim etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X22 izahatında bildirmişdir ki, 60 ildir özünə məxsus həyət evində yaşayır. Hazırda onu qeydiyyatdan çıxarmaq istəyirlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, üçüncü şəxs apellyasiya şikayətində də həyət evində yaşadığını qeyd edib, lakin iddiaçının iddia tələbi bina evi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən verilən sorğularla da aydınlaşdırılmışdı ki, mübahisəli ünvan beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşən evdir. Ev iddiaçıya 1997-ci ildə orderlə ayrılmışdır. Həmin orderi birinci instansiya məhkəməsinə təqdim etmişdirlər. İddia ərizəsində qeyd olunan ev bina evidir. İddiaçı üçüncü şəxsi tanımır, onunla problemi yoxdur. Həmin şəxsin iddiaçıya məxsus evə istifadə hüququ yoxdur. Qarşı tərəf məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdi. Orderli ev olsa da, iddiaçı potensial mülkiyyətçidir. Order iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənəddir. Hazırda iddiaçının hüquqları pozulur. Üçüncü şəxs həyət evində yaşayır, lakin həmin evlə bağlı hüquqmüəyyənedici sənəd təqdim etmir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı ona məxsus olan mənzildə pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X11, X16, X17, X12, X6, X13, X2, X7 və X10 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq mübahisəli mənzildə yaşamırlar. Üçüncü şəxslər qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə olunmuş Abşeron rayon XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 167 saylı, 22 iyun 1979-cu il tarixli orderin surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbə Ərazi Dairəsi, Ceyranbatan qəsəbəsi, ünvan 5 ünvanı İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbə Ərazi Dairəsi, Ceyranbatan qəsəbəsi, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, yaşayış evində qeydiyyatda olan digər şəxslər X22, X27, X28, X23, X14, X24, X5, X15 və X19r. Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən hazırkı iş üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, vaxtı ilə iddiaçının yaşadığı mənzil Lenin küçəsi, onun ailə üzvləri ilə yaşadığı mənzilin yerləşdiyi küçə Qaqarin küçəsi adlandırılmış, lakin sonradan hər iki küçə bir adla adlanaraq «Nizami küçəsi» olmuşdur. Qeyd olunan halın araşdırılması ilə əlaqədar Abşeron rayon Polis İdarəsinə sorğu ünvanlanaraq İddiaçı və üçüncü şəxslər X22, X27, X28, X14, X5, X15, X10 ayrı-ayrılıqda ilkin olaraq əvvəllər hansı ünvanda qeydiyyatda olduqları, ilkin qeydiyyatlarının hansı tarixdən, hansı ünvanlarda və nəyə əsasən aparıldığı barədə ətraflı məlumat verilməsi və bununla əlaqədar sənədlərin ən qısa zaman ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 59/2-83855 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X22 xx.xx.2006-cı il tarixdən hal-hazıradək, X27 03.11,2005-ci il tarixdən hal-hazıradək, X28 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X5 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X15 xx.xx.2005-ci tarixdən hal-hazıradək, X25 xx.xx.2003-cü il tarixdən hal-hazıradək ünvan 10 ünvanında qeydiyyatdadır. X20 xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək ünvan 11 ünvanında qeydiyyatda olub, xx.xx.2011-ci tarixdən hal-hazıradək ünvan 10 ünvanında qeydiyyatdadır. Məlumat üçün bildirilmişdir ki, sənədlərin icra müddəti bitdiyindən ləğv olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanlarla əlaqədar bildirir ki, hazırda mübahisə olunan vəziyyət inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində yaranmışdır. Belə ki, iddiaçının mənzili, üçüncü şəxslərin həyət evləri olduqları halda, küçələrin adları dəyişildikdən sonra üçüncü şəxslərə həyət evi kimi ayrıca ünvan verilməli olduğu halda, onlar iddiaçının mənzilinə qeydiyyata alınmışlar. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxslərə hüquqi yardım edilmiş, lakin mübahisə məhkəmədənkənar həllini tapmamışdır. Son nəticədə isə iddiaçının hüquqları pozulmuşdur. Hazırki halda isə iddiaçının mülkiyyət hüquqlarının qorunması zərurəti yaranmışdır. Belə ki, inzibati orqanların öz fəaliyyətlərində yol verdiyi yalnışlıqlar mülkiyyət hüququnun pozulması əsası yarada bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati orqanların fəaliyyəti nəticəsində üçüncü şəxslərin də hüquqları pozulmuşdur. Lakin kollegiya hesab edir ki, üçüncü şəxslərin hüquqları iddiaçının hüquqlarının pozulması ilə qoruna bilməz. Hazırda işin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən mənzil Abşeron rayon XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 167 saylı, 22 iyun 1979-cu il tarixli orderə əsasən iddiaçının istifadəsindədir və onun mülkiyyət hüququ yaradacaq gözlənilən hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, istər üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də onların həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Üçüncü şəxslərə izah olunur ki, faktiki yaşadıqları ünvana qeydiyyata düşmək üçün mümkün hüquq müdafiə vasitələrindən istifadə edə bilərlər. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə yaşamadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(118)-813/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.