Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-68/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X2rşı “tikinti altına düşən 4 sot torpaq sahəsinin və cavabdeh tərəfindən sökülmüş hasarın dəyəri olaraq ümumilikdə 33566 manat kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iş üzrə açar sözlər: torpaq sahəsinə görə ödənilməli olan kompensasiya tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X2rşı “tikinti altına düşən 4 sot torpaq sahəsinin və cavabdeh tərəfindən sökülmüş hasarın dəyəri olaraq ümumilikdə 33566 manat kompensasiya məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-112/2021 saylı qərarından cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilən apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan X2rşı “Saray qəsəbəsində ona məxsus torpaq üçün sotu 5000 AZM olmaqla 20000 AZN ödənilməsini, 23 metr eni 2 metr hündürlükdə olan hasar üçün 700 AZN və 2 badam ağacı üçün 500 AZN, ümumilikdə 21200 AZN-in Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq ona verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşə baxılan zaman iddiaçı 31.05.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə göndərərək göstərmişdir ki, iddia verərkən torpağın real bazar qiymətini araşdırmamış, lakin sonradan torpağın qiymətlərilə maraqlanaraq faktiki olaraq torpağın bir sotunun 7500-10000 manat olmasını öyrənmiş, eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyində də bu qiymətlərin üst-üstə düşməsini görərək iddia tələbinin artırılması qənaətinə gəlmiş, ona görə də Saray qəsəbəsində yerləşən ona məxsus olan, Bilgəh-Sumqayıt avtomagistral yolunun tikintisi zamanı tikinti altına düşən torpaq üçün (hər sotuna) 8000 manat, torpağı iki tərəfdən əhatə edən 34 metrlik hasar üçün 1700 manat, ərazidə yerləşən çoxillik badam ağacları üçün 500 manat, ümumilikdə 34200 manatın Azərbaycan X1 xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İşə baxılan zaman İddiaçı 16.06.2021-ci il tarixdə məhkəməyə dəqiqləşdirmə barədə ərizə təqdim edərək yol tikintisi zamanı tikinti altına düşən mülkiyyət hüququ əsasında ona məxsus olan 15 sot torpaq sahəsinin 11 sotunun dəyəri cavabdeh təşkilat tərəfindən ona ödənildiyindən, tikinti altına düşən 4 sot torpaq sahəsinin dəyəri və cavabdeh tərəfindən sökülmüş hasarın dəyəri olan 1566 manatın, ümumilikdə 33566 manat məbləğinin cavabdeh təşkilatdan onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində ona məxsus olan 0.15 ha (15 sot) ərazinin 0.11 ha hissəsinin yol çəkilişləri ilə əlaqədar olaraq plana düşdüyü üçün ona kompensasiya ödənilmişdir. Bir müddət sonra onun istifadəsində qalan 0.03972 ha ərazini yenidən sənədləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinə ərizə ilə müraciət edərək yeni çıxarış almışdır. Ona məxsus olan torpağın dəqiq sərhədlərini bilmək üçün, idarədən mütəxəssislər gəlmiş, və gps vasitəsilə ölçü aparılan zaman məlum olmuşdur ki, ona məxsus olan 0.15 ha torpaq sahəsinin hamısı yola düşmüş istifadəsində torpaq sahəsi qalmamışdır. Hal-hazırda həmin ərazidə 1-ci dərəcəli yol torpaqlarının bazar qiyməti 5000 AZN dəyərindədir. Eyni zamanda ona məxsus olan 0.03972 ha torpaq sahəsində 23 metr eninde 2 metr hündürlüyündə (bir tərəf) hasar və 2 ədəd badam ağacı olmuşdur. Ona məxsus olan yerdə qalmış torpaq sahəsi bildiriş verilmədən, heç bir xəbəri olmadığı halda plana salınmışdır. Kompensasiya ödənişləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sədrin qəbulunda olarkən, torpağının qalan hissəsinin həqiqətən su kollektoru tikintisi ilə əlaqədar olaraq plana düşdüyünü bildirilmiş, lakin, Bilgəh-Sumqayıt avtomobil yolunun çəkilməsinin dayandırıldığı, layihənin nə zaman başlanacağının bilinmədiyini, bu yolla bağlı onların büdcəsində pul olmadığı üçün ona inzibati məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin etirazları:
5. İddiaya qarşı cavabdeh tərəfindən 18.06.2021-ci il tarixdə verilmiş etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır ona görə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus 0.15 ha ilkin olaraq torpaq sahəsinin 0.1103 ha hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə, ümumilikdə 48504 manat dəyərində müəyyən edilmiş, və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (alıcı) ilə iddiaçı (satıcı) arasında dövlət ehtiyacları üçün alınması məqsədi ilə alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 48504 manat məbləğində kompensasiya "xxxx" ASC-nə İddiaçı adına köçürülmüş və iddiaçı tərəfindən 08.08.2014-cü ildə alınmışdır. İddiaçıya məxsus torpaq sahəsinin qalan 0.03972 ha hissəsi də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı- Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi yolun tikintialtına düşmüşdür. Azərbaycan Respublikası qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllük əsasında özgəninkiləşdirilə bilər. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsinə görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. Torpaq sahəsinin qalan hissəsi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” ilə əlaqədar avtomobil yolunun layihələndirilməsi və tikintisi altına düşməsilə əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil X6 müraciət etmişdir. İddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə qaldırdığı məsələlə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. İddiaçı məhkəməyə təqdim etdiyi əlavə dəqiqləşdirmə ərizəsində qeyd etmişdir ki, 4 sot torpaq sahəsinə və sökülmüş hasara ümumilikdə 33566 manat kompensasiyanın ödənilməsini tələb edir. Bu məbləğlə razı deyilllər, çünki hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətləri nəzərə alsaq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən 4 sotuna 32.000 manat və sökülmüş hasara 1566 manat qiymət real və ağlabatan görünmür. Həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmış, o cümlədən iddiaçının özünə də və iddiaçı həmin qiymətlə tamamilə razılaşmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı isə əkin sahəsidir. Hesab edirik, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir. İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibat aktları), və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanin ödənilməsindən ibarətdir ki, hamin növ iddiaya mahiyyəti üzrə baxılması üçün da müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. İPM-nin 35.1-ci maddəsində göstərilir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasi Qanununun 89.2-ci maddəsinə əsasən maraqli şəxs kompensasiyanin ödənilməsindən imtina olunması haqqinda inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməsi xahiş edilir.
Birinci instansiya məhkəməsində icraat:
6. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(118)-764/2020 saylı qərardadı (hakim C.B.Məmmədov) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “ona dəymiş ziyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2-1(118)-764/2020 saylı qərardadı (hakim C.B.Məmmədov) ilə iş üzrə məhkəmə tikinti və mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında “İddiaçı məxsus Bilgəh-Sumqayıt yolunun üzərində yerləşən torpaq sahəsində hasar, 2 ədəd badam ağacı mövcud olmuşdurmu, əgər mövcud olmuşdursa, bazar dəyəri nə qədərdir? 2. Torpaq sahəsi tikinti altına tam olaraq düşmüşdürmü? 3. İddiaçı məxsus Bilgəh-Sumqayıt yolunun üzərində yerləşən 0.15 ha torpaq sahəsinin bazar dəyəri nə qədərdir?” sualları qoyulmuşdur.
8. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-112/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) iddia qismən təmin edilərək İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən 0.03972 ha torpaq sahəsinin tikinti altına düşdüyünə görə 31776 manat, cavabdeh tərəfindən hasarın sökülməsinə görə dəymiş ziyana görə 1566 manat, ümumilikdə 33.342 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X5 üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Qərardan narazı qalan cavabdeh Azərbaycan Avtomobil X5 səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021ci il tarixli, 2-1(118)-112/2021saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Həmçinin, qərarla razılaşmayan 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirinin müavini apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-112/2021saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətlərinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməklə iddia tələbi rədd edilməlidir ona görə ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı təmin etmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə (şikayətdə belə qeyd edilib, yəqin ki, iddiaçı nəzərdə tutulur) ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpaqğın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamış, bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 09.04.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi qeyd olunan tövsiyyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxılmaqla nəticədə qeyriqanuni qərar qəbul edilmişdir.
12. İş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qəbul etdiyi qərar əsassız olduğundan, habelə mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1-ci hissəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin qərarın 4.1-ci bəndinə əsasən İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 9-cu bəndinə görə İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan mübahisəli sahəyə görə kompensasiyanın ödənilməsindən imtina olunduğunu göstərən sübutlar mövcud olmadığından hesab edirlər ki, iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün sayılması əsasları birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Digər tərəfdən Sumqayıt İnzibati Məhkəməsi tərəfindən torpaqların dövlət ehtiyacları üçün alınmasına dair qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Apellyator “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü, 24-cü və 58-ci maddələrinə istinad etməklə dövlət ehtiyacı üçün alınan torpaqların qiymətləndirilməsinin qiymətləndirmə komissiyası tərəfindən müsabiqə əsasında cəlb edilən müstəqil qiymətləndiricinin alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflər, həmin təkliflərə dair nəzarət orqanının rəyləri nəzərə alınmaqla həyata keçirilməklə kompensasiyanın məbləği barədə komissiya tərəfindən qərar qəbul edilməsinə əsaslanaraq onu da vurğulamışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus 0.15 ha torpaq sahəsinin ilkin olaraq 0.1103 ha hissəsinin yolun tikintisi altına düşdüyündən iddiaçının əmlakı müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə, ümumilikdə 48.504 manat dəyərində müəyyən edilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (alıcı) ilə iddiaçı (satıcı) arasında alqı-satqı müqaviləsi imzalanmaqla hesablanmış 48.504 manat məbləğində kompensasiya "xxxx" ASC-nə İddiaçı adına köçürülmüş və iddiaçı tərəfindən 08.08.2014-cü ildə alınmışdır. Bu zaman həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinin alınması üçün alan orqan tərəfindən müstəqil qiymətləndirici cəlb edilmiş, torpaq sahəsinin orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə kompensasiya hesablanmış və əmlakların qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Beləliklə, sözügedən ərazidə torpaqları dövlət ehtiyacları üçün alınan şəxslərə o cümlədən hazırki iddiaçıya eyni əsaslarla kompensasiya məbləğləri ödənilmişdir. Alınmanın təsirinə məruz qalmış şəxslər ödənilən kompensasiya məbləği ilə razılaşmış və onu qəbul etmişlər. Lakin məhkəmə tərəfindən istinad olunan “X8” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş rəylə mübahisəli torpaq sahəsinə dair reallığa uyğun olmayan şişirdilmiş kompensasiya məbləğləri müəyyən edilmişdir. Bu məbləğlər daşınmaz əmlak (o cümlədən torpaq) bazarında mövcud olan qiymətlərə münasibətdə real deyildir. Bu baxımdan torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyin tələblərinin nəzərə alınmaması torpağın alınması prosedurlarına əngəl yaratmaqla, yeni əsassız iddiaların yaranmasına gətirib çıxararaq, dövlət mənafelərinə zidd halların meydana gəlməsinə və əlavə öhdəliklərin yaranmasına səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsinə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində baxılması mütləqdir.
b) apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək onu da qeyd etdi ki, apellyasiya şikayətləri formal mülahizələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin onu da vurğuladı ki, 4 sot torpaq sahəsinin mübahisəsi 2019-cu ildən gedir, həmin ərazidə torpağın qiyməti 8000-10000 manat təşkil edir, 2011-ci ildə kompensasiya ödənilən vaxt 50-60 metr hasar qalmışdı, yəni iddia ərizəsində bir tərəfin uzunluğu 23 metr nəzərdə tutulmasını qeyd etmişdir. Torpaq sahəsi Masazır gölünün yanında olan işıqfordan yuxarı Saray qəsəbəsi istiqamətində qalxarkən təzə yola girmək üçün baş yoldan sola çıxdıqda 500 metr sonra yerləşirdi. Onların sahələri artıq yolun yatağı kimi işlənilmiş, sadəcə hələ asfalt çəkilməyibdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin tələbləri baxımından torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən notariat qaydasında aparılmış alqı-satqı müqavilələri əsasında Saray qəsəbəsində 2019cu ildə satılan torpaqların bazar qiymətləri müəyyən edilsə də, həmin qiymətlərin aşağı olmasının səbəbi hesab edir ki, alqı-satqı aparanlar özləri az qiymətləndiriblər ki, vergi az hesablansın, əslində isə qiymətlər 7-8 min manatdan aşağı deyidir. Onlara məxsus torpaq sahəsi də yol qırağında olmaqla demək olar ki, həmin ərazilər üçün ən yüksək qiymətli torpaq sahələrinə aiddir. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-112/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi X7 göstərmişdir ki, vermiş olduqları apellyasiya şikayətini müdafiə edir və bildirir ki, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasını apellyasiya şikayətində ətraflı göstərilmiş, eyni zamanda işin halları ilə bağlı bəzi məqamları məhkəməyə bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus 0.15 ha ilkin olaraq torpaq sahəsinin 0.1103 ha hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin 26.12.2007-ci il tarixli fərmanına əsasən 20% əlavə edilməklə kompensasiya hesablanıb və İddiaçı adına "xxxx" ASC-yə köçürülmüş və iddiaçı tərəfindən 08.08.2014-cü ildə alınmışdır. Daha sonra iddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin qalan 0.03972 ha hissəsi də yolun tikinti altına düşdüyündən həmin qalan hissəsinə görə torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdir. Torpaq sahəsinin qalan hissəsi də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşdüyünə görə bununla əlaqədar kompensasiyanın alınması ilə müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Əlavə olaraq bildirmək istəyir ki, iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır. Bununla bağlı iddiaçıya ünvanlanmış məktubdan da görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçıların tam istifadəsində olmaqla mülkiyyətindədir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
16. Məhkəmə kollegiyasının növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Avtomobil X5, eləcə də, İİİ şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişlər.
17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh Azərbaycan Avtomobil X5, eləcə də, İİİ şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədbiq edilən hüquq
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
19. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
20. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
21. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
22. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
23. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
25. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
26. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
27. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
28. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
29. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
30. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
31. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
32. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
33. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
34. Azərbaycan Respublikasının Konstitusiyası (-). Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-). Maddə 29. Mülkiyyət hüququ (-). İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (-).
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.
37. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. (-). Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
38. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanun Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hazırki qərarın 18-28-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını, iş materialındakı, eləcə də sorğuya əsasən əldə olunan sənədlərlə cavabdehin apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir.
40. Eyni zamanda məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırkı iş üzrə məhkəmə icraatında iştirakına ayrıca akt şəklində qəbul edilmiş 29.03.2022-ci il tarixli məhkəmə qərardadına əsasən xitam verilməklə, 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmişdir.
41. Belə ki, iddiaya əlavə olunmuş sənədlərə, həmçinin birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03972 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın reyestrində **********57 nömrə ilə qeydiyyata alınmış çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir və bu sahə dövlət əhəmiyyətli “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşmüş, layihəni icra edən subyekt tərəfindən tikinti altına düşən torpaq sahəsinə görə iddiaçıya ödənilməli olan kompensasiya məbləği “X8” Daşınar və Daşınmaz Əmlakın, Biznesin Qiymətləndirilməsi və İnkişafı MMC-i tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, CEG-21/299M nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi sahəsi 15 sot torpağın bir sotunun dəyəri 8000 manat olmaqla ümumilkdə 120.000 manat müəyyən edilmişdir. İddia olunan torpaq sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya müvafiq kompensasiya məbləği ödənilməmişdir.
42. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflərin arasında yaranmış mübahisə alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməsi ilə bağlı münasibətlərdən yaranmış və kollegiyanın qənaətinə görə, mübahisənin həllinə mülkiyyətin müdafiəsi haqqında Konstitusiya müddəaları rəhbər tutulmaqla, əlaqəli hüquq normaları tətbiq edilməlidir.
43. Belə ki, hazırkı qərarın 34-cü bəndində istinad edilən konstitusion normaların tələbləri xüsusi mülkiyyətin qarantı olmaqla, eyni zamanda Konstitusiyanın 15-ci maddəsinin İ hissəsində vurğulanır ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Mülkiyyət dövlət tərəfindən qorunur və mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.
44. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİhissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).Qeyd edilən Konstitusiya Qanununda o da vurğulanır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
45. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.
46. İşin hallarından göründüyü kimi, iddiaçının torpaq sahəsi dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmadır. Lakin iddiaçıya həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiya cavabdeh tərəfindən icra edilmir və bunu müxtəlif hallarla əsaslandırmağa çalışaraq bu işdə iddiaçının haqsız tələb irəli sürdüyünü apellyasiya şikayətində vurğulamışdır.
47. Belə ki, cavabdehin hazırkı qərarın 11-ci bəndində öz əksini tapan apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunması məhkəmə tərəfindən araşdırılmamış, həmçinin mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərilməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə edilməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Halbuki, hazırkı qərarın 7-ci bəndində istinad edilən məhkəmə qərardadına əsasən iş üzrə məhkəmə tikinti və mühasibatlıq ekspertizası təyin edilmiş və “X8” Daşınar və Daşınmaz Əmlakın, Biznesin Qiymətləndirilməsi və İnkişafı MMC-i tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, CEG-21/299M saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus 0,15 ha torpaq sahəsi tam olaraq tikinti altına düşür, İddiaçı məxsus Saray qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsinin 26 may 2021-ci il tarixinə olan bazar dəyəri 120000 manat təşkil edir. Digər tərəfdən cavabdeh özü də hazırkı qərarın 11-ci bəndində öz əksini tapan apellyasiya şikayətində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsinin işin mübahisəsiz halı olmasını vurğulamışdır. Şərh olunanlardan göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsasən əsassız olmaqla iş materialları ilə təsdiqini tapmır, lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahəsinin bir sotunun qiyməti ilə bağlı dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir.
48. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar cavabdeh tərəfindən müdaxilə baş verilməsi təsdiq edilsə də, birinci instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, alınacaq torpağa uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir.
49. Məhkəmə kollegiyası məhz hazırkı qərarın 37-ci bəndində istinad edilən qanun normalarının tələblərinə əsasən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi üçün Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğu göndərərək 2019-2020-ci illərə dair Abşeron rayonunun Saray qəsəbəsində (dəqiq yeri bildirilməklə, yəni Masazır gölünün yanında olan işıqfordan yuxarı Saray qəsəbəsi istiqamətində qalxarkən təzə yola girmək üçün baş yoldan sola çıxdıqda 500 metr sonra yol qırağında) yerləşən torpaq sahəsinin bazar qiymətinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun müəyyənləşdirilməsi məqsədilə, notariatda aparılmış alqı-satqı müqavilələri tələb edilmiş və 23.02.2022-ci il tarixli 692 saylı cavab məktubu ilə məhkəməyə təqdim edilmiş alqısatqı müqavilələri ilə müəyyən olunur ki, 01.03.2019-cu il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.03 ha torpaq sahəsi 4.500 manata satılmış, 02.03.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.0077 ha torpaq sahəsi 2000 manata satılmış, 05.03.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.03 ha torpaq sahəsi 4000 manata satılmış, 24.12.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.0878 ha torpaq sahəsi 18.000 manata satılmış, həmçinin 10.11.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.02 ha torpaq sahəsi 5000 manata satılmış, 10.11.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.04 ha torpaq sahəsi 28.000 manata satılmış, 11.11.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.09 ha torpaq sahəsi 5.000 manata satılmış, 11.11.2020-ci il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.16 ha torpaq sahəsi 85.000 manata satılmış və 13.11.2020-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.0589 ha torpaq sahəsi 32.395 manata satılmışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 2019-cu ilə aid 3 ən yüksək qiyməti seçməklə, o cümlədən 01.03.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.03 ha torpaq sahəsi 4.500 manata satılmış, 02.03.2019-cu il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.0077 ha torpaq sahəsi 2000 manata satılmış, 24.12.2019-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Saray qəsəbəsində 0.0878 ha torpaq sahəsi 18.000 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni, 1-ci – 1500 manat, 2-ci – 2600 manat, 3-cü – 2000 manat olmaqla, 1 sotun orta qiyməti 2033 (1500+2600+2000=6100:3=2033) manat müəyyən edildikdə, iddiaçıya məxsus 0.03972 ha torpaq sahəsinin qiyməti 8075(3.972 sot x 2033 m = 8075) manat təşkil edəcəkdir.
51. Kollegiya onu da nəzərə alır ki, 1 saylı notariat ofisindən 2020-ci ilə dair alınmış alqı-satqı müqavilələrinin ən yüksək 3-ü götürüldükdə torpaq sahəsinin 1 sotu təxminən 5904 manata düşür, iş üzrə birinci instanisya məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmə zamanı isə 2021-ci il üçün mübahisələndirilən torpaq sahəsinin 1 sotunun orta bazar dəyəri 8000 manat müəyyən edilmiş olsa da həmin məbləğlər iddia tələbi üzrə əsas kimi götürülə bilməz ona görə ki, iddiaçıya məxsus torpaq sahəsi 2019-cu ilin əvvəllərində dövlət əhəmiyyətli yolun çəkilməsi səbəbilə cavabdeh tərəfindən müdaxilə edildiyindən hazırkı qərarın 37-ci bəndində istinad edilən Qanunun 58.1 və 58.2-ci maddələrində müəyyən edildiyi zamana münasibətdə qiymətin müəyyən edilməsi əsas götürülməli, bu baxımdan notariat ofisindən təqdim edilən istər 2020-ci ilə dair, istərsə də birinci instansiya məhkəməsinin 2021-ci ilə dair əldə etdiyi mütəxəssis rəyindəki qiymətlər nəzərə alına bilməz, lakin cavabdeh olaraq alan orqanın təklif etdiyi məbləğ əsas götürülməklə iddiaçıya ödənilməli olan kompensasiyanın ədalətli məbləğinin müəyyən edilməsi məqsədəmüvafiq hesab edilməlidir.
52. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, istər iddia ərizəsinə etiraz ərizəsində, istər apellyasiya şikayətində, istərsə də məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə düşən torpaq sahələrinə görə alan orqan olaraq torpağın bir kvadratmetrinə görə əlavə ilə birlikdə 30 manat olmaqla, bir sotuna 3000 manat müəyyən olunmaqla kompensasiya məbləği ödənildiyini, o cümlədən iddiaçıya məxsus torpaq sahəsinin də 11 sotuna görə ödənilmiş məbləğ də torpağın bir sotuna 3000 manat olmaqla hesablanmaqla ədalətli kompensasiya verildiyi göstərilmişdir. Kollegiya hesab edir ki, hazırda da iddiaçıya məxsus 3.972 sot torpaq sahəsinə görə bir sotu 3000 manat olmaqla, 11916 manat məbləği müəyyən olunmaqla, torpaq sahəsinin hasarının da sökülməsinə görə hesablanmış 1566 manat olmaqla, ümumilikdə cavabdehdən 13482 manat məbləğinin tutulmaqla iddiaçıya ödənilməsi təmin edilməli, bununla da cavabdehin hərəkətlərində hazırkı qərarın 35-38-ci bəndlərində istinad edilən normaların tələblərinin pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsi hazırkı iş üzrə əsasən düzgün nəticəyə gəlsə də, kompensasiya məbləğinin hesablanmasında müəyyən uyğunsuzluq olduğundan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2-1(118)-112/2021 saylı qərarı dəyişdirilməli, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiaçının xeyrinə 13482 manat məbləğində kompensasiya tutulmaqla İddiaçı ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Avtomobil X5 səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2-1(118)-112/2021 saylı qərarı dəyişdirilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsibdə yerləşən 0,3972 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 13482 (on üç min dörd yüz səksən iki) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X5 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.