Məhkəmə qərarları › İş №2-1(105)-68/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-68/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-68/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs X23 və üçüncü şəxs X7 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X13 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-933/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə İddiaçı, onun atası X6, anası X9 və qardaşı X15 birgə mülkiyyət hüququ ilə ünvan 1i ərazisində 2,29 ha torpaq sahəsi ayrılmış və müvafiq şəhadətnamə verilmişdir. Arxiv məlumatları olmayan Qusar rayon məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2- 183a/2007 nömrəli qətnaməsi əsasında həmin torpaq sahəsinin 0,50 ha hissəsi X11 istifadəsinə verilmiş və onun mülkiyyət hüququ 12 may 2009-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. X11 vəfat edəndən sonra 0,5 ha torpaq sahəsi vərəsəlik qaydasında onun arvadı X7 adına dövlət reyestrində qeydiyyata alınmışdır. 0,5 ha torpaq sahəsi mübahisəsiz olaraq Bakunovların istifadəsində olmuşdur. İddiaçı ilə qardaşı X24 arasında sonradan mübahisə yaranmış, Ağabəyov Kamran ailə üzvləri ilə birgə mülkiyyətdə olan 2,29 ha torpaq sahəsinin Bakunovlara satılmış 0,5 ha hissəsi çıxılmaqla qalan hissəsinin naturada bölünməsini tələb etmişdir. İddiaçı X3 tərəfindən, eyni zamanda ata-anası tərəfindən torpaq sahəsi satılmaması, qardaşı Kamran Ağabəyovun öz payını satması və hazırda ondan torpaq tələb etməsi əsasları ilə hüquq müdafiə vasitəsi olaraq hazırkı iddianı qaldırmışdır. Mübahisə predmeti olan 0,5 ha torpaq sahəsi X18 satılmış, xx.xx.2024-cü il tarixində dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslərə verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X13 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4288/2023 nömrəli qərardadı ilə X10, X27 və X24 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2-1(118)-4288/2023 nömrəli qərardadı ilə X19 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 68/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadları ilə X23 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmiş və X10 vəfat etdiyi üçün onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Torpağa mülkiyyət hüququna dair” JN 259 nömrəli, KOD 30220018 kodlu Dövlət Aktının surətindən göründüyü kimi Xaçmaz rayon Aqrar İslahat komissiyasının 18 may 1998-ci il tarixli, 06 nömrəli qərarı əsasında Xaçmaz rayonu Pirquluoba kənd ərazisində yerləşən 2.29 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X16, İddiaçı və X12 mülkiyyətinə verilmişdir. Sonradan, həmin torpaq sahəsi ilə bağlı aşağıdakı hüquqlar rəsmiləşdirilmişdir: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu qeydiyyat tarixli MN № ******* çıxarışın surətindən, ********** qeydiyyat nömrəli xx.xx.2009cu il qeydiyyat tarixli MN № ******* çıxarışın surətindən göründüyü kimi Xaçmaz rayonu Pirquluoba kənd ərazisində yerləşən 1.051 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ X4, X16, İddiaçı və X12 adlarına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq həmin qeyddən yuxarıda göstərilən çıxarış verilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışın ayrılmaz hissəsi olan “Torpaq sahəsinin planı və ölçüsü”-dən göründüyü kimi həmin mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına əsas Azərbaycan Respublikasının Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi olmuşdur. Həmçinin, hazırki iddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş JV2 ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan göründüyü kimi Xaçmaz rayonu Pirquluoba kənd ərazisində yerləşən 0.50 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ X7 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq həmin qeyddən yuxarıda göstərilən çıxarış verilmişdir.xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ayrılmaz hissəsi olan “Torpaq sahəsinin plan və ölçüsü”-dən göründüyü kimi həmin mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasına əsas xx.xx.2020-ci il tarixdə Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisində 2V-31 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vərəsəlik şəhadətnaməsi olmuşdur. Digər məlumata əsasən vərəsəlik hüququ əsasında əldə edilmiş əmlak yenə də, Azərbaycan Respublikasının Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında əldə olunmuşdur. Azərbaycan Respublikasının Qusar Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, G(029)-218/2023 saylı məktubunun əslindən göründüyü kimi Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-183a/2007 saylı iş mövcud deyildir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-9183/2023 saylı məktubunun əslindən göründüyü kimi onun və ailə üzvlərinin adına MN ******* blank, ********** qeydiyyat nömrəli, MN N0024394 blank; ********** qeydiyyat nömrəli və X7 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğvinin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-9183/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan ünvan 1ində yerləşən torpaq sahələrinə dair sizin və ailə üzvlərinizin adına verilmiş MH Na ******* blank; ********** qeydiyyat nömrəli, MH Na0024394 blank; ********* qeydiyyat nömrəli və X8 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışların ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. X8 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsi X8 digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ cavabdeh X20 tərəfindən itirilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN-259, KOD 30220018 nömrəli Dövlət Aktından görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə X10, X17, İddiaçı və X15 2,29 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 may 2009-cu il tarixli Seriya MH ******* nömrəli, **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 0,739 ha torpaq sahəsi üzərində X10, X27, İddiaçı və X12 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 may 2009-cu il tarixli Seriya MH ******* nömrəli, **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 1,051 ha torpaq sahəsi üzərində X10, X27, İddiaçı və X12 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Qusar rayon məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X21 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərə məxsus torpaq sahələrinin alqı-satqısı barədə cavabdehlərlə bağladığı müqavilələrin (əqdlərin) etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamə ilə iddia təmin edilərək X21 tərəfindən cavabdehlər X6 məxsus 0,50 ha və X22 məxsus 2,28 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin (əqdlər) etibarlı hesab edilməsi, X6 məxsus JN-259 və X22 məxsus JN-0002 saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktları satılmış hissələri üzrə ləğv edilməsi, cavabdehlərə və ailə üzvlərinə özgəninkiləşdirdikləri torpaq sahələri çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən çıxarış verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 28 avqust 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X19 10 fevral 2020-ci il tarixdə vəfat etmiş X1 üzrə vərəsəsidir. Qusar rayon məhkəməsinin 24 may 2023-cü il tarixli, G(029)-218/2023 nömrəli məktubundan görünür ki, Qusar rayon məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-183a/2007 saylı iş mövcud deyildir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 20 oktyabr 2020-ci il tarixli, **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 0,50 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-933/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Qusar Məhkəməsinin mövcud olmayan qətnaməsinin əsasında torpaq sahəsinə üzərində mülkiyyət hüququnun yaranmasının qanunsuz olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yerdə qalan 1,051 ha torpaq sahəsinə çıxarışın alınması ilə bağlı dövlət rüsumunun ödənilərək çıxarışın əldə olunması ilə mövcud vəziyyətlə razı olduğuna dair iradə ifadəsini nümayiş etdirib. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsinin 3-cü şəxsin istifadəsində olan hissəsinin 10 ildən artıq 3-cü şəxsin faktiki sahibliyində olması və həmin sahənin geri qaytarılması ilə bağlı hər hansı bir tələbinin olmaması yuxarıda qeyd olunan razılıq əlamətinin olmasına dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hətta qeyd olunan torpaq sahəsinə dair qanunsuz olaraq 3-cü şəxsin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi təsdiqlənsə belə 3-cü şəxsin 10 ildən artıq torpaq sahəsinin üzərində fasiləsiz və etirazsız mülkiyyət hüququnun həyata keçirilməsi həmin əmlakın onun mülkiyyəti hesab edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, “İddia ərizəsinin dəqiqləşdirilməsinə dair” 21 dekabr 2023-cü il tarixli ərizəsinin baxılmamış saxlanılmasını və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə işə baxarkən Mülki Məcəllənin 178.5-ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. Belə ki, mərhum X5vericiliyin tələblərini və iş üzrə iddiaçının və maraqlı tərəflərin qanuni mənafelərini kobud surətdə pozaraq onların razılığı olmadan birgə mülkiyyətlərində olan 2.32 ha torpaq sahəsinin onların arasında naturada bölgüsü aparılmadan eləcə də, həmin torpaq sahəsinin Xaçmaz rayonu ərazisində yerləşməsini iddiaçı və maraqlı tərəflərin Xaçmaz rayonunda yaşamalarını nəzərə almayıb, aidiyyat məsələsini pozaraq Qusar rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmədən saxta, mövcud olmayan 12 fevral 2007-ci il tarixli, № 2-183a/2007 saylı qətnamə əsasında iddiaçının və maraqlı tərəflərin xəbəri olmadan 2009-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə onlara məxsus 2.32 ha torpaq sahəsinin 0.50 ha hissəsinə öz adına, qalan hissələrinə isə mülkiyyətçilərin adına çıxarışlar almaq üçün müraciət etmişdir. Lakin öz adına olan çıxarışı rüsum ödəyərək almış, digər mülkiyyətçilərin adına olan çıxarışlar isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində qalmışdır. Bu barədə iddiaçı və maraqlı tərəflər məlumatlandırılmamışdır. Bununla yanaşı Daşınmaz əmlak tərəfindən həmin torpağa çıxarış verilərkən Qusar rayon Məhkəməsinin müvafiq qətnaməsinin qanuni olub-olmaması yoxlanılmamışdır. 2020-ci ildə isə X11 vəfatından sonra həmin torpaq sahəsi vərəsəlik yolu ilə Bakı şəhəri, 1 saylı Notariat kontorunda onun həyat yoldaşı X8 adına keçirilmişdir. Daha sonra isə X20 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək ********** qeydiyyat nömrəli çıxarış almışdır. İddiaçı hüququnun pozulmasını isə Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 6(029)-218/2023 saylı məktubunu aldıqdan sonra bilmiş və həmin vaxtdan məhkəməyə müraciət etmişdir. Bütün bunlardan sonra işə baxan hakim həmin qətnamənin saxta və mövcud olmaması barədə sorğu edib, bu faktı təsdiq edən rəsmi sənəd əldə etsə də, buna əhəmiyyət belə verməmişdir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə istinad edib daxili inamına əsaslanaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 1.051 ha torpaq sahəsinə çıxarışın alınması ilə bağlı dövlət rüsumunun ödənilərək çıxarışın əldə olunması ilə mövcud vəziyyətlə razı olduğuna dair iradə ifadəsini nümayiş etdirilməyib, əksinə həmin qanunsuzluğa səbəblər axtarılıb, lakin rəsmi məlumat əldə etmək mümkün olmayıb. Cavabdeh təşkilat həmişə buna mane olub və əksər hallarda iddiaçının sorğularına cavab verməyib. xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ayrılmaz hissəsi olan “Torpaq sahəsinin planı və ölçüsü”ndən sonra bəlli olub ki, Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi ilə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Digər tərəfdən iddiaçının mülkiyyət hüquqlarının pozulması xx.xx.2023-cü ildə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən əldə edilmiş rəsmi sənədlərindən bəlli olmuşdur. Qüvvədə olan mülki Qanunvericiliyə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından göründüyü kimi iddiaçı hüququnun pozulmasını xx.xx.2023-cü il tarixdən bilib. Qusar Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsinin mövcud olmaması iddiaçıya həmin məhkəmənin 24 may 2023-cü il tarixli, G(029)-218/2023 saylı məktubunun əslini əldə etdikdən sonra bilib. b) Üçüncü şəxs X19 apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, verilən iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia tələbi heç bir hüquq norması ilə əsaslandırılmamış, çıxarışın hansı əsasla ləğv edilməli olduğu göstərilməmişdir. İddiaçı iddia tələbində yalnız mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı özlərinin vaxtı ilə yaranmış hüquqları barədə məlumat vermiş, lakin sonradan mərhum həyat yoldaşının, onun və hazırki mülkiyyətçinin torpaq sahəsi üzərində hansı əsaslarla hüquqlarının yarandığını və yaranmış mülkiyyət hüququnun hansı əsasla ləğv edilməli olması barədə heç bir qeyd aparmamış, nə birinci instansiya məhkəməsində nə də apellyasiya məhkəməsində tutarlı dəlil təqdim etməmişdir. Qeyd edilir ki, iddiaçıların məhkəmədə əsassız olaraq dediklərini təkzib edən səs yazıları tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin səs yazıları iddia tələbinin tamamilə cəfəngiyyat olduğunu açıq-aşkar göstərir. İşin faktiki halı ondan ibarətdir ki, sözügedən torpaq sahəsini mərhum həyat yoldaşı X21 dəyəri ödənilməklə almışdır. Belə ki, bu barədə AR-nın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, həmin çıxarış **********77 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 12 may 2009-cu il tarixdə qeydiyyatdan keçmişdir. Həyat yoldaşının vəfatından sonra mübahisə predmeti olan torpaq sahəsi vərəsəlik şəhadətnaməsi ilə onun mülkiyyətinə keçmişdir. Bu barədə də hazırki iş üzrə cavabdeh orqan tərəfindən torpağın onun xüsusi mülkiyyətində olmasına dair 20 oktyabr 2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd edilir ki, şəxsi ehtiyacları ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsini 18 mart 2024-cü il tarixdə X18 satmış və torpaq üzərində sonuncunun mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Göründüyü kimi torpaq sahəsi 15 il mübahisəsiz olaraq onların faktiki mülkiyyətində və istifadəsində olmuşdur. İddiaçı bildirir ki, guya torpaq sahəsini onun həyat yoldaşı almamış, qanunsuz zəbt etmişdir. Bunu nə ilə sübut edirlər?! Necə ola bilər ki, 15 il ərzində bir dəfə də olsun iddiaçılar həmin torpaq sahəsinə gəlib baxmamış, oranın nə vəziyyətdə olduğunu maraqlanmamışdır?! Yuxarıda da qeyd edildiyi kimi məhkəmə iclasında səs yazıları təqdim edilmişdir. Hesab edir ki, yalnız həmin səs yazıları belə iddia tələbinin əsassız olduğuna dəlalət edir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2006-cı ildə mərhum atası kiçik qardaşı Kamrana şifahi şəkildə torpaq sahəsi ayırıb vermişdir. Kamran isə 2007-2008-ci ildə gələrək torpaq sahəsi ilə bağlı sənədləri almış və özünə aid yeri öz adına keçirəcəyini qeyd etmişdir. Kamran onların xəbəri olmadan torpaq sahəsini satmışdır. İddiaçı məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hər birinə 0,57 ha torpaq sahəsi ayrılmış, Kamran özünə aid olan hissəni satmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X23 və üçüncü şəxs X7 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X24 izahatında bildirmişdir ki, ailə üzvlərinə və ona birgə istifadə üçün torpaq sahəsi verilmişdi. Ordan bir hissə satılıb. 17 ildir ki, satılan hissədə oranın sahibi bağ salıb, ağac əkir. Bu müddət ərzində ailə üzvlərinin buna şahid ola-ola xəbərsiz olması mümkün deyil. O bu gün ailəsindən ayrılmış, öz ailəsini qurmuşdur və torpaqdan ona düşən öz payını istəyir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən iddiaçının qardaşı X25 izahatında bildirmişdir ki, onun yaşı böyük olduğu üçün ona ayrıca torpaq sahəsi ayrılmış, ailə üzvlərinin hər birinə isə 0,57 ha torpaq sahəsi ayrılmışdır. Kamran özünə aid torpaq sahəsini satmışdır, kimə satdığı barədə məlumatı yoxdur. Atası, anası və qardaşı Asif alqısatqıda iştirak etməmişdirlər. Şahid məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Kamran tərəfindən torpaq sahəsinin satılmasından xəbəri var, lakin alqısatqıda iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mübahisənin qısa mahiyyəti ondan ibarətdir ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə İddiaçı, onun atası X6, anası X9 və qardaşı X15 birgə mülkiyyət hüququ ilə ünvan 1i ərazisində 2,29 ha torpaq sahəsi ayrılmış və müvafiq şəhadətnamə verilmişdir. Arxiv məlumatları olmayan Qusar rayon məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsi əsasında həmin torpaq sahəsinin 0,50 ha hissəsi X11 istifadəsinə verilmiş və onun mülkiyyət hüququ 12 may 2009-cu il tarixdə dövlət reystrində qeydiyyata alınmışdır. X11 vəfat edəndən sonra 0,5 ha torpaq sahəsi vərəsəlik qaydasında onun arvadı X7 adına dövlət reystrində qeydiyyata alınmışdır. 0,5 ha torpaq sahəsi mübahisəsiz olaraq Bakunovların istifadəsində olmuşdur. İddiaçı ilə qardaşı X15 arasında sonradan mübahisə yaranmış, Ağabəyov Kamran ailə üzvləri ilə birgə mülkiyyətdə olan 2,29 ha torpaq sahəsinin Bakunovlara satılmış 0,5 ha hissəsi çıxılmaqla qalan hissəsinin naturada bölünməsini tələb etmişdir. İddiaçı X3 tərəfindən, eyni zamanda ata-anası tərəfindən torpaq sahəsi satılmaması, qardaşı Ağabəyov Kamranın öz payını satması və hazırda ondan torpaq tələb etməsi əsaslarları ilə hüquq müdafiə vasitəsi olaraq hazırkı iddianı qaldırmışdır. Mübahisə predmeti olan 0,5 ha torpaq sahəsi X18 satılmış, xx.xx.2024-cü il tarixində dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Hazırki iş üzrə iddia tələbi Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X13 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Göründüyü kimi hazırkı iddia tələbi iddiaçı ilə üçüncü şəxslər arasında mövcud olan torpaq mübahisələri nəticəsində yaranmışdır və iddiaçı ilə üçüncü şəxslər arasında yaranmış əsas mübahisənin inzibati orqana yönələn hissəsini təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən yerdə qalan 1,051 ha torpaq sahəsinə çıxarışın alınması ilə bağlı dövlət rüsumunun ödənilərək çıxarışın əldə olunması ilə mövcud vəziyyətlə razı olduğuna dair iradə ifadəsini nümayiş etdirib. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, hətta qeyd olunan torpaq sahəsinə dair qanunsuz olaraq 3-cü şəxsin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi təsdiqlənsə belə 3-cü şəxsin 10 ildən artıq torpaq sahəsinin üzərində fasiləsiz və etirazsız mülkiyyət hüququnun həyata keçirilməsi həmin əmlakın onun mülkiyyəti hesab edilməsinə əsas verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN-259, KOD 30220018 nömrəli Dövlət Aktından görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 6 nömrəli qərarı ilə X10, X17, İddiaçı və X15 2,29 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 may 2009-cu il tarixli Seriya MH ******* nömrəli, **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 0,739 ha torpaq sahəsi üzərində X10, X27, İddiaçı və X12 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 may 2009-cu il tarixli Seriya MH ******* nömrəli, **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 1,051 ha torpaq sahəsi üzərində X10, X27, İddiaçı və X12 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş Qusar rayon məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X21 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərə məxsus torpaq sahələrinin alqı-satqısı barədə cavabdehlərlə bağladığı müqavilələrin (əqdlərin) etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamə ilə iddia təmin edilərək X21 tərəfindən cavabdehlər X6 məxsus 0,50 ha və X22 məxsus 2,28 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin (əqdlər) etibarlı hesab edilməsi, X6 məxsus JN-259 və X22 məxsus JN-0002 saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktları satılmış hissələri üzrə ləğv edilməsi, cavabdehlərə və ailə üzvlərinə özgəninkiləşdirdikləri torpaq sahələri çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən çıxarış verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 28 avqust 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X19 10 fevral 2020-ci il tarixdə vəfat etmiş X1 üzrə vərəsəsidir. Qusar rayon məhkəməsinin 24 may 2023-cü il tarixli, G(029)-218/2023 nömrəli məktubundan görünür ki, Qusar rayon məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-183a/2007 saylı iş mövcud deyildir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. İş materiallarına əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 20 oktyabr 2020-ci il tarixli, **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ərazisində yerləşən 0,50 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. AN-İ ******* nömrəli, 18 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0,5 ha torpaq sahəsi X19 tərəfindən X18 satılmışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 27 mart 2024-cü il tarixli, **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,5 ha torpaq sahəsinin üzərində sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-68/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qərardadları ilə X23 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmiş və X10 vəfat etdiyi üçün onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Həmçinin apellyasiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 11 mart 2025-ci il tarixli, 3-21-3-34/2-3388/2025 nömrəli müayinə aktından görünür ki, Xaçmaz rayon Pirquluoba kəndi ərazisində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-259, KOD 30220018 nömrəli Dövlət Aktı (İddiaçı və ailə üzvləri) elektron baza məlumatlarına əsasən iki planşetdən ibarətdir, JN-259A olan planşetdə 0.74 ha və JN-259 nömrəli planşetdə isə 1.55 ha torpaq sahəsi kimi göstərilmişdir. JN-259 nömrəli planşetdə olan 1.55 ha torpaq sahəsindən, 0.50 ha torpaq sahəsinə xx.xx.2009-ci il tarixdə X13 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verimişdir, həmin 0.50 ha torpaq sahəsinə (üçüncü şəxs X7 mərhum atası X21) xx.xx.2020-ci il tarixində, **********77 reyestr nömrəli çıxarışla qeydə alınmışdır. Sözügedən 0.50 ha torpaq sahəsinə xx.xx.2024-cü il tarixində **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən X14 adına çıxarış ilə rəsmiləşdirilmişdir və JN-259 nömrəli planşetdə olan torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Göründüyü kimi Qusar rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsinə əsasən iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,5 ha hissəsi özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunduğu kimi hazırkı iddia tələbi iddiaçı ilə üçüncü şəxslər arasında mövcud olan torpaq mübahisələri nəticəsində yaranmışdır və iddiaçı ilə üçüncü şəxslər arasında yaranmış əsas mübahisənin inzibati orqana yönələn hissəsini təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia çərçivəsində məhkəmə inzibati orqanın mübahisələndirilən hərəkətlərinin qanuniliyini yoxlamalı və həmin hərəkət nəticəsində verilmiş müvafiq qeydiyyatın ləğvi məsələsini həll etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı olmadığı üçün iddiaya hazırkı tələblər çərçivəsində baxılmalı, eyni zamanda iddiaçı və üçüncü şəxslər arasında yaranmış mübahisələrdən əmələ gələn hüquq müdafiə vasitələrini müəyyən edilməsində “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı əsas götürülməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Yuxarıda da qeyd olunduğu kimi hazırkı iş üzrə cavabdeh inzibati orqan arxiv məlumatları mövcud olmayan qətnamə əsasında qeydiyyat apardığı üçün məhkəmə kollegiyası hesab edir ki, bu halda inzibati orqanın qanunsuz hərəkətləri mübahisələndirilə bilər. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə istinadla təqdim edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin, bunun üçün təqdim edilmiş həmin hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular edilmiş və Qusar rayon Məhkəməsinin icraatında hazırki mübahisənin yaranmasına səbəb olan qətnamənin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda inzibati orqanın hərəkətinin qanuna uyğun olub-olmaması yoxlanılaraq müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə arxivində mövcud olmayan qətnamə əsasında müvafiq qeydiyyat aparılmışdır. Bu isə həmin qeydiyyatın və müvafiq çıxarışın ləğv edilməsi əsası qismində çıxış edir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisəli 0,5 ha torpaq sahəsi ilə bağlı Qusar rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsinə əsasən aparılmış ilkin qeydiyyat əsas götürülərək əlavə qeydiyyatlar aparıldığı üçün, hazırkı iddianın uğurlu olması, iddiaçının hüquqi marağına uyğun olaraq həmin ilkin qeydiyyatdan sonrakı hərəkətləri mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək imkanı verir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı iddia Qusar rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsinə əsasən aparılmış ilkin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğvindən ibarətdir və məhkəmə iddiaçı tərəfin ifadə tərzi ilə bağlı deyil. Məhkəmə kollegiyası əlavə olaraq hazırkı mübahisənin xüsusi halları barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2006-cı ildə mərhum atası kiçik qardaşı Kamrana şifahi şəkildə torpaq sahəsi ayırıb vermişdir. Kamran isə 2007-2008-ci ildə gələrək torpaq sahəsi ilə bağlı sənədləri almış və özünə aid yeri öz adına keçirəcəyini qeyd etmişdir. Kamran onların xəbəri olmadan torpaq sahəsini satmışdır. İddiaçı məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hər birinə 0,57 ha torpaq sahəsi ayrılmış, Kamran özünə aid olan hissəni satmışdır. Həmçinin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən iddiaçının qardaşı X25 izahatında bildirmişdir ki, onun yaşı böyük olduğu üçün ona ayrıca torpaq sahəsi ayrılmış, ailə üzvlərinin hər birinə isə 0,57 ha torpaq sahəsi ayrılmışdır. Kamran özünə aid torpaq sahəsini satmışdır, kimə satdığı barədə məlumatı yoxdur. Atası, anası və qardaşı Asif alqı-satqıda iştirak etməmişdirlər. Şahid məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Kamran tərəfindən torpaq sahəsinin satılmasından xəbəri var, lakin alqı-satqıda iştirak etməmişdir. Göründüyü kimi iddiaçı özü də mübahisə predmeti olan torpaq sahəsinin üçüncü şəxslərə satılması faktını qəbul etmişdir. Lakin kollegiya qeyd edir ki, torpaq sahəsi faktiki olaraq üçüncü şəxslərə satılmış olsa da, alqı-satqı prosesi qanunvericiliyə uyğun şəkildə həyata keçirilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən hazırda inzibati orqan tərəfindən aparılmış qeydiyyatın qanuna uyğun olub-olmaması yoxlanılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəfindən bildirilmişdir ki, hazırki iddianın qaldırılmasına səbəb qardaşı Kamran tərəfindən onlara qarşı mülki iddianın qaldırılması olmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə istinad edərək iddianı rədd etmişdir. Həmin normaya əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Yuxarıda qeyd olunduğu kimi hazırda mübahisəli 0,5 ha torpaq sahəsi ilə bağlı Qusar rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 nömrəli qətnaməsinə əsasən aparılmış ilkin qeydiyyat əsas götürülərək əlavə qeydiyyatlar aparıldığı üçün, hazırkı iddianın uğurlu olması, iddiaçının hüquqi marağına uyğun olaraq həmin ilkin qeydiyyatdan sonrakı hərəkətləri mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək imkanı verir. Məhkəmə kolegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsi və mülki qanunvericilkdə müəyyən edilmiş digər əsaslar iddiaçı və üçüncü şəxslər arasında ola biləcək mülki mübahisələr zamanı vicdanlı sahiblərin müəyyən edilməsi zamanı nəzərə alına bilər. Lakin hazırkı formalaşmış məhkəmə təcrübəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsi hazırkı iddianın rədd edilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası bir daha hazırki mübahisənin predmetinə münasibətdə qeyd edir ki, hazırda inzibati orqanın hərəkətinin qanuna uyğun olub-olmaması yoxlanılaraq müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən arxiv məlumatları mövcud olmayan qətnamə əsasında qeydiyyat aparılmışdır. Bu isə həmin qeydiyyatın və müvafiq çıxarışın ləğv edilməsi əsası qismində çıxış edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-933/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2007-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olmayan 12 fevral 2007-ci il tarixli, 2-183a/2007 saylı qətnaməsi əsasında DƏDRX-in Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X13 verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və həmin çıxarışla əlaqəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar